tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
175. Qaz təsərrüfatında tətbiq və istismar edilən sobalı isidicilərin istismarı zamanı aşağıdakılardan hansına
icazə verilir?
A) Sobaların odluqlarının qarşısında yanacağın saxlanılmasına
B) Sobaların alışdırılmasında benzin, kerosin, dizel yanacağı və digər tezalışma və yanan materiallardan
istifadəsinə
C) Sobaların üstünə odunun, paltarların və digər tez alışan əşya və materialların qoyulması və qurudulmasına
D) Sobaların yandırılması, söndürülməsi və idarəedilməsiişlərinin xüsusi hazırlığı olan şəxslər tərəfindən
yerinə yetirməsinə
E) Ventilyasiya kanallarından sobalarda baca kimi istifadəsinə
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
176. İstismarda olan qaz tənzimləyicisinin texniki göstəriciləri və parametrləri, eləcədə onlarda edilmiş
dəyişiklilər mütləq olaraq hansı sənəddə öz əksini tapmalıdır?
A) İstismara qəbul aktında
B) Baxış aktında
C) Qaz tənzimləyicisinin pasportunda
D) İnventarlaşma vərəqində
E) Çağırış jurnalında
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq
edilmiş Qaz təsərüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında
qaydaları. Bakı, 1999
177. Qazaxanada buxarın təzyiqi 0,17 MPa-a qədər olan qazanın bəsləyici su kəmərində hansı avadanlıqlar
nəzərdə tutulmalıdır?
A) Əks klapan, bağlayıcı qurğu
B) Tənzimləyici klapan
C) Atqı klapanı, siyirtmə
D) Difmanometr, ventil
E) Qoruyucu klapan
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları AzDTN 2.12-1. Qazanxana qurğuları.
Layihələndirmə normaları. 2017
178. İsti su ilə təchiz edilən istehsalat ərazisinin vanna otaqlarında hansı xammalla işləyən su qızdırıcılarının
quraşdırılmasına icazə verilir?
A) Kömür
B) Təbii qaz
C) Maye qaz
D) Dizel
E) Benzi n
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017