qabırğaları arasına sancdı. Atın baĢı yerə gəldi.
– Ay oğul, Allah o heyvanları belə yaradıb, sənin nə günahın.
Atın cəsədini sürüyüb apardılar.
Mehtərlər ikinci bir köhləni çəkib gətirdilər.
– Ərəb atıdır.
Ağ rəngli bu köhlənin ağ yalı, ağ quyruğu vardı. Uzun Həsən köhlənin duruĢuna,
gözəlliyinə baxıb heyran qaldı. Onun belinə qalxıb Ģikəst eləməyə heyfi gəldi.
– Bunun da beli sınar, heyifdi.
Əmiraxur güldü.
– Dünyanın bütün ilxıları sənə qurban olsun. Hökmdarımızın atı gərək onun adına
layiq...Bütün cinslərdən gətirmiĢik. Harada bir adlı-sanlı at varsa onun balalarını tapmıĢıq,
almıĢıq.
Uzun Həsən nə qədər ucaboy, ağır olsa, bir o qədər də yüngül, cəld idi. Ayağını üzəngiyə
keçirib, yəhərə qalxmağı xoĢlamazdı. Bir dəfəyə ayağını yerə vurmaqla qalxırdı. Ona görə də
yəhərə ağırlıq birdən-birə düĢür, atların çoxusu dözmür, beli qırılırdı.
O, ərəb atını da belə mindi. Yox, bunun beli sınmadı. Deyəsən onu yaxĢı
əhliləĢdirməmiĢdilər. Dəlilik eləyirdi. Yüyəni dartanda Ģahə qalxır, süvarini belindən salmağa
çalıĢırdı. Uzun Həsən atın yüyənini buraxdı. KövĢənlə ox kimi uçurdu. DüĢərgədən çox
uzaqlaĢmadı. Aralıdan baĢını döndərdi, dövrə vurub gəldi. Amma birdən-birə köhlənin baĢı aĢağı
getdi, ayağı horraya dönmüĢ palçıqda siçan yuvasınamı, nəyəsə keçmiĢdi. Həsən atın boynundan
uçub qabaqda yerə düĢdü. Hələ göydə ikən özünü düzəltmiĢdi. Ayaq üstündə düĢdü və topuğa
qədər palçığa batdı.
Ə‟yanlar ona tərəf qaçmaq istədilər, amma hökmdar qamətini düzəltdi, qırmızı məstlərinin
topuqdan yuxarı palçığa batmağına fikir verməyib iri addımlarla onlara tərəf gəlməyə baĢladı.
Narın yağıĢ onun qara, gödək saqqalına qırov kimi qonmuĢdu. Börkü, libası da su içində idi. Bu
yağıĢ birdən-birə deyil, yavaĢ-yavaĢ isladırdı, həm də sümüyə, iliyə qədər keçirdi.
Amma nə hökmdar, nə də onun məiyyəti yağıĢa fikir vermirdilər. Köçərinin günü yağıĢda,
qarda keçər. O, əyilib gözlərinin bulağından aĢağı yaĢ axan ərəb atının baĢını sığalladı, üzünü
döndərib yeridi.
Atın ki ayağı sındı, qurtardı, o sağalmaz. Belə heyvan ölməlidir. Əzabdan, əziyyətdən
qurtarmaq üçün onu öldürürlər.
Əmiraxur yetirib qılıncını çəkdi, onun ürəyinə sancdı. Hökmdar ərəb atına çox lütfkarlıqla
yanaĢmıĢdı. Onu nizə ilə öldürmək istəmirdi.
Uzun Həsən ə‟yanlarına, məiyyətinə özünün gücünü, ağırlığını göstərmək istəmirdi. Onu
hələ neçə-neçə döyüĢlər gözləyirdi. DöyüĢdə ki, at sahibi kimi cəld olmadı, onu tez tutarlar. Əsir
eləyərlər. Əsir düĢən hökmdarın səltənəti dağılmasa da ömürlük ləkəli olur. Bir hökmdar həyatı
üçün yüzlərlə ilxı qurban verirdilər, heç onu müqayisəyə də gətirmək olmaz. Həm də igid
döyüĢçünün, sərkərdənin altında adına layiq atı olmalıdır. O, bilirdi ki, Əbu Səidlə döyüĢsüz
qurtara bilməyəcəklər, ona görə də özünə təzə atlar seçməyi tapĢırmıĢdı.
– Bu nədir, Əmiraxur, sənin gətirdiyin atların hamısı loĢ çıxır.
Əmiraxur qılıncını kətyan koluna silib qurtarandan sonra qınına salıb gəlirdi.
– YaxĢı atlarımız var, hökmdar.
– Gətirin görüm.
Əmiraxur göydəmir bir atı hökmdarın qarĢısına çəkdi.
– Əsil Qarabağ atıdı. Özü də üçyaĢar, cavandı. YaxĢı yorğası var.
Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu baĢından o biri
baĢına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən ġama, ġamnan
14 www.sarigelin.net
Təbrizə, oradan Xorasana. Onun atı yorğa yeriĢli olmasa yorub əldən salar. Onsuz da mehtərlərin
yüyənindən tutub saxladıqları atların hamısı yorğa yeriĢli idi.
Uzun Həsən əlini Qarabağ atının islaq yalına, sarğısına çəkib onun xasiyyətinə bələd olmaq
istəyirdi. Bu vaxt onlara tərəf qızılı bir ayğır təĢəxxüslü bir qaçıĢla yaxınlaĢıb kiĢnəyir, ayaqlarını
yerə döyürdü.
– Əmiraxur, o ayğırı tutun.
Bir iĢarə bəs idi. Hər tərəfdən ayğırı dövrəyə aldılar. Ayğır adamların arasından sıçrayıb
çıxdı. Bir neçə mehtəri də qabaq ayaqları ilə əzdi, təpiyi də birini tutub palçığın içinə uzatdı.
Amma Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı. Alaçığın yanındakı atın yəhərindən
kəməndi götürmüĢdü. Kəməndi atmaqla ayğırın baĢına keçməyi bir oldu. Ancaq ayğır Ģahə
qalxıb kəmənddən qurtarmaq istədi. Bir Ģey çıxmadı. Sağ ayağını irəli verən Uzun Həsəni də öz
dalınca dartdı. O, sol dizini qatlamıĢ, sağ ayağını yerə vermiĢdi. Amma ayğırı saxlaya bilmirdi.
Ayağı palçıqda sürüĢüb gedir, ayğır onu dartıb aparırdı. Haradansa qabağına bir daĢ çıxdı.
Ayağını dirədi. Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. ġahə qalxdığı yerdə yanı üstə çökdü.
– Boğun bu ayğırı!
Mehtərlər tökülüb ayğırın boğazına daha bir kəndir atdılar, üçü bir tərəfdən, üçü də bir
tərəfdən kəndiri dartmağa baĢladılar. Ayğır qalxmıĢdı. Ona gücləri çatmırdı.
– Nə olub sizə, çörək yeməmisiniz? – deyə Uzun Həsən hayqırdı. Ġpdən yapıĢan mehtərlər
çoxaldı. Kəndir sıxıldı, ayğır boğulurdu.Bir azdan o ayaq üstə dayana bilmədi. Gücü, qüvvəsi
tükəndi. Ayaqları boĢaldı, tir-tap yerə uzandı. Onun ağzından qan gəldi.
– Tez olun, baĢına yüyən vurun, belinə yəhər qoyun.
Hökmdarın tapĢırıqlarını bir anda yerinə yetirdilər. O, tapqıra baxdı. Barmaqları tapqırın
altına keçdi. QayıĢı açıb bir ilgək də yuxarıdan bağladı. Yüyəni yalın üstünə keçirtdi.
Ayğır nəfəs almağa baĢlayan kimi ayağa qalxdı, Uzun Həsən də onun yəhərində. Bayaqkı
qənĢər, Ģux yeriĢindən əsər-əlamət qalmamıĢdı. Üstündə yük hiss eləyib Ģıllaqlamağa baĢladı. Bir
Ģey çıxmadı. Artıq özünə gəlmiĢdi. Üstündəki yük onu elə bil ayıltmıĢdı. Ġndiyə qədər belə Ģey
görməmiĢdi. Heç onun üstünə milçək də qona bilmirdi. Mozalan diĢləyəndə ağız atırdı.
Milçəkləri quyruğu ilə qovurdu. Amma indi belində ağır bir yük vardı. Ağzını atıb diĢləmək
istəyirdi, cəhənglərini dartan dəmir yüyən onu baĢını döndərməyə qoymurdu. Ayğır Ģahə qalxdı,
amma üstündəki onu öz ağırlığı, hərəkətləri ilə qabaq ayaqlarını torpağa endirdi. Böyürlərinə iki
ağır Ģey dəydi. Ayğır bu vəziyyətdən xilas olmaq üçün baĢ götürüb qaçmaqdan özgə çarə
görmədi. Götürüldü, yəhərdəki də elə bunu istəyirdi. YaĢ, sürüĢkən kövĢən yerində dəli bir qaçıĢ
baĢladı. Ayğırın dırnaqlarından palçıq parça-parça göyə tullanır, amma onların üstünə düĢmürdü.
Bu dəli sür‟ətə çata bilmirdi.
Uzun Həsən qırğı kimi ayğırın yalına yatmıĢdı. Artıq onu ipə-sapa yatırırdı. Bir azdan o,
sür‟əti bir az da artırdı. Həsənin ə‟yan-əĢrəfi də atlarına süvar olub ona çatmaq üçün çapır, amma
yaxınlaĢmaq əvəzinə daha da uzaqlaĢırdılar. O, ayğırın baĢını buraxıb xeyli getmiĢ, ordugahdan
uzaqlaĢmıĢdı. Onun üzünü döndərib əks tərəfə dönmək üçün böyük bir qövs cızdı. Yenidən
sür‟ət artdı. Elə bil Uzun Həsəni ayğırla bərabər mancanaqdan buraxmıĢdılar. Ən güclü
pəhləvanın atdığı ox kimi süzürdülər. Bu sür‟ət həm Uzun Həsənə, həm də ayğırın özünə xoĢ
gəlirdi. Daha yəhərdən, yüyəndən süvaridən xilas olmağı da bəlkə istəmirdi. Çünki onu bir bu
qədər yol qovan da olmamıĢdı. Ġndi var gücü ilə qaçırdı.
Uzun Həsən baĢını qaldıranda qabaqda böyük bir dəstə gördü. Beynindən ildırım kimi bir
fikir keçdi. “Əbu Səidə köməyə gələn qoĢun olar”. Belinə əl atdı, amma qılınc bağlamamıĢdı.
Əmudu, təpəri, təbərzini, nizəsi də yox idi. Ayğır isə özünü gələn dəstənin üstünə atırdı. O,
yüyəni nə qədər dartdısa da, ayğırın sür‟ əti azalmırdı.
Birdən bir səs eĢitdi:
– Dayı!
Bu səs ayğırı da diksindirdi. O, Ģahə qalxdı. Uzun Həsən yüyəni yığıĢdırdı. Ayğır da
sakitləĢdi.
– Mənəm, dayı.
15 www.sarigelin.net
Bir atlı ona yanaĢdı. YağıĢdan qorunmaq üçün baĢına örtük salmıĢ ġeyx Heydər idi.
– Gəldin?
– Gəldim dayı. Özümlə də on min mürid gətirmiĢəm.
– On min?
– Bəli. Yolda Əbu Səidə köməyə gələnlərlə də vuruĢduq. BeĢ min əsir tutmuĢuq. Bütün
arabaları qənimət almıĢıq.
– Bərəkallah, bacıoğlu. Səni ordugahda gözləyirəm. O, atın baĢını döndərdi ordugaha tərəf,
yüyəni buraxdı. Ayğır götürüldü. Yolda onun dalınca çapanların yanından keçib öz alaçığına
çatdı, ayğırı saxladı. At bu dəfə də Ģahə qalxdı. Amma yorulub sakitləĢmiĢdi. Ayaqlarını yerə
qoydu, Həsən tullanıb yəhərdən düĢdü. Nökər-naiblər atın cilovundan yapıĢdılar.
– Aparın gəzdirin, təri soyusun, – dedi.
Alaçığın qabağında on səkkiz, on doqquz yaĢlı oğlu, boy-buxunda, sir-sifətdə atasına
oxĢayan Uğurlu Məhəmməd dayanmıĢdı. O, atasını görüb yaxın gəldi, əlini sinəsinə basıb baĢ
əydi.
– Sənin iĢini mən görürəm də, oğlum, – deyə ona zarafat elədi. Amma zarafatı ciddi dedi.
– Atayi mehriban, sənin iĢini görmək dərəcəsinə yetiĢməyimə hələ çox var.
O əlini oğlunun çiyninə qoydu
– Sən mənə oxĢayacaqsan. Buna gün kimi inanıram. Ora bax, deyə bir az yuxarı qalxmıĢ
buludları göstərdi, – görürsən, buludlar günəĢin qabağını kəsib. Amma bulud nədi, heç nə. O
əriyib gedəcək. GünəĢ isə elə günəĢdi.
Birdən onun gözünə bir dəstə qaz göründü. Buludların arasında qanad çala-çala ordugaha
yaxınlaĢırdılar.
– Tez, yay-oxu, alaçıqdan bura gətir. Özününkünü də götür.
Uğurlu Məhəmməd alaçıqdan atasının və öz yay-oxlarını gətirdi.
– Oğul, o qazları görürsən də.
– Hə, üç qazdı. Qabaqdakını mən niĢan alıram, arxadakını sən. Xeyli vaxtdı
Bozağoğlundan dərs alırsan. Görüm necə atırsan.
Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların baĢı üstünə
gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu.
Ordugahdan heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-
hərlənə gəlib yerə düĢdü. Ata oğlunun qolundan tutub alaçığa apardı. Ata keçib taxtında
oturmadı. Alaçağın ağzında palçıqlı məstlərini çıxartdı, naxıĢlı yun corabda xalçanın üstü ilə
keçib döĢəkçənin birinin üstündə bardaĢ qurdu. Oğlu da məstlərini çıxartdı. Ayaq üstündə qaldı.
– Gəl görüm, otur yanımda. Səninlə məsləhətləĢmək istəyirəm.
– EĢidirəm, atayi mehriban.
– ġeyx Heydər on min müridlə bizim köməyimizə gəlir. Bizim qüvvəmiz artır. Əbu Səidin
əli-ayağı bağlanır. Biz indi ona rahatlıq versək, özümüzə qəbir qazarıq. Səni bir minbaĢı kimi
səfərə göndərmək istəyirəm. Gecəylə hücuma keçib düĢmənə ağır zərbə vurub qayıdacaqsan.
Görüm sərkərdəlik qabiliyyətin də ox atmağın kimi olacaqmı?
– BaĢ üstə, atayi mehriban. Mən hazır.
– YüzbaĢıları özün seç.
Bununla da ata ilə oğulun söhbəti qurtardı. Uğurlu Məhəmməd qalxdı. Elə çıxdı ki, arxası
atasına tərəf düĢmədi.
Bir aya yaxın çəkən yağıĢlar bir gecə qara çevrildi. Səhər hər tərəf ağ bir örtüyə
bürünmüĢdü. Sultan Əbu Səid qalxıb soyuq çadırda gərnəĢdi. Yorğanı üstündən atıb isti paltar
geyindi. Yaxasına, ətəyinə, qollarına samur xəzi tikilmiĢ xorasan kürkünə bürünüb çadırdan
çıxdı. Yanı ilə onu kölgə kimi izləyən adamlara əhəmiyyət vermədən yeriyirdi. Ordugahın
arasında iri bir Ģeyin üstünə qar yatmıĢdı və nə olduğu bilinmirdi.
– Bu nədi belə?
– Fildi, Sultani əzəm. Ölüb.
– Fil ölüb?
16 www.sarigelin.net
– Bəli. O isti yerin heyvanıdır. Qarabağın soyuğuna dözmədi.
– Soyuğuna yox, aclığa. Bütün günahlar səndədir, vəzir. Məni bu tələyə salan sənsən.
Qarabağı da vermirdik, babamın iyini almağa gəlirdim. Ġndi fil leĢinin iyini alarıq. Səltənəti sən
məhv elədin.
Sara xatunu Əbu Səidin çadırına gətirən, sonra sultanın qulağına pıçıldayan vəzirin bu
sözdən sonra diĢi-diĢinə dəyirdi. Soyuq da tə‟sirini göstərirdi. O Xorasanda belə soyuq
görməmiĢdi. Üç gün dalbadal əsən külək birdən-birə qar gətirmiĢdi.
– Nə oldu elçilər?
– Elçilər əliboĢ qayıdıb.
– Necə? Qarabağı da, Azərbaycanı da, Ġraqi Əcəmi, Ġraqi Ərəbi, lap Reyi də veririk, Uzun
Həsənin gözü doymur? O ki bizdən bir buranı istəyirdi.
– “Yox” deyib durub.
Ordugahdakı çadırlardan çıxan yox idi. Sultan elə bildi ki, qoĢundan salamat qalanlar da
onu tərk edib. Çadırlardan birinə girdi. Səsini çıxartmadı. Silahlı-əbləsəli oturub yuxuya
gedənlərdən heç biri yerindən qımıldanmadı. Vəzir qıĢqırdı:
– Sultanı görmürsünüz?
Heç kimdən səs çıxmadı. Vəzir qapının yanında oturan əsgəri təpiyi ilə itələdi. Əsgər
yıxıldı, baĢından dəbilqə, düĢüb o biri əsgərin sinəsindəki qalxan Ģəkilli zirehə dəyib cingildədi.
Amma nə yıxılan, nə onun toxunduğu qımıldanmadılar.
– Sultani əzəm, çıxın buradan. Vəba...
Sultan geri qayıtdı.
– Ölənlər də, xəstələr də yandırılsın!
– BaĢ üstə, – deyə əmirsipəhsalar dindi, amma sözünü dəyiĢdi.
– Odun yoxdu, Sultani əzəm.
Əbu Səid çadırına qayıtdı. Əmirsipəhsaları çağırıb qulağına nəsə pıçıldadı. O, çıxdı. Vəzir
Sultanı danıĢdırmaq istədi, amma onun danıĢmağa həvəsi qalmamıĢdı. Bir azdan əmirsipəhsalar
beĢ nəfər silahlı əsgərlə çadıra girdi. Vəzir deyəsən bütün bunların onun əleyhinə olduğunu görüb
gah əmirsipəhsalara, gah da sultana baxdı. Özü qıc kimi olsa da, gözləri yerində oynayır, o tərəf
bu tərəfə qaçırdı. Sultan üzünü əmirsipəhsalara çevirdi.
– Deyəsən vəzirimiz məĢhur nəsildəndir.
– Bəli, Sultani əzəm, Barmakilərdəndir.
– Yalan desən də inanırıq. Barmakilərin kökü çoxdan kəsilib. Bir də onlar belə ağılsız
məsləhət verməzdilər. Hər halda əsilzadəsən – Sultan bu sözdən sonra taxtının yanından asılmıĢ
yayını götürüb baxdı. Ucları ceyran buynuzundan düzəldilmiĢdi. Tutacağı qızıldan idi.
– Bu heyifdi. Bir yay gətirin, kiriĢi yoğun olsun. Vəzir Sultanın qabağında diz üstə çökdü,
ona tərəf süründü.
– Sultani Əzəm, mən bütün Qaraqoyunlu mülkünü öz mülklərimizə qatmaq üçün belə
məsləhət vermiĢəm. Mənə rəhminiz gəlsin. Mən sizə həmiĢə sədaqətlə qulluq eləmiĢəm.
ġirvanĢaha göndərdiyim elçilər qayıtsın, hər Ģey yaxĢı olacaq. Ġnandırıram sizi.
– ġirvanĢah?.. Nə vaxt göndərmisən?
– Bir həftədir. Bu gün gələcək.
Sultan çadırın açıq qapısından baxdı. Gördü ki, bir atlı çapa-çapa gəlir. Atdan buğ qalxır.
Onun ata paxıllığı tutdu. Gör necə canı istidi ki, buğlanır. Mən bu qədər paltarın içində donuram.
Atlı gəlib çadırın yanında yəhərdən aĢırıldı.
– Gəldi, elçi, gəldi elçi. – Ġcazə verin içəri gəlsin.
– Gəlsin.
Elçini çağırdılar. O, içəri girib əlini döĢünə qoyub baĢ əydi, belindəki əyri qılınc qalxıb
çadıra toxundu.
– De görək nə xəbərlə gəlmisən?
– Bəd xəbərlə gəlmiĢəm, Sultani əzəm. ġirvanĢah...
– Hanı məktubu?
17 www.sarigelin.net
– Məktubu yazmağı da lazım bilmədi. Dilcavabı buyurdu. Dedi ki, bəs mən Sultan Əbu
Səid həzrətlərinə həmiĢə kömək eləmək istəyirdim. Babam da onun babasının sayəsində hökm
sürmüĢdü. Amma qorxuram. Uzun Həsən məktub yazıb. Yazıb ki, baban ġeyx Ġbrahim
Teymurləngə hədiyyənin hamısını doqquz dənə aparmıĢdı, qulu səkkiz. Əmir Teymur soruĢanda
ki, qul niyə səkkizdi, demiĢdi, mən də doqquzuncu. Ġndi nə Əbu Səid Teymurləngdir, nə sən
ġeyx Ġbrahim. Ona ərzaq göndərsən, qoĢun versən, kömək eləsən, ġirvanı yerlə-yeksan eləyəcəm.
– Sən mürəxxəssən.
Elçi getdi. Vəzirin rəngi çadırın parçası kimi ağarmıĢdı. Bu vaxt yay dalınca gedən əsgər
qayıtdı. Sultan əmirsipəhsalara iĢarə etdi.
– Mənim gözümün qabağında. Qədim adətimizlə yayın kiriĢiylə. Qoy bu satqın mənim
ölümümü yox, mən onun ölümünü görüm. Əmirsipəhsalar əsgərlərə iĢarə elədi. Ġkisi vəzirin
qollarını burdular. Əmirsipəhsalar arxa tərəfində dayanıb yayın kiriĢini onun hulğumuna söykədi,
yayın əyri uclarından tutub var gücü ilə özünə tərəf dartdı. Vəzirin gözləri hədəqəsindən çıxıb
çevrildi, bir neçə andan sonra onun qolları boĢaldı, rəngi qaraldı.
– Hazırdı, Sultani əzəm.
– Görürəm. Sürüyün meyitini atın düzün ortasına. Canavarlar...
– Sultani əzəm, axı o əsilzadə nəslindəndi, müsəlmandı.
– YaxĢı, nə eləyirsiniz, eləyin. Qoy bu iĢi əsgərlərin görsün. Səni özgə yerə göndərəcəm.–
Əsgərlərdən ikisi vəzirin meyitini büküb apardılar. O birilər də çıxdı.
Sultan gedib taxta oturdu, sifətini ovucları arasına aldı. Xeyli fikirləĢdi, sonra fikirlərinə
qarĢı elə bil üsyan elədi. Ayağa qalxdı.
– Haradasan, ulu baba, haradasan? Ya bizi yaratmayaydın, ya da öz ağlından bizə də
verəydin. Sən dünyanın ən böyük hökmdarlarını əlində oyuncağa döndərmiĢdin, indi mən, sənin
nəvən bir tərəkəmə bəyinin əlində əsir-yesir qalmıĢam. Diril, baĢını qaldır, mənə bir yol göstər.
Əmirsipəhsalar quruyub qalmıĢdı. Sultanın acizliyi onun bütün ümidlərini qırmıĢdı. Amma
bu dar macalda ona kömək eləmək istədi.
– Ya Sultani əzəm, bir çıxıĢ yolu var.
– Hanı o çıxıĢ yolu!
– Salamat qalan qoĢunu yığaq, Xudafərin körpüsündən keçək.
– Yox, əmir. Mən bir bəyin qabağından qaçmağı qeyrətimə sığıĢdıra bilmirəm. Məni o
ġeyx Heydərin cəddi bu kökə saldı. Babam onlara biət eləmiĢdi. Nəzir-niyaz verirdi. Mən bu
keçisaqqala uyub onun sözünü yerə saldım. Mənə bu da azdır. Anamı bura çağırın.
Bir azdan sultanın anası onun çadırında idi. Qollarını qoynuna qoymuĢdu. O, Sara
xatundan yaĢlı olardı, arıq, ucaboy, sifətində qırıĢlar yol salmıĢ qadın idi. Sadə geyinmiĢdi,
üstündə heç bir bəzək-düzək yox idi.
– Anamdan baĢqa hamı çıxsın.
Soyuq çadırda ana və oğul qaldı.
– Vəziyyətimizdən xəbərin var? Heç bir çıxıĢ yolu yoxdu. Uzun Həsənin gücü mənim
gücümdən xeyli çoxdur. Ġstəsə günü bu gün hamını qılıncdan keçirər. Bir heyfi yadından çıxarda
bilmir. Mən onun anasını “yox” cavabı ilə yola salmıĢdım. Bilir ki, mənim də anam yanımdadır.
Sən hazırlaĢ, Sara xatunun yanına get. De ki, mən kiĢilərlə yox, Sara xatunla görüĢməyə
gəlmiĢəm. Ġkiniz də anasınız. DanıĢın, o səni baĢa düĢər. Alicənab qadındır. Sonra da Ərdəbil
Ģeyxinin nəzirini apar. De ki, Teymurdan bəri neçə illərdi biz babanın türbəsinə nəzir
verməmiĢik. GətirmiĢəm. O nəsillə oyun oynamaq olmaz, mən oynadım. Bu da axırı.
Bizə yol versinlər, keçək gedək yurdumuza. Cəhənnəm olsun Qaraqoyunlu mülkündən gələcək
xeyir... Mən bir də üzümü bu tərəflərə tutmaram. Dilini Sara xatun kimi Ģirin elə. De ki, köhnə
dostluğu təzələyək. Qohum da olarıq. Uzun Həsənin gərək ki, qızı olmamıĢ olmaz... Mən lap
ağlımı itirirəm.
Anası oğlunun acizliyinə acıdı.
– Oğul, Teymur nəslindən bir xatun, düĢmən qapısına gedib iltimas eləməyib.
18 www.sarigelin.net
– Ġndi ayrı zamandı, ana. Onlar göndərmiĢdi, mən də göndərirəm. Əvəz-əvəz. Uzun Həsən
də daha bəy deyil. O sultanlıq qazandı. Sultan Uzun Həsən... Ġstəyirsən məktub da yazım.
– Oğul, bir ölümdən ötəri səltənətimizin Ģərəfini ayaq altına atmaq bizə yaraĢmaz. Məktub
yazma. Mən Sara xatundan özgə heç kimlə görüĢən deyiləm.Bu sözləri də öz bildiyim kimi...
Yenə sənin xətrinə...
Uzun Həsənə deyəndə ki, bir qadın elçilərlə onun yanına gəlir, əlini göylərə qaldırdı:
– ġükür sənə tanrı. Ulduzumuzun iĢığı varmıĢ, o hələ sönəsi deyilmiĢ. Məni xəcalətdən də,
dar ayaqdan da qurtardı.
Elçiləri alaçığa gətirdilər. Parança geymiĢ qadın ayaq üstündə qaldı. Onunla gələn
əmirsipəhsalar tə‟zim edib Uzun Həsənə dedi:
– Sultan Uzun Həsənə, Sultan Əbu Səiddən salamlar var. Anası möhtərəm ananız Sara
xatunla görüĢməyə gəlib.
Uzun Həsən artıq onun sultanlığını qəbul etmiĢ Əbu Səidin razılığını, təsdiqini bildirən bu
xəbərdən xeyli məmnun oldu. Hələ, Təbriz taxtına çıxmamıĢ, özünü sultan e‟lan eləməmiĢ,
adından sikkə kəsdirməmiĢ, xəlifənin onun adını xütbəsində yad etməmiĢ bu adı qazanmıĢdı.
GöstəriĢ verdi.
– Ananı anamın çadırına aparın.
Sara xatun onu böyük ləyaqətlə qarĢıladı. Ġkisi yanaĢı oturdular. Söhbət qızıĢdı.
Əbu Səidin anası dedi:
– YaxĢı bilirsən ki, mən Teymur nəslindənəm. Məni öz ayağınıza gətirməyiniz o nəslə
hörmətsizlikdən baĢqa bir Ģey deyil.
Sara xatun ağ birçəyini çənəsinin altında birləĢən qızıl arpa zəncirin altına saldı.
– Əvvəla çağırmamıĢıq. Özün gəlmisənsə, xoĢ gəlmisən, gözümüz üstündə yerin var. Bir
də ki, ay bacı, fələyin nərdivanı yaman Ģeydi, qaldırdığı kimi endirməyi də var. Heç kimdə borc,
heç kimdə qisas qoymur. Mən keçən dəfə gələndə Teymur qapısına ehtiyacdan gəlməmiĢdim.
Biz onda ölümə də hazır idik. Birdən-birə hər Ģey döndü. Oğlun otu qurumuĢ Qarabağı da bir
qıĢlığa bizə qıymadı.
– O vəzirin fitvasıydı, o da öz cəzasına çatdı. Ġndi Qaraqoyunluların bütün mülklərini,
taxtı-tacı ilə bərabər oğluna verir oğlum. Ġndi nə istəyir?
.– Yox, elə deyil. Teymurləng rəhmətlik sağ deyil ki, onun ağzıyla danıĢalar. O səltənəti
oğlum alıb. Sultan Əbu Səid vermir. Ġmkanı olsa verməzdi də. Hər ikimiz anayıq. Sənə öz oğlun,
mənə də öz oğlum əzizdir. Heç vaxt məsləhət görməzdim ki, oğluma səltənət bağıĢladığınızı
deyəsiniz. Səltənəti oğlum qılınc ilə qazanıb. Bu torpaqlara da Xorasandan gəlib sahib
çıxmaqdansa, Təbrizdə oturan tərəfindən idarə olunmağı daha düzgün yoldu. Buna mənim
oğlumun haqqı, sənin oğlunun haqqından çoxdur.
– Teymur sağ olanda belə danıĢmırdınız. ġahruxun vaxtında da səsiniz çıxmırdı.
– Daha bəsdi də, nə qədər dözmək olar.
– Sizin nəsil ki, Teymurun xidmətində olub.
– Bəli, olub. Oğlun həmin dostluğu bizdən qabaq yaddan çıxarıb.
– Ġndi nə deyirsən? Qonağı belə qarĢılayarlar. Mənim oğlum səni belə qarĢılamamıĢdı axı.
– Düzdü. Ancaq deyilən sözün cavabını alırlar. Sultan Əbu Səid oğluma qılınc
bağıĢlamıĢdı. Qınından çıxmayan qılınc. Demək istəyirdi ki, sənin qılıncın qında pas atmalıdı.
Anaların söhbəti baĢ tutmurdu. Sara xatun da yumĢalmaq, ona yaxĢı sözlər demək istəyirdi,
amma heç nə alınmırdı.
Əmirsipəhsalar örtüyün arasından çıxardığı tacı aparıb Uzun Həsənə uzatdı və tə‟zim
edərək dedi:
– Bu sultanlıq tacını Sultani əzəm, Əbu Səid sənə göndərib.
Uzun Həsən tacı götürmədi:
– Hədiyyəni geri qaytarmaq adətdən kənardı. Amma mən Sultan Əbu Səidin bəylərbəyisi
deyiləm ki, baĢıma tacı o qoysun. Mən o tacın ağırlığından artıq qurtarmıĢam,– dedi.
19 www.sarigelin.net
Elçiləri yola salandan sonra Uzun Həsən ə‟yani-əĢrəfini yığdı. Anası sağ tərəfində, ġeyx
Heydər sol tərəfində oturmuĢdu.
Dostları ilə paylaş: |