İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə94/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   90   91   92   93   94   95   96   97   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 144 ____________________________ 
digərinə məktub göndərdiyi zaman istifadə etdiyi e-mail
istifadəçilər arasında piratlıq (oğurluq) yolu ilə birindən 
digərinə ötrülən, çox istifadə edilən virus yoluxmuş 
proqramlar oynayır.
Soxulcan nədir? 
Soxulcanları da müəyyən dərəcədə virus saymaq olar. 
Soxulcanlar kompüterdən kompüterə yayılırlar. Onların 
viruslardan əsas fərqi istifadəçinin köməkliyi (fəaliyyəti) 
olmadan kompüterlərdə səyahət etməsidir. Soxulcanın ən 
böyük qorxusu sistemdə özü-özünü modifikasiya etməsidir 
(kopiyalamasıdır). Soxulcan çoxalmaqla minlərlə kompüterə 
öz kopiyasını göndərə bilir. 
Troya atı nədir? 
Troya atı yalanlardan ibarətdir. İlk baxışda troya atı 
istifadəçiyə özünü lazımlı proqram kimi göstərir. Amma fərdi 
kompüteri işə salandan sonra hər şey alt-üst olur. Əməliyyat 
sistemi işə düşdükdən sonra troya atı faylları proqramdan 
kənarlaşdırmaqla onlarda olan informasiyaları məhv edir. 
Troya atının digər növü də mövcuddur, o, kompüterlərə 
düşərək istifadəçidə qıcıqlanma yatarmaqla onu əsəbləşdirir 
(istədiyi ölkənin himnini çalır, mənasız sözlər ilə istifadəçini 
əsəbləşdirir, hazırlanmış materialı müxtəlif rənglərlə rəngləyir 
və s.), kompüterdən heç bir faylı kənarlaşdırmır, sadəcə 
olaraq istifadəçinin işinə maneçilik edir. Viruslardan və 
soxulcanlardan fərqli olaraq troya atı faylları korlamaqla 
yayılmır, özü-özünü artırmır. 
 
KOMPÜTER VİRUSLARININ TƏSNİFATI
 
 
Virusları daxili quruluşuna görə dağıdıcı (destruktiv) və 
dağıtmayan (qeyridestruktiv) kimi təsnif olunurlar. 
Destruktiv


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 145 ____________________________ 
viruslar yerinə yetirdiyi funksiyaya görə aşağıdakı kimi təsnif 
olunurlar: 
1.Verilənləri məhv edən (dağıdan) viruslar. Bu tip 
viruslara “Çernobıl” (1999-cu il) və “Klez.E” (2002-ci il) 
viruslarını nümunə kimi göstərmək olar. 
2.Cəsus viruslar. Virusun daxili (özəyi) istifadəçi klaviatura 
üzərindəki istənilən düyməni sıxdıqda informasiyanı oğurlayır, 
verilənləri xüsusi fayla yazaraq virusun müəllifinə göndərir.
3.Virusa yoluxmuş kompüterdən əməliyyat meydanı 
(platsdarm) kimi istifadə edərək 
spamı
və ya 
paylaşdırılmış 
“DoS-hücumları” müxtəlif yerlərə göndərir (kompüterə 
yoluxmuş bu tip virusları “Zombi-şəbəkə” adlandırırlar). 
4.Kripto-viruslar. Sərt diskdə olan informasiyanı açıq açar 
alqoritmi ilə şifrələdikdən sonra istifadəçiyə təqdim edir. 
Bu təsnifat ilə yanaşı virusları yayılma mexanizminə görə 
də təsnifatı vardır: fayl virusları, makroviruslar, yükləmə 
virusları və şəbəkə soxulcanları (bunlar haqqında ətraflı 
məlumat sönrakı bölmələrdə veriləcəkdir).
AÇIQLAMA
: XIX əsrin sonlarında Western Union 
şirkəti özünəməxsus şəbəkə ilə təyin edilmiş ünvana teleqraf 
məlumatlarının dəfələrlə (dönə-dönə) göndərilməsinə razılıq 
verir. İlk kommersiya teleqramının göndərilməsi 1864-cü ilin 
may ayına təsadüf edir. Teleqram stomatoloji xidmətləri 
reklam etmək üçün Britaniya siyasətçiləri tərəfindən 
göndərilmişdi. 
“Spam” kəlməsi ilk dəfə 1936-cı ildə yaranır. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin