Fənn:
Qida fiziologiyası
Tərtib etdi:
müəl., b.ü.f.d. BABAŞLI A.Ə.
MÜHAZİRƏ 13.
SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ VƏ KƏND
TƏSƏRRÜFATINDA
KÜTLƏVİ
İAŞƏNİN
TƏŞKİLİNİN
FİZİOLOJİ ƏSASLARI
Plan:
1. Sənaye müəssisələrində kütləvi iaşənin təşkilinin fizioloji əsasları
2. Kənd təsərrüfatı fəhlələrinin qidalanmasına fizioloji tələblər
3. Müalicə-profilaktiki iaşənin təşkilinin fizioloji əsasları
1) Sənaye müəssisələrində kütləvi iaşənin təşkilinin fizioloji əsasları
Sənaye müəssisələrində qidalanmanın təşkilinin elmi əsaslar üzərində
qurulması fəhlələrin əmək qabiliyyətini və sağlamlığını yaxşılaşdırmaqla
yanaşı, istehsalın da effektiv olmasını təmin edir.
Fəhlələrin qidalanması müəssisələrdə yerləşən fəhlə yeməkxanalarında,
onların şöbələrində həyata keçirilir. Burada qidalanma rasional və
müalicə-profılaktiki qidalanmanın tələblərinə uyğun olmalıdır. Bu
yeməkxanalarda gündəlik rasionlar (menyu) fəhlələrin enerji sərflərini
nəzərə almaqla qurulmalıdır. Hesablanmış orta məlumatlara görə fəhlələr
iş günü (sutka) ərzində 3000 kkal enerji itirirlər.
Əlbəttə,
istehsalın
xarakterindən
asılı
olaraq,
müəssisələrdə
qidalanmanın təşkilində əmək qabiliyyətli əhalinin yaşı, qidalanma
sağlamlıq şərtləri və s. amillər nəzərə alınmalıdır.
Zavod və fabriklərdə, digər istehsal müəssisələrində və sexlərdə
yeməkxanaların işi elə qurulmalıdır ki, ilk növbədə cavan fəhlələrin
orqanizminin fızioloji xüsusiyyətlərini nəzərə alsın. Qida rasionunda
xörəklər zülalla zəngin, heyvanat mənşəli ət və su mənşəli balıq
məhsulları, süd məhsulları ilə tamamlanmalıdır.
Sənayedə, tikintidə və nəqliyyatda çalışan fəhlələr üçün rasional
qidalanmanın təşkilində nəzərə alınmalıdır ki, əsas qidalı maddələrdən
sayılan zülallar, yağlar və karbohidratların rasionda varlığı miqdarca
1:1:4 nisbətində olsun. Burada zülalların sutkalıq miqdarının 60%-i
heyvanat mənşəli, yağların 30%-i bitki mənşəli olmalıdır. Xüsusilə
zülallar əvəzolunmaz aminturşuları ilə zəngin olmalıdırlar.
Qidalanma rejiminin düzgün təşkili sənaye müəssisələrində çalışan
fəhlələr üçün xüsusi əhəmiyyətə malikdir və ən faydalı rejim 3 dəfəlidir.
Buna müvafiq olaraq, sutkalıq rasionun 30%-i səhər yeməyi, 45%-i nahar
və 25%-i şam yeməyi üçün ayrılmalıdır.
Fiziki əmək intensivliyindən asılı olaraq fəhlələr üçün qidalanma rejimi
ən çox aşağıdakı cədvəldə göstərilən variantlar şəklində gözlənilməlidir:
Qida
qəbulunun
rejimi
3 dəfəli qidalanmada
4 dəfəli qidalanmada
I variant
II variant
I variant
Qəbul saatı
Kal,
%-lə
Qəbul saatı
Kal,
%-lə
Qəbul saatı
Kal,
%-lə
I səhər yeməyi
7-8
30
7
20
8
25
II səhər yeməyi
-
-
-
-
-
-
Nahar
13-14
40
12
45
13
40
Şam yeməyi
19
30
18
35
18
25
Yüngül şam
yeməyi
-
-
-
-
22
10
Gecə növbəsində işləyən fəhlələr üçün qida rejimində kaloriliyin
bölüşdürülməsi – ümumi kaloriliyə görə səhər yeməyinə 25%, nahara
30%, şam yeməyinə 15% miqdarda enerji ayrılmaqla bğlüşdürülərək
rasionda təmin olunması daha geniş yayılmışdır. İş rejiminin müxtəlif
variantlarda rasionun enerji dəyərinin bölüşdürülməsinin cədvəl 2-dəki
kimi aparılması məqsədəuyğun sayılır.
İstehsal müəssisələrində qidalanmaya, eyni zamanda pəhriz qidalanması
və profilaktiki rasionlarla qidalanma da daxildir. Burada qidalanma
rejiminə xüsusi fikir verilməlidir. Nəzərə alınmalıdır ki, qida qəbulu iş
rejimindən asılı olaraq həyata keçirilməlidir.
Cədvəl 2
İş rejiminin müxtəlif variantlarında rasionun enerji dəyərinin
bölüşdürülməsi, %-lə
Qidanın qəbulu
vaxtı
Sutkanın saatı
İş vaxtının rejimi
Səhər saat 4-də,
axşam saat 4-də
Fasiləsiz 7-8
saatlıq iş günü
Uzadılmış iş
günü (çöl işi)
Pərakəndə iş
günü, səhər 2
saat, gündüz 2
saat, axşam 2-3
saat
Birinci
səhər
yeməyi
3-4
10
-
10
-
İkinci
səhər
yeməyi
7-8
25
30
30
30
Nahar
14-15
40
45
45
40
Şam yeməyi
20-21
25
25
15
30
Belə ki, fəhlə gecə növbəsində əlavə işləyirsə, onun 4-cü dəfə xörək
qəbulu fasilə zamanı gecə bufetində həyata keçirilməlidir. Əgər
qidalanma pəhriz yeməkxanasında, yaxud şöbələrində aparılırsa, azı 2
dəfəli qidalanmada fəhlələr birinci növbədə işləyirsə qidanı (I xörəyi)
nahar fasiləsində və iş gününün sonunda (II xörək şəklində), yaxud 2-
ci növbədə çalışırsa, qidanı işdən qabaq və fasilə zamanı qəbul
etməlidir.
Pəhriz qidalanması zamanı fasilədən sonra işdə xörək qəbulu nisbətən
zəif olmalı, sutkalıq rasionun miqdarı və dəyərinin 20-25%-indən çox
olmamalıdır. Çünki, qida qəbulundan keçən ilk saat ərzində baş-beyin
həyəcanlanması və fəhlənin əmək məhsuldarlığı kəskin surətdə aşağı
düşür. Ona görə də I növbədə işləyənlər üçün iş günündən əvvəl,
yaxud gecə istirahətindən sonra, sutkalıq qida rasionunun kaloriliyinin
30%-ni qəbul etmək məqsədəuyğundur. Bu şərti də gözləmək lazımdır
ki, işdən sonra naharın tərkibi sutkalıq rasionun kaloriliyinin 40-45%-
ni təşkil etməlidir. Şam yeməyi üçün kalorilik 8%-dən çox olmamalı,
qida qəbulu yuxudan 1-1,5 saat əvvəl həyata keçirilməlidir.
Sənaye müəssisələrində olan yeməkxanalarda enerji dəyərini
nəzərə alan kompleks rasionların tətbiqi xüsusi əhəmiyyətə
malikdir. Burada pəhriz yeməkxanaları təşkil olunduğu
halda, onların tərkibində müalicə-profılaktiki əhəmiyyətli
kompleks
rasionların
tətbiqi
məhsul
normaları
nəzərə
alınmışdır.
1№-li kompleks üçün
1 N°-li pəhriz
2№-li kompleks üçün
2 N°-li pəhriz
3№-li kompleks üçün
5, 7 və 10 pəhrizlər
4№-li kompleks üçün
8, 9 N°-li pəhrizlər şəklində.
Bütün bunlarla yanaşı kimya sənayesi müəssisələrində,
kömür sənayesi, metal istehsalı müəssisələrində çalışan
fəhlələrdə peşə xəstəliklərinin qarşısını almaq məqsədilə
naharlar, yaxud ayrı-ayrı məhsullar şəklində (süd, kəsmik,
vitaminlər və s.) güzəştlər əsasında müalicə-profılaktiki iaşə
də təşkil olunmalıdır.
2) Kənd təsərrüfatı fəhlələrinin qidalanmasına fizioloji
tələblər.
Bu sahədə çalışan fəhlələr əməyin gərginliyinə, mövsümdən
asılılığına,
iş
günü
müddətinin
daha
çox
vaxt
tələb
etməsinə, həyati obyektlərdən uzaq olmalarına və s. şərtlərə
görə xüsusi qidalanma forması tələb etməklə, iş zamanı
özünəməxsus enerji sərf edirlər. Müxtəlif elmi araşdırmalar
nəticəsində kənd təsərrüfatı fəhlələri üçün orta qidalanma
norması MDB məkanında enerji sərfı hesabına sutkada 3600
kkal qəbul edilmişdir. Bununla belə, əkin və biçin, yığım
vaxtları bu norma sutkada 4500-4600 kkal-yə çata bilər.
Təbii olaraq bu normalar qış mövsümünü nəzər almır. Bu
dövr üçün fəhlələrin sutkalıq enerji sərfı 3000 kkal-a
bərabər götürülür.
Müəyyən edilmişdir ki, kənd təsərrüfatı işlərində iş gününün
müddəti saat 16-18-ə qədər davam edir deyə, 2 növbəli iş
nəzərdə tutulur.
3) Müalicə-profilaktiki iaşənin təşkilinin fizioloji əsasları.
Son illər müalicə və profılaktiki qidalanmanın inkişafında olan
yüksəlişlər yeni bilik sahəsi olan - farmakonutrisiologiyanın (qidalanma
və farmakologiya elmlərinin sərhəddində yaranan) meydana gəlməsi ilə
baş vermişdir. Onun yaranması insanın həyat tərzində və qidalanmasında
baş verən kəskin dəyişikliklərdən irəli gəlmişdir. Bu istiqamətdə olan
irəliləyişləri aşağıdakı kimi xarakterizə etmək olar.
İlk əvvəl, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə son illər ciddi
texnoloji emaldan keçirilmiş sənaye istehsalı məhsulları geniş istifadə
olunur. Bunun nəticəsi olaraq, onlarda olan təbii bioloji fəal maddələr -
vitaminlər, mineral elementlər, fosfolipidlər, fıtosterinlər və orqanizmin
digər maddələr mübadiləsi - immunitet, hormonal fəaliyyət və ayrı-ayrı
orqan və sistemlərinin biotənzimləyiciləri tam, yaxud qismən itirilmiş
olurlar. Bunlara olan çatışmazlıq isə orqanizmin müdafıə qabiliyyətini
azaltmaqla, onu zərərli xarici mühit amillərinin təsirinə qarşı zəiflədir,
xroniki
yorğunluq
sindromuna,
astenikliyə,
ağılın
ıə
fiziki
iş
qabiliyyətinin aşağı düşməsinin formalaşmasına, xroniki xəstəliklərin
güclənməsinə səbəb olur.
Bunlara
olan
çatışmazlıq
isə
orqanizmin
müdafıə
qabiliyyətini
azaltmaqla, onu zərərli xarici mühit amillərinin təsirinə qarşı zəiflədir,
xroniki
yorğunluq
sindromuna,
astenikliyə,
ağılın
ıə
fiziki
iş
qabiliyyətinin aşağı düşməsinin formalaşmasına, xroniki xəstəliklərin
güclənməsinə səbəb olur.
İkinci tərəfdən isə bir çox ölkələrdə, o cümlədon MDB (müstəqil
dövlətlər birliyi) məkanında, həmçinin Rusiya və Azərbaycanda son illər
əhalinin qidalanması səviyyəsi xeyli pisləşmişdir. Belə ki, 1989-cu illə
müqayisədə bioloji cəhətdən qiymətli olan bütün əsas qrup məhsullar: ət
və ət məhsulları, balıq və balıq məhsulları, süd və süd məhsullarının
istehlakı azalmış və orta hesabla 25-28% aşağı düşmüşdür. Bitki yağları,
meyvə və giləmeyvələrin əhali tərəfındən qəbulu isə daha da zəifləmişdir.
Bu dəyişikliklərin nəticəsi olaraq, ölkə əhalisinin qidalanmasında
orqanizm üçün çatışmayan, həyat üçün vacib olan bioloji fəal qida
maddələrin çatışmazlığı meydana çıxmışdır. Məsələn, son zamanlar
Rusiyada aparılrnış sorğu və klinika yoxlamalan nəticəsində müəyyən
edilmişdir ki, tədqiq olunan əhali qruplarının 90%-də C vitamini
çatışmazlığı, 30-40%-də B qrupu vitaminləri, -karotin, E vitamini
çatışmazlığı vardır. Eyni zamanda, əhalinin əksəriyyəti qida ilə, həm də
kifayət qədər Ca, Fe, Se, F, Y kimi mineral maddələri, həyat fəaliyyəti
üçün vacib sayılan sellüloza və digər biotənzimləyiciləri qəbul edə
bilmirlər.
Üçüncüsü isə, hava və quru ərazilərin səthinin çirklənməsi, baş verən
kütləvi radioaktiv çirklənmələr, qida məhsullarının zəhərli elementlərlə -
pestisidlər, antibiotiklər, radionuklidlər və s. bu kimi orqanizmin
müqavimət
qüvvəsini
zəiflədə
bilən
maddələr
və
birləşmələrlə
çirklənməsinə gətirib çıxarır ki, bunlar da son nəticədə qaraciyər,
böyrəklər, ağciyər, dəri və s. orqanların antioksiki funksiyalarını heçə
endirirlər.
Hazırda qidalanmanı şərti olaraq: sağlam insanın rasional qidalanması,
xəstə adamın müalicəvi qidalanması və zərərli istehsalda çalışan iş
qabiliyyətli əhalinin qidalanması kimi 3 hissəyə ayırırlar. Bu bölgü şərti
olsa da, vacib praktiki əhəmiyyətə malikdir. O, imkan verir ki, müalicə-
profılaktiki idarələrdə xəstənin qidalanmasını, zərərli istehsal şəraitində
profılaktiki qidalanmanı, ayrı-ayrı əhali qrupları üçün isə rasional
qidalanmanı konkret həll etmək mümkün olsun.
Onu nəzərə alsaq ki, hazırda mütləq sağlam adam yoxdur, müalicəvi-
profılaktiki istiqamətdə qidalanma şərtlərinin işlənib hazırlanmasının
vacibliyi bir daha nəzərə çarpar. Bu səbəbdən də, hazırki müalicəvi-
profılaktiki qidalanma patogenetik cəhətdən əsaslandırılmış, sağlamlığın
vəziyyətini, patologiyanın olmasını, enerji sərfıni, peşə amilini, yaşayış
mühitinin ekoloji vəziyyətini, iqlim və coğrafı amilləri, mətbəxin milli
xüsusiyyətlərini və həmçinin patologiyanın inkişafında xoşagolməz
amilləri nəzərə alan fərdi qidalanma kimi qəbul edilməlidir. Beləliklə,
patogenetik cəhətdən əsaslandırılmış müalicəvi-profılaktiki qidalanmanın
işlənib hazırlanma probleminin nə dərəcədə mürəkkəb olmasından asılı
olmayaraq, hazırki həyat onun həllini, sağlamlıq tədbirlərinin işlənib
hazırlanmasını tələb edir.
Bütün bunların nəticəsi olaraq, alimlər təbii mənbələrdən kompleks
bioloji fəal maddələrin alınması texnologiyalarının yaradılması ideyasına
gəlib çıxmışlar. Bu da qida məhsulları üçün nutriyentlərin, yaxud qida və
müalicə əhəmiyyətli bitkilərdən tənzimləyici maddələrin (bioloji fəal
qatqıların - BFQ) alınmasını və tətbiqini şərtləndirmişdir. Bütün bunlar
müalicəvi-profılaktiki fərdi qidalanmanı qısa müddət ərzində korreksiya
etməyə köməklik edir, orqanizmin müqavimət qüvvəsini yüksəltməyə
imkan yaradır və beləliklə də xəstəliklərin yayılmasının qarşısının
alınmasına gətirib çıxarır ki, onların profılaktikasına son illər xeyli şərait
yaratmışdır.
Artıq dünya miqyasında, o cümlədən Rusiya Federasiyasında müalicəvi
və
profılaktiki
qidalanmanın
təşkilinin
yeni
elmi
cəhətdən
əsasalandırılmış konsepsiyası formalaşmışdır. Bu konsepsiya sxematik
cəhətdən aşağıdakı kimidir (bax: şəkil 1).
Həmin konsepsiyanın şərtlərinə görə orqanizmin fizioloji baryerlərinin
(dəri,
mədə,
tənəffüs
yolları)
müdafıə
funksiyalarını
artırmaqla,
müalicəvi-profılaktiki
qidalanma
orqanizmə
yabançı
maddələrin
düşməsinin qarşısını alır, ya da xoşagəlməz xarici mühit amillərinin
təsirini minimuma endirir. Bu da qida rasionlarına BFQ əlavə etməklə,
məhsullar və xörəklər daxil edilməklə həyata keçirilir ki, insan
orqanizminin fızioloji funksiyalarının güclənməsinə gətirib çıxarır.
Onların nəticəsi olaraq, dərinin piy və tər vəzilərinin funksiyası, buynuz
qişasının vəziyyəti yaxşılaşır, onun keçiriciliyi aşağı düşür, yuxarı
tənəffüs yollarının və mədə-bağırsaq traktının selikli qişasının keciriciliyi
aşağı düşür, bağırsaqlarda çürüdücü mikroflarının fəallığı azalır, normal
mikroflora aktivləşir, mədə-bağırsaq sistemində endotoksinlərin və
ksenobiotiklərin sorulması zəifləyir, son nəticədə burada peristaltikanın
normaya düşməsi təmin olunur.
Zəhərli biotransformasiya proseslərinin tənzimlənməsi isə orqanizmdə
gedən oksidləşmə, metilləşmə, dezaminləşmə və digər biokimyəvi
reaksiyaların nəticəsində baş verir. Bunlar da az zəhərli, az zərərli
metabolitlərin yaranması ilə, bir sıra reaksiyaların tormozlanması ilə
həyata keçir.
Zəhərlərin orqanizmdən kənar edilməsi, yaxud maddələr mübadiləsinin
xoşagəlməz
məhsullarının
çıxarılması
proseslərinin
fəal
mexanizmlərindən biri onların təbii komplekslərlə birləşməsi hesabına
gedən reaksiyalardır. Metionin, sistein, histidin, qlütamin turşusu və s. bu
kimi bir sıra aminturşular, oksiturşular, nuklein turşuları, fıtosterinlər,
vitaminlər və s. bu kimi maddələr təbii kompleks əmələgətiricilərdəndir.
Xelat əlaqələri də zəhəriəri orqanizmdən kənar edir. Orqanizmdə bu
əlaqələri yaratma xassəsinə pektinlər, bir sıra dəniz yosunları və s. bu
kimi birləşmələr (qatqılar) malikdirlər. Onlar ağır metalların duzlarını
özlərinə birləşdirərək, orqanizmdən kənar edirlər.
Şəkil
1.
Müalicə-profilaktiki
qidalanmanın
əsaslandırılmasının müasir konsepsiyası.
Müalicə-profılaktiki iaşə orqanizmdə ayrı-ayrı orqanlar və sistemlərin
(qaraciyər, ağciyər, dəri, böyrəklər və s.) antitoksiki funksiyalarını
artırmaqla bərabər, istehsal və xarici mühitin mənfı təsiri ilə yaranan
əvəzolunmaz
qida
maddələri
qatılığının
və
xarici
xəstəliklərin
güclənməsi qarşısının alınmasının təminatçısı kimi çıxış edir.
Beləliklə, elmi cəhətdən əsaslandırılmış rasionlar hər hansı bir qida
maddəsinin fızioloji dəyişilməsinin optimal həddini
nəzərə almalıdır.
Başqa sözlə, yeni konsepsiya nəzərə alınmaqla, müalicə-profılaktiki
iaşənin təşkilində BFQ-dən istifadə olunması onun orqanizmə yumşaq
təsiri, dərman preparatlarından fərqli olaraq, profılaktiki təsiri ilə
(fızioloji dəyişilmə həddində) əlaqədar olub, mərkəzi sinir və endokrin
sisteminin, immunitetin, maddələr mübadiləsinin, bağırsaq mikroflorası
fəaliyyətinin tənzimlənməsində müsbət rol oynamalıdır.
Dostları ilə paylaş: |