İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU
5. SƏTİRALTI MƏNALARI OXUYUN
Unutmayın ki, danışıqların aparılması mahiyyət etibarilə çəkişməli prosesdir.
Hər iki tərəf
özü üçün ən yaxşısını istəyir və tələyə (yaxud uğura) yaxınlaşdığınızı göstərən əlamətləri
yalnız qarşı tərəfin söylədiklərində tapa bilərsiniz. Xüsusilə də təhlükəyə işarə edən, yəni
göründüyündən fərqli mənanı və ya deyilənin tam əksini bildirən ifadələrə diqqət yetirin.
Məsələn:
●
"Siz ağıllı adamsınız" (mənası:
"Mən ağıllı adamam"
).
●
"Bu variant hər ikimiz üçün daha ədalətli olar" (mənası:
"Xüsusilə mənim üçün"
).
●
"Demək olar ki, razılaşmağımıza çox qalmayıb" ( mənası:
"İstədiyim daha bir şey var"
).
●
"Qalır bir neçə kiçik məsələni aydınlaşdırmaq" (Kiçik? Kimin üçün?).
●
"Əlavə edəcəyim bir şey yoxdur" (ardınca isə:
"Sadəcə, onu da qeyd edim ki..."
).
44
Copyright protected – Management Pocketbooks Ltd
İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU
6. NEYTRALLIĞI QORUYUB SAXLAYIN
Neytrallığı mümkün qədər çox və mümkün qədər uzun müddət qoruyun. Danışıqlar tarazlığı
qorumağa çalışdıqda ən yaxşı nəticəni verir. Tərəflərdən biri: "Bu təklif hazırda müzakirə
etdiyim digər sövdələşmə qədər əlverişli deyil", – deyərək
müzakirənin təməlini məhv
edərsə, danışıqları sıfır nöqtəsinə qaytara bilər.
Prosesin gedişatı boyunca sövdələşmənin, ümumiyyətlə, mümkün olub-olmadığı haqqında
suallar
vermək əvəzinə, diqqətinizi əldə edilmiş razılıqlar üzərində cəmləşdirin. Təklifin özünə
yenidən qayıtmaq zəruridirsə,
belə də edin; lakin bu, inandırıcı ünsiyyətdir. Danışıqların
mərkəzində şərtlərin müzakirəsi dayanmalıdır.
Dostları ilə paylaş: