Yumşaq yalançı çanaqlı yastıca (Coccus hesperidum L.) və onun entomofaqları



Yüklə 18,52 Kb.
Pdf görüntüsü
tarix13.04.2017
ölçüsü18,52 Kb.
#13919

Yumşaq yalançı çanaqlı yastıca (Coccus hesperidum 

L.) və onun entomofaqları 

 

       Yumşaq  yalançı  çanaqlı  yastıca  -  subtropik  və  tropik  bitkilərin 

yarpaq  və  budaqları,  gövdələri  üzərində  yaşayır,  olduqca  böyük  zərər 

vurur.  Keçmiş  SSRİ  ərazisinə  qətirilmə  növdur.  Zaqafqaziya 

respublikalarında  geniş  yayılmışdır.  İstixana  və  oranjereyalarda,  demək 

olar ki, dünyanın hər yerində yayılmışdır. İldə 3- 4 nəsil verir. 

       Entomofaqları  aşağıdakılardır  -  Parazitlər  -  Coccophagus  lycimnia 

Walker.,  Coccophagus proximus  Yasnoch, Coccophagus  semicircularis 

Forst.  (=C.scutellarus  Dalman).,    Micropterys  flavus  Howard.    və 

Encyrtus  lecaniorum  Mayr.,  Yırtıcılar  -  Chilocorus  bipustulatus, 

Chilocorus renipustulatus, Exochomus quadripustulatus. 

       Coccophagus  lycimnia  –  əksər  yalançı  çanaqlı  yastıcaların 

parazitidir.  Çoxsaylıdır,  ikicinslidir,  yalançı  çanaqlı  yastıcanın  II  yaşlı 

sürfələrini  zədələyir.  Parazit  sahibin    II  yaşlı  sürfələrində  sürfə 

mərhələsində qışlayır.  

       


Bu  parazitin  yumurtaları  uzunsov  oval  formada  olub,  ağamtıl 

rənglidir.  Yumurtanın  embrional  inkişafından  sonra  çıxan  sürfələr 

uzunsov  olub,  qismən  şəffaf  olur.  Sürfələr  3  dövrdən  keçir,  sonuncu 

dövrdə  3-cü  yaşlı  sürfələr  bir  qədər  tündləşir.  Puplar  qara  rəngli,  bel 

tərəfdə açıq rəngli olur. 

       Yumurtanın  embrional  inkişafı  3-4  gün,  sürfə  mərhələsi  8-10  gün, 

pup  mərhələsi  6-8  gün  olur.  Dişi  fərdlərin  bütövlüklə  inkişafı  20-25 

günə  başa  çatır.  Mayalanmış  dişi  fərdlərin  qoyduğu  yumurtalar 

mayalanmamış dişi fərdlərin qoyduqu yumurtalara nisbətən böyük olur. 

Bu  yumurtalardan  dişi  parazitlər  inkişaf  edir.  Parazit  sahibin  2-ci  yaşlı 

sürfələrinin  bədəninə  yumurta  qoyduqdan  sonra  çıxan  sürfələr  sahibin 

hemolimfasında  əvvəlcə  sərbəst  olur.  Sahibin  daxili  orqanlarını  məhv 

edir,  inkişafın  sonunda  sahibin  bədəni  mumiyalaşır.  Hər  bir  fərddə 

yalnız 1 parazit inkişaf edə bilir.  

        Parazit puplaşdıqda artıq sahibin bədəni tamamilə mumiyalaşır, üst 

səthi  qaralır  və  parlaq  olur.

 

İlkin  yazda  parazitlə  yoluxmuş  yalançı 



çanaqlı  yastıca  sürfələrini  sağlam  sürfələrdən  asanlıqla  fərqləndirmək 

olur. Parazitlə zədələnmiş sürfələr sağlam sürfələrə nisbətən tünd rəngli, 

solğun  və  daha qabarıq  olur.  Sağlam  sürfələr  qəhvəyimtil  qırmızı  olub, 

parlaq  rənglidir.  Abşeronda  aprelin  III  ongünlüyündə  parazit  puplaşır, 

10-15  gün  sonra  yetkin  parazitlər uçur.  Yetkin parazitlər  ölmüş  yalançı 

çanaqlı  yastıca  sürfəsinin  arxa  tərəfini  gəmirərək,  uçuş  dəliyi  açır  və 

oradan çıxır.    

       Sürfə mərhələsində qışlayırlar. Mayalanmamış yumurtalardan erkək 

fərdlər inkişaf edir. Bu yumurtalar endoparazit növlərin, o cümlədən öz 

növünün yaşlı sürfələrinin və pupların bədəninin üzərində qoyulur. Belə 

yumurtalardan  çıxan  parazitlər  ektoparazit  kimi  inkişaf  edir.  Erkək 

fərdlər  yalançı  çanaqlı  yastıcaların  2-ci  yaşlı  sürfəsində  və  dişi 

fərdlərində, eləcə də yastıcalarda inkişaf edən 1-cili parazitlərin üstündə 

inkişaf edir.

          

       


Micropterys flavus Howard parazitinin yumurtaları oval formadadır. 

Sürfələr uzunsov oval formada olub, baş seqmenti aydın görünür. Sürfə 

və  pupları  sarımtıl  rəngli  olur.  Bu  parazit  ildə  bir  neçə  nəsil  verir. 

Yumşaq  yalançı  çanaqlı  yastıcanın  dişi  fərdlərində  və  2-ci  yaşlı 

sürfələrində  inkişaf  edir.  2-ci  yaşlı  sürfələrdə  yalnız  1  parazit  inkişaf 

edir,  lakin  yetkin  fərdlərdə  parazitin  bir  neçə  fərdi  inkişaf  edə  bilir. 

Yetkin  yumşaq  yalançı  çanaqlı  yastıcanın  bədənində  inkişaf  edən 

parazitlər  sürfə  mərhələsində  xüsusi  kameralar  -  gözçüklər  yaradır  və 

həmin  gözçüklərdə puplaşırlar.  Adətən  1  dişi  fərdin  daxilində 3-5  ədəd 

parazit inkişaf edə bilir. Yetkin parazitlərin hər biri özlərinə məxsus olan 

uçuş dəliyindən xaricə çıxırlar.

 

       



Yetkin  dişi  fərdlər  qışlayırlar.  Təbii  şəraitdə  bu  parazitlərə  aprelin 

sonunda  may  ayında  təsadüf  olunur.  İstixana  şəraitində  bu  parazitlər 

bütün  il  ərzində  mövcud  olur.  Bu  parazitin  dişi  fərdləri  30-35  gün 

yaşayır.  Dişi  fərdlər  sahibin  2-ci  yaşlı  sürfələrini  və  dişi  fərdlərini 

zədələyirlər.  Dişi  fərdlər  yalançı  çanaqlı  yastıcaların  bədənini  tərk 

etdikdən sonra sahibin hemolimfazı ilə qidalanmaqa başlayır. Təxminən 

5-7 gündən sonra yumurta qoymaqa başlayır. Veqetasiya müddətində 5-

6 nəsil verir.

 


       

Yırtıcı  həşaratlardan  Chilocorus  bipustulatus  və  Exochomus 



quadropustulatus  bu  yalançı  çanaqlı  yastıcanın  məhvində  müəyyən  rol 

oynayır.  Yaz-yay  aylarında  zərərvericinin  müxtəlif  yaş  mərhələsində 

olan fərdləri bu yırtıcılar tərəfindən məhv edilir.

 

 



Yüklə 18,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin