Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 27 (21.688)
8 fevral 2017-ci il, çərşənbə
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Təbii ki, ötən ayın ümumi mən-
zərəsinə nəzər saldıqda muxtar res-
publikanın həyatında ən önəmli ha-
disə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasına
səfəridir. Yanvarın 11-də ölkə
başçısının ümummilli lider Heydər
Əliyevin Naxçıvan şəhərinin
mər kəzində ucaldılan abidəsini zi-
yarət etməklə başlanan səfəri muxtar
respublikada bir sıra mühüm ob-
yektlərin istifadəyə verilməsi ilə
yadda qalıb. Belə ki, dövlətimizin
başçısı ilk olaraq Ordubad Su Elek-
trik Stansiyasının təməlqoyma mə-
rasimində iştirak edib. Sonra isə
Prezident İlham Əliyev Culfa rayon
mərkəzi və ətraf kəndlərin içməli
su təchizatı və kanalizasiya sistem-
lərinin istifadəyə verilməsi mərasi-
mində, Naxçıvan şəhərində Naxçıvan
Muxtar Respublikası Fövqəladə Hal-
lar Nazirliyinin zabit və gizirləri
üçün inşa olunmuş yaşayış binasının,
Əlahiddə Ümumqoşun Ordusunun
“N” saylı hərbi hissəsindəki əsgər
yataqxanasının və Əsgəri-Məişət
Kompleksinin, Şahbuz rayon mər-
kəzi və ətraf kəndlərin içməli su
təchizatı və kanalizasiya sistemlərinin
açılışlarında iştirak edib. Səfərinin
sonunda Naxçıvan şəhər 3 nömrəli
tam orta rus məktəbi binasının əsaslı
yenidənqurmadan sonra istifadəyə
verilməsi mərasimində çıxış edən
dövlət başçısı deyib: “Naxçıvan
Muxtar Respublikasında yenidən
olmağımdan çox şadam. Çox şadam
ki, Naxçıvan uğurla, sürətlə inkişaf
edir, böyük quruculuq, abadlıq işləri
aparılır. Bu, mənim Prezident kimi
muxtar respublikaya sayca 13-cü
səfərimdir. On üç il ərzində on
üçüncü dəfədir ki, Naxçıvandayam.
Bu rəqəm özlüyündə bir göstəricidir,
onu göstərir ki, Naxçıvanın inkişafı
daim diqqət mərkəzindədir. Ulu
öndər Heydər Əliyev həmişə Nax-
çıvana böyük diqqətlə yanaşırdı,
respublikanın problemlərinin həlli
üçün müvafiq göstərişlər verirdi
və böyük qayğı göstərirdi. Mən də
bu siyasəti davam etdirirəm və Nax-
çıvana həmişə çox böyük diqqət
verilir, böyük qayğı göstərilir.
Çox şadam ki, respublikanın
uğurlu inkişafı təmin edilir. Bu mü-
nasibətlə respublikanın rəhbərliyini
və sakinlərini təbrik etmək istəyirəm.
Doğrudan da son illər ərzində Nax-
çıvan böyük inkişaf yolu keçmişdir.
Naxçıvan şəhərinin abadlaşdırıl-
ması, gözəlləşdirilməsi, infrastruktur
layihələrinin icrası, bütün şəhər və
kəndlərin abadlaşması prosesi onu
göstərir ki, respublika möhkəm
ayaqda dayanır. Hesab edirəm ki,
bu gün Naxçıvan Muxtar Respub-
likasının çiçəklənmə dövrüdür. Çün-
ki bütün istiqamətlər üzrə işlər
uğurla gedir və gözəl nəticələr var”.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev
Naxçıvana səfərinin ertəsi günü Nax-
çıvan Muxtar Respublikasının sosi-
al-iqtisadi inkişafının sürətləndiril-
məsinə dair əlavə tədbirlər haqqında
Sərəncam imzalayıb. Sərəncama əsa-
sən, Naxçıvan Muxtar Respublika-
sının sosial-iqtisadi inkişafının daha
da sürətləndirilməsi məqsədilə Azər-
baycan Respublikasının 2017-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidenti -
nin ehtiyat fondundan Naxçıvan
Muxtar Respublikasının Nazirlər
Kabinetinə 5,0 (beş) milyon manat
ayrılıb.
Son illər Azərbaycan Respublikası
ilə İran İslam Respublikası arasında
qarşılıqlı əməkdaşlıq münasibətləri
daha da inkişaf edərək özünün yeni
mərhələsinə qədəm qoyub. İqtisadi,
siyasi, humanitar sahələrdə əldə
olunmuş müsbət nəticələr iki ölkə
arasında nəqliyyat sektorunun da
inkişaf etdirilməsinə şərait yaradıb.
Ötən il dekabrın 29-da Naxçıvan-
Təbriz-Tehran-Məşhəd beynəlxalq
sərnişin qatarının Naxçıvandan İran
İslam Respublikasına yola düşməsi
regionumuz üçün əhəmiyyətli hadi-
sələrdən biri kimi xatırlanır. 2017-ci
il yanvarın 3-də adıçəkilən qatar ilk
sərnişinlərini İran İslam Respubli-
kasından Naxçıvan Muxtar Respub-
likasına çatdırıb. Həftədə iki dəfə
fəaliyyət göstərən qatar Naxçıvanla
İran İslam Respublikası arasında in-
kişaf edən əlaqələrin məntiqi nəti-
cəsidir. Xatırladaq ki, Naxçıvan-
Təbriz-Tehran-Məşhəd beynəlxalq
sərnişin qatarının fəaliyyətə başla-
ması “Azərbaycan Respublikası Hö-
kuməti ilə İran İslam Respublikası
Hökuməti arasında Azərbaycan və
İran dəmir yollarının əlaqələndiril-
məsi haqqında” 2016-cı il fevralın
23-də Tehran şəhərində imzalanmış
Çərçivə Sazişində öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının
hərtərəfli inkişafında yaşayış mən-
təqələrinin abadlaşdırılması mühüm
yer tutur. Muxtar respublika sakin-
lərinə göstərilən dövlət qayğısının
nəticəsidir ki, hazırda ən ucqar kənd
yaşayış məntəqələrində də kompleks
quruculuq işləri görülür, yeni yollar
salınır, təhsil, səhiyyə, mədəniyyət
obyektləri istifadəyə verilir, əhalinin
rahat yaşamaq imkanları artır. Kom-
pleks quruculuq tədbirlərinin apa-
rıldığı kənd yaşayış məntəqələrində
belə layihələrin həyata keçirilməsi
cari ildə də davam etdirilir. Yanvarın
5-də Naxçıvan şəhərinin Tumbul
kəndində cari ilin ilk yeni quruculuq
obyektlərinin açılışı olub. Həmin
gün Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin iştirakı ilə Tum-
bulda kənd və xidmət mərkəzləri,
Naxçıvan şəhər 13 nömrəli tam orta
məktəbin binası istifadəyə verilib.
Məktəbin açılış mərasimində çı-
xış edən Ali Məclisin Sədri deyib:
“Bu gün ümummilli liderimizin
yolunu uğurla davam etdirən ölkə
Prezidenti təhsilin inkişafına xüsusi
diqqət və qayğı göstərir, bu sahədə
lazımi normativ hüquqi aktlar qə-
bul olunur. Hazırda ölkəmizdə təh-
silin bütün pillələri təmin edilmiş,
gənc nəsil üçün müasir tədris şə-
raiti yaradılmışdır. Bununla yanaşı,
gənc lərin xarici ölkələrdə ali təhsil
alması üçün də dövlətimiz tərə-
findən lazımi köməklik göstərilir.
Bir sözlə, Azərbaycan dövləti öz
gələcəyini təmin etmək üçün gənc -
lərin hərtərəfli təhsil alması qay-
ğısına qalır. Yaradılan şəraitin nə-
ticəsi olaraq isə vətənpərvər, təhsilli
və peşə sahibi olan gənclər yetiş-
dirilir. Bu da həm cəmiyyət, həm
də dövlət üçün vacib məsələdir...
Məktəbin nailiyyətləri onu deməyə
imkan verir ki, burada müəllim-
şagird münasibətləri qarşılıqlı hör-
mət və tələbkarlıq əsasında quru-
lub. Yaradılan müasir tədris şəraiti
gələcəkdə nailiyyətlərin daha da
artmasına imkan verəcək, mək-
təbdə təhsilli və vətənpərvər gənclər
yetişdiriləcəkdir”.
Həmin gün Tumbulda içməli su
və kanalizasiya şəbəkəsinin də açılışı
olub.
“Su Təchizatı və Kanalizasiya
İnvestisiya Proqramı” layihəsi üzrə
kənddə 18 kilometrdən artıq içməli
su və 15 kilometr uzunluğunda ka-
nalizasiya şəbəkəsi çəkilib, mənzil-
lərdə sayğaclar quraşdırılıb. Kənddə,
ümumilikdə, 503 abonent içməli su
və kanalizasiya şəbəkəsinə qoşulub.
Görülən işlərlə yanaşı, Tumbul kən-
dində 2 kilometrlik kənddaxili av-
tomobil yoluna asfalt örtük salınıb,
beton kanal çəkilib və 5 su keçidi
qoyulub. Bundan əlavə, kənddə ra-
bitə xətləri yenilənib, 2740 metrlik
müxtəlif tutumlu kabel xətti, 800
metrlik elektrik xətti, 230 metr yeraltı
elektrik xətti çəkilib, qaz xətlərində
təmir işləri aparılıb.
Yanvarın 7-də isə beşinci çağırış
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin dördüncü sessiyası ke-
çirilib. Sessiyanın müzakirəsinə
2016-cı ildə Naxçıvan Muxtar Res-
publikasının sosial-iqtisadi inkişa-
fının yekunları, Naxçıvan Muxtar
Respublikasının 2017-ci il dövlət
büdcəsinin təsdiq edilməsi, Naxçıvan
Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun 2017-ci il büd-
cəsinin təsdiq edilməsi, “İnsan orqan
və ya toxumalarının transplantasiyası
haqqında” Naxçıvan Muxtar Res-
publikası Qanununun qəbul edilməsi,
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) hesabatı kimi mə-
sələlər verilib. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
sessiyada məruzə edərək muxtar res-
publikada müxtəlif sahələrin inkişafı
haqqında danışıb, ötən il əldə olun-
muş uğurlu nəticələrdən bəhs edib.
Həmin gün Naxçıvan Muxtar Res-
publikası Konstitusiyasının 24-cü
maddəsinin I hissəsinin 9-cu bəndinə
uyğun olaraq müasir elmi nailiy-
yətlərə və tibbi təcrübəyə əsaslanaraq
insan orqan və ya toxumalarının
transplantasiyası (köçürülməsi) ilə
bağlı münasibətləri tənzimləyən “İn-
san orqan və ya toxumalarının
transplantasiyası haqqında” Naxçı-
van Muxtar Respublikasının Qanunu
qəbul edilib.
Naxçıvan Muxtar Respublika-
sında əhalinin sağlamlığının qorun-
ması qarşıda duran ən mühüm və-
zifələrdən biri hesab olunur. Bu sa-
həyə göstərilən dövlət qayğısının
nəticəsidir ki, ötən dövrdə muxtar
respublikanın şəhər və rayonlarında
müxtəlif idman obyektləri tikilib,
uşaq, yeniyetmə və gənclərin id-
manla məşğul olmaları, onların asu-
də vaxtlarının səmərəli keçirilməsi
üçün hərtərəfli şərait yaradılıb. Bu
sahədə görülən işlərin nəticəsidir
ki, son illər muxtar respublikada
gənclərin idmana marağı daha da
artıb, idmançılarımız ölkə və dünya
əhəmiyyətli idman yarışlarında iş-
tirak edərək uğurlu nəticələrə imza
atıblar. İdmana göstərilən diqqət
həm də onda özünü göstərir ki, hər
il muxtar respublikada bədən tərbi-
yəsi və idmanın hazırkı vəziyyəti
ilə bağlı keçirilən müşavirələrdə id-
man qurumları və federasiyaların
fəaliyyəti müzakirə edilir, qarşıda
duran vəzifələr müəyyənləşdirilir.
Məhz yanvar ayının önəmli hadi-
sələrindən biri də ötən ayın 14-də
Naxçıvan Muxtar Respublikası Ali
Məclisində “Naxçıvan Muxtar Res-
publikasında bədən tərbiyəsi və id-
manın hazırkı vəziyyəti və qarşıda
duran vəzifələr” barədə müşavirə
keçirilməsidir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
müşavirədə gənclərin asudə vaxtının
səmərəli təşkilində, onların sağlam
böyüməsində və gələcəyə hazırlan-
masında idmanın əhəmiyyətindən
bəhs edərək gənclərin idman növ-
lərinə marağının artırılması ilə bağlı
aid təşkilatlara və federasiyalara
tapşırıqlar verib. Bildirilib ki, bədən
tərbiyəsi və idmanla məşğul olmaq
təkcə yarışlarda iştirak etmək və
yüksək nailiyyət əldə etmək məqsədi
daşımır; bu, eyni zamanda xəstəlik
və zərərli vərdişlərin qarşısının alın-
masını, əhali sağlamlığının təmin
olunmasını da nəzərdə tutur. Bu
xüsusatı əsas götürərək ona nail ol-
malıyıq ki, muxtar respublikada bə-
dən tərbiyəsi və idman sahəsində
yaradılanlardan bütün vətəndaşlar,
o cümlədən gənclər səmərəli istifadə
etsinlər. Ona görə də Gənclər və
İdman Nazirliyi, idman federasiya-
ları muxtar respublikada idman növ-
lərinin inkişaf etdirilməsi, gənclərin
idmana cəlbi, idmanın kütləviliyinin
artırılması sahəsində fəaliyyətlərini
gücləndirməlidirlər.
Naxçıvan Muxtar Respublikasının
qonşu Türkiyə Respublikası və İran
İslam Respublikası ilə əlaqələri hər
ötən gün daha da genişlənir. Əsası
xalqımızın ümummilli lideri Heydər
Əliyev tərəfindən qoyulan bu əlaqələr
hazırda hər iki qonşu ölkə ilə uğurla
davam etdirilir. Muxtar respublikanın
sosial-iqtisadi inkişafının ilbəil yük-
səlməsi isə regionun xarici iqtisadi
əlaqələrinin möhkəmlənməsinə im-
kan verir. 2017-ci ilin yanvar ayı
həm də Naxçıvan Muxtar Respub-
likasının xarici iqtisadi əlaqələrinin
inkişaf etdirilməsi baxımından əhə-
miyyətlidir. Belə ki, yanvarın 16-da
Türkiyə Respublikası İqtisadiyyat
Nazirliyinin nümayəndə heyəti Nax-
çıvana səfəri çərçivəsində muxtar
respublikanın yerli istehsal müəssi-
sələrində olub, ixrac potensialı ilə
maraqlanıb. Naxçıvan Muxtar Res-
publikası İqtisadiyyat Nazirliyinin
təşkilatçılığı ilə Türkiyədən gəlmiş
nümayəndə heyəti üzvlərinin yerli
sahibkarlarla görüşü keçirilib. Tür-
kiyənin ölkəmizdəki səfirliyinin və
Naxçıvandakı Baş Konsulluğunun
nümayəndələrinin də iştirak etdiyi
tədbirdə muxtar respublikada istehsal
olunan məhsulların qardaş ölkəyə
ixrac edilməsi imkanları barədə fikir
mübadiləsi aparılıb.
20 Yanvar hadisələri xalqımızın
qəhrəmanlıq səhifəsində mühüm yer
tutur. Bu hadisə nə qədər faciəvi
olsa da, Azərbaycan xalqının iradə-
sini, milli azadlıq uğrunda mübarizə
əzmini qıra bilmədi. Həmin gün hə-
lak olan vətən oğulları xalqımızın
tarixinə parlaq səhifə yazdılar, milli
azadlığımız və suverenliyimiz üçün
yol açdılar. Buna görə də bu tarixi
gün hər il ölkəmizdə qeyd olunur.
Bu il də 20 Yanvar hadisələrinin il-
dönümü muxtar respublikanın hər
yerində kütləvi şəkildə qeyd edilib.
Yanvarın 20-də saat 12
00
-da Azər-
baycanın bütün ərazilərində olduğu
kimi, Naxçıvan Muxtar Respubli-
kasında da doğma yurdunun, xalqının
azadlığı uğrunda şəhidlik zirvəsinə
ucalan Vətən övladlarının əziz xa-
tirəsi bir dəqiqəlik sükutla yad edilib,
İcmal
Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə
qədəm qoyub. 2017-ci ilin ilk ayının yekunları da muxtar res-
publikanın gələcək inkişafında yeni imkanlardan lazımınca
istifadə olunacağı qənaəti yaradır. Bəs cari ilin yanvar ayı
Naxçıvan üçün hansı əlamətdar hadisələrlə yadda qaldı? Ay
ərzində muxtar respublika həyatında baş verən dəyişikliklərə
nəzər salaq.
Ardı 2-ci səhifədə
2
nəqliyyatın hərəkəti dayandırılıb,
avtomobillərdən səs siqnalları verilib.
Yuxarıda qeyd etdiyimiz kimi,
Naxçıvanla İran İslam Respublikası
arasında müxtəlif sahələr üzrə
əməkdaşlıq əlaqələri yüksələn xətt
üzrə inkişaf edir. Xüsusilə İran İs-
lam Respublikasının Qərbi Azər-
baycan Vilayəti ilə Naxçıvan Mux-
tar Respublikası arasında iqtisadi
əlaqələrin qurulması yaxın region
kimi hər iki tərəf üçün perspektivli
tərəfləri ilə seçilir. Yanvarın 24-də
İran İslam Respublikasının Qərbi
Azərbaycan Vilayətinin valisi
Qurban əli Səadətin rəhbərlik etdiyi
nümayəndə heyətinin Naxçıvan
Muxtar Respublikasına səfəri bu
əlaqələrin inkişafına öz töhfəsini
verəcək. Qeyd edək ki, səfər çər-
çivəsində Qərbi Azərbaycan Vila-
yətinin sənaye, mədən, kənd tə-
sərrüfatı, tikinti sahələrində fəa-
liyyət göstərən iş adamları Naxçı-
van Biznes Mərkəzində muxtar
respublikada istehsal olunan məh-
sullarla tanış olublar, naxçıvanlı
sahibkarlarla görüşüblər. Sahibkar-
larla keçirilən görüşdə Naxçıvan
Muxtar Respublikası və Qərbi Azər-
baycan Vilayətində istehsal olunan
məhsulların qarşılıqlı olaraq ixracı
və idxalının, iş adamları arasında
əməkdaşlıq əlaqələrinin genişlən-
dirilməsinin əhəmiyyəti vurğulanıb,
geniş fikir mübadiləsi aparılıb.
Muxtar respublikada istehsal edilən
məhsullarla tanış olan nümayəndə
heyətinin üzvləri Naxçıvanla Qərbi
Azərbaycan Vilayəti arasında iqti-
sadi əməkdaşlıq üçün münbit şə-
raitin olduğunu bildiriblər.
Göründüyü kimi, 2017-ci ilin
ilk ayı muxtar respublikada kifayət
qədər əlamətdar hadisələrlə yadda
qalıb. Yanvar ayının ümumi mən-
zərəsi onu göstərir ki, ötən il əldə
olunmuş uğurlu nəticələr cari ildə
də davam etdirilir. Muxtar respub-
likanın sosial və iqtisadi həyatında
atılan addımlar, xüsusilə iqtisadi
sahədə keçirilən görüş və tədbirlər
Naxçıvanın daha da sürətli inkişa-
fına öz töhfəsini verəcəkdir.
Culfa rayonunda təhsil müəs-
sisələrində tədrisin vəziyyəti və
qarşıda duran vəzifələrlə bağlı
tədbir keçirilib. Tədbiri Culfa
Rayon İcra Hakimiyyətinin baş-
çısı Şükür Babayev açıb.
Culfa Rayon Təhsil Şöbəsinin
müdiri Adəm Qasımov muxtar res-
publikada təhsilə göstərilən qay-
ğıdan danışıb. Vurğulanıb ki, ra-
yonun ümumtəhsil məktəblərinə
74 ədəd elektron lövhə, 440 ədəd
kompüter dəsti və 121 ədəd printer
verilib, 36 kompüter otağı yaradılıb.
Kompüterlər internet şəbəkəsinə
qoşulub.
Təhsil Şöbəsi tərəfindən dərs
ilini müvəffəqiyyətlə başa çatdırmaq
və buraxılış imtahanlarında yüksək
nəticələr əldə etmək üçün IX-XI
siniflərdə yoxlama test-sınaq imta-
hanları keçirilib və nəticələr məktəb
direktorlarının iştirakı ilə müzakirə
olunub. Bildirilib ki, təhsil müəs-
sisələrində vətənpərvərlik tərbiyəsi,
fiziki tərbiyə, hərbi hazırlıq fənlə-
rinin tədrisi diqqətdə saxlanılır,
məktəblilərin istedad və bacarığının
aşkarlanması, onların asudə vaxt-
larının səmərəli təşkili üçün ümum-
təhsil və məktəbdənkənar təhsil
müəssisələrində müxtəlif tədbirlər
keçirilir.
Tədbirdə rayon İcra Hakimiy-
yətinin başçısı Şükür Ba-
bayev çıxış edərək bil-
dirib ki, Culfa rayonunda
da təhsilin inkişafına bö-
yük diqqət və qayğı gös-
tərilir. Təkcə 2016-cı
ildə Saltaq kəndində
306, Gülüstan kəndində
156 şagird yerlik yeni
məktəb binaları tikilib.
Xanəgah kəndində 198
şagird yerlik məktəb binası əsaslı
təmir olunaraq müasir avadanlıq-
larla təchiz edilib. Hazırda rayonda
fəaliyyət göstərən 26 məktəbdən
22-nin binası yenidən tikilib və ya
təmir olunub.
2015-2016-cı tədris ilində rayon
məktəblərinin 398 məzunundan 156
nəfəri ali məktəblərin, 19 nəfəri
orta ixtisas məktəblərinin tələbəsi
adını qazanıb. Ali məktəblərə qəbul
olunan məzunlardan 35-i 500-700
intervalında bal toplayıb.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 11 yanvar
2016-cı il tarixli Sərəncamı ilə təs-
diq edilmiş “2016-2020-ci illərdə
Naxçıvan Muxtar Respublikasında
sağlamlıq imkanları məhdud uşaq-
ların təhsili və reabilitasiyası üzrə
Dövlət Pro qramı”nın icrası ilə bağlı
2015-2016-cı tədris ilində rayonda
sağlamlıq imkanları məhdud 7 uşaq
tam orta məktəblərin birinci sinfinə
cəlb edilib.
Rayon İcra Hakimiyyətinin başçısı
diqqəti yol verilmiş nöqsanlara yö-
nəldərək deyib ki, təhsil sisteminə
göstərilən dövlət qayğısına baxma-
yaraq, rayonun ümumtəhsil müəssi-
sələrinin fəaliyyətində hələ də bir
sıra nöqsan və problemlər qalmaq-
dadır. Belə ki, yeni məktəb binalarının
tikilməsinə, onların müasir informa-
siya texnologiyaları ilə təmin olun-
masına, təhsil müəssisələrində yüksək
tədris şəraitinin yaradılmasına bax-
mayaraq, hələ də bəzi təhsil müəssi-
sələrinin fəaliyyəti qənaətbəxş deyil.
Təhsil müəssisələrinin yerləş-
dikləri binaların və avadanlıqların
qorunması diqqətdə saxlanılmalı-
dır, – deyən İcra Hakimiyyətinin
başçısı bildirib ki, verilən tapşırıqları,
qarşıya qoyulan vəzifələri rəhbər
tutaraq rayonun təhsil sisteminin
hərtərəfli inkişafı üçün bütün im-
kanlardan maksimum istifadə edərək
mövcud nöqsanları aradan qaldır-
malı, 2016-2017-ci tədris ilində
əzmlə və məsuliyyətlə çalışıb ili
yüksək nailiyyətlərlə başa vurmalı,
təhsilimizin inkişafına öz töhfəmizi
verməliyik.
Muхtar respublika əhalisinin
qış mövsümündə keyfiyyətli tə-
rəvəz məhsulları ilə təmin оlun-
masında istiхana kоmpleksləri
mühüm əhəmiyyət kəsb edir. Bu
sahəyə göstərilən diqqət və qayğı
nəticəsində bu gün muxtar res-
publikada 21 istiхana kоmplek-
sinin ümumi sahəsi 127 min 162
kvadratmetrdir.
Naxçıvan Muxtar Respublika-
sının İqtisadiyyat Nazirliyindən al-
dığımız məlumata görə, 2017-ci
ilin yanvar ayı ərzində istixana
kompleksləri 44 tona yaxın məhsul
istehsal ediblər. Bunun 38,9 tonu
pomidor, 4,2 tonu xiyar, 0,71 tonu
digər tərəvəz məhsullarıdır.
Cari ilin ötən dövrü ərzində
istixana komplekslərində kənd
təsərrüfatı istehsalçıları tərəfindən
yetişdirilən və satışı həyata ke-
çirilən tərəvəz məhsullarından 21
halda səyyari və laboratoriya təh-
lilləri aparılıb, normativlərdən
kənarlaşma olmadığı müəyyən
edilib.
Son illər muxtar respublika-
mızda reallaşdırılan irimiqyaslı la-
yihələr nəticəsində daxili bazarın
tələbatına uyğun keyfiyyətli məh-
sullar istehsal edən müxtəlif təyinatlı
yeni istehsal müəssisələri yaradılıb.
Hazırda muxtar respublikamızda
366 növdə yerli məhsul istehsal
olunur. 107-si ərzaq, 237-si qeyri-
ərzaq olmaqla, 344 növdə məhsula
olan tələbat yerli imkanlar hesabına
ödənilir.
Daxili bazarı yerli məhsullarla
təmin edən müəssisələrdən biri də
“Naxçıvan Duz İstehsalı” Məhdud
Məsuliyyətli Cəmiyyətidir. Zəngin
duz yataqları Naxçıvan şəhərindən
12 kilometr aralıda, dəniz səviyyə-
sindən 1173 metr yüksəklikdəki Duz-
dağ ərazisində yerləşir. Bu mədən-
lərdə duz istehsalının tarixi e.ə. III-
II minilliklərə təsadüf edir. Duzdağ
yatağından sənaye üsulu ilə duz çı-
xarılmasına isə ilk dəfə 1927-ci ildə
başlanılıb.
Son illər duz mədənində tikinti-
quraşdırma, yenidənqurma, təmir-bər-
pa, abadlıq işləri aparılıb, 1990-cı il-
lərin əvvəlində baş verən iqtisadi
böhran nəticəsində istismarı dayan-
mış və uzunluğu 1700 metr olan 1
nömrəli şaxta, eləcə də mövcud 2
duz emalı sexi müasir texnoloji ava-
danlıqlarla təmin edilməklə müəssisə
yenidən qurularaq istifadəyə verilib.
2005-ci ildə istehsal gücü gündə 7
və 20 ton olan 2 yeni duz emalı
müəssisəsi tikilərək istehsala başla-
nılıb. Burada bütün istehsal prosesi
avtomatlaşdırılıb, paketləyici ava-
danlıq quraşdırılıb. Hazırda müəs-
sisədə 200, 250 və 500 qramlıq ta-
ralarda qablaşdırılan məhsullar is-
tehsal edilir.
2010-cu ildə quraşdırılan 3 ədəd
rəqəmsal yodvuran, 2 ədəd tarixvuran
və 1 ədəd duzpaketləyən avadanlıq
əl əməyini yüngülləşdirib, yüksək-
keyfiyyətli məhsul istehsalına təminat
yaradıb. Duz mədənində istehsalatda
baş verə biləcək qəzaların qarşısının
alınması məqsədilə 2014-cü ildə bir
sıra tədbirlər həyata keçirilib, 300
metrlik ehtiyat çıxışı yaradılıb. Duz
istehsal edilən 1050 metrlik şaxtanın
uzunluğu dövlət maliyyə dəstəyi ilə
1300 metrə çatdırılıb. Maililiyi 75
metr olan şaxtanın daha yüksək sə-
viyyədə və təhlükəsiz işıqlandırılması
məqsədilə yeni transformator qoyu-
lub. 750 metr yüksək gərginliyə da-
vamlı kabel xətti çəkilib. Şaxtada
çökmələrin qarşısını almaq üçün 18
yerdə bərkitmə işləri aparılıb, 2000
metrlik tros kanat yenisi ilə əvəz
edilib. Ötən ildə də bu istiqamətdə
işlər davam etdirilib, 1 nömrəli şax-
tada mədənbərkitmə işləri üçün Sa-
hibkarlığa Kömək Fondundan 40
min manat dövlət maliyyə dəstəyi
göstərilib. Layihəyə uyğun olaraq
işlər vaxtında və keyfiyyətlə yerinə
yetirilib.
İstifadəyə verilən yeni istehsal
sahələri Naxçıvanın duz yataqlarının
istismarı tarixində qurulan ilk müasir
istehsal sahələridir. Bu gün duz mə-
dənində yeni texnoloji avadanlıqlarla
təmin edilmiş 4 duz emalı sahəsi
fəaliyyət göstərir. Gündəlik istehsal
gücü 40-45 ton daşduz, 20-25 ton
isə üyüdülmüş duz olan “Naxçıvan
Duz İstehsalı” Məhdud Məsuliyyətli
Cəmiyyətində 18 çeşiddə duz istehsal
olunur və bu məhsullar məişətdə,
heyvandarlıqda, kimya sənayesində
istifadə edilir. Məişətdə istifadə edi-
lən yodlaşdırılmış duz həm 0,5, 1
kiloqramlıq karton və plastik, həm
də 0,2, 0,5 kiloqramlıq polietilen
taralarda və 25 kiloqramlıq kisələrdə
“Duzdağ” əmtəə nişanı ilə satışa
çıxarılır.
70 nəfərin işlə təmin olunduğu
müəssisənin ixrac potensialı ildən-
ilə genişləndirilir. Xammalın çıxa-
rılmasından satışa göndərilməsinədək
bütün texnoloji proseslərə, istehsal
olunan duzun keyfiyyətinə və sani-
tar-gigiyenik qaydalara ciddi əməl
olunur. Müəssisədə Naxçıvan Muxtar
Respublikası Standartlaşdırma, Met-
rologiya və Patent üzrə Dövlət Ko-
mitəsində qeydiyyatdan keçmiş la-
boratoriya fəaliyyət göstərir. Bu da
istehsal edilən duzun keyfiyyətinə
tam nəzarət etməyə imkan verir. İs-
tehsal prosesinin konveyer üsulu ilə
təşkil edildiyi müəssisədə duz yeraltı
partlayış üsulu ilə əsas kütlədən ay-
rılıb kiçik vaqonlara yüklənərək yer-
üstü sahəyə daşınır. Daşduz yerüstü
sahədə çeşidləndikdən sonra emal
sahələrinə gətirilir. Daşduz birinci
sexdə 2 mərhələdə müxtəlif ava-
danlıqlarda əzilərək üyüdülüb hər
ton duzun tərkibinə 85 qram yod
əlavə edilməklə elevatorla ikinci
sexə ötürülür. Burada isə ələkdən
keçirildikdən sonra paketlənir.
Daxili bazarı keyfiyyətli məh-
sullarla təmin edən kollektiv ötən
il 5391 ton daşduz və 2206 ton üyü-
dülmüş duz istehsal edib. Müəssisə
tərəfindən 2340 ton daşduz və 2129
ton üyüdülmüş duz satılıb. Keyfiyyət
göstəriciləri ilə seçilən Naxçıvan
duzunun ölkəmizin digər regionla-
rında da satışını təmin etmək məq-
sədilə Bərdə şəhərində baza yara-
dılıb. Müəssisədə istehsal olunub
ticarət obyektlərinə çatdırılan duzun
3193 tonu Bakı şəhərində və ölkə-
mizin digər regionlarında, 1276
tonu isə muxtar respublikamızda
satışa çıxarılıb.
Onu da qeyd edək ki, insan sağ-
lamlığı üçün vacib elementlərlə zən-
gin olan Naxçıvan duzunun xarici
bazara çıxarılması, tanıdılması isti-
qamətində işlər davam etdirilir. Ayrı-
ayrı ölkələrdə keçirilən biznes fo-
rumlarda, sərgilərdə yaxından iştirak
edilir ki, bu da iqtisadi əlaqələrimizin
genişlənməsinə əlverişli şərait yaradır.
Cari ildə də bu mühüm əhəmiyyətli
sahə diqqət mərkəzində saxlanılır.
Almaniyanın paytaxtı Berlin şəhə-
rində keçirilən “Beynəlxalq Yaşıl
Həftə-2017” sərgisində digər məh-
sullarımızla yanaşı, “Naxçıvan Duz
İstehsalı” Məhdud Məsuliyyətli Cə-
miyyətinin də məhsulları nümayiş
etdirilib.
Naxçıvan Muxtar Respublikasında sərnişinlərin təhlükəsiz
daşınması üçün yeni nəsil texnologiyalar tətbiq edilir. Nəqliyyat
Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, muxtar respublikanın
paytaxtında sərnişindaşıyan avtonəqliyyat vasitələrinə “Naxtel”
Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi GPS sistemi
quraşdırılır.
Bu texnologiyaların
köməyi ilə nəqliyyat va-
sitələrinin hərəkətini iz-
ləmək, təhlükəsizliyə
nail olmaq, yanacaq
xərclərinə qənaət etmək,
əmək intizamına, texni-
kanın istismarına nəza-
rəti gücləndirmək müm-
kündür. Naxtel-4G GPS
izləmə sistemi hazırda Naxçıvan-Bakı marşrutunda hərəkət edən av-
tobuslarda uğurla tətbiq edilir. Naxçıvan şəhərdaxili marşrutunda
işləyən avtobus və taksilərə isə GPS-lərin quraşdırılması işləri davam
etdirilir. İndiyədək bu sistem 32 ədəd avtonəqliyyat vasitəsinə
quraşdırılıb. Gələcəkdə bütün nəqliyyat vasitələrində bu xidməti
görmək mümkün olacaq.
Muxtar respublikada sahibkarlığın yeni mərhələyə qədəm
qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrinə yeni innovasiyaların
tətbiqi daha da genişlənməkdədir. Belə gəlirli sahələrdən biri də
yaradılan istixana kompleksləridir.