1. Açıq rəngli, yüngül paltar geyinin, papaq və günəş eynəyindən
istifadə edin.
2. İş görməzdən öncə və sonra kifayət qədər su için.
3. İnsan orqanizmi isti havaya 1 həftə ərzində uyğunlaşır.
3. Ümumi sağlamlığınızı qoruyun və çox kalorili yemək yeməyin.
4. İmkan daxilində çayı və ya kofeni az için (az kafein qəbul edin).
5. Sərin və küləkli yerlərdə dayanıb fasilə verin.
6. Orta sürətlə işləyin, həddən artıq özünüzü yormayın.
7. Günvurma və istivurma əlamətlərini bilin və .... yardım çağırın!
Yardım göstər, əgər kimdəsə...
Solğun və ya pörtmüş görünüş varsa, çox tərləyib və islanıbsa,
dərisi soyumuşsa, baş gicəllənmə, öyümə və baş ağrısı varsa
Cəld həmin adamı soyuq yerə aparın.
Yaxasını açıb dərisi üzərinə soyuq kompress qoyun.
Kifayət qədər sərin su verin, ayaqlarını azca yuxarı qaldırın.
Yüksək hərarət və tezləşmiş nəbz varsa.
İsti, qızarmış və quru dərisi varsa, tərləməsi dayanmışsa,
huşu itmiş və ya sayıqlayırsa.
Yardım gələnə kimi zərərçəkmişi sərin yerə aparın.
Yelpiklə ona yelləyin, sərin hava ilə havalandırın.
Paltarını soyuq su ilə isladaraq bədən temperaturunu
aşağı salın.
Huşsuz adama su verməyin.
Məsələni şansa buraxmayın! İsti sizi haldan salmışsa
sərin yerdə fasilə götürün və kifayət qədər su için !
Günvurma, İstivurma ...
Qorunma və İlk yardım !
Dostları ilə paylaş: |