Yuxu söylənci
Gecə yatdı Qurdər yorğun, duyğulu,
Düz yozulsa yuxu yarı doğrudur.
Anasını gördü Qurdər yuxuda,
Düz yozulsa yuxu yarı doğrudur.
Ana dedi:- Gəl tap oğlum sən məni,
Ölməmişdən qabaq görüm mən səni,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
607
Unutmazlar qalan ilə öləni,
Düz yozulsa yuxu yarı doğrudur.
Gəl gəl, hələ ölməmişəm mən, bala,
Səni doğub mən ölmüşdüm az qala,
Köləlikdən qurtar məni, nə olar,
Düz yozulsa yuxu yarı doğrudur.
Mən bir qancil köləsiyəm, tutuğu,
Quyu olub gözlərmin batığı,
Quruyubdur gözlərimin bulağı,
Yoxdur burda, bala, arxam, dayağım,
Düz yozulsa yuxu yarı doğrudur.
Gecə yatdı Qurdər yorğun, duyğulu,
Yuxu gördü anasından qorxulu,
Durdu, qaçdı meşəliyə yuxulu,
Gördü hər yer tutqunlaşıb boğulur,
Düz yozulsa yuxu yarı doğrudur.
Yuxusunu gəlib Turqa danışdı,
Turqun ayıq düşüncəsi qarışdı,
Tez-tez onun anasını soruşdu,
Düz yozulsa yuxu yarı doğrudur.
Sonra dedi:- Get ananı tap, oğul,
Şimşəkatı al, yəhərlə, çap oğul,
Götür şimşək qılıncı da lap, oğul,
Düz yozulsa yuxu yarı doğrudur.
Yol göstərər sənə bizim qızıl quş,
Qısa yolu Şimşəkatdan sən soruş,
Yelə dönüb küləklərlə sən yarış,
Düz yozulsa yuxu yarı doğrudur.
Çətin gündə Odərpayla görüş sən
Ağuzərlə, Dəmirqızla, görüş sən,
Lap çətində tək tanrıdan yapış sən,
Düz yozulsa yuxu yarı doğrudur.
Şimşəkatı Qurdər mindi sevindi,
O qılıncı ələ aldı, öyündü,
Anasıçün dağ ürəyi döyündü,
Düz yozulsa yuxu yarı doğrudur.
Onlar gözdən itənədək baxdı Turq,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
608
Hıçqırtını boğazında boğdu Turq,
Yağış oldu buludlardan yağdı Turq,
Düz yozulsa yuxu yarı doğrudur.
***
Başı qarlı dağlar, yastı yoxuşlar,
Çəkil, yol ver tələsənə, tələsmə.
Ana, bala görüşəcək, yol verin,
Çəkil, yol ver tələsənə, tələsmə.
Burum-burum çaylar, yollar çökəklər,
Yaşıl-yaşıl biçənəklər, ətəklər,
Məstan-məstan baxan, gülən çiçəklər,
Qanadlanan mərci boyda böcəklər,
Çəkil, yol ver tələsənə, tələsmə.
Güzgü göllər, solğun, dilsiz axmazlar.
Dənizləri birləşdirən boğazlar,
Bulaq-bulaq parıldayan almazlar,
Salxım-salxım sallaq buz-buz qotazlar,
Çəkil, yol ver tələsənə, tələsmə.
Bizuc-bizuc, millən-millən ağaclar,
Göy palaztək toxunulmuş yamaclar,
Ey qartallar, ey kəhliklər, turaclar,
Çəkil, yol ver tələsənə, tələsmə.
Ey yer altı evlər, xırda komalar,
Səs-küy dolu, uşaq dolu daxmalar,
Yabançılar, doğmalardan doğmalar,
Ey dənizdə enib qalxan dalğalar,
Çəkil, yol ver tələsənə, tələsmə.
Parsdiyarda endi yerə Şimşəkat,
Yerdə ana südü iyi, dadı var.
Iblis çıxdı qabağına Qurdərın,
Yerdə ana südü iyi, dadı var.
Dedi:- Qurdər, bura yenə gəlmisən,
Burda döyüş gedir, hardan bilmisən,
Sanki Turqla tanrılığı bölmüsən,
Sən gəlməmiş, bil ki, burda ölmüsən,
Yerdə ana südü iyi, dadı var.
Burda Daryaş Eldəbiri dağlayır,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
609
Dəmirqızı basıb tutuq saxlayır,
Əkbitəni alamağıçün Turqərdən,
Yarağını, toplumunu yoxlayır,
Mindiyarla, Minel dibdən laxlayıb,
Tunq özünü hələ güclə saxlayıb,
Yerdə ana südü iyi, dadı var.
Qurdər dedi:- Gözə görün İblis, sən,
Kimsən görüm, sən İblissən, Alpissən,
Yoxsa silləm səni bu yer üzündən,
Yerdə ana südü iyi, dadı var.
Ana südü qaynar bu gün qanımda,
Şimşəkatlar, şimşək qılınc yanımda,
Yox edərəm Alpisi də bir anda,
Yerdə ana südü iyi, dadı var.
İblis qorxdu, üzü, gözü qırışdı,
Kölgə olub addım-addım sürüşdü,
Daryaş gəldi, Qurdər ilə görüşdü,
Hər iki Ər qıvraqlandı, dəyişdi,
Ikisi də qılınc çəkdi, döyüşdü,
Yerdə ana südü iyi, dadı var.
Daryaş dedi:- Mən İblisəm, Alpisəm,
Şahlığımda mən dörd üzəm, beş üzəm,
Döyüşdə də mən tək deyil, mən yüzəm,
Yerdə ana südü iyi, dadı var.
Anan mənim tutuğumdur, satdığım,
Sənin satıb Satallarda atdığın,
Mənim isə yer altına qatdığım,
Yerdə ana südü iyi, dadı var.
Əkbitənə dəyişərəm onu mən,
Şah qızıdır hər şey gəlir əlindən,
Gəl ananla Əkbitəni dəyiş sən,
Bu ölkədə baş başılıq al məndən,
Yerdə ana südü iyi, dadı var.
Turqər dedi:- Alpisləşən a kaftar,
Heçnə ilə dəyişilməz analar,
Heç də çökməz Əkbitənlə Mindiyar,
Mən bilirəm, səndə Alpis qanı var,
Altyerdədir, Alpis, iblis olanlar,
Altyerdədir öz yerində sayanlar,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
610
Yerdə ana südü iyi, dadı var.
Öz yerindən Qurdər qopdu, bağırdı,
Nərildədi, anasını çağırdı,
»Ana« sözü sevinc, qorxu doğrutdu,
Yerdə ana südü iyi, dadı var.
Daryaş atan ox sancıldı tutağa,
Qurdər atdı, at sərildi torpağa,
Şimşəkatı Qurdər çəkdi qırağa,
At altından Daryaş qalxdı ayağa,
Hər ikisi əl atdılar yarağa,
Qılınclaşdı qoca buğa, gənc buğa,
Yerdə ana südü iyi, dadı var.
Daryaş vurdu, tutaq iki bölündü,
Daryaş vurdu, tunc dəbilqə dəlindi,
Daryaş vurdu, Qurdər qana bələndi,
Bir də vurdu, gəncin başı yelləndi,
Yerdə ana südü iyi, dadı var.
Ancaq Qurdər »ana« dedi, dirildi,
Qurdər vurdu, Daryaş yerə sərildi,
Bir də vurdu, başı, boynu yarıldı,
Ölüm gəldi, başı üstə gərildi,
Bir-birinə baxdı dörd göz, bərəldi,
Yerdə ana südü iyi, dadı var.
Daryaş dedi:- Vurma məni, yaramaz,
Mən olmasam anan səni tanımaz,
Burax məni, çəkil yana sən bir az,
Mən ölürəm, mənə özün sonev qaz,
Yerdə ana südü iyi, dadı var.
Qurdər durdu, basar kimi ağladı,
Qılıncını başı üstə saxladı,
Anasının varlığıyla çağladı,
Yerdə ana südü iyi, dadı var.
Birdən birə anasını çağırdı,
»Ana« »ana« deyib Qurdər bağırdı,
Bir də bərkdən »Ana« deyib ayğırdı,
Yerdə ana südü iyi, dadı var.
Yer silkəndi, damlar uçdu elə bil,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
611
Qapıları ana açdı elə bil,
Tanrı göydən işıq saçdı elə bil,
Hər bir yanda qaça-qaçdı elə bil,
Yerdə ana südü iyi, dadı var.
Bir qandallı qadın çıxdı qapıdan,
Paltarları didik-didik pis yaman,
»Oğlum« deyib bir səs çıxdı qarıdan,
Yerdə ana südü iyi, dadı var.
Sonra çıxdı Dəmirqızla, Eldəbir,
Qandalları qırıb atdı birbəbir,
»Yeri, göyü silkələyən bu kimdir«,
Yerdə ana südü iyi, dadı var.
Ana qaçdı, yolu azdı, itirdi,
Qurdər qaçdı, onu yerdən götürdü,
Tanrı baxdı bu görüşdən qımışdı,
Ayrıları bir-birinə yetirdi,
Göz yaşları axdı sevinc gətirdi,
Yerdə ana südü iyi, dadı var.
Darayaş baxdı, gördü hamı tutulub,
Hamı sanki Mindiyara qatılıb,
Aradakı acıq - macıq atılıb,
Ona qarşı qara qaşlar çatılıb,
Dedi, »bunca Parsdiyar da satılıb« ,
Yerdə ana südü iyi, dadı var.
Ana, bala bir-birini iylədi,
Biri »bala« biri »ana« söylədi,
Biri »doğma«, biri »arxam« söylədi,
Biri yurdum, biri daxmam söylədi,
Yerdə ana südü iyi, dadı var.
***
Daryaş qorxub tez-tez bərkdən çığırdı,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Çox özünü vurdu o yan bu yana,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
O yıxıldı, dolaşarkən ayağı,
Qucaqladı öləndə də torpağı,
»Ah« demədi yaraqlısı, dayağı,
Şah olsa da öldü yolçu sayağı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
612
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Çoxu dedi, Qurdər burda baş olsun,
Lap bacarsa Parsdiyarda şah olsun,
Biz birləşək, ölkə gözlə - qaş olsun,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Onun özü, anası da burdadır,
Ana harda, balsı da ordadır,
Gözü toxdur, həm də ölkə dardadır,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Qan tökməkdən, qan içməkdən doymuşuq,
Özümüzü didib qırıb soymuşuq,
Mindiyarı öz yurdumuz saymışıq,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Qurdər dedi:-kim basardır, kim basıq,
Eldəbirlə, Dəmirqızla biz varıq,
Bəs anamı neynəyərəm mən yazıq,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Turq tapşırıb savaş - mavaş olmasın,
Yığışılsın, dava-dalaş olmasın,
Əkin-biçin olsun, tutaş olmasın,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Daryaş, bir də durdu, sanki xortdadı,
Baxdı, baxdı sanki bağrı çatladı,
Sonra bir də şax belini qatdadı,
Söydü eli, çox cızıqı atdadı,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Dedi:- toplum yeridərəm evlərə,
Şah yerimi siz versəniz Qurdərə,
Yandıraram, od vuraram hər yerə,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Ağsaqqallar çox da ona baxmadı,
Ona qarşı yazıqlıq da doğmadı,
Alpis, İblis susdu, səs-küy qalxmadı,
Çovğun, sel-su, qızmar isti yağmadı,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
Qoca Daryaş ilan kimi qıvrıldı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
613
Içi- çölü, öcü göyə sovruldü,
Içindəki tel damarlar qırıldı,
Öc odunda yandı, yandı qovruldu,
Qan tökməklə ölkə artmaz, dolanmaz.
***
Buzər dedi:- Qurdər güclü oğlandır,
Aldanmışlar aldanmasın bir daha.
Daryaş getsə, mənəm burda baş-başı,
Aldanmışlar aldanmasın bir daha.
Bir Ağsaqqal dedi:- Sözün doğrüdür,
Düz olanlar bir də gördün oğrudur,
Ölkə işi dolanbacdır, ağırdır,
Aldanmışlar aldanmasın bir daha.
Düz deyirlər, qan tökməkdən yorulduq,
Hər şey gördük, yavaş-yavaş ayıldıq,
Çapdıq, ancaq özümüz də soyulduq,
Basıq olduq, ancaq basar sayıldıq,
Aldanmışlar aldanmasın bir daha.
Parsel idik, gəlib olduq Pardiyar,
Üzə durub daha çox-çox yalanlar,
Ata olsun bizə böyük Mindiyar,
Aldanmışlar aldanmasın bir daha.
Buzər dedi:- Deyilənlər nə yaxşı,
Qoy şah olsun Qurdər, mən də başbaşı,
Daryaş isə keçmişlərə başdaşı,
Baş-baş olan həm də olsun Minbaşı,
Aldanmışlar aldanmasın bir daha.
Hamı dedi, qoca deyən qoy olsun,
Hamı dedi, olmayanlar qoy olsun,
Olanlar yox, olmayanlar qoy olsun,
Aldanmışlar aldanmasın bir daha.
Neçə Ərən qaçdı getdi, yox oldu,
Kimsə dedi, bu seç ha seç ağ oldu.
Seçki deyil, bu bizlərə lağ oldu,
Parsdiyarın işi yenə lax oldu,
Aldanmışlar aldanmasın bir daha.
***
Dəmirqızla, Eldəbirlə, çal-çağır,
Yaxşı olur hər bir işin əzəli.
Ana, Qurdər, Buzər getdi ocağa,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
614
Yaxşı olur hər bir işin əzəli.
Odərpaya baş əydilər, susdular,
Üztutlara üç gün qulaq asdılar,
Oda, közə üç yol barmaq basdılar,
Yaxşı olur hər bir işin əzəli.
Kəsi oldu qoyun, quzu, at, gamış,
Uğur, inam kəsi üstə yaranmış.
Yerə baş əy, sən tanrıdan bərk yapış,
Yaxşı olur hər bir işin əzəli.
***
Odərpaya Qurdər Turqdan danışdı,
Ala gözlər, şaqraq sözlər sayrışdı,
Göz yaşları bir-birinə qarışdı.
Yaxşı olur hər bir işin əzəli.
Odər dedi:- indi atam hardadır,
Qurdər dedi:- Orda kimsə dardadır,
Harda qıtlıq varsa ata ordadır,
Yaxşı olur hər bir işin əzəli.
***
Öyüd verdi Odər ata Qurdərə,
Yol azana yol göstərən var olsun.
Dedi:- Vergi yeri olub Parsdiyar,
Yol azana yol göstərən öyüddür,
Parsdiyardan götür ağır vergini,
Ayırd elə tez əyrini, düzgünü,
Başraq elə el içində ağ günü,
Ayırd elə diri başı, ölgünü,
Tez aç yerli, yersiz düşən düyünü,
El ağırdır, ağır şahla öyünür,
Yol azana yol göstərən var olsun.
Çox danışdı, öyüd verdi Odərpay,
Dedi:- Evlən, ola bilməz şah subay,
Yoxsa düşər el içində hay-haray,
Aç baş evin qapısını taybatay,
Kimi gördün onu dindir, dinlə, say,
Döyüş, qırğın salma-dedi, Odərpay,
Yol azana yol göstərən var olsun.
Qurdər gəldi, Şimşəkatı yalladı,
Onu qızıl nallar ilə nalladı,
Qızıl quşu bu yazıla çulladı,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
615
Olanları yazdı, Turqa yolladı,
Boyun əydi Qartal, qanad salladı,
Yol azana yol göstərən var olsun.
Dedi:- Quşum, bunu çatdır Turqərə,
Döş qər selə, qasırğaya, yellərə,
Ucadan bax uzaq - uzaq ellərə,
Yol azana yol göstərən var olsun.
Balaşq – Sanna söylənci
Sorağ gəldi, Darvideldən gələn var,
Zoqquldayar, dəymə əsgi yaraya.
Parsellilər əl- ayağa düşdülər.
Zoqquldayar, dəymə əsgi yaraya.
Ata, ana, bacı, qardaş kimidir,
Qocalanda qoşa yandaş kimidir,
Balaları yandaş, qandaş kimidir,
Zoqquldayar, dəymə əsgi yaraya.
Gəlmişdilər görüşünə Qurdərin,
Qoymuşdular dalda qanlı illəri,
Dəyişmişdi ara- sıra dilləri,
Bükülmüşdü bir azcana belləri,
Boş qalmışdı Darvidelin çölləri,
Zoqquldayar, dəymə əsgi yaraya.
Görüşdülər, öpüşdülər, güldülər,
Qurdərin şah olduğunu bildilər.
Göz yaşını sevinc ilə böldülər,
Zoqquldayar, dəymə əsgi yaraya.
Sanna dedi:- Bizdə Sərtüz odu ver,
Bizdə yem ver, bir də Muğel atı ver,
Darvidelə yeni diyar adı ver,
Zoqquldayar, dəymə əsgi yaraya.
Balaşq dedi:- - Mən də sənə öndərəm,
Hara desən, lap ölümə gedirəm,
Ağac ollam, harda əksən, bitərəm.
Zoqquldayar, dəymə əsgi yaraya.
Qurdər dedi:- Mənə deyib Turq ata,
Burda ellər necə düşüb it- bata,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
616
Qanlı köynək biçilibdir Elata,
Zoqquldayar, dəymə əsgi yaraya.
Gərək birgə qan- qadaya son qoyaq,
Bu yerləri diyar sayaq, el sayaq,
Hər adamı düz anlayaq, düz duyaq,
El içində qardaşlığı biz yayaq,
Tanrı bizə ürək verib bu sayaq,
Zoqquldayar, dəymə əsgi yaraya.
Istəyirəm çox toplumu buraxım,
Lap azaldım iti kəsən yarağı,
Ölkələrə çatsın bunun sorağı,
Tanrı olsun yurd, elatın dayağı,
Zoqquldayar, dəymə əsgi yaraya.
***
Birdən döyüş səsləncləri gurladı.
Səslənc «ayıq ol» deməkdir ölkəyə.
Sorağ gəldi Tunq toplumu yürüşdə,
Səslənc «ayıq ol» deməkdir ölkəyə.
Qurdər çıxdı, Dəmirqızla, Eldəbir,
Çıxdı Tunqun qabağına yerbəyer,
Dedilər ki, bizim böyük şah gəlir,
Səslənc «ayıq ol» deməkdir ölkəyə.
Balaşq, Sanna, qız toplumu qabaqda,
Parsdiyarın iç toplumu yaraqda,
Ağ bayraqlar görünərkən uzaqdan,
Hamı döndü, baxdı Tunqa qıraqdan,
Səslənc «ayıq ol» deməkdir ölkəyə.
Dörd təkərli, üç təkərli, atlılar,
Yürüşdəydi toplumlarda nəki var,
Öz gücünü yoxlayırdı Mindiyar,
Səslənc «ayıq ol» deməkdir ölkəyə.
Dəmirqızı görüb Tunqər, dayandı,
Yanaqları aldan da al boyandı,
Ana- bala duyğuları oyandı,
Səslənc «ayıq ol» deməkdir ölkəyə.
At üstündə qucaqlaşdı ərənlər,
Öyündülər bunu belə görənlər.
Utandılar aralığa girənlər,
Səslənc «ayıq ol» deməkdir ölkəyə.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
617
Tunqər dedi:- Tutuq düşən Eldəbir,
Söylə görüm Qurdər hanı, o kimdir,
Əlinizdə tutduğunuz gül nədir,
Daryaş hanı, sizi nəyə göndərib,
Səslənc «ayıq ol» deməkdir ölkəyə.
X Bölmə XXVIII QAPI
Brəhmən, Budda söylənci
Bir ay beş gün Turq yol yortdu Hindelə,
Ölçü bilməz, qavranılmaz genişlik.
Nələr gördü, nələr gəldi başına,
Ölçü bilməz, qavranılmaz genişlik.
Gördü biri gün altında, qap-qara,
Açıb quştək qollarını yanlara,
Qanadlanmaq istər sanki damlara,
Ölçü bilməz, qavranılmaz genişlik.
Turq söylədi:- Qardaş, kimsən, nəçisən,
Bu yol üstə kimdən kimə elçisən,
Bəlkə yeri, ya da göyü ölçürsən,
Ölçü bilməz, qavranılmaz genişlik.
Brəhmənəm, Budda qanı canımda,
Sən Buddanın elçisinin yanında.
Əllərini qoşalaşdır alnında.
At bicliyi, pisdiklini qanından,
Aldatmağı, aldanmağı, qanından,
Lüt ol, görün öz dərinin donunda,
Əllərini qoşalaşdır alnında,
Ölçü bilməz, qavranılmaz genişlik.
Burda öküz hər dillidən üstündür,
Bu gördüyün al- ver, qaç- tut ölgündür,
Varlıq əyri, ancaq Budda düzgündür,
Palpaltarda parparıltı özgündür,
Ölçü bilməz, qavranılmaz genişlik.
Burda çaylar bir uzunsov dənizdir,
Mən dənizdən, dəniz məndən təmizdir,
Dik baxanın kiprikləri biz- bizdir,
Ölçü bilməz, qavranılmaz genişlik.
Basdırmırlar, yandırırlar ölünü,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Söhrab Tahir "Ata" Epos-poema II cild
618
Tullayırlar dənizlərə külünü,
Artırırlar çayın, gölün lilini,
Yamsılayır su dillinin dilini,
Kəsir çox-çox ötənlərin yolunu,
Oğru soxub qoltuğuna əlini,
O yalandan bükük tutur belini,
Udur meşə çölün dəli yelini,
Ölçü bilməz, qavranılmaz genişlik.
Ərə gedir on yaşında qız burda,
Toy çaldırır on iki ay yaz burda,
O görməyir şaxta burda, buz burda,
Yağış içər kolluq, meşə, düz burda,
Neçə qatdır dərinlikdə söz burda,
Ölçü bilməz, qavranılmaz genişlik.
Burda daşqın – coşqun olur kiçiklər,
Yorğun sayaq susqun olur böyüklər,
Çox danışır üzlü, üzü sürtüklər,
»Mən mən« deyir çayda, suda köpüklər,
Ölçü bilməz, qavranılmaz genişlik.
Burda torpaq, rupi, quruş vurğunu,
Gəvələmək, dad, ad, öyü vurğunu,
Heç üstündə qanlı döyüş vurğunu,
Üstün olmaq üstə yarış vurğunu,
Varlanmaqçın alış-veriş vurğunu,
Yellən - sellən görüş, öpüş vurğunu,
Ölçü bilməz, qavranılmaz genişlik.
***
Bunlar, onlar gülməlidir tanrıya,
Öz - özündən uca dayan tanrılaş.
Biz varlığa dönəcəyik neçə yol,
Öz - özündən uca dayan tanrılaş.
Dadlı yemək yemə, saxla özünü,
Çək gözəldən, çox dadlıdan gözünü,
Sən özündən hərdən döndər üzünü,
Öz - özündən uca dayan tanrılaş.
- Ey Brəhmən, sən Buddanın nəyisən?
- Budda tanrı yardımçısı tanrıdır,
Mən yardımçı yardımçısı olanda,
Onda billəm mən nəçiyəm, mən kiməm,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |