160
oksigen və karbon dioksid qaynaq vannasında
müxtəlif cür fəaliyyət göstərib, örtük və ya birləşdirmə
materiallarının keyfiyyətinə və qaynaq tikişinin
həndəsəsinə təsir edirlər. Oksidləşmənin qarşısını
almaq üçün əlvan metallar praktik olaraq qoruyucu
təsirsiz qaz altında əridilirlər. Yüksək legirli poladların
əridilməsində tərkibində kiçik miqdarda O
2
və CO
2
olan qazlar tətbiq olunur. Azlegirli poladlar isə
tərkibində yüksək faizli CO
2
olan qazlarla əridilir.
Legirsiz poladlar təmiz CO
2
qazı mühitində əridilə
bilərlər. Aktiv qazlar ucuz olmaqla yanaşı, həmçinin
yanma, oyuq əmələgəlmə və birləşmə xarakterlərinə
müsbət təsir edirlər.
Dostları ilə paylaş: