MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Saribanın qətlgahda cəfası (nöhə)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə66/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   62   63   64   65   66   67   68   69   ...   96
MƏRSİYƏLƏR (1)

Saribanın qətlgahda cəfası (nöhə) 
Ey badi-müxalif bu gözəl gülşənə əsmə, 
Başım kəsilib rəhm elə zalım, əli kəsmə. 
Ey Allah, ey Allah! 
Ey kafiri-mütləq, nə cəfa bəzmi qurursan, 
Axır niyə bir belə inad üstə durursan, 


185 
Gör hansı ələ xəncəri-bürrani vurursan, 
Qəlbində bu qəlbim kimi ey kaş dağ olaydı, 
Əlsiz yıxılan qardaşım əlan sağ olaydı. 
Ey mərdi-dəni qəm günü ğəmxarım, nolubdu, 
Bu çöldə necə yarü-həvadarım ölübdü, 
Nəhr üstə ucaboylu ələmdarım ölübdü, 
Əbbas ələmin indi alıbdır ələ Zeynəb, 
Qorxum budu əlan başım üstə gələ Zeynəb. 
Fikr etmə ölüb indi ki, sərdarı Hüseynin, 
Bu çöldə demə yoxdu həvadari Hüseynin, 
Zeynəb kimi var yaxşı ələmdarı Hüseynin, 
Kəsmə əlimi qoy qala sərbəstə bu mətləb, 
Başsız görüb, əlsiz necə görsün məni Zeynəb. 
Zeynəbin zəban halı 
Dönübdür qamətim qəmdən kəmana, 
Dəyibdir başıma çox taziyana, 
Təvəccüh eylə sən bu bağrıqana, 
Çıxar ərşə mənim bu dudi-ahım. 
Yoxumdur bir nəfər fəryada gəlsin, 
Adamsız mövqeyimdə dada gəlsin, 
Yanır xeyməm mənim, imdada gəlsin, 
Niyə gəlmir mənim ol sərsipahım? 
Hüseyn can, Zeynəbin gözdən atıbsan, 
Sənə qurban olum, qana batıbsan, 
Yaralı gün qabağında yatıbsan, 


186 
Gedib əldən təmamən izzü-cahım. 
Gələydi kaş anam Kərbü-bəlaya, 
Görəydi Zeynəbi düşmüş bəlaya, 
Ölüb qardaşları batmış əzaya, 
Edər daşa əsər bu suzi-ahım. 
Batıb qardaşlarım meydanda qana, 
Salıbdır Zeynəbi gözdən zamana, 
Solub güllər gedib gülşən xəzana, 
Nə vardır bir kəsim, nə dadi-xahım. 
Bu gülşəndə qızıl güllər solubdu, 
Əliyyu Əkbər və Qasim ölübdü, 
Ürəyim dərdü-möhnətlə dolubdu, 
Bu çöldə ey Xuda, sənsən güvahım. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin