Könüllü fəәaliyyəәt haqqında
Azəәrbaycan Respublikasının Qanunu
Maddəә 1. Qanunun məәqsəәdi
Bu Qanun hüquqi vəә fiziki şəәxsləәrin əәvəәzi ödəәnilməәyəәn ictimai faydalı fəәaliyyəәti sahəәsindəә
yaranan münasibəәtləәri təәnzimləәyir.
Maddəә 2. ƏӘsas anlayışlar
2.1. Könüllü fəәaliyyəәt — Azəәrbaycan Respublikasının qanunvericiliyi iləә qadağan edilməәyəәn,
işləәrin görülməәsi vəә ya xidməәtləәrin göstəәrilməәsi iləә bağlı ictimai faydalı vəә gəәlirsiz fəәaliyyəәtdir.
2.2. Könüllü — öz iradəәsi vəә səәrbəәst seçimi əәsasında əәvəәzi ödəәnilməәyəәn ictimai faydalı fəәaliyyəәti
şəәxsəәn həәyata keçirəәn Azəәrbaycan Respublikasının vəәtəәndaşı, əәcnəәbi vəә ya vəәtəәndaşlığı olmayan
şəәxsdir.
2.3. Könüllü fəәaliyyəәtin təәşkilatçısı — könüllü fəәaliyyəәtin təәşkilini vəә həәyata keçirilməәsini təәmin
edəәn dövləәt orqanları, dövləәt büdcəәsindəәn maliyyəәləәşəәn təәşkilatlar, yerli özünüidarəә orqanları vəә
qeyri-hökuməәt təәşkilatlarıdır.
2.4. ƏӘvəәzi ödəәnilməәyəәn fəәaliyyəәt — əәməәk haqqı ödəәnilməәyəәn fəәaliyyəәtdir.
Maddəә 3. Könüllü fəәaliyyəәtin istiqaməәtləәri
3.0. Könüllü fəәaliyyəәt aşağıdakı istiqaməәtləәr üzrəә həәyata keçirilir:
3.0.1. əәlilləәrəә, kimsəәsizləәrəә, qocalara, aztəәminatlı ailəәləәrəә, qaçqınlara vəә məәcburi
köçkünləәrəә köməәk edilməәsi;
3.0.2. insanpəәrvəәrliyin vəә dözümlülüyün təәbliği;
3.0.3. istehlakçıların hüquqlarının qorunması;
3.0.4. hüquqi vəә məәdəәni maarifləәndirməә;
3.0.5. uşaq vəә gəәncləәrin təәhsili, təәrbiyəәsi, fiziki vəә əәqli inkişafı;
3.0.6. idmanın inkişafı;
3.0.7. xəәstəәlikləәr vəә epidemiyalar barəәdəә məәlumatlandırma;
3.0.8. sağlam həәyat təәrzinin təәbliği;
3.0.9. əәtraf mühitin mühafizəәsi;
3.0.10. tarix vəә məәdəәniyyəәt abidəәləәrinin, məәdəәni vəә məәnəәvi irsin qorunması;
3.0.11. silahlı münaqişəәləәr, təәbii fəәlakəәtləәr, səәnaye qəәzaları, yanğınlar, epidemiyalar,
epizootiyalar vəә digəәr fövqəәladəә halların nəәticəәləәrinin aradan qaldırılmasına, o cümləәdəәn
fövqəәladəә hallar nəәticəәsindəә zəәrəәr çəәkmiş şəәxsləәrəә yardım göstəәrilməәsi;
3.0.12. cəәzaçəәkməә müəәssisəәləәrindəәn azad ediləәn, narkotik asılılığa düçar olan, məәişəәt
zorakılığına məәruz qalan şəәxsləәrəә vəә çəәtin həәyat şəәraitindəә olan digəәr şəәxsləәrəә (ailəәləәrəә)
köməәk edilməәsi;
3.0.13. Azəәrbaycan Respublikası qanunvericiliyinin təәləәbləәrinəә zidd olmayan digəәr
fəәaliyyəәt sahəәləәri.
Maddəә 4. Könüllü fəәaliyyəәtin iştirakçıları
4.1. Könüllü fəәaliyyəәtin iştirakçıları könüllü fəәaliyyəәtin təәşkilatçılarından vəә könüllüləәrdəәn
ibarəәtdir.
4.2. Şəәxs öz iş yerindəә könüllü fəәaliyyəәtləә məәşğul ola bilməәz.
4.3. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məәqsəәdi iləә istifadəәsinəә yol verilmir.
4.4. Kommersiya hüquqi şəәxsləәrindəә könüllü fəәaliyyəәtin həәyata keçirilməәsinəә yol verilmir.
4.5. Könüllü fəәaliyyəәtin iştirakçıları arasında münasibəәtləәr Azəәrbaycan Respublikasının
qanunvericiliyinəә vəә könüllü fəәaliyyəәtin təәşkilatçıları təәrəәfindəәn cəәlb edilmiş könüllüləәr iləә
bağlanan müqaviləәyəә uyğun olaraq təәnzimləәnir.
4.6. Yetkinlik yaşına çatmamış şəәxsləәr valideynləәrinin vəә ya qanuni nümayəәndəәləәrinin razılığı
əәsasında könüllü fəәaliyyəәt iləә məәşğul ola biləәrləәr.
4.7. Yetkinlik yaşına çatmamış şəәxsləәr könüllü fəәaliyyəәti həәyata keçirəәrkəәn yaşı 18-dəәn az olan
işçiləәrin əәməәyindəәn istifadəәyəә dair Azəәrbaycan Respublikasının əәməәk qanunvericiliyindəә nəәzəәrdəә
tutulmuş təәləәbləәrəә riayəәt olunmalıdır.
Maddəә 5. Könüllü fəәaliyyəәtin təәşkilatçılarının hüquqları
5.0. Könüllü fəәaliyyəәtin təәşkilatçıları aşağıdakı hüquqlara malikdir:
5.0.1. bu Qanunla nəәzəәrdəә tutulmuş qaydada şəәxsləәri könüllü fəәaliyyəәtin həәyata
keçirilməәsinəә cəәlb etməәk;
5.0.2. bu Qanunla müəәyyəәnləәşdirilmiş qaydada vəә əәsaslarla könüllüləәrləә bağlanmış
müqaviləәyəә xitam verməәk;
5.0.3. könüllüləәrdəәn müqaviləәdəәn irəәli gəәləәn öhdəәlikləәrin vaxtında vəә keyfiyyəәtləә yerinəә
yetirilməәsini təәləәb etməәk;
5.0.4. görülmüş işləәr haqqında könüllüləәrdəәn məәlumat vəә ya hesabat almaq;
5.0.5. könüllü fəәaliyyəәt həәyata keçiriləәrkəәn könüllü təәrəәfindəәn vurulmuş maddi ziyanın
ödəәnilməәsi üçün Azəәrbaycan Respublikasının qanunvericiliyinəә uyğun olaraq təәdbirləәr
görməәk.
Maddəә 6. Könüllü fəәaliyyəәtin təәşkilatçılarının vəәzifəәləәri
6.0. Könüllü fəәaliyyəәtin təәşkilatçılarının vəәzifəәləәri aşağıdakılardır:
6.0.1. könüllü fəәaliyyəәtin həәyata keçirilməәsinəә cəәlb edilmiş şəәxsləәrləә müqaviləә bağlamaq;
6.0.2.könüllüləәrəә onların hüquq vəә vəәzifəәləәrini izah etməәk, onları təәlimatlandırmaq;
6.0.3. könüllü fəәaliyyəәtin həәyata keçirilməәsi haqqında informasiyanı açıqlamaq, könüllü
fəәaliyyəәtin nəәticəәləәri barəәdəә məәlumat verməәk;
6.0.4. könüllünün təәləәbi iləә könüllü fəәaliyyəәt haqqında müvafiq arayışlar verməәk;
6.0.5. könüllüləәri yerinəә yetirəәcəәkləәri işin həәyat vəә sağlamlıq üçün təәhlükəәli olması
barəәdəә məәlumatlandırmaq;
6.0.6. könüllünün həәyat vəә sağlamlığını sığorta etməәk;
6.0.7. könüllüləәri həәyat vəә sağlamlıq üçün təәhlükəәli işləәrəә göndəәrəәrkəәn onların texniki
təәhlükəәsizlikləә bağlı müvafiq təәlim keçməәləәrini təәmin etməәk;
6.0.8. könüllü fəәaliyyəәtin təәşkili üçün təәləәb olunan hüquqi, təәşkilati vəә texniki məәsəәləәləәri
həәll etməәk;
6.0.9. könüllüləәrəә qarşı ayrı-seçkiliyəә yol verməәməәk;
6.0.10. könüllü əәcnəәbiləәr vəә vəәtəәndaşlığı olmayan şəәxsləәr barəәdəә müvafiq icra
hakimiyyəәti orqanına məәlumat verməәk.
Maddəә 7. Könüllüləәrin hüquqları
7.1. Könüllüləәrin aşağıdakı hüquqları vardır:
7.1.1. müqaviləәyəә uyğun olaraq həәyat vəә sağlamlığının mühafizəәsini təәmin edəәn əәməәk
şəәraitinin yaradılmasını, zəәruri hallarda isəә əәməәyin mühafizəәsinin normaları vəә qaydaları
haqqında təәlim keçirilməәsini təәləәb etməәk;
7.1.2. könüllü fəәaliyyəәtin şəәrtləәri vəә xarakteri haqqında informasiya əәldəә etməәk;
7.1.3. könüllü fəәaliyyəәt haqqında informasiya yaymaq;
7.1.4. könüllü fəәaliyyəәtin təәşkilatçılarından görüləәn işləәrin yeri, həәcmi, xarakteri vəә vaxtı
göstəәrilməәkləә, könüllü fəәaliyyəәt haqqında yazılı arayış almaq;
7.1.5. könüllü fəәaliyyəәt könüllünün daimi yaşadığı yaşayış məәntəәqəәsinin hüdudlarından
kəәnarda həәyata keçirildikdəә gündəәlik xəәrcləәrin ödəәnilməәsini könüllü fəәaliyyəәtin
təәşkilatçılarından təәləәb etməәk;
7.1.6. könüllü fəәaliyyəәti həәyata keçirəәrkəәn həәyatına vəә sağlamlığına dəәymiş zəәrəәrin
əәvəәzini könüllü fəәaliyyəәtin təәşkilatçılarından almaq;
7.1.7. sığorta olunmaq;
7.1.8. öz əәmlakından istifadəәyəә görəә kompensasiya almaq.
7.2. Şəәxsin könüllü fəәaliyyəәtləә məәşğul olması ünvanlı dövləәt sosial yardımının alınmasına, habeləә
ona işsizlik müavinəәtinin ödəәnilməәsinin dayandırılmasına vəә ya xitam verilməәsinəә səәbəәb olmur.
Maddəә 8. Könüllüləәrin vəәzifəәləәri
8.0. Könüllünün əәsas vəәzifəәləәri aşağıdakılardır:
8.0.1. işləәrin görülməәsi üçün cəәlb edildikdəә könüllü fəәaliyyəәtin təәşkilatçıları iləә müqaviləә
bağlamaq;
8.0.2. Azəәrbaycan Respublikasının qanunvericiliyinəә uyğun olaraq əәməәyin mühafizəәsi vəә
təәhlükəәsizlik qaydalarına riayəәt etməәk;
8.0.3. fəәaliyyəәt göstəәrdiyi təәşkilatın intizam qaydalarına riayəәt etməәk;
8.0.4. könüllü fəәaliyyəәt təәşkilatçılarının təәləәbi iləә könüllü fəәaliyyəәt haqqında məәlumat vəә
ya hesabat təәqdim etməәk;
8.0.5. könüllü fəәaliyyəәt haqqında müqaviləәnin şəәrtləәrinəә vəә könüllü fəәaliyyəәtin
təәşkilatçılarının müqaviləәnin şəәrtləәrinəә uyğun göstəәrişləәrinəә əәməәl etməәk;
8.0.6. vurduğu maddi ziyana görəә məәsuliyyəәt daşımaq;
8.0.7. Azəәrbaycan Respublikasının qanunvericiliyi iləә müəәyyəәn olunmuş konfidensial
informasiyanı gizli saxlamaq.
Maddəә 9. Könüllü fəәaliyyəәt münasibəәtləәrini təәnzimləәyəәn müqaviləә
9.1. Könüllü fəәaliyyəәtin iştirakçıları arasında münasibəәtləәr təәrəәfləәr arasında yazılı formada
bağlanan müqaviləә iləә təәnzimləәnir.
9.2. Könüllü fəәaliyyəәtin təәşkilatçıları təәrəәfindəәn cəәlb edilmiş könüllüləәrləә bağlanan müqaviləәdəә
aşağıdakılar göstəәrilir:
9.2.1. müqaviləә bağlayan təәrəәfləәr haqqında məәlumatlar;
9.2.2. təәrəәfləәrin hüquq vəә vəәzifəәləәri;
9.2.3. görüləәcəәk işləәr vəә göstəәriləәcəәk xidməәtləәr;
9.2.4. müqaviləәnin müddəәti;
9.2.5. təәrəәfləәrin məәsuliyyəәti;
9.2.6. müqaviləәyəә xitam verilməәsi qaydası.
9.3. Könüllü fəәaliyyəәtin təәşkilatçıları təәrəәfindəәn cəәlb edilmiş könüllüləәrləә bağlanan müqaviləәdəә bu
Qanunun məәqsəәdləәrinəә uyğun olaraq digəәr şəәrtləәr dəә nəәzəәrdəә tutula biləәr.
9.4. Könüllü təәrəәfindəәn könüllü fəәaliyyəәtin həәyata keçirilməәsi iləә bağlı üçüncü şəәxsləәrəә vurulmuş
zəәrəәrin ödəәnilməәsi qaydası müqaviləә iləә müəәyyəәn olunur.
9.5. Müqaviləәdəә könüllünün hüquqlarını məәhdudlaşdıran müddəәaların əәks olunması
yolverilməәzdir.
9.6. Müqaviləәyəә təәrəәfləәrin razılığı iləә vaxtından əәvvəәl xitam veriləә biləәr. Təәrəәfləәrdəәn birinin
təәşəәbbüsü iləә müqaviləәyəә vaxtından əәvvəәl xitam verildikdəә qarşı təәrəәfəә müqaviləәnin xitam
olunacağı haqqında xəәbəәrdarlıq edilməәlidir.
9.7. Müqaviləә üzrəә öhdəәlikləәrin yerinəә yetirilməәməәsinəә dair əәsaslar olduqda təәrəәfləәr müqaviləәyəә
xitam verəә biləәrləәr.
9.8. Müqaviləә üzrəә təәrəәfləәr arasında yaranan mübahisəәləәr Azəәrbaycan Respublikasının
qanunvericiliyinəә uyğun olaraq məәhkəәməә qaydasında həәll edilir.
Maddəә 10. Könüllü fəәaliyyəәt sahəәsindəә beynəәlxalq əәlaqəәləәr
10.1. Azəәrbaycan Respublikasında könüllü fəәaliyyəәtin təәşkilatçıları Azəәrbaycan Respublikasının
əәrazisindəә könüllü fəәaliyyəәti həәyata keçirməәk üçün xarici könüllüləәri dəәvəәt edəә biləәrləәr.
10.2. Beynəәlxalq könüllü fəәaliyyəәtin təәşkilatçıları, habeləә könüllü əәcnəәbiləәr vəә vəәtəәndaşlığı
olmayan şəәxsləәr Azəәrbaycan Respublikasının əәrazisindəә könüllü fəәaliyyəәtləә yalnız Azəәrbaycan
Respublikasının könüllü fəәaliyyəәt təәşkilatçıları iləә birgəә məәşğul ola biləәrləәr.
10.3. Azəәrbaycan Respublikasında könüllü fəәaliyyəәtin təәşkilatçıları vəә Azəәrbaycan
Respublikasının vəәtəәndaşları xarici dövləәtin əәrazisindəә həәmin dövləәtin qanunvericiliyinəә uyğun
olaraq könüllü fəәaliyyəәt iləә məәşğul ola biləәrləәr.
Azəәrbaycan Respublikasının Prezidenti
İlham ƏӘLİYEV
Bakı şəәhəәri, 9 iyun 2009-cu il
№ 828-IIIQ
«Respublika» qəәzetindəә dəәrc edilmişdir (26 iyul 2009-cu il, № 162) («VneshExpertService»
LLC).
«Azəәrbaycan» qəәzetindəә dəәrc edilmişdir (29 iyul 2009-cu il, № 164) («VneshExpertService»
LLC).
«Azəәrbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dəәrc edilmişdir (31 iyul 2009-cu il,
№ 7 (145), maddəә 504) («VneshExpertService» LLC).
22 fevral 2013-cü il tarixli,
574-IVQD
nömrəәli Qanuna əәsasəәn dəәyişiklikləәrləә
(«VneshExpertService» LLC).
© VneshExpertService LLC
Dostları ilə paylaş: |