F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə68/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

olunan yandırıcı başlıq. 
“Plazma-QQM-hibrid 
qaynağı”-nın 
növbəti 
üstünlükləri vardır: 

güclü elektrik qövsü;

örtük materialının cərəyanla az yüklənməsi

əməliyyat inteqrasiyası ilə səthin təmizlənməsi; 
QQM-kontakt 
borusu 
Qoruyucu qaz 
Plazma qaz 
Mərkəzi qaz (QQM) 
Soyuducu su 
QQM məftil elektrod 
Plazma elektrod 
Qoruyucu qaz ucluğu 
Plazma qaz ucluğu 
Plazma elektrik qövsü 
QQM elektrik qövsü 


147 

az sıçrayışlı əritmə; 

boşluqsuz (məsaməsiz) örtük. 
Qaynaq olunan materialın səmərəsiz qızmasının 
qarşısının alınması üçün, müasir proqramla idarə 
olunan qaynaq maşınlarının köməyi ilə “soyuq metal 
ötürmə” (CMT- cold metal transfer) üsulu tətbiq 
olunur ki, burada gərginlik və cərəyanın qiymətlərinin 
zamandan asılı olaraq dəyişməsini qeyd edən elektron 
cihaz məftilin ötürülməsi sürətini verilmiş optimal 
qiymətlərə əsasən tənzimləyir.
Şəkil 6.28. CMT (cold metal transfer) prosesi zamanı 
gərginlik və cərəyanın zamandan asılı olaraq dəyişməsi ilə 
məftilötürmə sürətinin idarə olunması. 
Qisaqapanma 
fazası


148 
6.12. Qoruyucu ovuntu 
altında əritmə 
texnikası və vasitəlri 
Qoruyucu ovuntu altında qaynaq (örtükçəkmə/ 
birləşdirmə) üsulu (QOQ) zamanı elektrik qövsü gizli 
qalıb, 
ovuntu 
altında 
yanır. 
Ultrabənövşəyi 
şüalanmadan qorunmaq üçün heç bir qoruyucu mühit 
tələb olunmadığından və praktiki olaraq heç bir tüstü 
əmələ gəlmədiyindən üsul ekoloji baxımdan 
səmərəlidir. Bundan əlavə heç bir ərimiş metal 
sıçrayışı əmələ gəlməyib, səs – küy ovuntu altında 
söndürülür. Qaynaq vannası qaynaqçı tərəfindən 
müşahidə 
oluna 
bilmədiyindən 
üsul 
tam 
mexanikləşdirilmiş şəkildə həyata keçirilir.
Qaynaq ovuntusu cubuq formalı örtülmüş 
elektrodlarda olduğu kimi, əsasən minerallardan ibarət 
olub, qaynaq vannası üzərinə verilir. Elektrik qövsü 
sonsuz məftil elektrodla metal arasında, ovuntunun 
maye posası ilə örtülmüş hissəsində, tərkibində ovuntu 
hissələri olan ərimiş metal buxarının “mağara”sında 
yanır. Alışma məftil elektrodun metala toxunması ilə 
başlayır. Qaynaq yerinin arxasında əriməyən posa 
sovrularaq, yenidən qaynaq vannasına ötürülür. 
Çubuqşəkilli elektrodla qaynaqda cərəyanın orta 
sıxlığı 10-15A/mm
2
olduğu halda, QOQ zamanı 
120A/mm
2
mümkündür. Qaynaq vannasının posa ilə 
örtülməsi işığın şüalanma itgilərini azaldır və bununla 
da prosesin termiki FİƏ-ı yüksəlir. Adi qaynaq 
parametrləri tətbiq olunan məftilin diametrindən (1.6-


149 
6mm), tətbiq məqsədindən asılı olaraq, 300-1200A və 
24-40V intervalında dəyişir. Bu da bir məftilli 
örtükçəkmə zamanı məftilin ərimə məhsuldarlığını 
15kq/saat-a 
qədər reallaşdırmağa imkan verir. 
Örtükçəkmə əməliyyatı əsasən mənfi, müsbət 
qütblərlə və həmçinin ipulslu cərəyanla aparıla bilər.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin