göstərir. Almaniya mütəxəssislərinin köməyi
21 iyul 1983-cü ildə Şuşa şəhərində anadan olmuşdur.
2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin 2-ci
Müalicə Profilaktika fakültəsinə daxil olmuş, 2006-cı ildə həmin
Universiteti bitirmişdir. 2006-2007-ci illərdə Ə. Məlikov adına
6 saylı Xəstəxanada ümumi cərrahiyyə ixtisası üzrə internatu-
ra keçmişdir. 2009-2010-cu illərdə Türkiyənin Bursa şəhərinin
Uludağ Universitetində 1 il müddətində plastik, rekonstruktiv
və əl cərrahiyyasi kursunu keçmişdir. Kurs keçdiyi müddətdə
xəstələrin əməliyyata hazırlanması, müayinə və müalicə üsul-
ları ilə də yaxından tanış olmuşdur. 2000-ə yaxın əməliyyatda
iştirak etmişdir. Eyni zamanda yanıq şöbəsində və yanıqdan
sonrakı rekonstruktiv əməliyyatlar üzrə təkmilləşmişdir. Türkiyə
Cümhuriyyətində kursda olduğu müddətdə 2009-cu ildə yara
baxımı kursu, 2009-cu ilin dekabr ayında İstanbul şəhərində
estetik cərrahiyyə kursunda və 2010-cu ilin may ayında İzmir
şəhərində estetik rinoplastika kurslarında iştirak etmişdir. 2010-cu ildə Bakıda “Aptos və
Endopeel” kursu keçmişdir.
2011-ci ildə Avstriyanın Vyana şəhərində yerləşən Allgemeines Krankerhaus
xəstəxanasında Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası üzrə 3 aylıq təkmilləşmə kursu,
2012- ci ildə eyni xəstəxanada 3 aylıq Üz-Çənə cərrahiyyəsi ixtisası üzrə kurs keçmişdir.
2013 cü ildə Bakıda Hilton oteldə "Addım-addım" rinoplastika kursunda iştirak etmişdir.
Hər il mütəmadi olaraq müxtəlif elmi konfrans və konqreslərdə iştirak edir.
Azərbaycan Plastik Cərrahlar Assosiasıyası və Türk Plastik Rekonstruktiv Cərahiyyə
Dərnəyinin üzvüdür. 2009-ci ildən etibarən Mərkəzi Klinikada Cərrahiyyə şöbəsində plas-
tik və rekonstruktiv cərrah kimi fəaliyyət göstərir.
3 sentyabr 1977-ci ildə Tbilisi şəhərində
anadan olmuşdur. 2000-ci ildə Azərbaycan
Tibb Universitetinin Pediatriya fakultəsinə
daxil olmuş, 2006-cı ildə həmin universite-
ti fərglənmə diplomu ilə bitirmişdir. 2006-
2007-ci illərdə Ə. Qarayev adına 2 saylı Uşaq
xəstəxanasında internatura keçmiş, oranı
həkim-pediatr ixtisası üzrə bitirmişdir.
2011-ci ildə Ə. Əliyev adına Həkimlərin
Təkmilləşdirmə İnstitutunda "Kardiologiya"
üzrə təkmilləşmə kursu keçmişdir.
2007-ci ildə Mərkəzi klinikada uşaq kar-
dioloqu kimi işə başlamışdır.
2008-ci ildə Uludağ Universiteti Pediatrik
Ana bilim Dalı Çocuk kardioloji bölümündə
uşaq kardiologiyası üzrə 6 aylıq ixtisaslaşma
kursunu bitirmişdir. Türkiyə Cümhuriyyətində kursda olduğu müddətdə
Yenidoğan rezüstasyon kursu, Pediatrik EKQ dəyərləndirmə kursu və s.
mövzular üzrə təkmilləşmə kursları keçmişdir.
2012-ci ilin mart ayından Hacettepe Universitetinin İhsan Doğramacı adı-
na Çocuk Hastanesi Pediatrik Ana Bilim Dalı Çocuk kardioloji bölümündə in-
vaziv uşaq kardiologiyası üzrə 1 il müddətində təkmilləşmə kursu keçmişdir.
2013-cü ilin mart ayından Mərkəzi Klinikada Pediatriya Şöbəsində
uşaq kardioloqu kimi fəaliyyətini davam etdirir. O, fetal exokardioq-
rafiya, invaziv uşaq kardiologiyası sahələri üzrə sərbəst mütəxəsis
kimi fəaliyyət göstərir.
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-4 | FEVRAL 2015
4
Azərbaycan Respublikasında elmi
cərrahiyyənin əsasını qoyanlardan biri
olan Xudadat bəy Rəfibəyli 1877-ci
ildə Gəncədə anadan olmuşdur. Orta
təhsilini Gəncə klassik gimnaziyasında
başa çatdırdıqdan sonra 1898-ci ildə
Xarkov Tibb Universitetinin cərrahlıq
şöbəsinə daxil olur. 1903-cü ildə uni-
versiteti bitirən Xudadat bəy Xar-
kov Universiteti hospital klinikasının
cərrahiyyə şöbəsinə ştatdankənar or-
dinator vəzifəsinə təyin olunur. Burada
3 il təctübə topladıqdan sonra 1907-
ci ildə o, təcrübəli həkim-cərrah kimi
Gəncəyə qayıdır və Yelizavetpol şəhər
idarəsinin təqdimatı ilə 6 nömrəli şəhər
müalicəxanasının direktoru vəzifəsinə
təyin olunur.
O dövrdə Gəncədə ilk ali təhsilli
azərbaycanlı həkim-cərrah olan Xuda-
dat bəy çoxsaylı cərrahi əməliyyatlar
həyata keçirməklə yanaşı, kütləvi qa-
rın yatalağı, xolera, dizenteriya və baş-
qa yoluxucu xəstəliklərə qarşı da ciddi
mübarizə aparmışdır.
İşinin keyfiyyətini nəzərə alan
hökümət vaxtaşırı Xudadat bəyin
rütbəsini artırır, təltiflərə layiq görür,
dövlət qulluğunda pillə-pillə yüksəlir.
Əvvəlcə titulyar müşavir (1909), kol-
lej assesoru (1910), saray müşavi-
ri (1912) təyin edilir. 1909-cu ildə o,
3 illik müddətə Yelizavetpol Mahal
Məhkəməsində fəxri barışıq hakimi
(mirovoy sudya) təyin edilir, 1912-ci
ildə isə daha 3 illiyə bu vəzifəyə təsdiq
edilir.
O, 1912-1913-cü illərdə Sankt-
Peterburqa gedir və yarım il Knyagina
Yelena Petrovna adına İmperator Kli-
nik İnstitutunda məşhur professorla-
rın apardığı 12 ixtisas kursunu dinləyir.
1914-cü ildə həmyerlisi, Moskva Uni-
versitetinin tibb fakültəsini bitirmiş
Həsən bəy Ağayevlə birgə «Yelizavet-
pol Tibb Cəmiyyəti»ni yaradır.
1918-ci ildə Gəncədə təşkil edil-
miş Azərbaycan Xalq Cümhuriyyətinin
2-ci hökumətinin Xalq Səhiyyəsi və
Sosial Təminat Naziri təyin olunur.
Cümhuriyyət Bakıya köçdükdən son-
ra Səhiyyə Nazirliyi müstəqil nazirliyə
çevrilir və Xudadat bəy yenə də Xalq
Səhiyyəsi Naziri vəzifəsinə təyin edilir.
Bu vəzifəyə təyin edildikdən sonra onun
bütün diqqəti Azərbaycanda səhiyyə
ocaqlarının artırılmasına, epidemiya
və digər xəstəliklərlə mübarizəyə həsr
edilir. Nazirlikdə 5 əsas şöbə - şəhər
və məhkəmə tibbi şöbəsi, tibbi statis-
tika, əczaçılıq, kənd səhiyyəsi, baytar-
lıq və sanitariya şöbələri təsis olunur.
Onun göstərişi ilə ölkə ərazisində pul-
suz müalicə aparan bir neçə xəstəxana
açılır, kənd yerlərində yeni müalicəxana
və feldşer məntəqələrinin tikintisinə
başlanılır, ekspertizalar üçün Bakıda ilk
laboratoriya təşkil olunur. Gəncə ya-
xınlığındakı Zurnabad kəndində taun
əleyhinə stansiya yaradılır.
1918-ci ilin dekabrında Xoyskinin
höküməti istefa verdiyi üçün Xuda-
dat bəy ölkənin Xalq Səhiyyə Nazi-
ri vəzifəsini tərk edir. Onun ədalətli,
nəcib adam olduğunu, habelə yüksək
peşəkarlığını, bölgədə böyük nüfuzu-
nu görən Azərbaycanın milli hökuməti
1919-cu ilin mayında onu Gəncə quber-
niyasının qubernatoru vəzifəsinə təyin
edir. Şəhər qubernatoru vəzifəsinin ic-
rasına başlayandan sonra da həkimlik
sənəti ilə məşğul olmağa davam edir.
Onun yeganə şərti günün birinci ya-
rısında xəstələri müalicə etmək, qalan
vaxtda isə quberniyanın işləri ilə məşğul
olmaq istəyi olur.
1920-ci ilin aprel çevrilişindən son-
ra hakimiyyəti yeni yaranmış inqilab
komitəsinə təhvil verir. Mayın 12-də
isə həbs olunaraq Bakıya gətirilir və
ermənilərə qarşı təzyiqlərdə ittiham
olunaraq güllələnir. Onun ailəsi, həyat
yoldaşı Cəvahir xanım, üç övladı Kamil,
Rəşid və böyük şairə Nigar Rəfibəylidən
ibarətdir.
Azərbaycan Respublikası Prokurorlu-
ğunun 1990-cı il 2 iyul tarixli qərarı ilə
Xudadat bəy Rəfibəyli barəsində cinayət
işinə cinayət tərkibi olmadığına görə xi-
tam verilərək bəraət alır.
Dr. Teymuraz Rəsulov
həkim-plastik-cərrah
Dr. Səidə Qurbanova
həkim-uşaq kardioloqu
Xudadat bəy Rəfibəyli (1878-1920)
Azərbaycan səhiyyəsinin tarixi
Həkimlərimizi tanıyaq
İlk diplom alanlardan biri - Xudadat bəy Rəfibəyli
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-4 | FEVRAL 2015
5
- Dahilərdən biri deyib ki, sağlamlıq həkimin
məharətindən və dərmanlardan daha çox insanın
vərdişlərindən və qidalanmasından asılıdır. Bu fikir nə
qədər həqiqətə uyğundur?
- Fikrimcə, insanın sağlam olmasında faktorların sayı kifayət
qədər çoxdur. İstər qida rasiyonumuzun, istər həyat tərzimizin,
həyat ritmimizin, istərsə də yaşadığımız mühitdə stress faktor-
larının sağlam olmağımızda ciddi rolu var. Deyərdim ki, insanın
öz sağlamlığına qarşı diqqətli olması daha vacıb amildir. Möv-
cud bir şikayətə, hər hansı bir narazıçılığa etinasız yanaşmaq
gələcəkdə çox ciddi problemlərə səbəb ola bilir. Bu baxımdan,
söylədiyimiz faktorlardan daha əhəmiyyətlisi insanın özünün
sağlamlığına qarşı olan diqqətidir. Bu daha üstün mahiyyət
kəsb edir.
- Xəstəxanalara müraciət edən, xüsusən də cərrahi
əməliyyata ehtiyacı olan xəstələrin sayı həddən artıq
çoxdur . Xəstələr ən çox nədən şikayətçidir?
- Təbii ki, ümumi cərrahiyyə bölümü böyük bir cərrahi spektri
əhatə edir. Yəni bir çox orqanların xəstəliklərinə aid olan
problemlərin cərrahi müalicəsi ilə məşğuldur. Bizə daha çox
müraciət edənlər həzm sisteminin xəstəlikləri – istər xoşxassəli,
istər onkoloji, istərsə də travma xəstələri olurlar.
- Sadaladığınız bu xəstəliklərin hər birinin tam
müalicəsi mümkündürmü? Bəzən eşidirik ki, adi bir
xəstəlikdən insanlar dünyasını dəyişir.
- Təbii ki, bütün xəstəliklərin tam aradan qaldırılması, insan-
ların xəstəliyindən asılı olmayaraq tam sağlamlığına qovuş-
masını həmişə təmin etmək qeyri-mümkündür. Lakin bu-
günkü gündə tibbin inkişafı, tibb aləmində olan elmi-texniki
tərəqqinin istifadəsi bir çox xəstəliklərin müalicəsində daha
yaxşı nəticələr almaq üçün şərait yaradır. Bu gün ölkəmizdə
yeni-yeni xəstəxanalar qurulur və müasir avadanlıqlarla təchiz
olunur. Ölkəmizdə olan rezidentura sisteminin tətbiq edilməsi
nəticəsində ümid edirik ki, perspektivdə savadlı yerli kadrların
yetişdirilməsində yaxşı nəticələr əldə olunacaq. Eyni zamanda,
Türkiyədə, Avropada təhsil alıb qayıdan və aramızda fəaliyyət
göstərən həkimlər də bizim yerli mütəxəssislərlə bərabər
vətəndaşlarımıza günü-gündən yüksək səviyyədə tibbi xidmət
göstərməkdədirlər. Təbii ki, qüsursuz bir sahə olmadığı kimi,
bu sahədə də tam mükəmməllikdən bir qədər uzağıq. Amma
aparılan işlər gələcək üçün ümidverici yol göstərməkdədir.
- Tibb sahəsində elmi-texniki tərəqqi Mərkəzi Klini-
kada hansı cərrahi əməliyyatların həyata keçirilməsi
üçün imkanlar açır?
- Təbii ki, hər bir cərrahi əməliyyat orqanizm üçün travmadır,
cərrahi aqressiyadır. Zaman keçdikcə, yeni texnoloji vasitələrin
kəşfi ilə əlaqəli cərrahi əməliyyatların da imkan daxilində daha
az travmatik yollarla aparılması istiqamətində bir çox işlər aparı-
lıb. Bunların sırasında bu gün özünü ümumi cərrahiyyədə daha
çox doğruldan endoskopik, yəni kəsiksiz, xırda dəliklərdən
aparılan cərrahi əməliyyatlardır. Bunlar artıq yeni deyil, uzun
müddətdir ki, bütün dünyada aparılır. Gündən-günə bu üsul-
la aparılan əməliyyatların çeşidləri və həcmləri artmaqdadır.
Bizim xəstəxanada öd daşı xəstəliyi, yoğun bağırsağın cərrahi
xəstəlikləri, yırtıqlar, bir çox təcili əməliyyatlar və bir sıra gi-
nekoloji əməliyyatlar məhz bu üsulla həyata keçirilir. Təbii ki,
bu üsulların da nəticələri xəstələr üçün daha çox məqbuldur.
Onlar əməliyyatdan sonrakı dövrdə daha tez normal həyat
tərzinə qayıdırlar. Kosmetik olaraq qarın üzərində kəsik izləri
qalmır. Əməliyyatdan sonra daha az ağrının olması da bu üsul-
ların ürəkaçan nəticəsidir. Bununla yanaşı son zamanlar tək
bir dəlikdən aparılan əməliyyatların say və çeşidi artmaqdadır.
Təbii ki, bu işlər davamlı xarakter daşıyır.
- Ölkəmizdə müxtəlif orqanların transplantasiyası
həyata keçirilir. Ancaq donorların çatışmazlığı ilə bağ-
lı şikayətlər eşidilir. Problem nədədir?
- Bu sahə ölkəmizdə nisbətən yeni olduğu üçün təbii ki, donor-
la bağlı problemlər yaşamaqdayıq. Mərkəzi Klinikada böyrək
köçürülməsi əməliyyatı həyata keçirilir. Donor problemi doğ-
rudan da bu işin aparılmasına ciddi əngəllər yaradır. Əvvəla,
beyin ölümü olan xəstələrdə orqan alınma proseduru tətbiq
olunmamaqdadır. Bu əhali üçün də bir qədər yeni olduğu üçün
ciddi çətinliklər yaradır və bu gün Azərbaycanda da bu işin
həyata keçirilməsi hələ icra olunmur. Söhbət canlı donorlardan
gedir. Donorların seçimi və əməliyyat nəticələri haqqında əhali
az məlumatlıdır. Cəmiyyətdə tez-tez rast gəlirik: xəstə gəlir, ən
yaxın qohumu, ailə üzvü belə təhlillər, nəticələr uyğun olmasına
baxmayaraq donor olmaqdan imtina edir. Təbii ki, bəlli risklər
var. Amma əməliyyat öncəsi aparılan ətraflı müayinələr donor
üçün istər əməliyyat risklərini, istərsə də əməliyyatdan sonra-
kı yaşam müddətində ortaya çıxa biləcək problemləri minimal
səviyyədə saxlamağa imkan verir. Donorların seçimində cid-
di kriteriyalar mövcuddur. Təbii ki, donorun əməliyyat öncəsi
gələcək həyatı üçün az da olsa risklər mövcuddursa, o do-
norların əməliyyata alınması dayandırılır. Bu kriteriyaların da
ictimaiyyətə geniş təbliğ olunması lazımdır ki, gələcəkdə insan-
lar bu işdə daha aktiv iştirak edə bilsinlər. Ona görə bu işin daha
geniş yayılmasında KİV-in, ziyalı təbəqələrin üzərinə vəzifələr
düşür. İnsanların öncə bunun nə qədər faydalı olduğuna inan-
ması üçün bu işin təbliğatı lazımdır.
- Bəzən xarici ölkələrdə insanlar sağ ikən «müəyyən
orqanlarımı bağışlayıram» deyə elan edirlər. Bizdə bu
cür faktlara rast gəlinirmi?
- Son vaxtlar bir neçə kampaniyalar aparıldı və bu sahədə bir
qədər hərəkətlik yarandı. Amma təəssüf ki, bu qısa müddət
çəkdi. Bilirsiniz ki, təbliğat olmayınca, insanlar da unutmağa
doğru gedir. Məncə bu işlərin bir müddət davamlılığını təmin
etmək lazımdır. Bir çox ölkələrdə bu prosedur qaydaları var. Av-
ropanın bir çox ölkələrində əgər insan sağlığında orqanların-
dan donor kimi istifadə olunmasına etiraz etdiyini rəsmi bəyan
etməmişsə, beyin ölümü ilə qarşı-qarşıya qalarsa, birbaşa do-
nor olmağa razı olmuş kimi qəbul olunur. Yəni, əgər sağlığında
belə bir müraciət imzalamamışsa, hər hansı bir qəza nəticəsində
xəstə xəstəxanaya düşürsə, beyin ölümü təsdiqlənirsə, soruş-
durulmadan onun daxili orqanları donor kimi istifadə olunur.
Təbii ki, bizim cəmiyyət üçün bu cür təbliğatların aparılması
üçün uzun zaman lazımdır.
- Evtanaziya ilə bağlı fikirləriniz də mənə maraqlıdır.
Bəzi ölkələrdə “yüngül ölüm” həyata keçirilir. Bizdə
isə evtanaziya ilə bağlı fikirlərə münasibət birmənalı
deyil.
- Təbii ki, bizim işimiz xəstələrin sağlamlığı uğrunda mübarizəyə
bağlı olduğu üçün mən ölüm haqqında düşünməməyə ça-
lışıram. Amma təəssüf ki, bu da bizim işimizin bir parçasıdır.
İstər-istəməz cərrah üçün hər bir xəstəsinin itkisi ağır bir trav-
madır. Mən bir həkim kimi, evtanaziyanın əleyhinəyəm. İnsanı
biz yaratmadıq ki, Allahın verdiyi canı da onun əlindən alaq.
Bu baxımdan, mən psixoloji olaraq evtanaziyanı qəbul edə
bilmirəm. Lakin mən ümidsiz bir mərhələyə çatmış və perspek-
tivi olmayan xəstələrə tibbi xidmətin dayandırılmasının daha
çox tərəfdarıyam. Yəni, tutaq ki, xəstə onkoloji xəstədir, ter-
minal bir mərhələdədir, artıq bütün resurslar tükənib. Həmin
xəstənin yerdə qalan zamanında da süni tənəffüs aparatına
qoşub nəticəsi olmayan dava-dərmanla onu yükləməkdənsə,
sadəcə göstərilən tibbi xidmətin dayandırılması məncə daha
düzgün yanaşma olardı. Təbii ki, bu işdə əsas qərar xəstənin
ailəsindən asılıdır.
- Bu gün insanların şikayətləndiyi problemlərdən
biri də piylənmə və onun fəsadları ilə bağlıdır. İnsan
sağlam olması üçün nələrə riayət etməlidir ki, onda
piylənmə, şəkər xəstəliyi, hipertoniya və s. xəstəliklər
baş verməsin.
- Təəssüf ki, artıq çəki günümüzdə problem olaraq qəbul olu-
nur və zaman keçdikcə çox yayılmış bir hala çevrilir. Amerikada
və Qərb ölkələrində statistik olaraq parametrlər Azərbaycandan
daha ciddi şəkildə özünü göstərir. Bu insanların çox yüksək ka-
lorili qida qəbul etmələri ilə əlaqədardır. Üstəlik oturaq həyat
tərzi, insanın aldığı kaloriləri xərcləməməsi artıq çəkinin yaran-
masına səbəb olur. Nəticədə bir sıra həyati təhlükəli halların
– şəkərli diabet, hipertoniya, ürək-qan damar problemi, beyin-
qan dövranının pozulması ilə nəticələnən çox ciddi fəsadlar
yarana bilir. Artıq çəki ilə mübarizə aparmaq üçün ilk növbədə
qida faktoruna ciddi riayət etmək, aktiv həyat tərzi sürmək la-
zımdır. Əgər bunlar kömək etmirsə, cərrahi müdaxilə ilə artıq
çəki probleminin aradan qaldırılması tətbiq olunur. Artıq bü-
tün dünyada piylənmə ilə bağlı aparılan cərrahi əməliyyatların
sayı ildən-ilə artmaqdadır. Bu əməliyyatların bir neçə çeşidləri
var. Bəziləri sadəcə mədəni kiçiltməyə yönəlidir. Yəni mədənin
həcmi kiçilir və insan az qida qəbul edərkən onda artıq doyma
hissi yaranır. Bu əməliyyatlar artıq çəkinin bir ildə 75 faizə qədər
azalmasına imkan yaradır. Bu gözəl bir nəticədir. Bundan əlavə,
bağırsaq mənfəzində əmilmə prosesini də azaldan əməliyyatlar
var ki, bunlar super kökəlmələrdə geniş istifadə olunmaqdadır.
Biz ötən ilin dekabr ayında Strasburqda, Avropa Telecərrahiyyə
İnstitutunda bununla bağlı ixtisasartırma kurslarından keçdik
və hal-hazırda xəstəxanamızda da bu əməliyyatlar aparılma
ərəfəsindədir.
- İndi insanlar həmçinin mədə xoraları, qastrit, mədə
xərçəngi kimi xəstəliklərdən əziyyət çəkirlər. Bu
xəstəliklərin yaranmasının əsas səbəbləri nədir?
- Bu gün xəstəliklərin tam təsdiq olunmuş səbəblərindən təkcə
infeksion xəstəliklərin səbəbi aydındır. İnsanın orqanizminə
hər hansı infeksion agent - bakteriya, virus düşür və bunun
nəticəsində bir xəstəlik yaranır. Digər xəstəliklərin - istər ürək-
damar, istər həzm sistemi, istərsə də onkoloji xəstəliklərin və s.
əmələ gəlməsində bir çox faktorlar rol oynayır. Son zamanlar
xəstəliklərin artması fikrinə gəlincə, zənnimcə bu xəstəliklərin
artması səbəbi yox, diaqnostikanın mükəmməlləşməsi ilə bağ-
lıdır. Yəni əvvəllər bu qədər təfərrüatlı müayinələr aparılmır,
diaqnozlar vaxtında qoyulmurdu. İndi müayinələr daha erkən
mərhələdə xəstəlikləri üzə çıxarır. Həzm sistemi, mədə xorası və
onkoloji xəstəliklərinin yaranmasında irsiyyət faktoru ilə yanaşı
alimentar faktor da var. Yəni elmi olaraq sübut olunub ki, bu
faktorların bəlli xəstəliklərin inkişafında rolları böyükdür.
- Sizə elə gəlmirmi ki, bu gün efirdə, internet sayt-
larıda, elə sosial medianın özündə belə həkim
məsləhətlərindən daha çox klinikaların, dərmanların
və həkimlərin öz reklamları yer alır?
- Bu, ağrılı bir məqamdır. Xəstəxanaların, sağlıq qurumlarının,
həkimlərin, dərmanların efirdə reklamını çox da alqışlamıram.
Həkimin reklamı onun gördüyü iş olmalıdır. Həkimin peşəkarlığı,
xəstələrlə ünsiyyəti - əsas faktorlar bu olmalıdır. Hətta indi şad-
lıq sarayları ilə müqayisə olaraq “filan xəstəxanada endirim
oldu”- deyə reklamlar gedir. Digər tərəfdən, qeyri-peşəkar tiblə
məşğul olan həkimlərin reklamları olur ki, bu da ciddi fəsadlara
səbəb olur. İnsanlar reklama aldanaraq qeyri-peşəkar insanla-
rın müalicəsi ilə qarşı-qarşıya qalırlar. Nəticədə həm xəstəliyin
diaqnostikası gecikir, həm də yanlış istiqamətdə müalicə ge-
dir. Bunun özü də əlavə fəsadlar yaradır. Xəstəliyin müalicəsi
düzgün yolla getməlidir. Müalicəni yanlış yoldan düz yola
istiqamətləndirmək sonradan biz mütəxəssislər üçün də çətin
olur. Yaxşı olar ki, bu cür hallar da bəlli bir nəzarət altında olsun
ki, insanlar yanlış informasiyaya aldanmasınlar.
- Sonuncu sualım bəlkə bir qədər obrazlı səslənəcək:
sizcə cərrahın skalpeli, yoxsa dili xəstəni sağaltmalı-
dır? Axı, el arasında belə bir məşhur söz var: “Həkimin
dili həkim olmalıdır”.
- Məncə, hər iki faktor çox əhəmiyyətlidir. Biz cərrahlar təbii ki,
skalpeli bir kənara qoyub xəstənin cərrahi problemini yalnız da-
nışmaqla aradan qaldıra bilmərik. Digər tərəfdən, xəstəni yaxşı
əməliyyat edib ondan sonra acılasaq, bu da xəstənin ciddi psi-
xoloji travma yaşamasına və aparılan cərrahi əməliyyatdan son-
rakı reablitasiyada mənfi faktor ola bilər. Xəstənin müalicəsində
ilk növbədə həkimin yüksək peşəkarlığı rol oynasa da hesab
edirəm ki, cərrah üçün “skalpel” qədər, xəstə ilə münasibət də
əhəmiyyətlidir. İnsan gördüyü işə nə qədər hakimdirsə, bir o
qədər də aldığı nəticə yaxşı olacaq. Cərrah üçün öz imkanla-
rını doğru dəyərləndirmək çox vacibdir. “Mən hansı xəstəni
əməliyyat edə bilərəm”- onu seçməyi bacarmalısan. Yəni çox
böyük bir işin altına girib xəstənin həyatını riskə atmaq haqqını
heç kim heç kimə verməyib.
Leyla Mirzəzadə
T.e.n., Dr. Zaur Xəlilov: "Cərrah üçün «skalpel» qədər,
Dostları ilə paylaş: