231
2.Levomikol
3.Tripsin
4.Traumel
5. Sintomisin
6.Heparin
A)1,4,6
B)1,3,5
C)4,5,6
D)2,4,6
E)3,4,6
Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin əmələ gəlməsinin
qarşısını almaq məqsədilə vena üzərinə punksiya olunan yerdən bir qədər yuxarıda
nazik qat tromflebik məlhəmlərdən sürtmək lazımdır(traumel,traksevazin,heparin).
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии,
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
831. Periferik venadaki kateterdən dərman maddəsi yeridildikdə orqanizmdə
baş verən ümumi ağırlaşma hansıdır?
A) Abses
B)Tromboflebit
C)
Allergik reaksiya
D)Flebit
E) Toxuma nekrozu
Periferik venadaki kateterdən infuziyalar zamanı yeridilən dərman madəsinə qarşı
baş verən ağırlaşmalardan biri allergik reaksiyalardır.Allergik reaksiyaların ağırlığı
müxtəlif olub,yüngül dərəcədən anaflaktik şoka qədər inkişaf edə bilər.Bu zaman
arterial təzyiqin kəskin aşağı enməsi,bronxların spazmı,nəbzin tezləşməsi müşahidə
olunur.Belə xəstələt narahat olur,tənəffüsün çətinləşməsindən şikayət edirlər.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии»
(Среднее профессиональное образование), Феникс, 2008 стр.89
832.Mərkəzi venalara kateterin yeridilməsi nə vaxt həyata keçirilir?
A) İnfeksiyadan sonra baş verən hematomalarda
B)Aşağı ətrafların qızıl yelində
C) Yuxarı ətrafın zədələnmələrində
D) Xəstə koma vəziyyətində olduqda
E) Flebit və tromboflebitlərdə
Koma vəziyyətində olan xəstələri parenteral qidalandırmaq üçün uzun müddət vena
daxilinə dərman maddələrinin yeridilməsi lazım gəlir.Bu məqsəd ilə mərkəzi venalara
kateterin qoyulması həyata keçirilir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии,
практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.212