XI sinif
1.1.1. Dinlədiyi və KİV-dən aldığı
məlumatları təhlil edir.
Verilmiş mövzu ilə bağlı məlumatların dinlənilməsi, KİV-dən - televiziya, radio,
internet, qəzet və jurnallardan istifadə edərək həmin mövzuya dair materialların
toplanılması və təhlil edilməsi.
Dinlənilən məlumat, KİV-
dən alınan məlumat, təhlil
etmə
1.1.2. Dinlədiyi və KİV-dən aldığı
məlumatlara münasibət bildirir.
Dinlənilən və KİV-dən alınan məlumatların müqayisə edilməsi, təhlil edilməsi,
qiymətləndirilməsi, onlara münasibət bildirilməsi.
Dinlənilən məlumat, KİV-
dən alınan məlumat,
münasibət bildirmə
1.2.1. Fikrini müxtəlif üslublarda
ifadə edir.
Azərbaycan ədəbi dilinin funksional üslublarınıın dil xüsusiyyətlərinin
müəyyənləşdirilməsi. Fikrin müxtəlif üslublarda: bədii, elmi, məişət, publisistik,
rəsmi-işguzar üslubda düzgün ifadə olunması.
Fikri ifadə etmə, müxtəlif
üslublar, ədəbi dil
1.2.2. Əsaslandırılmış fikir və
mülahizələr söyləyir.
Verilmiş mövzu ilə bağlı müxtəlif ədəbiyyatlardan, lüğətlərdən, internetdən istifadə
etməklə məlumat toplanılması. Fikir və mülahizlərin müxtəlif vasitələrdən, fakt və
nümunələrdən istifadə etməklə əsaslandırılması.
Əsaslandırılmış fikir,
əsaslandırılmış mülahizə
1.2.3. Yardımçı vasitələrdən
istifadə etməklə müxtəlif nitq
nümunələri qurur.
Yardımçı vasitələrdən (sual, dialoq, sxem, cədvəl və s.) istifadə etməklə daha
inandırıcı və ifadəli nitqin qurulması.
Yardımçı vasitə, nitq
nümunələri
1.2.4. Problemlə bağlı fakt və
dəlillərlə əsaslandırılmış təqdi-
matlar edir.
Fikirləri əsaslandırmaq məqsədi ilə problemlə bağlı topladığı konkret məlumat, şəkil
xarakterli fakt və dəlillərdən istifadə edilərək təqdimatların hazırlanması.
Fakt və dəlil, fikri
əsaslandırma
2.1.1. Öyrəndiyi söz və ifadələrin
üslubi xüsusiyyətlərini izah edir.
Verilmiş mətnin dil-üslub cəhətdən təhlil edilməsi, sözlərin üslubi xüsusiyyətlərinin
(poetik, terminoloji) izah edilməsi.
Üslubi xüsusiyyət, poetik
və terminoloji
xüsusiyyətlər, izah etmə
2.1.2. Söz və ifadələrə əsasən
oxuduğu mətnləri üslubi
xüsusiyyətlərinə görə müqayisə
edir, qiymətləndirir.
Mətndəki söz və ifadələrin üslubi xüsusiyyətlərinin (poetik, terminoloji)
müəyyənləşdirilməsi, verilmiş mətnin dil və üslub xüsusiyyətlərinə görə müqayisə
edilməsi, qiymətləndirilməsi.
Söz, ifadə, üslubi xüsu-
siyyət, sözün poetik
funksiyası, sözün
terminoloji xüsusiyyətlər.
2.2.1. Üslubi xüsusiyyətlərini
nəzərə almaqla mətni oxuyur.
Verilmiş mətnin aid olduğu üsluba məxsus tələbləri gözləməklə düzgün, ifadəli
oxunması.
Üslub, ifadəli oxu,
struktur
2.2.2. Mətnin məzmununu
saxlamaqla strukturunu dəyişir.
Məzmun və forma, struktur anlayışlarının müəyyənləşdirməsi, mətnin məzmununun
saxlanması şərti ilə strukturunda dəyişikliklərin edilməsi.
Məzmun, struktur
dəyişiklik
2.2.3. Mətni məzmununa əlavələr
etməklə genişləndirir.
Mətnin məzmununu ifadə edərkən mətnin mövzu, məzmun və ideyasına müvafiq
seçilmiş fakt və hadisələrə dair nümunələr gətirərək mətnin məzmununun
genişləndirilməsi.
Mövzu, məzmun, ideya,
fakt, hadisə, mətn,
genişləndirmə
3.1.1. Üslubi xüsusiyyətləri
gözləməklə müxtəlif mətnlər yazır.
Ədəbi dilin üslublarının fərqləndirilməsi, verilmiş mövzu ilə bağlı seçilmiş üslubun
dil xüsusiyyətlərindən düzgün istifadə edərək müxtəlif mətnlərin yazılması.
Mətn, üslub, üslubi
xüsusiyyət
3.1.2. Müxtəlif yanaşmalara və
şəxsi düşüncələrə istinadən əsas-
landırılmış mətnlər qurur.
Mövzuya dair məlumatların toplanması və təhlil edilməsi, məsələyə müxtəlif
aspektdən yanaşılaraq şəxsi düşüncələrə əsaslanan fikrin ifadə edilməsi ilə mətn
qurulması.
Müxtəlif yanaşma, şəxsi
düşüncə, əsaslandırma
3.1.3. Mətni üslubi və struktur
cəhətdən təkmilləşdirir.
Yazılan mətnin təhlil edilməsi, dil materialları ilə zənginləşdirilməsi, üslubi və
struktur cəhətdən təkmilləşdirilməsi.
Mətnin strukturu, mətnin
üslubu, mətnin
təkmilləşdirilməsi
3.1.4. Müxtəlif əməli yazılar
(referat, təqdimat) yazır.
İşgüzar üslubun tələblərinin öyrənilməsi, müvafiq dil materiallarından məqsədyönlü
istifadə edilməsi, həmin üslubun tələblərini gözləməklə müxtəlif əməli yazıların(
referat, təqdimat) yazılması.
Əməli yazı, referat, təq-
dimat
4.1.1. Müxtəlif cümlə kon-
struksiyalarından məqsədyönlü
istifadə edir.
Mətnin məzmununun öyrənilməsi, onun strukturuna və üslubuna müvafiq olaraq
müxtəlif cümlə konstruksiyalarından məqsədyönlü istifadə edilməsi.
Mətnin strukturu, mətnin
üslubu, cümlə
konstruksiyaları
4.1.2. Qrammatik-semantik
xüsusiyyətlərini gözləməklə
sözlərdən üslubi imkanlarına görə
istifadə edir.
Sözləri quruluşuna və leksik mənasına görə təhlil edilməsi, sadə, düzəltmə və ya
mürəkkəb olduğunun, sinonimlik, omonimlik, antonimlik və digər qrammatik-se-
mantik xüsusiyyətlərinin müəyyənləşdirilməsi və bunları gözləməklə verilmiş
sözlərin üslubi imkanlarına görə fərqləndirilməsi.
Qrammatik xüsusiyyət,
semantik xüsusiyyət,
üslubi imkan,
fərqləndirmə
4.1.3. Nitqin düzgünlüyü və
ifadəliliyini təmin edən durğu işa-
rələrindən məqsədyönlü istifadə
edir.
Yazıda nitqin düzgünlüyünə və ifadəliliyinə xidmət edən durğu işarələrinin düzgün
yerində işlədilməsi
Nitqin düzgünlüyü, nitqin
ifadəliliyi, durğu işarələri
4.1.4. Üslubi çalarlarından asılı
olaraq sözləri böyük və kiçik
hərflərlə yazır.
Mətndəki sözlərin üslubi çalarlarından asılı olaraq böyük və ya kiçik hərflərlə
yazılması.
Üslubi çalar, böyük hərflə
yazılan sözlər, kiçik hərflə
yazılan sözlər
|