161
yalnız məcburi kənar auditin aparılması nəzərdə tutulur və bu qanun məcburi
kənar auditdən keçməli olan şirkətlərə şamil edilir.
246
Qanunvericiliyin tələbinə
görə MMC və SC-nin hər il
müstəqil auditor cəlb etməli
247
olduğunu nəzərə
alsaq, bu qanunun bütün korporasiyalara (şirkətlərə) şamil edildiyi qənaətinə
gəlmək olar.
"Daxili audit haqqında" Qanuna əsasən daxili audit xidməti
müvafiq idarəetmə
orqanı tərəfindən təyin və azad edilir.
248
Eyni zamanda həmin qanunda müvafiq
idarəetmə orqanının şirkətin ali idarəetmə orqanı ifadəsindən sonra mötərizədə
"direktorlar şurası və müşahidə şurası" ifadələrinin olması direktorlar şurasının
şirkətin ali idarəetmə orqanı olduğu fikrini yaradır. Yəni mötərizədəki ifadələr
mötərizədən qabaq olan "ali idarəetmə" ifadəsinin açıqlaması kimi başa düşülür.
Lakin ümumi korporativ qanunvericiliyindən xatırlayırıq ki, şirkətin ali
idarəetmə orqanı onun səhmdarlarının (iştirakçılarının) ümumi yığıncağı
hesab
edilir.
249
Direktorlar (müşahidə) şurası isə nəzarət orqanıdır
250
.
Eyni zamanda "idarəetmə orqanı" ifadəsinin konkret hansı orqana aid
olunduğunu mətndən ayırd etmək mümkün deyil. Daxili auditə aid beynəlxalq
standartlara nəzər yetirsək,
251
görərik ki, icra orqanının
daxili auditorun
fəaliyyətinə müdaxilə etməsi (təyinatı, nəzarəti) daxili auditorun müstəqillik
tələbinə ziddir.
252
Eyni zamanda qanun özü tələb edir ki,
şirkətdə daxili
auditorun fəaliyyəti beynəlxalq standartlara uyğun təşkil edilməlidir.
253
Beynəlxalq təcrübədə daxili audit xidməti şirkətin direktorlar şurası tərəfindən
təyin edilir. Qeyd edilənləri nəzərə alaraq,
hesab edirik ki, qanunun bu
hissəsində müvafiq düzəlişlər edilməlidir. Bundan əlavə, qanunda bir sıra digər
məsələlərdə qeyri-müəyyənliklər var. Daxili audit sahəsində mövcud qabaqcıl
246
Bax: yuxarıda V.Eynullayev
247
MM-nin 91.4, 107.6-cı maddələri
248
"Daxili audit haqqında" Qanun, m, 3.1.
249
MM-nin 91.1, 107-7.1-ci maddələri
250
MM-nin 91-1.1, 107-7.1 maddələri
251
Daxili Auditorlar İnstitutu daxili auditin fəaliyyətinə dair standartlar
252
Bax: yuxarıda V.Eynullayev
253
"Daxili audit haqqında" Qanunun 7.2-ci maddəsi
162
təcrübəni qəbul edərək ölkədəki daxili audit xidmətinin təkmilləşdirilməsi
istiqamətində işlər görülməlidir. Qabaqcıl təcrübənin
öyrənilməsi və tətbiqi
Azərbaycanda daha şəffaf və cəlbedici biznes və investisiya mühitinin
yaradılmasına kömək edər.
Dostları ilə paylaş: