Talassemiyalı qadınlarda qan serumunda sitokinlərin səviyyəsi
L.M.Rzaquliyeva⃰, M.S.Musayeva, G.T.Süleymanova, N.A.Abdullayeva
⃰e-mail:
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun
mamalıq və ginekologiya kafedrası, Bakı, Azərbaycan
Təqdim edilmiş məqalədə talassemiyalı hamilə və hamilə olmayan qadınların sitokin profilinin
öyrənilməsi məqsədilə interferon-γ (İFN), interleykin-2 (İL-2) və şiş nekrozu amili-α-nın (ŞNA-α)
qatılıqları təyin edilmişdir. Sitokinlərin təyini 20 hamilə və 76 hamilə olmayan qadınların qan
serumunda aparılmışdır. Hamilələrin qan serumunda talassemiya formalarından asılı olaraq
sitokinlərin miqdarının aparılmış analizi göstərdi ki, İFN-γ və ŞNA-α-nın maksimal göstəriciləri 3
(50,0%) aralıq talassemiyalı hamilə qadında, 1 (11,1%) kiçik β-talassemiya ilə və 1 (20,0%) α-
talassemiya ilə hamilələrdə qeyd edilmişdir. Talassemiyalı qadınlarda təyin edilmiş sitokinlərin
hamısının səviyyəsi nəzarət qrupundakindən yüksək olmuşdur, amma bununla belə İFN səviyyəsi
dürüst yüksək olmuşdur. Belə ki, talassemiyalı xəstələrdə İFN-nin səviyyəsi nəzarət
göstəricilərindən orta hesabla 1,6 dəfə (p<0,05) yuxarı idi, İL-2 və ŞNA-α-nın miqdarında fərq
müvafiq olaraq 29,1 və 7,7% təşkil etmişdir. Beləliklə, İFN, İL-2 və ŞNA-α-nın səviyyələrinin təyin
edilməsi əsasında sitokin profilinin dəyişiklikləri İFN-nin yüksək qatılığı və İL-2-nin artmış miqdarı
ilə talassemiyanın bütün formaları ilə qadınlarda və həmçinin də böyük β-talassemiya ilə xəstələrdə
ŞNA-α-nın miqdarının orta artması ilə ifadə edilirdi.
Açar sözlər: qadınlar, talassemiya, qan serumu, sitokinlər, interferon, şiş nekrozu amili, interleykin-
2.
Qadının reproduktiv funksiyasının pozulmalarının bir çox səbəbi var.
Bunlardan biri də hamiləlik zamanı somatik xəstəliklərin və ekstragenital
patologiyanın olmasıdır. Bu səbəb əvvəlki kimi müasir mamalığın vacib
problemlərindən biri olaraq qalır [3,8].
Qeyd olunur ki, hamilə qadınların 70%-i xroniki xəstəliklərdən əziyyət çəkir,
86% qadınlarda hamiləlik zamanı kəskin xəstəliklər (anemiya, pielonefrit və b.)
əmələ gəlir. Eyni zamanda daxili orqanların patologiyasına maraq məcburi artmışdır,
çünki ekstragenital patologiya bir çox hallarda nəinki hestasiya dövründə qadının
vəziyyətini təyin edir, hətta ana ölümü 17-20% hallarda onunla bağlıdır [4].
Müəyyən olunmuşdur ki, talassemiya fonunda istər birincili, istərsə də ikincili
amenoreya, hipofizin qonadotrop funksiyasının pozulması ilə hipoqonadizm
formalaşır, orqanizmin həddi-buluğa çatması, böyüməsi və yetkinləşməsi pozulur
[5,6]. Aşkar olunmuşdur ki, gənc qadınlarda (16 yaş və daha böyük) 52,8% hallarda
beta-talassemiya hipoqonadotroplu hipoqonadizmlə müşayiət olunur [7]. Eyni
2
zamanda müəyyən edilmişdir ki, anemiyalar yumurtalıqların, böyrəküstü vəzlərin və
qalxanvari vəzin funksiyasının formalaşmasına təsir edərək, onu zəiflədir, qızların
reproduktiv sağlamlığına daha çox təsir göstərir. Anemiyanın xroniki gedişi zamanı
böyrəküstü vəzlərin, qalxanvari vəzin və cinsiyyət vəzlərinin funksiyasının daha artıq
dərəcədə pozulmasına gətirib çıxarır. Xəstəliyin özündən başqa istifadə olunan
müalicə metodları da orqanizmə mənfi təsir edir. Bununla yanaşı β-talassemiya ilə
olan gənc qadınlarda müvafiq optimal terapiya reproduktiv və seksual funksiyaların
bərpa olunmasına, onların sosial reabilitasiyasına kömək edir [7].
Talassemiya zamanı immun sistemin bir çox dəyişiklikləri təsvir edilmişdir,
lakin bununla belə talassemiyası olan hər hansı pasiyenti immunitetin defisiti olan
insan kimi hesab etmək olmaz, xüsusən də əgər onun xəstəliyi müalicə ilə yaxşı
kompensasiya olunmuşdursa. İmmun cavabında təyinedici rol sitokinlərə məxsusdur.
Onlar iltihabi prosesin inkişafında iştirak edib, sitotoksik effektor mexanizmləri
aktivləşdirərək qaraciyərinin zədələnməsində vacib rol oynayır [3,4].
Tədqiqatın məqsədi talassemiya olan qadınların sitokin profilinin öyrənilməsi
olmuşdur.
Material və metodlar. Müşahidəmiz altında 20 talassemiyalı hamilə qadın və
76 hamilə olmayan talassemiyalı qadın olmuşdur. Hamilələrin orta yaşı 24,53±2,03
(21 yaşından 30 yaşına qədər) yaş təşkil etmişdir. Hamilə olmayan qadınların yaşı 16
yaşından 34 yaşına qədər idi. Orta yaş 24,8±4,7 yaş olmuşdur. Nəzarət qrupunu yaş
diapazonu ilə 16 yaşdan 32 yaşa qədər olan 18 talassemiyasız qadın təşkil etmişdir.
Müayinə olunmuş qadınların hamısında qan serumunda interferon-γ (İFN),
interleykinin-2 (İL-2) və şiş nekrozu amili-α-nın (ŞNA-α) göstəriciləri təyin
edilmişdir.
Qan serumunda İL-2-nin miqdarını İL-2-nin proliferasiyasını saxlanma – T-
hüceyrəli asılı hörülən CTLL-2 siçanlı sıra bioloji standart metodu ilə təyin
edilmişdir. Müayinə zamanı «Цитокин» (SPb, Rusiya) firmasının istehsalı olan İFA
test-sistemindən istifadə edilmişdir. ŞNA-α “Invitrogen Corporation” (ABŞ)
firmasının İFA dəstinin köməyi ilə təyin edilmişdir. İnterferon qammanın (İFN-γ)
3
səviyyəsi bərk fazalı immunferment analizinə (ELISA) əsaslanan Human Interferon
gamma testi ilə təyin edilmişdir.
Laborator göstəricilərin hesablanması Awareness Technology (ABŞ)
firmasının Chem Well avtomatik və immunfermentli analizatorunda keçirilmişdir.
Alınmış rəqəmli materialın statistik işləməsi personal kompüterdə Statistica for
Windows” v. 6.0, StatSoft Inc (USA) tətbiq proqram paketlərinin “Microsoft Excel”
elektron cədvəllərinin köməyi ilə yerinə yetirilmişdir. İşin nəticələri variasion statistik
metodlarla nisbi və orta rəqəmlərini istifadə etməklə işlənilmişdir. Müqayisə edilən
rəqəmlərin dürüstlüyü Student (t) əmsalı və nisbi etibarlı fərqin köməyi ilə təyin
edilmişdir. Dürüstlüyün minimal hüdudu kimi p>95% əhəmiyətin meyarı qəbul
edilimişdir [2].
Tədqiqatın nəticələri və onların müzakirəsi. Müayinə olunmuş hamilələrin
arasında beta-talassemiya diaqnozu 30,0% hallarda (6 qadın), beta-talassemiya minor
(kiçik) – 45,0% hallarda (9 qadın) və alfa-talassemiya – 25,0% hallarda (5 qadın)
qoyulmuşdur. 57,89% hallarda talassemiya anadan, 42,11% hallarda isə atadan
keçmişdir. Sosial tərkibinə görə hamilə qadınlar aşağıda göstərilmiş qaydada
bölünmüşdür: evdar qadınar – 14 (70,0%), qulluqçular – 6 (30,0%) pasiyent.
Anamnezin məlumatlarına əsasən qadınların hamısında ekstragenital
xəstəliklər var idi. İlk əvvəl, onlarda talassemiyanın olduğuna görə, pasiyentlər
anemiyadan əziyyət çəkirdilər (100%), bundan əlavə 7 (35,0%) qadında xolesistit, 4
(20,0%) qadında – kolit, 3 (15,0%) qadında pielonefrit və 6 (30,0%) qadında bronxit
olmuşdur. 65,0% hallarda menarxe 14-15 yaşında, qalan 45,0% hallarda menarxe 16-
17 yaşında başlamışdır. Qadınların hamiləlik vaxtı 21-24-dən 38-40 həftəyə kimi
olmuşdur.
Müayinə edilmiş hamilə olmayan qadınların 30-da (39,47%) aralıq heteroziqot
beta-talassemiya, 25-də (32,89%) – böyük homoziqot beta-talassemiya, 11-də
(14,47%) – heteroziqot beta-talassemiya minor, 5 (6,58%) qadında isə müvafiq alfa-
və drepanotalassemiya (Hbs/q) rast gəlmişdir. Pasiyentlər talassemiyaya görə
hemotransfuziya müalicəsi qəbul etmiş, 12 (15,78%) qadın isə uşaqlıq və yeniyetmə
dövründə splenektomiyaya məruz qalmışdır. Belə ki, splenektomiya böyük beta-
4
talassemiya ilə olan 4 (5,26%) və aralıq heteroziqot beta-talassemiya ilə 8 (10,53%)
qadında olmuşdur. Böyük və aralıq beta-talassemiya ilə qadınlarda müvafiq olaraq
6,58 və 3,95% hallarda hepatomeqaliya qeyd edilmişdir. Aralıq beta-talassemiya ilə 5
(6,58%), böyük beta-talassemiya ilə 3 (3,95%), həmçinin drepano- və alfa-
talassemiya ilə müvafiq olaraq 2 (2,63%) xəstə splenomeqaliya diaqnozu ilə
olmuşdur. Hamilələrdə sitokinlərin qatılıqları 1 cədvəldə göstərilmişdir.
Cədvəl 1.
Hamilələrdə sitokinlərin orta qiymətləri
Sitokinlər,
pq/ml
Hamilə qrupları
Talassemiya
ilə hamilələr
(n=20)
Nəzarət qrup
(n=18)
Talassemiya ilə
hamilələr
(n=20)
Nəzarət qrup
(n=18)
II üçaylıq
III üçaylıq
İFN-γ
64,3±9,7*
18,2±4,2
46,1±3,8*
25,0±3,2
İL-2
40,1±7,4
34,2±8,0
27,8±6,5
33,1±4,6
ŞNA-α
72,3±12,7*
26,9±4,3
132,5±27,1*
27,0±4,2
Qeyd: * - nəzarət qrupun göstəricilərlə fərqlərin statistik ehtibarlılığı (р<0,05-0,001)
Cədvəl 1-də verilmiş göstəricilərdən görünür ki, talassemiya ilə hamilələrdə
İFN-nin qatılığı nəzarət qrupunun göstəricilərindən dürüst yüksək olmuşdur: II
üçaylıqda 3,5 dəfə (p<0,001) və III üçaylıqda – 1,8 dəfə (p<0,05). ŞNA-α-nın
səviyyəsində həddən artıq oxşarlıq aşkarlanmışdır: talassemiya ilə hamilələrdə bu
sitokinin miqdarı II və III üçaylıqda müvafiq olaraq 2,7 (p<0,001) və 4,9 (p<0,001)
dəfə dürüst yüksək olmuşdur. Əsas qrupun pasiyentlərinin qan serumunda İL-2-nin
səviyyəsi II üçaylıqda nəzarət göstəricilərindən 17,2%-ə qədər yuxarı olmuşdur,
əksinə, III üçaylıqda onun miqdarı nəzarətlə müqayisədə 16,0%-ə qədər azalmışdır.
Qeyd etmək lazımdır ki, sağlam hamilələrdə də İL-2-nin qatılığı III üçaylıqda
II üçaylığa nisbətən aşağı olmuşdur. Müqayisəli təhlil göstərdi ki, bu sitokinin
miqdarında fərq II və III üçaylıqda talasssemiya ilə hamilələrdə orta hesabla 12,3
pq/ml, nəzarət qrupda isə 1,1 pq/ml təşkil etmişdir.
Hamilələrin qan serumunda talassemiya formalarından asılı olaraq sitokinlərin
miqdarının aparılmış analizi göstərdi ki, İFN-γ və ŞNA-α-nın maksimal göstəriciləri
3 (50,0%) aralıq talassemiyalı hamilələrdə, 1 (11,1%) kiçik β-talassemiyalı və 1
(20,0%) α-talassemiya ilə hamilələrdə qeyd edilmişdir.
5
Talassemiya olmayan hamilə qadınların qanında müayinələrin nəticələri –
sitokinlərin miqdarı şəkil 1-də göstərilmişdir.
Şəkil 1. Hamilə olmayan qadınlarda sitokin profilinin nisbi rəqəmləri
Verilmiş göstəricilərdən görünür ki, talassemiya ilə qadınlarda təyin edilmiş
hər 3 sitokinlərin səviyyəsi nəzarət qrupundakındən yüksək olmuşdur, amma İFN-nin
səviyyəsi dürüst yüksək olmuşdur. Belə ki, talassemiyalı xəstələrdə İFN-nin səviyyəsi
nəzarət göstəricilərindən orta hesabla 1,6 dəfə (p<0,05) yuxarı idi, İL-2 və ŞNA-α-nın
miqdarında fərq müvafiq olaraq 29,1 və 7,7% təşkil etmişdir.
Müayinə zamanı aşkar olunmuşdur ki, sitokinlərin maksimal yüksək miqdarı β-
talassemiya ilə qadınlarda təyin edilirdi (cədv.2).
Cədvəl 2.
Talassemiyanın müxtəlif formaları ilə qadınlarda İFN-γ, İL-2 və ŞNA-α-nın
səviyyələri
Müayinə qrupları
Sitokinlər
İFN-γ, pq/ml
İL-2, pq/ml
ŞNA-α, pq/ml
β-talassemiya böyük (n=25)
44,2±6,3*
33,0±5,4*
40,0±6,4
β-talassemiya aralıq (n=30)
42,0±5,2*
27,8±2,5*
36,0±7,1
β-talassemiya kiçik (n=11)
38,4±6,3
26,2±2,9
36,2±3,7
β-drepano-talassemiya (n=5)
35,6±3,1*
26,9±2,6
36,7±4,0
α-talassemiya (n=5)
40,1±3,3*
23,5±2,2
36,6±2,5
Nəzarət qrup (n=24)
25,8±5,2
20,3±4,5
35,1±2,4
Qeyd: * - nəzarət qrupun göstəricilərlə fərqlərin statistik ehtibarlılığı (р<0,05)
pq/ml
6
Sitokinlərin qatılığının öyrənilməsinin nəticələri böyük β-talassemiya ilə
xəstələrdə sağlam qadınlarla müqayisədə İFN və İL-2-nin miqdarının müvafiq olaraq
orta hesabla 1,7 və 1,6 dəfə (p<0,05) dürüst artmasını aşkar etmişdir. Talassemiyanın
bu forması ilə pasiyentlərdə ŞNA-α-nın
həmçinin 1,1 dəfə yüksək olmuşdur. Aralıq
β-talassemiya ilə qadınlarda İFN-nin orta səviyyəsi nəzarət göstəricilərilə müqayisədə
1,6 dəfə (p<0,05), İL-2-nin orta səviyyəsi – 1,4 dəfə .... (p<0,05), ŞNA-α-nın orta
səviyyəsi isə əhəmiyyətli fərqlənməmişdir.
Cədvəl 2-dən göründüyü kimi, kiçik β-talassemiyada İFN-nin miqdarı əvvəlki
iki qrupdaki kimi nəzarət göstəriciləri ilə müqayisədə dürüst yüksək idi (1,5 dəfə,
p<0,05), lakin İL-2 və ŞNA-α-nın səviyyəsi nəzarət göstəricilərindən bir az çox
olmuşdur – müvafiq olaraq 1,3 və 1,0 dəfə. Drepano- və α-talassemiya ilə xəstələrdə
İFN-nin dürüst yüksək səviyyəsi İL-2 və ŞNA-α-nın orta səviyyədə artması ilə
müşayiət edilirdi.
Beləliklə, İFN, İL-2 və ŞNA-α-nın səviyyələrinin təyin edilməsi əsasında
sitokin profilinin dəyişiklikləri İFN-nin və İL-2-nin artmış miqdarı ilə talassemiyanın
bütün formaları ilə qadınlarda və həmçinin də böyük β-talassemiya ilə xəstələrdə
ŞNA-α-nın miqdarının orta dərəcəli artması ilə ifadə edilirdi.
Talassemiya ilə reproduktiv yaşda olan qadınlarda aşkar olunmuş İL-2, γ-İFN
və ŞNA-α-nın artmış sintezi göstərmişdir ki, ən böyük dəyişikliklər β-talassemiya
zamanı müşahidə edilir. Bizim nəticələrimiz, talassemiyanın müxtəlif formaları ilə
xəstələrdə immunitetin vəziyyətini öyrənən E.A.Qədimovanın [1] nəticələri ilə uyğun
gəlir. Müəllifin sitokinlərin qatılığını müəyyən etməməsinə baxmayaraq, təyin
etmişdir ki, talassemiyada, xüsusən onun beta formalarında, immunitetin T və B
hissələrinin arasında disbalans baş verir.
Hamilələrdə sitokinlərin qatılığının müayinəsinin nəticələri İFN, İL-2 və ŞNA-
α-nın artmış miqdarınının II üçaylıqda aşkarlamağa imkan verdi, III üçaylıqda isə
İFN və ŞNA-α-nın yüksək miqdarı İL-2-nin azalması ilə müşayiət edilmişdir.
Hamilələrdə II üçaylıqda İL-2-nin artmış səviyyəsi qaraciyərin toxumasında daha çox
ifadə edilmiş iltihabi prosesi göstərirdi. III üçaylıqda bu proses mülayim xarakter
daşıyırdı. Hər iki üçaylıqda γ-İFN-nin yüksək səviyyəsi özünə diqqət yetirirdi.
7
Bununla belə, bu sitokinin dəyişilməsinin müxtəlif dinamikası qeyd edilmişdir, əgər
nəzarət qrupunda bu sitokinin miqdarı hamiləlik davam etdikcə artırdısa, talassemiya
ilə hamilələrdə azalırdı, amma nəzarət göstəriciləri ilə müqayisədə İFN-nin miqdarı
yüksək olaraq qalırdı. Məlum olduğu kimi, universal endogen immunomodulyator
olan γ-İFN, xəstələrin qan serumunda sintez olunur, virusəleyhinə, antiproliferativ
effekt göstərir. γ-İFN-nin yüksək səviyyəsi zədələnmə ocağında iltihabi prosesin
saxlanmasına, zədələnmiş toxumalara keçən hüceyrələrin sitotoksik aktivliyinin
artmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə talassemiya zamanı, xüsusilə də
talassemiya fonunda olan hamiləlikdə immun cavabın öyrənilməsi üzrə tədqiqatlar
bir-birinə zidd xarakter daşıyır. Əldə etdiyimiz nəticələr göstərmişdir ki, talassemiya
ilə qadınlarda hamiləlikdə və hamiləliksiz immun statusun pozulması immunitetinin
T-hüceyrəli hissəsinin fəallaşması ilə səciyyələnirdi, çox güman ki, bunun nəticəsi də
İl-2 və γ-İFN-nin aşkarlanmış hipersintezi olmuşdur.
Beləliklə, periferik qanda İL-2, ŞNA-α və İFN-nin artması, yəqin ki,
immunkompetent hüceyrələrin, ilk əvvəl Th-1 tipin, fəallaşmasını göstərirdi.
Ədəbiyyat
1.
Qədimova E.Ə. Talassemiyalı xəstələrin kompleks müalicəsində splenektomiyanın təsiri /
“Talassemiyanın aktual problemləri” beynəlxalq konfransın materialları, 10-11 May, 2007,
Bakı, 2007, s.153.
2.
Гланц Ст. Медико-биологическая статистика / Пер. с англ. Под ред. Н.Е. Бузикашвили и
Д.В. Самойлова. М.: Практика, 1999, 200 с.
3.
Руководство по охране репродуктивного здоровья. Москва: Триада -Х, 2001, 568 с.
4.
Шехтман М.М. Руководство по экстрагенитальной патологии у беременных. Издание
третье. Москва: Триада, 2005, 816 с.
5.
Borgna-Pignatti C. The life of patients with thalassemia major // Haematologica, 2009, vol.95,
No3, p.345-348.
6.
Liu J.Z., Han H., Schouten J.P. et al. Detection of alpha-thalassemia in China by using multiplex
ligation-dependent probe amplification // Hemoglobin, 2008, vol.32, p.561–571
7.
Psihogois V., Rodda Ch., Reid E., Clark M. et al. Reproductive health in individuals with
homozygous β-thalassemia: knowledge, attitudes, and behavior // Fertil Steril., 2002, vol.77,
p.119-127
8.
Souza F.R.P., Boligon A.A., Baldi F., Mercadante M.E.Z. et al. MUC1 VNTR polymorphism is
not associated with early puberty in Nelore cattle (Bos primigenius indicus) // Anim. Reprod.,
8
2009, vol.6, No4, p.545-549.
Резюме
Уровень цитокинов в сыворотке крови у женщин с талассемией
Л.М. Рзакулиева, М.С. Мусаева, Г.Т. Сулейманова
Азербайджанский Государственный Институт Усовершенствования
врачей им. А. Алиева, кафедра акушерства и гинекологии, Баку,
Азербайджан
С целью уточнения влияния цитокинов на больных талассемией, как при беременности, так и
вне беременности, были изучены концентрации γ-интерферона (ИФН), интерлейкина (ИЛ) 2
и фактора некроза опухоли-α (ФНО-α). Определение концентрации цитокинов проводилось в
сыворотке крови 20 беременных и 76 небеременных женщин с различными формами
талассемии. Проведенный анализ количества цитокинов в сыворотке крови беременных в
зависимости от формы талассемии показал, что максимальные показатели ИФН и ФНО-α
отмечались у 3 (50,0%) беременных с промежуточной, 1 (11,1%) с малой β-талассемией и у 1
(20,0%) α-талассемией. У небеременных с талассемией уровень всех 3-х определяемых
цитокинов был выше контрольных, но при этом достоверно высоким было содержание ИФН,
концентрация которого в среднем превышала контрольные в 1,6 раза (р<0,05), разница в
количестве ИЛ-2 и ФНО-α составила 29,1 и 7,7%. Таким образом, на основании определения
уровня ИФН, ИЛ-2 и ФНО изменения цитокинового профиля выражались высокой
концентрацией ИФН и повышенным содержанием ИЛ-2 у женщин со всеми формами
талассемии, а также умеренно повышенным количеством ФНО-α у больных большой β-
талассемией.
Ключевые слова: женщины, талассемия, сыворотка крови, цитокины, интерферон, фактор
некроза опухоли, интерлейкин-2.
Summary
Cytokine levels in the serum of women with thalassemia
L.M. Rzaquliyeva, M.S. Musaeva, G.T. Suleymanova
Azerbaijan State Advanced Training Institute for Doctors named after A.
Aliyev, Department of Obstetrics and Gynecology, Baku, Azerbaijan
In order to clarify the influence of cytokines in patients with thalassemia, as in pregnancy, and
outside of pregnancy, were studied in the concentration of γ-interferon (IFN), interleukin (IL) 2 and
9
tumor necrosis factor-α (TNF-α). Determination of the concentration of cytokines in the blood
serum was carried out in 20 pregnant and 76 nonpregnant women with various forms of
thalassemia. The analysis amount of cytokines in the serum of pregnant women depending on the
form of thalassemia showed that the maximum values of IFN-
and TNF-α were observed in 3
(50.0%) of pregnant women with the intermediate 1 (11.1%) with low β-thalassemia and 1 (20,0%)
α-thalassemia. In nonpregnant thalassemia levels of all 3 cytokines was determined by the above
test, but it was significantly higher content of IFN concentration is on average higher than 1.6 times
the control (p<0.05), the difference in the amount of IL-2 and TNF-α was 29.1 and 7.7%. Thus, on
the basis of determining the level of IFN, IL-2, and TNF cytokine profile changes expressed high
concentrations of IFN and elevated levels of IL-2 from women with all forms of thalassemia, but
also moderately increased amount of TNF-α in patients with a large β-thalassemia.
Keywords: women, thalassemia, serum, cytokines, interferon, tumor necrosis factor-α, interleukin-
2.
Redaksiyaya daxil olub: 23.11.2016
Çapa tövsiyə olunub: 06.12.2016
Rəyçi: Dos. Əliyeva P.M.
Dostları ilə paylaş: |