Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə10/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   6   7   8   9   10   11   12   13   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
11



Mövzu 2: Büdcə quruculuğu və büdcə sistemi. 
Plan 
1.
Büdcə quruculuğunun mahiyyəti və tərkib hissəsi. 
2.
Büdcə sistemi. Büdcə növləri. 
3.
Azərbaycan Respublikasının büdcə sistemi. Büdcə sisteminin təşkili 
prinsipləri və onların xarakteristikası. 
4.
Azərbaycan Respublikasının dövlət büdcəsi. 
5.
Yerli özünüidarəetmə orqanlarının (bələdiyyələrin) büdcəsi.
6.
Büdcələrarası münasibətlər, büdcələrin tənzimlənməsi. 
Ədəbiyyat. 
1.
Azərbaycan Respublikası regionların 2009- 2013 – cü illərdə sosial-
iqtisadi inkişafı dövlət proqramı. 
2.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002. 
3.
Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 
2003. 
4.
Kollektiv müəlliflər. Maliyyə. Bakı 2003. 
5.
N.Novruzov, X. Hüseynov.Maliyyə. Bakı 2007. 
6.
M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
KitabYurdu.az 
12



Büdcə quruculuğu ölkənin dövlət büdcəsinin və büdcə sisteminin təşkili 
prinsiplərini ,onların strukturunu, büdcə sisteminə daxil olan büdcələrin 
qarşılıqlı əlaqəsi və fəaliyyətinin təşkilati əsaslarını büdcə vəsaitlərinin 
yaradılması və istifadəsi qaydalarını müəyyən edir. 
Büdcə quruculuğunun tərkib hissəsini büdcə sistemi təşkil edir. Büdcə 
sistemi dedikdə, iqtisadi münasibətlər və mövcud dövlət quruluşuna 
əsaslanan ,hüquq normaları ilə tənzimlənən müxtəlif səviyyəli büdcələrin
və büdcədənkənar fondların məcmusu başa düşülür. 
Başqa sözlə,ölkənin vahid büdcə sistemində birləşdirilən dövlət 
büdcəsinin, ayrı- ayrı müstəqil büdcələrin və dövlət fondlarının məcmusu 
həmin dövlətin büdcə sistemini təşkil edir. Büdcə sisteminin qurulması və 
onun ayrı- ayrı həlqələri arasında qarşılıqlı maliyyə münasibətlərinin təşkili 
büdcə quruluşu adlanır. Büdcə sistemi dövlətin maliyyə sisteminin başlıca 
həlqəsidir. 
Büdcənin strukturu büdcə sisteminin qurulma prinsiplərini , gəlirlərin və 
xərclərin ayrı- ayrı büdcələr arasında bölüşdürülməsi mexanizmini özündə 
əks etdirir. 
Büdcə sisteminin strukturu ölkənin dövlət və inzibati quruluşunun
formalaşması ilə, burada fəaliyyət göstərən əsas qanunvericilik aktları ilə, 
büdcənin ictimai təkrar istehsalda və sosial sferada rolu ilə müəyyən edilir.
Bütün ölkələrdə büdcə sistemi konstitusiya prinsiplərinə və həmin ölkənin 
müvafiq qanunvericilik aktlarına uyğun olaraq qurulur. Büdcə sistemi 
mərkəzi hökumətin və yerli hakimiyyət orqanlarının büdcələrindən ibarətdir. 
Hər bir dövlətdə büdcə sisteminin spesifik cəhətləri var. Hakimiyyət inzibati- 
ərazi qurumları arasında bölgüsündən asılı olaraq bütün dövlətlər unitar
federativ və konfederativ dövlətlərə bölünür.
Unitar( vahid) dövlətlər- elə dövlət quruluşudur ki, burada inzibati- ərazi 
qurumları xüsusi dövlətçiliyə və muxtariyyətə malik deyildir. Ölkədə vahid 
konstitusiya, hamı üçün vahid hüquqi sistem və vahid idarəetmə orqanı, 
dövlətdə iqtisadi, sosial və siyasi proseslərin mərkəzləşdirilmiş idarəetmə 
sistemi 
fəaliyyət 
göstərir. 
Unitar 
dövlətlərdə(İngiltərə, 
Fransa, 
İtaliya,Yaponiya,Azərbaycan və başqaları) iki idarəetmə həlqəsi var: 
Mərkəzi idarəetmə orqanları və yerli özünüidarəetmə orqanları. Büdcə 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin