Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


ANTAQONİST – düşmən] ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtə- lif tipləri . Antoqonizm



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə277/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   307
333 felsefe muhazireler toplusu eyani

ANTAQONİST
– düşmən] ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtə-
lif tipləri
. Antoqonizm 
isə bir-birinə tam ziddiyyət deməkdir. Məsələn, fəhlə sinfi 
ilə burjuaziyanın münasibəti, ya da liberalizm ilə totalitarizmin münasibəti. 
ANTROPOMORFİZM 
–insana aid xüsusiyyətlərin başqa bir varlığa, xüsusi-
lə də Tanrıya aid edilməsi. 
ANTROPOLOGİYA 
yun. Anthropos – insan, loqos – elm; – canlı varlıq ola-
raq insanı və onun tarixin müxtəlif ictimai iqtisadi formasiyalarında inkişaf tarixini 
araşdıran təbiət elmidir. Fəlsəfədə mövzusu sırf insan olan elmdir. Konkret həyatı 
və həqiqətdəki yeri baxımından insanın özü və özünün quruluşu haqqında fəlsəfi 
elmi təlimdir. 
ANTİK 
e.ə. VII əsrin sonundan qədim yunan quldarlıq cəmiyyətində, e. ə. II 
əsrdən başlayaraq eramızın VI əsrinin əvvəllərinədək Qədim Roma quldarlıq cə-


302
miyyətində inkişaf etdirilmiş fəlsəfi təlimlərin məcmusu. "Antik fəlsəfə" anlayışı 
altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur, bu 
səbəbdən bu ölkələrin fəlsəfəsi aid olduqları bölgələrinin adı ilə deyil məhz bu ter-
minlə ifadə edilirdi. Fəlsəfədə antik dövr təxmini olaraq e. ə. VII və bizim eranın 
VI əsrlərini əhatə edir. Termin olaraq isə yunancaya məxsusdur, lakin Avropada isə 
adətə bu söz 
ancient 
olaraq məlumdur. 
ANTİTEZİS 
[yun.] fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inka-
rı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir. 
Bax: triada – tezis, antitezis, sintez. Tezis irəli sürülən müddəadırsa, antitezis bu id-
dianın qarşı-sına irəli sürülən fikir, iddiadır. 
ANTROPOGENEZ 
[yun. Anthoropos] – insanın ictimai varlıq kimi meydana 
gəlməsi və inkişafı prosesinə deyilir. Yunancada anthoropos – insan və genesis – 
mənşə mənalarını ifadə edir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin