Söhrab Tahir "Ata" Poema-epos



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə46/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

           Ağı söylənci 

 

Daryaş getdi Misirelə, qayıtdı, 

Çox söykənmə gülümsəyən yardıma. 

Eşitdi ki, Çatan orda başçıdır. 

Çox söykənmə gülümsəyən yardıma. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

581 


 

Alov eldən, Həbəşeldən keçdi o, 

Hər ölçünü öz  boyuyla biçdi o, 

Tunqa qarşı yeni bir yol seçdi o, 

Çox söykənmə gülümsəyən yardıma. 

Dedi:-Hələ çox çəkəcək bu oyun, 

Qonaq getdim, gizli tutum yolumu, 

Ağılayım yeməyini toplumun, 

Çox söykənmə gülümsəyən yardıma. 

 

Sonra çıxım bunu Turpar adına, 



Salım onu Tunqun sınaq oduna, 

Qan ələyim Əkbitənin yurduna, 

Çox söykənmə gülümsəyən yardıma. 

 

Deyim, ona mən tapşırdım bu işi, 



Kəsi etdim məndən qaçan çəpişi, 

Qızışdırım yenə çəkiş-bərkişi, 

Çox söykənmə gülümsəyən yardıma. 

 

Dəysin yerə min-min uzun qulaqlı, 



Nə edəcək ağılanmış yaraqlı, 

Bir yandan da qirar qıtlıq, quraqlıq, 

Çox söykənmə gülümsəyən yardıma. 

 

Əkbitəni allam, çapıb soyaram, 



Turparı da ora yerinc qoyaram, 

Şahlığımı Mindiyara yayaram, 

Çox söykənmə gülümsəyən yardıma. 

       


       Bulaqbaşı söylənci 

 

Bir gün Turpar getdi bulaq başına, 

Bulaq başı gizli görüş yeridir. 

O gözlədi qızı bir az qıraqda, 

Bulaq başı gizli görüş yeridir. 

 

Axşam oldu, o gözlədi, baxmadı, 



Gecə quşu səslərindən qorxmadı, 

Çox gözlədi Sona gəlib çıxmadı, 

Bulaq başı gizli görüş yeridir. 

 

Güzgü kimi duru bulaq gözləri, 



Güzgüdən də gözəl parlaq gözləri, 

Körpə uşaq baxışları, gözləri, 

Uşaqdan da oynaq şıltaq gözləri, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

582 


 

Bulaq başı gizli görüş yeridir. 

 

Küsgünlük var deyən solğun üzündə, 



Gülər dodağında, yorğun üzündə, 

Sanki gəzir səssiz çovğun üzündə, 

Bulaq başı gizli görüş yeridir. 

 

Bir biləydim bu sıxıntı nədəndir, 



Kirpiyində o yağıntı nədəndir, 

Səsində ki, o boğuntu nədəndir, 

Dörd bir yanda bu uğuntu nədəndir, 

Bulaq başı gizli görüş yeridir. 

 

Bir biləydim bu qız kimin qızıdır, 



Bu ceyrandır, bu marallıq quzudu, 

Yoxsa sevgi tanrısının özüdür, 

Bulaq başı gizli görüş yeridir. 

 

Bütün günü pıçıldayan buz bulaq, 



Gecə boyu xışıldayan göy budaq, 

Harda qaldı o bal dodaq, gül yanaq, 

Bulaq başı gizli görüş yeridir. 

 

Yola düşdü getdi Turpar cığırla, 



Nəyə gərək göl, çay, bulaq Sonasız. 

Dedi, gedim, tapım qızın evini, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

 

Dedi, gedib, görüm onun özünü, 



Açım ona ürəyimin sözünü, 

Deyim ona düz sözümün düzünü, 

Nəyə gərək göl, çay, bulaq sonasız. 

 

Qız anama olar gözəl bir gəlin, 



Bu sevgimə sağdış olar toy, kəbin, 

Sona bizdə gülü olar güllərin, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

 

Bunu bilib atam gələr toyuma, 



Hamı bundan sonra qalar hayıma, 

Qatar qızı öz Parselli soyuna, 

Qızıl, göy daş biçər qızın boyuna, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

 

Bunca hamı bir-birilə yarışar, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

583 


 

Minel Parsel bir-birinə qarışar, 

Yoxsul, zəngin bir-birindən yapışar, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

 

Burulurdu cığır ilan sayağı, 



Sürü, ilxı, naxır tutub ovlağı, 

Otlayırdı biçilməmiş otlağı, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

 

Bu andaca bir səs gəldi meşədən, 



Qorxub durdu səsi bunca eşidən, 

Bu qorxulu səs haradan, səs nədən, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

 

Bu səs yaxın ev-daxmadan gəlirdi, 



Kimsə sanki boğulurdu, ölürdü, 

Bu səsə də bir başqa səs gülürdü, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

 

Turpar qaçdı evə sarı, səs artdı, 



Qapıları silkələyib o dartdı. 

Acıqlı səs bir də səs-küy qopartdı, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

 

Kimsə kimə qışqırırdı acıqlı, 



Bir qız isə ağlayırdı yanıqlı, 

Acıqlı səs söyləyirdi qılıqlı, 

Nəyə gərək göl, çay, bulaq Sonasız. 

                  *** 

Qulaq asdı Turpar belə eşitdi: 

-Mən Alpisəm, tanrısıyam Altyerin. 

Səni gözəl, yaxşı üzlə sevirəm, 

Mən Alpisəm tanrısıyam Altyerin. 

 

Bu ilk sevgim son sevgimdir biləsən, 



Yığışasan, gərək mənə gələsən, 

Aralıqda qan-qadanı siləsən, 

Yox gəlməsən, onda gərək öləsən, 

Mən Alpisəm tanrısıyam Altyerin. 

 

Mənə gəlsən, məndə sənlə quş ollam, 



Gedib mən də yaxşılara qoşullam, 

Böyük Hörmüz tanrımızdan güc allam, 

Onun kimi mən Üstyerdə ucalllam, 

Mən Alpisəm tanrısıyam Altyerin. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

584 


 

 

Gedək, sənə mən göstərim Altyeri, 



Görüb daha bəyənməzsən Üstyeri, 

Sən tanrı ol, mən də sənin ilk ərin, 

Mən Alpisəm tanrısıyam Altyerin. 

 

Sən Altyerin qız çiçəyi olarsan, 



Cicək-çopur tanrılığı alarsan, 

Uşaqları ot tək yerdən yolarsan, 

Mən Alpisəm tanrısıyam alt yerin. 

 

Tanrı olsan hamı səndən qorxacaq, 



Səninkilər sənə şah tək baxacaq, 

Qabağına tutuq kimi çıxacaq, 

Üzərinə qızıl, gümüş yağacaq, 

Adın yerə şimşək kimi çaxacaq, 

Mən Alpisəm tanrısıyam alt yerin. 

 

-Yox getmərəm mən səninlə heç yerə, 



Yox getmərəm sənə, Alpis, mən ərə, 

Adam sevər, yavurular bir kərə, 

Ola bilməz sevgiliyə ər hərə, 

Mən Alpisəm, tanrısıyam Altyerin. 

-Mən Sonayam, sevməyirəm pisliyi, 

Mən sevirəm yaxşılığı, düzlüyü, 

Tanrı qırsın, görüm sizi, sizliyi, 

-Mən Alpisəm tanrısıyam Altyerin. 

 

-Sən Altyerin tanrısısan çəkil, get, 



Bura sənin yerin deyil, əyil, get, 

Sökülərək öz içində tökül, get, 

-Mən Alpisəm tanrısıyam Altyerin. 

 

-Mən Sonayam, mən sevirəm Turparı, 



Turpar mənim ürəyimi aparıb, 

Turpar mənim qızıl sevgi çaparım, 

-Mən Alpisəm tanrısıyam Altyerin. 

 

                   *** 



Bu sözləri Turpar çöldən eçitdi, 

Tanrı gücü, sevgi gücü deməkdir. 

O bağırdı:- Mən burdayam, sevgilim, 

Sevgi gücü, tanrı gücü deməkdir. 

 

Bu andaca qapı tay-tay açıldı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

585 


 

Onun çölə yanıq iyi saçıldı, 

Çovğun düşdü,ev yurd, dam - daş uçuldu, 

Yer qabardı, yerdəkilər kiçildi, 

Sevgi gücü, tanrı gücü deməkdir. 

 

Turparı da külək atdı uzağa, 



Yarı ölü Sona qalxdı ayağa, 

O qabartdı qız köksünü qabağa, 

Sevgi gücü, tanrı gücü deməkdir. 

 

Dedi:- Burax məni, qancıl, qan içən, 



Ac ölümdən adamlara don biçən, 

Arşin tutub sonevinə yer ölçən, 

Sevgi gücü, tanrı gücü deməkdir. 

 

 



Döyüşməyi öyrənmişəm atamdan, 

Düz olmağı pay almışam anamdan, 

Mən çıxmaram ata-baba yuvamdan, 

Mindiyara böyük andım qafamda, 

Sevgi gücü tanrı gücü deməkdir. 

 

Birdən çovğun uğuldadı, gurladı, 



Yel qarışıq şimşək bulud qarladı, 

Şimşəkquyruq gəldi, gözlər parladı, 

Sevgi gücü, tanrı gücü, deməkdir. 

 

At Sonanı aldı getdi, qor oldu. 



Yerdə yağış, külək, şaxta, qar oldu, 

Üstyer susdu, Altyer ona dar oldu, 

Sevgi gücü, tanrı gücü deməkdir. 

 

Gölə düşdü Turpar, birdən ayıldı, 



Üzdü çıxdı, şaxta vurdu, bayıldı, 

Çovğun səsi hər bir  yerə yayıldı, 

Sevgi gücü, tanrı gücü deməkdir. 

 

                    *** 



Külək önə çapdı getdi yüyürək, 

Dillilər tək dilsilər də sevişir. 

Gördü quş da, qurd da. At da oxuyur, 

Dillilərtək, dilsilərdə sevişir. 

 

Turpar keçdi aşırımı, uçqunu, 



Alpis qoyub gedən qarı, çovğunu, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

586 


 

O dindirdi göyərçini. Quzğunu, 

Dillilərtək, dilsilər də sevişir. 

 

Dedi:- Bulud, Sona burdan ötübdür, 



Yol üstündə güllər bunca bitibdir. 

Ötməyibsə o qız harda itibdir, 

Dillilərtək, dilsilər də sevişir. 

 

Gördü qartal göy üzünə millənib. 



Qanadları qılınc kimi yellənir, 

O qıy vurur dilsiz, dilli dillənir, 

Dillilərtək, dilsilər də sevişir. 

Dedi:- Qartal bax, gör, Sona görünür? 

Qana, yoxsa-göz yaşına bürünüb, 

Yanınca da qancıl Alpis sürünür, 

Dillilərtək, dilsilər də sevişir. 

 

Gördü günəş çıxır, göylər qızarmış, 



Dimdiyində çöp tutaraq qaranquş, 

Yuva tikir, qılınc qanad yumru quş, 

Dillilərtək, dilsilər də sevişir. 

 

Dedi:- Quşum, qon aşağı, yerə düş, 



Sarı dimdik, qılınc qanad, yumru döş, 

Bir dilə gəl, mənim ilə bir görüş, 

De, buradan dünən, bu gün, kim ötmüş, 

Sona, beli sancılardan bükülmüş, 

Yanağından uçub getmiş, bal gümüş, 

Saç qaraşın, üz qızılı, əl gümüş, 

Dillilərtək, dilsilər də sevişir. 

 

Dedi:- Ayı, onu yoxsa görübsən, 



Axtarıram o sevgili qızı mən, 

Öz sevginə çox güvənmə, çox da sən, 

Gör bu sevgi niyə çökür, gör nədən, 

Dillilərtək, dilsilər də sevişir. 

 

Bir gül gördü dalğa, dalğa əsirdi, 



Bir qu quşu su üstündə üzürdü, 

O da sanki Sonasını gəzirdi, 

Dillilərtək, dilsilər də sevişir. 

 

Dedi:- Ağ quş Sonam, keçib buradan, 



Hardan tapım onu, söylə, haradan, 

Yardım olsun səni, məni yaradan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

587 


 

Dillilərtək, dilsilər də sevişir. 

 

Turpar getdi, dağı-daşı dindirdi, 



Sonasına quş inancı göndərdi, 

Buludları yel yönünə döndərdi, 

Küləkləri mindi yerə endərdi, 

Dillilərtək, dilsilər də sevişir. 

                *** 

Dedi:-Tanrım, o nə idi eşitdim, 

Yaxşı tanrı pis tanrını yaradıb. 

Gedim tapım onu, mənə yardım et, 

Yaxşı tanrı pis tanrını yaradıb. 

 

Hara getsəm, hansı yana yaxşıdır, 



Məni igid qiz sevgisi ağrıdır, 

Bu Alpisdir, qan içəndir, oğrudur, 

Yaxşı tanrı pis tanrını yaradıb. 

 

Ancaq yenə səs gəlmədi tanrıdan, 



İncik qaldı Turpar tanrı sarıdan, 

Yol hayana bu dənizdən, qurudan, 

Hara gedim, gün də keçib yarıdan, 

Yaxşı tanrı pis tanrını yaradıb. 

 

Dedi:- Gedim Gücdəbirdən soruşum, 



Gördüyümü ona bir-bir danışım, 

Altyer, Üstyer, düşüncəmdə qarışır, 

Yenə bunlar bir-birilə çarpışır, 

Yaxşı tanrı pis tanrını yaradıb. 

 

Bir ağsaqqal ona yolda söz atır, 



Deyir:-Külək çapan yönə çap atı, 

Yoxsa, oğul, sınar qolun qanadın, 

Sevgi evdir ata, arta anadır, 

Yaxşı tanrı pis tanrını yaradıb. 

 

Külək üç gün əsdi, çay- sel köpürdü, 



Nə var idi yolu üstə süpürdü, 

Kolu, kosu, ağacları qopardı, 

Nə var idi, yüngül idi apardı, 

Yaxşı tanrı pis tanrını yaradıb. 

 

Beş gün getdi, Parsdiyara çatdı o, 



Yorğunluqdan bir kolluqda yatdı o, 

Sonra durub yavaş-yavaş yortdu o, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

588 


 

Yaxşı tanrı pis tanrını yaradıb. 

Dedi:-Tanrım, haradayam, burada, 

Bu çöllüklər nədir bizim arada, 

Seçmək olmur burda ağı qaradan, 

Yardım elə mənə böyük yaradan, 

Yaxşı tanrı pis tanrını yaradıb. 

 

    Daryaşın sevgi  söylənci 



 

Alpis gəldi Parsdiyara bir günə, 

Bir yol sevər sevə bilsə qız, oğlan. 

Daryaş gördü, o da sevdi Sonanı, 

Bir yol sevər sevə bilsə qız, oğlan. 

 

Dedi:- daryaş – bu gözəli ver mənə, 



Bağışlaram mən də neçə qız sənə, 

Pırtlayıbdır alma kimi döş önə, 

Bir yol sevər sevə bilsə qız, oğlan. 

 

Məntək şaha çatar belə gözəllik, 



Mənim olsun bu gənc gülər gözəllik, 

İt-bat olar yoxsa kölə gözəllik, 

Bir yol sevər sevə bilsə qız, oğlan. 

 

Alpis dedi:- O incədir çiçəkdən, 



Mən sevmişəm onu hələ bələkdə, 

Ilk sevgidir məndə doğub ürəkdən, 

Bir yol sevər sevə bilsə qız, oğlan. 

 

Sən şor gözsən şah deyilsən, çalağan, 



Onu bunu yaralayan qapağan, 

Bir yol sevər sevə bilsə qız, oğlan. 

 

Sona dedi:-Mən Turparı sevirəm, 



Nə şahlığı, nə də varı sevirəm, 

Nə qarqarı, nə qurquru süvirəm, 

Mən sizi də yarıyarı sevirəm, 

Bir yol sevər sevə bilsə qız, oğlan. 

                       

                   *** 

Sona gördü, baş-başadır iki qoç, 

Nə üstəsə qoç qoç ilə vuruşar. 

Məni sevən qoçlar gərək vuruşsun, 

Nə üstəsə qoç, qoç ilə vuruşar. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

589 


 

Basar gərək sonra mənlə döyüşə, 

Mənlə qılınc döyüşünə girişə, 

Mən basılsam onda sevgim dəyişər, 

Nə üstəsə qoç, qoç ilə vuruşar. 

 

Daryaş dedi:- Çox bilmişsən, ay gözəl, 



Səni allam, çaldıraram toy, gözəl, 

Yoxdur sənə bu ölkədə tay, gözəl, 

Nə üstəsə qoç, qoç ilə vuruşar. 

 

Alpis dedi:- Qız da bizi aldadır, 



Turpar gəlib lap yaxında, yoldadır, 

Yorğun - arğın çox - çox düşər haldadır, 

Nə üstəsə qoç qoç ilə vuruşar. 

 

Alpis dedi:- “Öldürərəm Daryaşı, 



Turpar olar onun sevgi başdaşı, 

Sevgi üstə atmaz qardaş qardaşı,” 

Nə üstəsə qoç, qoç ilə vuruşar. 

 

Vuruşdular, boğuşdular, durdular, 



Qılınc qalxan, toppuz, bizuc qırdılar, 

Bir-birini yaralayıb yordular, 

Nə üstəsə qoç, qoç ilə vuruşar. 

 

Sona gördü ikisi də tökülüb, 



Pal-paltarı, döşü-başı sökülüb, 

Yavaş- yavaş o qırağa çəkilir, 

Nə üstəsə qoç, qoç ilə vuruşar. 

 

O sıçradı qaşqa atın belinə, 



Dönür çovğun küləyinə yelinə, 

Çapır Parsel otlağına çölünə, 

Nə üstəsə qoç, qoç ilə vuruşar. 

                    *** 

Sona çatdı yorğun düşmüş Turpara, 

Güclü olur qızın gizli sevgisi. 

Dedi:- Turpar, gəl, min ata qaçaq biz, 

Güclü olur qızın gizli sevgisi. 

 

Mən sevmişdim səni neçə il qabaq, 



Bu sevgini anlamışdı o bulaq, 

Gecə-gündüz mən oyaqdım, o oyaq, 

Güclü olur qızın gizli sevgisi. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

590 


 

Olmuşları Sona bir-bir danışdı, 

Iki sevgi bir-birinə qatışdı, 

Güclü əllər bir birindən yapışdı, 

Güclü olur qızın gizli sevgisi. 

 

Turpar baxdı, gördü Şimşəkquyruğu, 



Budur dedi, bu Alpisin qoruğu, 

Budur dedi o Altyerin yoluğu, 

Qızıldandır atın nalı topuğu, 

Bu Alpisin minigidir, tutuğu, 

Güclü olur qızın gizli sevgisi. 

 

Burax onu- dedi - Turpar çöllərə, 



Getsin çatsın o qabarlı əllərə, 

O atlaşıb qulluq etsin ellərə, 

Güclü olur qızın gizli sevgisi. 

 

Sona, Turpar Əkbitənə yol aldı, 



Atsız qaldı Alpis, gücü azaldı. 

Şimşəkquyruq çapdı, yelkən yal oldu, 

Güclü olur qızın gizli sevgisi. 

 

                   *** 



Tunq getmişdi Uğurelə bir aydı, 

Döyüş, barış çağı qoru yerini. 

Sorağ aldı ağılanıb toplumu, 

Döyüş, barış çağı qoru yerini. 

Acıqanlar Əkbitənə gəliblər, 

Kim, nə, harda sorağlaşıb biliblər, 

Yaraqlılar yemək üstə ölüblər, 

Döyüş, barış çağı qoru yerini. 

 

Ancaq Daryaş Gücdəbirlə üzləşib, 



Iki ərən vuruşaraq sözləşib, 

Qılınc, toppuz gumbuldayıb, səsləşib, 

Döyüş, barış çağı qoru yerini. 

 

Deyirlər ki, burda Turpar əli var, 



Ağılanıb düşüb ölü adamlar, 

Başsız qalıb, tək qalıbdir Mindiyar, 

Döyüş, barış çağı qoru yerini. 

 

Tunq özünü yetirincə gec olub, 



Daryaş alıb, vurub yıxıb qoç olub, 

Bu gedişdə başbaşı yox, bic olub, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

591 


 

Döyüş, barış çağı qoru yerini. 

 

El susmayıb, qanlı bayraq qaldırıb, 



Əldə paya, yağışlarda ildırım, 

Harda kimi kim görübdür öldürüb, 

Döyüş, barış çağı qoru yerini. 

 

Alıbdılar aralığa Turparı, 



Deyiblər ki, sən edibsən bunları, 

Acığından Turpar olub sapsarı, 

Döyüş, barış çağı qoru yerini. 

 

                   *** 



Birdən Tunqər Əkbitəndə göründü, 

Ölkə, Başev qala bilməz yiyəsiz. 

Çil-çil atı qovub çatdı üç günə, 

Ölkə, Başev qala bilməz yiyəsiz. 

 

Sorağ çatdı yazıq ana Besyara, 



Dedi, «Tanrım, ağı hara, o hara, 

Çirk atırlar mənim oğlum Turpara» 

Ölkə, Başev qala bilməz yiyəsiz. 

Tunq bağırdı:- Çəkin bura qonağı, 

Od qalansın, odun tanrı sınağı, 

Turpar keçsin alovlanan ocağı, 

Ölkə, Başev qala bilməz yiyəsiz. 

 

Oddan keçsə, inanarıq biz ona, 



Bu göstəriş qoy yayılsın hər yana, 

O, Besyarla qoyulmasın yan-yana, 

Ölkə, Başev qala bilməz yiyəsiz. 

 

Turpar bildi bu, Daryaşın işidir, 



Daryaş ona, anasına qarşıdır, 

Dedi, «ata, atalıqda naşıdır, 

Belə ata qandır, həm göz yaşıdır» 

Ölkə, Başev qala bilməz yiyəsiz. 

 

                *** 



Od qalandı, uzunluğu on addım, 

Tanrı özü güc-öc verir qancıla. 

Turparı da güclə qancıl etdilər, 

Tanrı özü güc-öc verir qancıla. 

 

Turpar dedi:- İstəyirəm yanam mən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

592 


 

Qopub gedim belə ata əlindən, 

Şah olsan da, ata, ata deyilsən, 

Tanrı özü güc-öc verir qancıla. 

 

Mən bu işi görməmişəm, görmərəm, 



Oda girrəm, mən bu işə girmərəm, 

Mindiyarı tanrıya da vermərəm, 

Tanrı özü güc-öc verir qancıla. 

 

Dedi:- Anam, atam böyük Mindiyar, 



Məndən, səndən qanlı öc-güc alırlar, 

Mənim burda bircə qalan anam var, 

Qoyma onu qarqışlayıb vuralar, 

Tanrı özü güc-öc verir qancıla. 

 

Məndən sonra deyin məni anana, 



Yansın məntək alovlanıb yanana, 

Ata olsun, oğul olsun anama, 

Tanrı özü güc-öc verir qancıla. 

 

Mindiyarı »yurdum« deyib bəsləsin, 



Pis ayaqda Turqu, Tunqu səsləsin, 

Alpisləri, Daryaşları pisləsin, 

Tanrı özü güc-öc verir qancıla. 

 

Od içindən eşidildi bu sözlər, 



Yandı sanki yaşıl çöllər, göy düzlər, 

Alovlandı elə bil ki, dənizlər, 

Tanrı özü güc- öc verir qancıla. 

 

Tunq qışqırdı:- Turpar, girmə oraya, 



Alpis girib, oğlum, yenə araya, 

Çıx bizimlə sən də dayan sıraya, 

Tanrı özü güc- öc verir qancıla. 

 

Turpar susdu, o çıxmadı sınaqdan, 



Turpar yandı, səs gəlmədi ocaqdan, 

Ancaq bir səs eşidildi uzaqdan, 

Tanrı özü güc- öc verir qancıla. 

 

«Sən hardasan südlü çörək Turparım, 



Dağ ürəyi çiçək-çiçək Turparım, 

Danışığı güllü baltək Turparım, 

Tanrı özü güc- öc verir qancıla». 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

593 


 

Dəmirqızla Daryaş söylənci 

 

Duzdağ elin toplumları yürüşdə, 

Yer dəyişmə yaranışda yasadır. 

Dəmirqızdır gedir Tunqa yardıma, 

Yer dəyişmə yaranışda yasadır. 

 

Daryaş gəlib Əkbitəni tutmuşdu, 



Tunqu alıb dustaqlıqa qatmışdı, 

Yeyib, içib ağır-ağır yatmışdı, 

Yer dəyişmə yaranışda yasadır. 

Oyatdılar Daryaş şahı yuxudan, 

O az qaldı dəli olsun qorxudan, 

Gördü toplum dağılıbdır arxadan, 

Yer dəyişmə yaranışda yasadır. 

 

Dəmirqızın gözlənilməz yürüşü, 



Dustaqlıqda Tunqər ilə görüşü, 

Gördü gediş bir gün içrə dəyişib, 

Yer dəyişmə yaranışda yasadır. 

 

Dəmirqızın qabağına çıxdı o, 



Onun qanlı gözlərinə baxdı o, 

Suya dönüb sanki yerə axdı o, 

Yer dəyişmə yaranışda yasadır. 

 

Dedi:- Bacı, gəldim görüm Turparı, 



Gördüm Tunqər onu dibdən qoparıb, 

Verib onu Alpis - tanrı aparıb, 

Yer dəyişmə yaranışda yasadır. 

 

Özü girib dustaqlıqa bilmədən, 



Bu yerlərə Daryaş hələ gəlmədən, 

Yaraqlılar ağılanıb ölmədən, 

Yer dəyişmə yaranışda yasadır. 

 

Ana dedi:- Kəs səsini, yalançı, 



Ölkələri vuruşduran talançı, 

Öz yurduna, öz oğluna yabançı, 

Yer dəyişmə yaranışda yasadır. 

 

Səni Alpis aldadaraq tovlayıb, 



Acgözlüyü bolluq üstə qovlayıb, 

«Ölkə», «şahlıq» sözlərilə ovlayıb, 

Yer dəyişmə yaranışda yasadır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin