Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Direktorlar şurasının formalaşdırılması



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə59/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   55   56   57   58   59   60   61   62   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Direktorlar şurasının formalaşdırılması 
MM-in 107-7.4-cü maddəsinə müvafiq olaraq, SC-nin direktorlar şurasının 
üzvləri səhmdarların ümumi yığıncağın qərarı ilə 3 ildən çox olmayan müddətə 
seçilirlər (nizamnamə ilə daha az müddət müəyyən oluna bilər). Təcrübədə 
direktorlar şurası tərəfindən sui-istifadə hallarını azaltmaq üçün nizamnamə ilə 
şuranın səlahiyyətinin növbəti illik ümumi yığıncağa qədər bitməsinin müəyyən 
edilməsi məqsədəuyğundur. Beləliklə, səhmdarların illik ümumi yığıncağı 
müəyyən olunan vaxtda keçirilmədikdə, direktorlar şurasının səlahiyyətləri 
səhmdarların ümumi illik yığıncağının hazırlanması, çağırılması və keçirilməsi 
səlahiyyətləri istisna olmaqla dayandırıla bilər.
Şirkətin direktorlar şurasına namizədliyin irəli sürülməsinin hüquqi 
tənzimlənməsi qanunvericiliklə tam nizamlanmır və SC-nin minoritar 


145 
səhmdarların direktorlar şurasına namizədliyinin irəli sürülməsi və seçilməsi 
prosesində iştirak imkanını məhdudlaşdırır. Beləliklə, majoritar səhmdarlar 
tərəfindən minoritar səhmdarların şirkətin idarəetməsindən uzaqlaşdırılması 
üçün qanunlarda əlavə boşluq axtarmağa ehtiyac yoxdur.
Minoritar səhmdarlara direktorlar şurasına namizədləri təqdim etmək 
hüququnu verən normanı müəyyən etmək lazımdır. Həmçinin hesab edirik ki
direktorlar şurasının üzvlərinin seçilməsinin kumulyativ səsvermə qaydasında 
keçirilməsini müəyyən edən normanı əlavə etmək gərəkdir. Zənnimizcə, SC-də 
direktorlar şurasının üzvlərinin mütləq qaydada kumulyativ səsvermə ilə 
seçilməsi yolu ilə səhmdarların hüquqlarının minimal qorunmasına nail olmaq 
mümkündür. SC-də kumulyativ səsvermə prosedurasının tətbiq edilməsini 
müəyyən edən norma minoritar səhmdarların öz nümayəndələrinin direktorlar 
şurasının tərkibinə seçilməsi hüququnu təmin edə bilər.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin