Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə194/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   190   191   192   193   194   195   196   197   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

 
Söhbət
Qədimdə seşgi indiki təki dəyildi. Onda siyahı da yoxudu. 
Xəbər eliyirdilər ki, fılan günü gələssız seşgiyə. Seşgi günü ca-
mahat yığılırdı dəfdərxanıya. Həriyə bir qoz verirdilər. Adamlar 
o qozdarı atırdılar dəfdərxananın içində qoyulan sərnicin içinə. 
Seşgi günü seçilən adamlar seşgiyə gələnnəri örgədirdilər, ola-
ra xəlvətcə qoz verirdilər, deyirdilər ki, seşgidə sizə qoz verəndə 
bı qozdarı qatın ona, əlızı yendirin sərnicin xirtdəyinə, xəlvətcə 
qozdarı salın sərnicə. Elə eliyin ki görməsinnər. adamlar qozda-
rı sərnicdərə atıb çıxırdı çölə. Sohra qozdarı içərdə sanıyırdılar. 
Qutarannan sohra çıxıb çıxıp xəbər verirdilər ki, yüzbaşı filankəs 
seçilip, yanı onun qozu o birisi nnən artıx olup. Bı seşgilərdə çox 
vaxt dava düşürdü, adamlardan çoxunun başı yarılırdı, qılçı sınır-
dı. Qabax da seşgilər belə olurdu.


340
341
Dedi: - Duzdan yaxşı şey yoxdu. 
Dedi: - Qızım, niyə duzdan yaxşı şey yoxdu? 
Dedi: - Elədi.
Cəllət qızı öldür. Vəzir- vüzur dedi: - Şah sağ olsun, niyə öl-
dürsün? Onnan ötrü öldür kün, der duzdan yaxşı şey yoxdu. Qızı 
qoymollar öldürməyə, der şah sağ olsun, qızı sürüŋ, elə bu vi-
layətdən çıxart. Şah qavıl elədi munu sürdü. Qız gedəndə anası 
çox qızıl, gümüş verdi. Qız getdi bir vilayətdə atasının dəzgahını 
(dəsgahını) saldırdı. Qız oldu burda yaşamaxda. Atası yoldaşnan 
çıxdı vilayətləri gəzməyə. Getdi bu dəzgaha iras gəldi. Yanında 
yoldaşdarı dedi: - Bu nə işdi. Gedəx muna qonağ olağ, getdilər 
qonağ oldular. Qız getdi bulara xörəx qayırdı. Qız bildi ki, atasıdı. 
Kətdi bulara xörəx pişirdi. Kətdi qoydu qavağına isdola. Yeməx-
da oldular. Şah baxdı kı, xörəyin heş tamı yoxdu. Niyə ki, xörəyə 
heç duz töxmədi. Şah bu xörəyi yemədi. Qonağına dedi: - Xörəx 
niyə yemerseŋ? Qızı üzü ürvətdi (rübənd) iydi. Üzünün ürvən-
dini aşdı. Dedi məni tanıyersaŋmı, ata? Atası baxdı kın, həmən 
qızıdı. Dedi onnan ötəri yemerəm kin, xörəyin dadı, tamı yoxdu. 
– o daddan,tamnan ötəri məni süryün elədiŋ. İndi ata gördü duz-
dan şirin heş zad yoxdu. Atası dedi: - A bala, mən səf eləmişəm.
(Marneuli rayonu Qaçağan kəndi, Alı Allahverdioğlu, 120 yaşın-
da, savadsız.)
Söhbət
Hananın birin o başdan, birin bu başdan yerə basdırrıx. Bir 
oxu başına sallıx, birin- də ə:xdan. Qayıdırıx qururux. Onu qəşəy 
gücülüyürürük. Gücülüyənnən so:ra gücü ağacın qalxızıb ona 
qoltux altı qoyurux. Gücü ağacının üstünə kələnvaran qoyurux. 
Onnan so:ra baş- dıyırıx arğaş keçiririx`. Arğacı keçənnən so:ra 
başdıyırıx ilməsin çalmağa. İlməsin çallıx, ar- ğaşdıyırıx, həvəli-
yirix`, kirkitdiyirix`, so:ra qaçıynan qaçılıyırıx. Toxuyub qurta-
rannan so:ra gəbəni kəsirix`
(Füzuli rayonu, Əhmədalılar kəndi, Vəliyeva Göyçək Məhəm-
məd qızı, 98 yaş
- Bir yekə qafaxlı qazan gəti.
Çovan bu yeddi löyün xörəyi qater – qarışdırer, hamısını yığer 
bir qafaxlıya. Munun ağzıŋ qayrer. Çovan bir çanax gətirer aparer 
qoyunu sağer, süd gətirer içinə çörəx doğror. Bu çanağın da ağzıŋ 
qayrer. Soŋra xana dēr kin:
- Bu üş gün qalajax. Üş günnən soŋra ağzını açajaxsaŋ.
İki gün bir günortadan soŋra xanıŋ xörəyi xaraf oldu, çova-
nıŋkı qaldı.
Xan dēr kin:
- Niyə belə oldu? 
Çovan dēr kin:
- Siziŋ qarnıŋızda bu yeddi löyün xörəx xaraf olar. Çovan 
özününükünü açer, görör kün, eləjə lil ater-duror.
Çovan dēr: bizi yağış da vuror, boran da vuror gün də vuror, 
əmbə sizi hava vurmor, ōnçuŋ belə olorsuŋuz. Biz qoyunuŋ ujun-
da salamat olorux, polat kimi olorux.
(Qazax, Qıraq Kəsəmən kəndi,Qasım Məsməmalı oğlu Bay-
ramov, 95 yaşında savadsız)

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin