4
İtmişdir
Naxçıvan şəhərinin Qaraçuq kənd sakini İsmayılov
Niyaz Məmmədcəfər oğlunun adına olan JN-321
A
inventar
nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadət-
namə” itdiyindən etibarsız sayılır.
* * *
Naxçıvan şəhərinin Qaraçuq kənd sakini Əliyev Məm-
mədcəfər Musa oğlunun adına olan JN-338
A
inventar nöm-
rəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”
itdiyindən etibarsız sayılır.
* * *
Bayramov Aftandil Fərzalı oğlunun adına olan evin
7060 inventar nömrəli texniki pasportu və 17 iyun 2009-cu
il tarixdə verilmiş MH-0012782 seriya nömrəli çıxarış itdi-
yindən etibarsız sayılır.
* * *
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yaşamış
Əliyev Zülfüqar Sadıx oğlunun adına olan JN-2055
A
inven-
tar nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadət-
namə” itdiyindən etibarsız sayılır.
* * *
Naxçıvan şəhəri, “İstiqlal” küçəsi, bina 75, mənzil
16-da yaşayan Cəfərəliyev Qadir Cabbar oğlunun adına olan
6712 inventar nömrəli texniki pasport itdiyindən etibarsız
sayılır.
Şahbuz bənzərsiz tə-
biətə və təbii sərvətlərə
sahibdir. Onlar ara-
sında dərman bitki-
lərinə, dəmlənərək
çay kimi içilən çiçək
və güllərə xüsusi ma-
raq vardır. Elmi mən-
bələrdə göstərildiyi
kimi, Şahbuz dağları
dərman bitkilərinin, güllərin, çiçəklərin növ
tərkibinə görə çox zəngindir.
Süfrələrimizi bəzəyən nemətlərdən ən çox se-
viləni çaydır, – desəm, yanılmaram. O çay ki onu
yayın istisində də, qışın soyuğunda da dərdimizə
dərman bilirik. Ürəyimizi sərinlətmək, yorğunlu-
ğumuzu çıxarmaq, hövsələmizi açmaq üçün ar-
zuladığımız ilk nemət də çay olur. Çaya bu qədər
vurğunluğumuzdan irəli gəlir ki, qapımızı döyən
qonaqlarımıza da elə yeməkdən əvvəl çay təklif
edirik. Evimizdə qonaq otağı ayrı olduğu kimi,
qonaq üçün çay dəsti də xüsusi və gözoxşayan
olur. Bəzəkli stəkana güldən, çiçəkdən dəmlənmiş
çay süzüləndə ətri, rəngilə gözümüzü, könlümüzü
oxşayır. İçəndə isə dərdlərimizə dərman olur.
Dünyagörmüşlər deyirlər ki, sirrinə-sehrinə
bələd olduğumuz bitkilərdən dəmlənən çayı süf-
rələrimizdən əskik etməsək, uzunömürlü, sağ canlı
olarıq. Dərman bitkiləri ilə məşhur olan Şahbuz
bəlkə buna görə uzunömürlülər diyarı da adlandırılır.
Muxtar respublikanın ərazisində olan 250-dən artıq
bitkinin 160 növü bu rayonda bitir. Onların sirri-
nə-sehrinə vaqif olmamaq mümkün deyil. Hələ
sovet dönəmində də Şahbuzun dərman bitkilərinin
sorağı bütün ittifaqa, dünyaya yayılmışdı.
İllərlə şəfalı bitkilərdən çay, məlhəm, mürəbbə,
şərbət hazırlayan Şövkət nənə ilə söhbətimiz də
güllər barədə oldu. Yəqin ki, bu qədər gülün-çi-
çəyin, otun-alafın sirrinə-sehrinə bələd olmağın
özü də bir sirdir-sehrdir. Ömrünü-gününü türkə-
çarədə istifadə olunan məlhəmlər hazırlamağa
həsr edən Şövkət nənəyə dedim: – Necə bilmisiniz
ki, hansı çiçəkdən çay dəmlənər, başqa birindən
mürəbbə bişirilər, şirəsi çəkilər, şərbət, gülab
hazırlanar?
Ağbirçək gülümsəyərək: – Bunda nə var ki? –
dedi və əlavə etdi: – Atamız, anamız, nənəmiz,
babamız dərdinə dərmanı elə öz evinin qənşərində,
həyətində, dağında, dərəsində axtarıb tapıb. Dava-
dərman adı bilməyən insanlar bir-birinin dərdinə
çarə etmək üçün çəmənin çiçəyinə, gülünə, torpağın
yetirdiyi, bitirdiyi nə varsa, ümidlərini onlara
bağlayıblar. Nəsil-nəsil bu istək, bu inanc, bu
sevgi təbiətin sirrini öyrənməkdə bir açar olub.
Rəngarəng güllərdən, çiçəklərdən, müxtəlif ot-
lardan, bitkilərdən vədəsində yığmaq, qışda istifadə
etmək həvəsi bu yurd yerində hamıda olub.
Təbiətin nazənin gözəli olan bitkilər mart ayından
torpaqdan baş qaldıraraq ta qar yerə düşənə kimi
yurdumuzu, yuvamızı bəzəyir. Qız-gəlinlər onların
adını tutub dağda, dərədə, çəməndə, düzdə ətək
salıb çobanyastığını, kəklikotunu, qara yarpızı,
nanəni, solmazçiçəyini təzə-tər dəstə-dəstə bağlayıb
gün tutmayan yerlərdə qurudub qış üçün hazırla-
yarlar. Elə ki qış gəldi, yazda, yayda, payızda çə-
mənlərdən, dağlardan, yamaclardan minbir həvəslə
yığıb qışa tədarük etdiklərimizlə dəmlənən çay
çiçəklərdən, meyvələrdən bişirilən mürəbbələrlə
ləzzətlə içilər.
Doğrudan da, Şövkət nənənin dediyi kimi,
Şahbuzun əlçatmayan, ünyetməyən qayalarından
insan sevgisi ilə süfrələrimizə “qonaq gələn” ne-
mətlər içərisində doqquzdon, həmərsin, yemişan
mürəbbələrinin bir ayrı dadı olur.
Dünyanı yorub-yortmuş ağbirçəklə söhbətimiz
zamanı bir də dedi ki, qızım, torpaq insan üçün
ana qoynudur. Yaxındakı bulağın başında bir iydə
ağacı var. Oyulmuş koğuşuna torpaq dolub bər-
kimişdi. Həmin torpaq üstündə bitən bənövşəni
görsəydin, onda təbiətin nəyə qadir olduğunu,
torpağın nəfəsindən doğulan gözəlliklərin sirri-
ni-sehrini sən də öyrənməyə çalışardın. Sevgi,
istək olmadan nəinki gülün, çiçəyin, torpağın,
ağacın, bitkinin dilini öyrənərsən, xasiyyətin bi-
lərsən, heç balaca bir uşağın da könlünü ala bil-
məzsən. Qızılgülün məhəbbət, dəfnə yarpağının
şöhrət, palıdın güc, qüdrət, zeytunun sülh rəmzi
olduğunu da bilməzsən.
Aqil insanın söhbətindən anladım ki, torpağın
“qılığına girmədən” onun sirrini öyrənə bilməzsən.
Axı çəməni də, çiçəyi də torpaq yetirir. Ona
görə də birinci olaraq torpağın qədir-qiymətini
bilməlisən ki, onun sərvət-
lərinə sahib olasan.
Qışın gəlişini bildirən
soyuq günlər indi təbiətə
bir ayrı ahəng bəxş etdiyi
kimi, evimizə, könlümüzə
də yeni bir ab-hava gətirib.
“Qol-boyun” olub yurdu-
muza keşik çəkən dağların
zirvəsində yallı gedən du-
mandan, çəndən təbiətə təzə bir libas biçildiyi
kimi, istəyimiz də dəyişir. Təbiətin bu vədəsində
çiçəklərdən ocaq üstə dəmlənən çayın ayrı bir
ləzzəti olur. İndi dağ kəndlərimizdə yaşayan in-
sanların süfrələrini məxməri çaydan daha çox
bəzəyən belə çaylar, yəqin ki, hamı tərəfindən
arzulanandır.
Allı-güllü yaylaqları ilə hər yerdə tanınan Şah-
buz dağlarının, dərələrinin dərdə dərman bitkilərini,
otlarını, çiçəklərini nənələrimiz, babalarımız Tanrı
payı adlandırırlar. Qiymətli təbii sərvətlərimizi
tanıtmaq, qədrini bilmək üçün hər birimiz təbliğatçı
olmalıyıq. Dövlət tərəfindən də bu istiqamətdə
görülən işlər sahib olduqlarımızın qədir-qiymətini
bir daha artırır.
Bu il Naxçıvan şəhərində göycə, çörək, bal və
başqa festivalların keçirilməsi, həmin festivallarda
bütün rayonların iştirakının təmin olunması bir
daha onu göstərir ki, torpağımızın sinəsində
dəfinələr yatır. Olanımızın qədrini bilmək, təbliğ
etmək üçün keçirilən festivallara çıxarılan nemətlərin
tədarükündə, hazırlanmasında, sərgilənməsində,
sözsüz ki, ayrı-ayrı insanların çox böyük əməyi,
rolu olur. Onlar yaşadıqları yurd yerinin təbiətinə
vurğun və bələd olduqlarına görə harada yaxşı
gülün, çiçəyin açdığını, cır armudun, həmərsinin,
doqquzdonun, yemişanın yetişdiyini, baltutarların
olduğunu çox yaxşı bilirlər. Əgər günlərin bir
günü muxtar respublikamızda dərman bitkilərindən
hazırlanmış çay festivalı keçirilərsə, yəqin ki, o
tədbirdə qantəpər, çobanyastığı, kəklikotu, qaraqınıq,
zirə, damotu, solmazçiçəyi, qara yarpız, dazotu,
qarapodium, mərmərik, həmərsin, ayıdöşəyi, səhləb,
dağ nanəsi, ögey ana, ağ və sarı boymadərən,
gicitkən, yemlik, baldırğan, boyaqotu, şirinbiyan
və digər dərman bitkiləri, onlardan hazırlanan
çaylar hər kəsin diqqətini cəlb edər.
Dünyanın hər üzünü görmüş ağbirçəklərimizin,
ağsaqqallarımızın fikrincə, təndir, ocaq üstdə qay-
nayan su ilə dəmlənən çay insanı minbir dərdin
bəlasından qoruyar, həmişə saf və gümrah saxlayar.
Sözsüz ki, ocaq çayının tamı da bir ayrı cür olur.
Ona görə də qapımızı döyən qonaq-qaraya indi
daha çox matah olan gül-çiçək çayı verilməsi qo-
naqpərvərliyimizin göstəricisidir. Bəlkə də, dünyada
yalnız azərbaycanlılara məxsus keyfiyyətdir ki,
evində, süfrəsində yaxşı olan nə varsa, böyük
həvəslə, istəklə qonağına bəxş edir...
Bu gün Şahbuz şəhərində dərman bitkilərini
istehsal edən “Farma Şah” müəssisəsi fəaliyyət
göstərir. Müəssisədə hazırda 49 adda 60 çeşiddən
çox dərman bitkiləri paketlənərək satışa çıxarılır.
Birdəfəlik dəmləmə, kapsul, bəkməz və 40 qramlıq
paketlər şəklində qablaşdırılan minbir dərdin dər-
manı olan bu məhsullara Naxçıvanda olduğu
kimi, respublikamızın başqa regionlarında da
ilboyu böyük tələbat var. Gündəlik istehsal gücü
800 qutudan artıq olan “Farma Şah” bu tələbi
ödəmək üçün növbəti mövsümə ciddi hazırlaşır.
Şahbuz dağlarında yabanı halda bitən qiymətli
dərman bitkilərinin emalını və paketlənməsini
həyata keçirən bu müəssisədə həm də rayon sa-
kinləri daimi işlə təmin olunub.
Güllərin, çiçəklərin dilini bilən insanlar onları
qaydasınca dəmləməyin də vacib olduğunu deyirlər.
Bu da bir hikmətdir. Çölün-çəmənin dilini bilənlər
deyirlər ki, çobanyastığını nə bir gün tez, nə də
bir gün gec yığmaq olmaz. Kölgədə qurudularsa,
ondan dəmlənən çay çox dadlı olar. Çay kimi
dəmlənən qara yarpız da öz dadı, tamı ilə sevilir.
Səhləb, dəvədabanı, ayıpəncəsi, solmazçiçəyi,
nanə, baldırğan, qaraqınıq və onlarla belə bitkilərlə
yanaşı, yazda ətri aləmə yayılan, yığılıb qurudulan
qızılgül ləçəklərinin də çay dəmləmələrində istifadə
olunması elimizə məxsus adətdir. Bu qədər bitkinin,
gülün-çiçəyin dilini bilən insanların yaşadığı
yerdə hər bir işi görmək olar. Bunun üçün insanlara
hərtərəfli dövlət dəstəyi göstərilir və lazımi şərait
yaradılır. Deməli, qalır təşəbbüs göstərmək.
Şəhla NƏbİYEVA
“Oğuz səsi” qəzetinin
redaktoru
Pürrəngi, yoxsa gülrəngi çay...
Naxçıvan Muxtar Respublikası Mə-
dəniyyət və Turizm Nazirliyi aparatının
Turizm şöbəsinin müdiri Əkbər Novruzov
gənclərə bu möhtəşəm abidə haqqında
məlumat verərək bildirib ki, Şərq me-
marlığının incilərindən olan bu türbə
1186-cı ildə inşa olunub. Abidənin me-
marı Əcəmi Əbubəkr oğlu Naxçıvani
bu türbəni Atabəylər dövlətinin banisi
Şəmsəddin Eldənizin xanımı Möminə
xatının qəbri üzərində ucaldıb. Abidənin
baştağında kufi xətti ilə bu sözlər yazılıb:
“Biz gedirik, ancaq qalır ruzigar. Biz
ölürük, əsər qalır yadigar”.
Qeyd edilib ki, bu möhtəşəm sənət
abidəsi yeraltı və yerüstü hissələrdən
ibarətdir. Sərdabə hissəsi onbucaqlı
olan abidə bir sıra memarlıq xüsu-
siyyətləri ilə seçilir. 8 əsrdən artıq
keçməsinə baxmayaraq, abidə öz zə-
rifliyini itirməyib. Türbənin səthi qu-
ruluşu həndəsi ornamentlərin kom-
pozisiyasından ibarət olub, kaşılarla
daha da zənginləşdirilib.
Gənclərə məlumat verilib ki, tür-
bənin sadə quruluşu, kompozisiya
yetkinliyi, zərif işlənmiş naxışlar abidənin
orta əsrlər memarlığının şah əsərlərindən
biri olmasına əsas verir. Bu monumental
abidə haqqında Naxçıvana səyahət etmiş
Şərq və Avropa səyyahlarının, tədqiqat-
çılarının əsərlərində maraqlı məlumat
və qeydlərə rast gəlinir. Azərbaycanın
qədim tarixini, möhtəşəm dövlətçilik
ənənələrini, yüksək mədəniyyətini, böyük
memarlıq məktəbinə malik olduğunu
göstərən abidə dünya əhəmiyyətli me-
marlıq incisi kimi dövlətimiz tərəfindən
qorunur.
Sonra gənclər Möminə xatın türbəsinin
daxili və xarici quruluşu ilə tanış ediliblər.
Əli RZAYEV
Gənclər Möminə xatın türbəsini ziyarət ediblər
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində təhsil alan bir qrup gəncin
Naxçıvan şəhərindəki Möminə xatın türbəsinə ekskursiyası təşkil
edilib.
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Əli Cabbarov
Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və
Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.
Tiraj: 1050. Sifariş № 950
Baş redaktor:
TURAL SƏFƏROV
Xəbər verdiyimiz kimi, Naxçıvan
Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin təşəbbüsü ilə muxtar res-
publikada futbolun inkişafı məqsədilə
Azərbaycanın 15 və 16 yaşlılardan ibarət
milli yığma komandasının baş məşqçisi
Vüqar Məmmədov Naxçıvana dəvət edil-
mişdi. İki gün Naxçıvanda olan baş
məşqçi burada seleksiya xarakterli məşq-
lər aparmışdır.
Artıq millinin baş məşqçisi Azərbaycan
yığmasının heyətini açıqlayıb.
Dekabrın 15-dən 21-nə qədər Bakıda
16 yaşadək futbolçulardan ibarət Azər-
baycan yığmasının seleksiya xarakterli
təlim-məşq toplanışı keçiriləcək. Toplanış
iki hissədən ibarət olacaq. 15-17 dekabr
və 19-21 dekabr tarixlərini əhatə edəcək
toplanışa dəvət olunmuş heyətdə “Araz-
Naxçıvan” komandasının da iki futbolçusu
var. Bunlar Hüseyn Abbasov və Əmircan
Zamanlıdır.
“Araz-Naxçıvan” komandasının iki futbolçusu
Azərbaycan millisinə cəlb olunub
Naxçıvan şəhər 15 nömrəli tam orta
məktəbin idman zalında şəhər tam orta
məktəblərinin qız komandaları arasında
voleybol birinciliyi keçirilib.
Şəhər Gənclər və İdman İdarəsinin
rəisi Xəyal Qurbanov, Heydər Əliyev
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin di-
rektoru Namiq Novruzov və Təhsil Şö-
bəsinin nümayəndəsi Mahmud Kərimov
çıxış edərək yarışın keçirilməsinin məq-
sədi haqqında komandalara məlumat ve-
riblər, idmançılara uğurlar arzulayıblar.
Yarışda 14 komanda mübarizə aparıb.
Beynəlxalq Voleybol Federasiyasının
mövcud qaydalarına əsasən keçirilən ya-
rışda VIII-XI sinif şagirdləri mübarizə
aparıblar. Yarışın nəticəsinə gəlincə, 15
nömrəli tam orta məktəbin komandası
birinciliyin qalibi olub. Digər iki pillədə
6 və 3 nömrəli tam orta məktəblərin vo-
leybolçuları qərarlaşıblar.
Qalib komandalar təşkilatçıların dip-
lomları ilə təltif olunublar.
Qız voleybolçular arasında birinciliyə yekun vurulub
Naxçıvan Muxtar Respublikası Gənc -
lər və İdman Nazirliyi ilə Atıcılıq Fede-
rasiyasının birgə təşkil etdiyi peyntbol
üzrə birincilik başa çatıb.
Birincilikdə Naxçıvan Muxtar Res-
publikası Dövlət Gömrük Komitəsinin
strukturuna daxil olan 8 idarənin ko-
mandası mübarizə aparıb. Atıcılıq Mər-
kəzində reallaşan yarış olimpiya sistemi
üzrə keçirilib.
Yarışın nəticəsinə əsasən, final görü-
şündə Naxçıvan Hava Nəqliyyatında
Gömrük İdarəsinin komandası ilə Nax-
çıvan Terminal Kompleks Birliyinin ko-
mandası üz-üzə gəlib. Hədəfləri daha
sərrast nişan alan birincilər yarışın qalibi
olublar. Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin Mühafizə
Xidmətinin komandası isə üçüncülüklə
kifayətlənib.
Sonda qalib komandalara təşkilatçı-
ların diplom, medal və kubokları təqdim
edilib.
-
Ceyhun MƏMMƏDOV
Peyntbol üzrə yarış başa çatıb