Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə60/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 
§ 3. İslamda neoplatonizm və panteizm 
 
İslam neoplatonizmi. 
Yaradıcı qüvvə ilə gerçək aləm arasında səbəb-nəticə 
əlaqələrinin olduğunu təlqin edən peripatetizmdən fərqli olaraq, neoplatoncçluq bü-
tün mövcudadatın ilahinin bətnindən gəldiyini, hər bir şeydə Allahın nuru olduğunu 
hər şeydən, yəni gerçəkliyin emanasiya yolu ilə ilahidən yarandığını əsaslandırma-
ğa çalışmışdır. Dünyanın Allah tərəfindən yaradıldığı ideyası Qurani-Kərimdə aşıq-
aydın yazıldığına baxmayaraq, müsəlman mütəfəkkirləri aləmin emanasiya yolu ilə 


71
ilahinin özündən öyrətdiyini söylənən Platon təliminə müraciət etdilər ki, gerçəkli-
yin tədricən səviyyələrlə yaradıldığını əsaslandıra bilsinlər. Çünki, tək olan Allahın 
çoxluq təşkil edən gerçəkliyin səbəbi olduğunu sübut etmək məntiqi çətinlik törə-
dirdi, müsəlman ənənəsinə görə tək olan hər bir qüvvə tək olan şeyin səbəbi ola bi-
lər. Platon fəlsəfəsində təlqin etdiyi tək isə, bir sıra mərhələlər dünyadakı müxtəlif-
liyi emanasiya yolu ilə doğura bilir və eyni zamanda dünyadan kənarda transsedent 
olaraq qalır. Dünya Allahın özünün izhar etməsi kimi izah edilir, Allah ilkin baş-
lanğıcdır, dünyanın kənarda yerləşən mahiyyətidir. 
 
İslan neoplatoniznmində emanasiyaya xüsusi fikir verilir. Allah iradəsinin gü-
cü ilə öz daxilindən yaradıcı substansiya-dünya zəkası, bilik mücəssəməsi doğurur. 
Dünya zəkası həyat atributu olan dünya ruhunu törədir, bu da öz növbəsində ilkin 
və passiv materiyanı yaradır. Bu materiya zəkanın ona verdiyi müxtəlif formaları 
qəbul edir. Nəhayət, ilkin materiyadan Yer, planetlər, canlılar və s. Yaranır. İnsan 
gerçək dünyada Dünya zəkasının inikası kimi mövcud olur.
İslam neoplatonizmi 
“İhvan əl- Səfa”
(“Paklıq qardaşları”) alimlər qrupunun 
X əsrdə tərtib etdiyi fəlsəfi ensiklopediyada öz parlaq ifadəsini tapmışdır. “Paklıq 
qardaşları”nın metafizikasında yeddimərtəbəli emanasiya sistemi, rəqəm simvoli-
kası əsas yer tuturdu. Bu metafizika neoplatonizmə və neopifoqorçuluğa qədər ge-
dib çıxırdı. “Paklıq qardaşları”nın idrak nəzəriyyəsi Platonun ruh, ideyalarının ger-
çək cisimlərin əsl sürəti olduğu və yadasalma təliminin təsiri altında olmuşdur.
İslam neoplatonistləri olan “Paklıq qardaşları” öz etik və psixoloji təlimlərini 
yaradanda da Plotin fəlsəfəsinə müraciət etmiş, onun 4 xeyirxah əməl təliminin 
(müdriklik, mərdlik, xeyirxahlıq, xeyirxah düşüncə, ədalət) Dünya zəkasına doğru 
irəliləməyin vasitələri olduğunu qəbul etmişlər.
Ontoloji problemləri neoplatonizm mövqeyindən şərh edən, lakin bir sıra fəlsə-
fi məsələlərin izahında Aristotelçilik nümayiş etdirən 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin