130
446. Uşağa oksigen hansı formada verilir?
A) ağızdan-buruna
B) quru oksigen
C) ağızdan-ağıza
D)
nəmləşdirilmiş oksigen
E) təmiz oksigen
Oksigen verərkən mütləq nəmləşdirmək lazımdır ki, uşağın yuxarı tənəffüs yolları
qıcıqlanmasın.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
447. Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir?
A) Ənsə və təpə sümükləri arasında
B) Təpə və alın sümükləri arasında
C) Təpə sümükləri arasında
D) Alın və ənsə sümükləri arasında
E) Yenidoğulmuşlarda normada böyük əmgək bağlanmış olur
Yeni doğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir.
Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Бaжenoвa «Детские Болезни» Moсkвa 1986 , стр35
448. Uşaqlarda raxit hansı vitaminin çatışmazlığı nəticəsində yaranır?
A)
A vitamini
B) D vitamini
C)
B vitamini
D) E vitamini
E)
C vitamini
Ultrabənövşəyi şüaların təsirindən dəridə olan vitamin D
3
aktivləşərək D
2
–yə çevrilir
və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova , “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 14.
449. Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı
baş verir?
A) Diatez zamanı
B) Bişməcə zamanı
C) Dəri xəstəlikləri zamanı
D) Spazmofiliya zamanı
E) Raxit
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc
dövründə əmələ gəli,. Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa
sürtür, ənsə nahiyyəsinin tükü tökülür, uşaqda yüngül oyanıqlıq baş verir.
Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 15
Dostları ilə paylaş: