Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

555 


 

Süpürləmə getmə, yolu azarsan. 

 

Düş atından, görün, çıxaq vuruşaq, 



Qılınc, toppuz döyüşündə yarışaq, 

Ölsək gedib ölülərə qarışaq, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Alpis çəkir aralığa çovğunu, 



Sonra səpir meşələrə yanğını, 

Qovur ora-bura qanlı qırğını, 

Görməsə də Turpar gözlə azğını, 

Qılınclayır yan-yörəni, yaxını, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Alır çovğun, yanğın, qırğın çölləri, 



Həm yandırır, həm dondurur gülləri, 

Pəltək qoyur ağızlarda dilləri, 

Süpürləmə getmə, yolu azarsan. 

Birdən Turqun səsi gəlir uzaqdan, 

Şimşək qopur əlindəki yaraqdan, 

Şimşək atın kişnərtisi oylaqda, 

Alpis görüb onu qaçıb bayaqdan, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Alpis qaçır, çovğun, yanğın dayanır, 



Meşə, bulaq al işığa boyanır, 

Otlar, güllər donmuş idi, oyanır, 

Süpürləmə getmə, yolu azarsan. 

 

      Qoca sevgisi söylənci 

 

Turq danışır, danışdırır onları, 



Tanrı çatır son ayaqda yardıma. 

Hamı Turqun qabağında baş əyir, 

Tanrı çatır son ayaqda yardıma. 

 

Turq söyləyir:- Alpis qopub yerindən, 



Gəlir gizli Üstyerə də o hərdən, 

Yanır, donur buralarda çöl, çəmən, 

Tanrı çatır son ayaqda yardıma. 

 

Deyir Turpar, mənim yolum daş- kəssək, 



Mən gedirəm Pasdiyara, gəl gedək, 

Mənim yolum Parsdiyardan keçəcək, 

Daryaşı da orda görüm mən gərək, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

556 


 

Tanrı çatır son ayaqda yardıma. 

 

Turq deyir:- Qız, bizə söylə adını, 



-Atam mənim Sona qoyub adımı, 

Tanrı bala, duza qatıb yurdumu, 

Tanrı çatır son ayaqda yardıma. 

 

Turqla Turpar yola düşüb gedirlər. 



Çapıb çapıb onlar gözdən itirlər. 

Çayı, gölü, dağı, düzü ötürlər, 

Tanrı çatır son ayaqda yardıma. 

Gücdəbirsə yerə əyir başını, 

O, evinə qayıtmaqdan daşınır, 

Yola düşüb qovur istək quşunu, 

Tanrı çatır son ayaqda yardıma. 

 

Sona diki yavaş-yavaş tək qalxır, 



Buzəkçədən damla-damla su axır, 

Qız yorğundur, düşüncəli, yol ağır, 

Ağaclardan yarpaq yağır, gül yağır, 

Tanrı çatır son ayaqda yardıma. 

 

                   *** 



Turq soruşur kimliyini Turparın, 

Kimlik qılınc tutarında yazılar. 

Dedi:- Döyüş işlərində necəsən? 

Kimlik qılınc tutarında yazılar. 

 

Danışıqdan bilir Turpar qoçaqdır, 



Haradasa bir az sınıq sayaqdır, 

Yaşı azdır, boyu enməz bayraqdır, 

Gəncdir ancaq dayaqsıza dayaqdır, 

Kimlik qılınc tutarında yazılar. 

 

                   *** 



Axşam üstü bir daxmaya çatırlar, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

Qapı döyüb içəriyə girirlər. 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Görürlər ki, yanır, sönür bir soba, 



Üzüquylu düşüb qalıb bir qoca, 

Hər yer boşdur, lütdür, yoxsul, yalıncaq, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

557 


 

Görürlər ki, qoca ölüb acından, 

Yaşı çoxdur, doxsan olar azından, 

Paslı qurum, torpaq vardır saçında, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Aparırlar, yeri yüngül qazırlar, 



Basdırırlar son evində, susurlar, 

Dörd bir yanı gəzib yer-yer busurlar, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Gəlirlər ki, bağlasınlar daxmanı, 



Öz yerinə qoyub beli, yabanı, 

Söndürsünlər ocaqsayaq sobanı, 

Görürlər ki, qoca dim-dik dayanıb, 

Bərk tutubdur əlindəki payanı, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Qoca deyir:- Yaxşı ərlər, sağ olun, 



Belə olar yaxşılığın düz yolu, 

Qazdığınız sonev artıq boş qalıb, 

Kimsə məni ordan çəkib çıxarıb, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Siz gəlməmiş sizi gələn görmüşəm, 



Mən özümü ölülüyə vurmuşam, 

Sizə sınaq yoxlaması qurmuşam, 

Uduq dərib öz qınıma varmışam, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Siz necə də yaxşı adam çıxdınız, 



Pisliklərin dam – daşını yıxdınız, 

Siz kimsəsiz kimi mənə baxdınız, 

Yaxşılıqla məni bir də doğdunuz, 

Acgözlüyü, dargözlüyü boğdunuz, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Turqər dedi:- Danış, qoca, yaxşı ol, 



Acgözlüyə, dargözlüyə qarşı ol, 

Gəl Minelə, Mindiyara qonşu ol, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

                      

 

                      *** 



Qoca dedi:- Mən çox zəngin ər idim, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

558 


 

Üç oğluma verdim bütün varımı, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Mən tək qaldım, orda-burda darıxdım, 



Alpis girdi ürəyimə, karıxdım, 

Bir qız gördüm bağda, yaman duruxdum, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Biz görüşdük iki kərə, üç kərə, 



Çiynim, burnum qalxdı, dəydi göylərə, 

Nəyim vardı verdim isti yellərə, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

O bir dedi, mən bir dedim, qovuşduq, 



Bir-birinə qatışaraq öpüşdük, 

Tanış – tunuş yanından dik sovuşduq, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Evlənərək düşdüm sevgi yoluna, 



Batdım qadın şirinliyi balına, 

Bir gün gəlib o qız girdi qoluma, 

Dedi, ölsən, nə qalacaq duluna, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Dedim, gözəl bunu sonra bilərik, 



Varlanarıq, biz də zəngin ölərik, 

Altyerdə də birgə deyib gülərik, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Oğullarım məni yazıq gördülər, 



Mənə qızıl, gümüş, quruş verdilər, 

Gedib yenə qınlarına girdilər, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Ancaq qadın sökdü hər gün böyrümü, 



Əyri qoydu tez-tez düzü, əyrini 

İrəliyə düşən yoxsul gerini, 

Gözə soxdu məndən çox-çox yerini, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Sonra dedi:- Gərək səni qorxudam, 



Üç qardaşın evlərini dağıdam, 

Qanlarını su yerinə axıdam, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

559 


 

Sonra gördüm gündə birin aldadır, 

O yaramaz əyri-üyrü yoldadır, 

Varım gedib, əlim quru koldadır, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Gördüm mənə oğullarım gülürlər, 



Onlar sanki hər bir şeyi bilirlər, 

Utanırlar, diri ikən ölürlər, 

Çox qonaqcıl olur yoxsul daxmalar. 

 

Qoydum, qaçdım, gəldim, düşdüm buraya, 



Daş-daş tikib girdim yoxsul daxmaya, 

Üz çevirdim mən özgəyə, doğmaya, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Bir gün getdim, sonev qazdım özümə, 



Tanrı baxdı, güldü qara üzümə, 

Yer altında saxlanc dəydi gözümə, 

Gücüm artdı, dözüm gəldi dizimə, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Dedim tanrı, qoy hamını yoxlayım, 



Gələnləri bir-bir qonaq saxlayım, 

Yaxşıları qucum, pisi dağlayım, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Ölülüyə vurdum tez-tez özümü, 



Hər qonağın görüm iç, çöl üzünü, 

Mən eşidim atda-butda sözünü, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Gələn gördü mən ölmüşəm gərildi, 



Ölüydüsə ölü görüb dirildi, 

Evi çapdı, getdi, gözü bərəldi, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Çoxu gördü, basdırmadı yoxsulu, 



Neçəsi də yazıq, ortaq, asılı, 

Neçəsi də boş qayıtdı, küsülü, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Birdən birə siz gəldiniz, siz, qoşa 



Deyin, necə dirilməsin bu qoca, 

Bu ürəklə gələn, səni min yaşa, 

Hələ vardır yaranışa yaraşan, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

560 


 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Sonevimdən sıçrayaraq çıxdım mən, 



Sizdən qabaq döndüm bura yenidən, 

Siz var olduz, mən qoca da dəyişkən, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Oğullarım gəlib məni tapacaq, 



Saxlanc isə sizə, sizə çatacaq, 

Siz kimiyə çata bilər o ancaq, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Gedək, sizə onun yerin göstərim, 



O sonevdə saxlanc yeri çox dərin, 

Ya da sizə beş at yükü göndərim, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Turqər dedi:- Yaşa qoca, yüz belə, 



Yaşamağa gücün, sevgin var hələ, 

Çətinlikdən çıxıb verək əl-ələ, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

Biz gedirik çoxlu saxlanc açmağa, 

Sənin kimi qocaları qucmağa, 

Qartal kimi yaşamağa, uçmağa, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

 

Saxlanc qalsın, gərək olar çoxuna, 



Saxlanc dönsün su yoluna, arxına, 

Alma, ərik, armud, üzüm bağına, 

Zəngin olmaq qısmır olmaq deməkdir. 

    

       Gücdəbir söylənci 

 

Sağollaşıb yola düşüb gedirlər, 



Bir üzdədir, yüz boyada yaranış. 

Yoldakılar iki deyil, üç idi, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Bilmirdilər dallarınca yerbəyer, 



Addım-addım gizli gəlir Gücdəbir, 

»Turpar kimdir, oğlum deyil, bəs nədir,«  

O, Turparı qaytarmağa tələsir, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

O görmüşdü, axşamçağı otlaqda, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

561 


 

Bir ölünü gətirirlər qucaqda, 

Çəkilərək gizlənmişdi bucaqda, 

O baxmışdı qazha- qaza, uzaqdan, 

Basdırdıqdan sonra düşüb ayaqdan, 

Qayıdırlar yorğun-arğın o ancaq, 

Görmüşdü ki, yer tərpənir bayaqdan. 

Ölü sağdır, o çırpınır torpaqda, 

Yeri qazıb gizlənmişdi qıraqda, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

İndi gedir dallarınca taq-taraq, 



Gedənləri addım-addım busaraq, 

Düşünürdü, inanmırdı o ancaq, 

Turpar gedib oğul sayaq, ər sayaq, 

Atasının Baş evində qalacaq, 

Bir üzdədir, yüz boyada yaranış. 

Düşünürdü, oğurlayıb qaçaram. 

Quşa dönüb Mindiyara uçaram, 

Tək ananın ürəyini qucaram, 

Toxdaq ollam ona, inam saçaram, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Parsdiyarı tanınmırdı o öndər, 



Parsellilər görməmişdi belə ər, 

Belə oğlu, belə atı, yal-yəhər, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Daryaşərə sorağ gəldi o başdan, 



Nə deyinib doymayırsan qarğışdan, 

Turqər gəlib bizə qonaq yağışda, 

O gözləyir, dayanıbdır çıxışda, 

Daryaş Turqu qarşıladı çıxışda, 

Turparı da o qıyqacı baxışla, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Daryaş güldü, döndü qızmış bir kələ, 



Dedi:- böyük yarıtanrı, bax belə, 

Gəlibsənsə, gəl biz verək əl-ələ, 

Alpis gəlib yenə çıxıb Parselə, 

Gir könlünə, ürəyini al ələ, 

Ola bilsin danışıqsız düz gələ, 

Unut öcü Tanrı verən güc ilə, 

Keçmişləri, olmuşları ver yelə, 

Bir üzdədir, yüz boyada yaranış. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

562 


 

Turqər dedi:- Daryaş, səndə dilək yox, 

Sən dartdığın o buğdada kəpək yox, 

Alpis ərdir, onda saqqal, birçək yox, 

O Tanrıdır, ancaq onda ürək yox, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Düz deyirsən, gəl, biz tutaq qol-qola, 



İkimiz də addımlayaq bir yola, 

Mindiyarda, Pardiyarda bir olaq, 

Onda ölkə dinclik tapar, güc alar, 

Bir üzdədir, yüz boyada yaranış. 

-Sən tutubsan bu ölkəni dörd əlli, 

Özbaşına burax bizim Parseli, 

Birləşdirmə öz dilinlə bu dili, 

Mindiyardan sayma, bilmə hər eli, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Sən buraya barışığa gəlmisən, 



Ya yenə də çarpışmağa gəlmisən, 

Ya vergidən yapışmağa gəlmisən, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Qoy Turparı burda, özün sovuş get, 



Sən onunla sonda bir də görüş get, 

Burda daha yoxdur döyüş, vuruş, get, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Turpar dedi:- Turq ölkəyə atadır, 



Mindiyarda, Parsdiyarda doğmadır, 

Minel dəniz Parsdiyarsa damladır, 

Özün şahsan, sözlərinsə yorğadır, 

Mən qalmaram burda, bura qabadır, 

Bu baş evdə gözlər acdır, dombadır, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

Daryaş dedi:- Qalacaqsan burada, 



Besyar ilə biz tutaşdıq arada, 

Anan alıb səni çıxdı aradan, 

İndi sən öz ayağınla gəlmisən, 

Gəlmisənsə gəl, dur bizim sırada, 

Bir üzdədir, yüz boyada yaranış. 

 

- Sən gəlmişdin Əkbitənə gizlicə, 



Məni vurdun, qaçdın, getdin o gecə, 

Üç il yatdım, döndüm qanlı gülüncə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

563 


 

Gəldim gördüm şah Daryaşı mən təkcə, 

Demə Daryaş sən özünsən, a nərçə 

Düşüb indi içərinə vic-vicə, 

Tanrı gülür səndə olan bu öcə, 

Bir üzdədir, yüz boyada yaranış. 

                     *** 

Turq söylədi:- Turpar, otur yerində, 

Əl qaldırma sən özündən böyüyə. 

O atadır, sən oğulsan, unutma, 

Əl qaldırma sən özündən böyüyə. 

 

Daryaş coşdu, Turpar üstə yeridi, 



Oturanlar qorxub birdən kiridi, 

Hamı sanki yumaqlandı, əridi, 

Daryaş aldı onu yerlə sürüdü, 

Hər bir yanı haray, səs-küy bürüdü, 

Əl qaldırma sən özündən böyüyə. 

 

Elə bu an içəriyə girdi o, 



Bunu görüb tunc köksünü gərdi o, 

Ata, bala arasına girdi o, 

Əl qaldırma sən özündən böyüyə. 

 

Gücdəbiri Turqla, Turpar tanıdı, 



Qara gözlər acıqlıydı, qan idi, 

Bu, atayçün ölüm idi, son idi, 

Əl qaldırma sən özündən böyüyə. 

 

Dedi:- Daryaş, mənəm onun atası, 



Sənsə, toysuz bir kəbinin buğası, 

Qaçdı Besyar, oldu Minel sonası, 

Qulağında qoşa öyüd sırğası, 

Əl qaldırma sən özündən böyüyə. 

 

Ver oğlumu, ya da əl at qılınca, 



O elə də sısqa deyil, yarımcan, 

O güclüdür, səndən gücə qalınca, 

O itməyib döndərəsən tapınca, 

Əl qaldırma sən özündən böyüyə. 

 

Gəl vuruşaq, elin budur düz yolu, 



Qoy bəllənsin iki yerin bir oğlu, 

Ürəyimdə ata sözü dop-dolu, 

Əl qaldırma sən özündən böyüyə. 

Bir ağsaqqal durub dedi:- Dayanın, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

564 


 

Özünüzə gəlin, artıq oyanın, 

Qorxu, ürkü alıb, baxın, hər yanı, 

Əl qaldırma sən özündən böyüyə. 

 

Turqər dedi:- Turpar, bura gəl, otur, 



Ata ola bilməz sənə hər qotur, 

Iki atan vardır sənin, doğrudur, 

Bundan sonra mənəm atan, ay oğul, 

Əl qaldırma sən özündən böyüyə. 

 

Oturanlar qurudular, qaldılar, 



Turq ataya bunca vurğun oldular, 

Qancıllar da ona baş- əy qıldılar, 

Qonaqları sayın yola saldılar, 

Əl qaldırma sən özündən böyüyə. 

 

               *** 



Atlı gəldi, at köpük-tər içində, 

Yazı sözdür, çırpındıdır, maraqdır. 

Bir burlama yazı vardı əlində, 

Yazı sözdür, çırpıntıdır, maraqdır. 

 

Tunq yazmışdı, göndərmişdi bir başa, 



Yazı gəlib çatasıydı Daryaşa, 

Daryaş isə oynarlarla baş-başa, 

Yazı sözdür, çırpıntıdır, maraqdır. 

 

»Daryaş, yaman öz yolunu azıbsan, 



Yonca yemiş buğa kimi qızıbsan, 

Öz boynundan şah dolağı asıbsan, 

Mənə yeni, dərin quyu qazıbsan, 

Yazı sözdür, çırpıntıdır, maraqdır. 

 

Besyar mənə hər bir şeyi danışdı, 



Gəldi gördü, o Mineldən yapışdı, 

Mindiyarla o qaynayıb qarışdı, 

Yazı sözdür, çırpıntıdır, maraqdır. 

 

Qılıncını yellədirsən belində, 



«Vergi» sözü öcə dönüb dilində, 

Alpisinsə iti qılınc əlində, 

Güc alırsan çovğunundan, selindən, 

Yazı sözdür, çırpıntıdır, maraqdır. 

 

Əkbətinə yiyə durmaq çətindir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

565 


 

Mindiyarda Parsel qurmaq çətindir, 

Mənə qara boya vurmaq çətindir, 

Tunqu yıxıb, eli qırmaq çətindir, 

Yazı sözdür, çırpıntıdır, maraqdır. 

         

        Parsdiyar söylənci 

 

Küsgün görkəm alıb Parsel, Parsdiyar, 



Tüstü olmur ac-yalavac yerlərdə, 

Qarın doyur, göz doymayır yeməkdən. 

Ildə üç yol, torpaq gərək əkilsin, 

Qarın doyur, göz doymayır yeməkdən. 

 

Boş olanda səs çıxmayır çölməkdən, 



Dad olmayır oğurlanmış çörəkdə, 

Arı olur, bal olmayır pətəkdə, 

Qarın doyur, göz doymayır yeməkdən. 

 

Oturublar sıra-sıra başçılar, 



Üzdə gəzir içlərdəki sancılar, 

Ortalıqda təlxək, oynar, falçılar, 

Qızıl, gümüş, çini qablar, saxsılar, 

Qarın doyur, göz doymayır yeməkdən. 

 

Daryaş deyir:- Az deyinin, az yetər, 



Tapşırıq var, bu baş işə kim gedər, 

Çox işdə var, o işlərdə yox dəyər, 

Qarın doyur, göz doymayır yeməkdən. 

 

Biri durur, baş şəltili, qıç axsaq, 



-Mən gedərəm – deyir – məni çağırsan, 

Mənə tapşır, bu tapşırıq ağırsa, 

Qarın doyur, göz doymayır yeməkdən. 

-Sən döyüşdən qayıtmısan heç olmaz, 

Yaralısan. Toxda, dincəl, sən bir az, 

- Döyüşçüyə, şahım, dinclik yaramaz, 

Qarın doyur, göz doymayır yeməkdən. 

Tüstü olmur ac-yalavac yerlərdə, 

 

Yaxşı, olsun, onda eşit Daryaşı, 



Məncə darda qoymaz qardaş qardaşı, 

Baş aparır orda Tunqər başbaşı, 

Yontalansın qabaqcadan baş daşı, 

Tutub gətir Parsdiyara dikbaşı, 

Qarın doyur, göz doymayır yeməkdən. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

566 


 

Tüstü olmur ac-yalavac yerlərdə. 

 

Vardır bir də bir tapşırıq, çox incə, 



Turpar, Besyar oğurlansın gizlicə, 

Gətirilsin Parsdiyara o gecə, 

Qarın doyur, göz doymayır yeməkdən. 

Tüstü olmur ac-yalavac yerlərdə. 

 

Yorulmuşam, usanmışam, mən bu gün... 



Turparımı gərək özüm böyüdüm, 

Şahlıq çatsın məndən ona büsbütün, 

Budur sizə, oturanlar, öyüdüm, 

Qarın doyur, göz doymayır yeməkdən 

Tüstü olmur ac-yalavac yerlərdə. 

 

        Buzər söylənci 



 

Buzər idi başev adı axsaqın, 

Basar olar kim özünə inansa. 

O ucadan dedi yola düşəndə, 

Basar olar kim özünə inansa. 

 

-Mən özümü Mindiyara yetirrəm, 



Başın üzüb Tunqun, işin bitirrəm, 

Turparı da, Besyarı da gətirrəm, 

Basar olar kim özünə inansa. 

 

Qanlı gədik, qorxunc çökək sıx meşə, 



İki toplum birdən gəldi döş-döşə, 

Tunq göndərdi Gücdəbiri döyüşə, 

Basar olar kim özünə inansa. 

 

Buzər dedi:- Gəldim, görüm Besyari, 



Verin mənə Tunqu, bir də Turparı, 

Tutuq kimi Parsdiyara aparım, 

Basar olar kim özünə inansa. 

 

Gücdəbirin səsi aldı gədiyi, 



- Vayzaqlama – dedi- Parsel köpəyi, 

Yiydir səndən tunqun bircə kirpiyi, 

Sən nəsən ki, bulanlıq su köpüyü, 

Daryaş şahın uzdə qanlı örtüyü, 

Onun yoxsul başevinin pişiyi, 

Basar olar kim özünə inansa. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

567 


 

Buzər dedi:- Çıxsa Turpar ortaya, 

Toplum onun önündə diz qatdayar, 

Alaq, gedək onu, burdan atdayaq, 

Yoxsa Alpis yenə gələr, xortdayar, 

Qan eyləyər, yer şaxtadan çatdayar, 

Basar olar kim özünə inansa. 

 

Turpar yaraq gəzdirsə də, vuruşmur, 



Güləşçidir, ona vuruş yaraşmır, 

O çox gəncdir, hər qancılla savaşmır, 

Diyar, ölkə işlərinə qarışmır, 

Basar olar kim özünə inansa. 

 

-Besyarı ver, öz tərkimə götürüm, 



Onu doğma şah ərinə yetirim, 

Bu döyüşü başlamadan bitirim, 

Basar olar kim özünə inansa. 

 

 



-Qılınc nədir, dadmamısan sən hələ, 

Turpar, Besyar adı çəkmə çox belə, 

Ölü, yara apararsan Parselə, 

Basar olar kim özünə inansa. 

İki ərən əl atdılar yarağa, 

Vuruş üçün çəkildilər otlağa. 

Ox tuşlandı başa, döşə, qırtlağa, 

Qan fışqırdı yara, döndü bulağa, 

Basar olar kim özünə inansa. 

 

Gücdəbirin ağır idi topbuzu, 



Tutağını batırırdı quduzun, 

Qan damırdı kirpiyindən qansızın, 

Basar olar kim özünə inansa. 

 

Gücdəbirin ox batmışdı çiyninə, 



Işləmişdi ox ikiqat dərinə, 

Bir də bir ox yəhərinin gönünə, 

Basar olar kim özünə inansa. 

 

Hərdən Buzər tövşəyirdi, aşırdı, 



Aşa-aşa yenə coşub daşırdı, 

Acığından tez-tez ordu şişirdi, 

Qan axdıqca başçı heydən düşürdü, 

Basar olar kim özünə inansa. 

 

Bunu görüb Parsdiyarın toplumu, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin