NĐKAHSIZLIQ
(subay) – həyatı boyunca
nikaha daxil olmamaq, evlənməməkdir (ərə
getməmək). Nikahsızlıq: 1) məcburi (səhhətin pis
olması, fiziki və ya psixi anomaliyaların olması);
2) “nikah bazarında” vəziyyətin pis olması; 3)
müəyyən sosial qrupa (məsələn, rahibliyə) aid
olması kimi səbəblərdən olur. Nikahsızlığın
yayılması doğuma güclü təsir edən nikahlığın əsas
parametrlərindən biridir. Nikahsızlığın səviyyəsi
adətən kişilərə nisbətən qadınlar arasında, şəhər
sakinlərinə nisbətən kənd sakinləri arasında daha
yüksək olur; bu, həmçinin sosial-mədəni və
iqtisadi amillərdən asılıdır. Dinin, ənənələrin, ailə
formalarının da buna təsiri böyükdür.
Nikahsızlığın səviyyəsi nəsildə (real, yaxud
hipotetik) nikaha girməmiş bu cinsdən olan
şəxslərin müəyyən yaşdakı (adətən, 50 yaşa) payı
ilə ölçülür. Pay müxtəlif əsaslara qarşı hesablanır
və bu və ya digər dərəcədə ölüm və miqrasiyanın
təsirinə məruz qalır. Əsasən, seçilməsi konkret
məqsəddən və informasiyanın olmasından asılıdır.
Geniş beynəlxalq və tarixi müqayisələr üçün
əsasən siyahıyaalmaların məlumatlarından istifadə
olunur.
NĐSBƏT (ƏMSALLAR)
– nisbət və əmsallar
statistika göstəricilərindən və ya aqreqasiya
olunmuş
məlumatlardan
istifadə
edilməklə
hesablanır və onların əsasında məhsuldarlıq,
gəlirlilik, rəqabət aparmaq qabiliyyəti və müxtəlif
sahələrin sektorlarının istehsalının səmərəlilik
xüsusiyyəti göstəriciləri hesablanır.
Bir sıra nisbət və əmsallar mövcuddur ki,
onlardan bu və ya digər sahənin sektorlarının
iqtisadi əhəmiyyətini qiymətləndirmək üçün
istifadə edilir. Onlardan əmək məhsuldarlığını,
muzdlu işçilərin əmək haqlarını və əlavə dəyərin
bölüşdürülməsini ölçənlər aşağıda göstərilir:
Bir saata düşən əmək məhsuldarlığı – “bazar
qiymətlərində əlavə dəyər / işlənmiş saatların
sayı”;
Bir məşğula düşən əmək məhsuldarlığı – “bazar
qiymətlərində əlavə dəyər / məşğul olanların
sayı”;
Əmək haqqı vahidinə hesablanan əmək
məhsuldarlığı - “bazar qiymətlərində əlavə dəyər
/ fəhlə və qulluqçuların əmək haqları” (siyahı
tərkibli işçilərin əmək haqlarına çəkilən xərclər);
Bir saata düşən əmək haqqı – “fəhlə və
qulluqçuların əmək haqları / muzdlu işçi
tərəfindən işlənmiş saatların sayı”;
Siyahı tərkibli işçilərin əmək haqlarına çəkilən
xərclərin əlavə dəyərdə payı (norması) - “fəhlə
və qulluqçuların əmək haqlarına çəkilən xərclər /
bazar qiymətlərində əlavə dəyər”;
Đnvestisiya qoyuluşunun norması – “investisiya
/ bazar qiymətlərində əlavə dəyər”;
Maliyyə xərclərinin payı (norması) – “maliyyə
xərcləri / ümumi gəlir” (istehsaldan);
Əlavə dəyərin payı (norması) - “bazar
qiymətlərində əlavə dəyər / dəyər ifadəsində
istehsalın həcmi”;
508
Gəlirin ümumi normada payı – “ümumi gəlir /
bazar qiymətlərində əlavə dəyər”
NĐSBĐ XƏTA
– adətən faiz şəklində ifadə
olunan mütləq xətanın öyrənilən əlamətin həqiqi
qiymətinə olan nisbətidir.
NĐSBĐ QĐYMƏT
– vahid üçün qəbul edilmiş
əmtəə-etalonun qiyməti ilə müqayisə edilməklə,
ölçülən qiymətdir. Əmtəə-etalon qiyməti kimi,
adətən
iqtisadiyyatın
müvafiq
sektorunda
qiymətin bütün sisteminin formalaşmasında baza
hesab olunan əmtəənin qiyməti qəbul edilir
(məsələn, istehsal sahəsində 1 ton neftin qiyməti,
istehlak sahəsində 1 kq sümüklü mal ətinin
qiyməti). Konkret şərtdən və təhlilin vəzifəsindən
asılı olaraq, etalon əvəzi istənilən digər əmtəə ola
bilər.
NĐSBĐ STATĐSTĐKA GÖSTƏRĐCĐSĐ
–
mütləq, orta və ya əvvəllər alınmış nisbi
göstəricilərin kəmiyyət münasibətini ifadə edir.
Nisbi kəmiyyət bir kəmiyyətin cari və ya hesabat
kəmiyyətinin digər kəmiyyətə, adətən bazis və ya
bazis kimi götürülən kəmiyyətə (nisbi kəmiyyətin
əsası) bölünməsi yolu ilə alınır. Bazis kəmiyyəti
vahidə və ya 10, 100, 1000 və s. bölünən
rəqəmlərə bərabərləşdirilir, hesaba isə, bölmə
münasibəti də (əmsal) ifadə edilməklə, cari
kəmiyyət bazis kəmiyyətindən neçə dəfə böyük
olmaqla, vahidin hissələri, faiz, promillə əks
etdirilir.
Həll olunan məsələdən asılı olaraq nisbi statistik
göstəricilərin bir neçə tipi fərqləndirilir:
-
planın
(müqavilənin,
layihənin)
yerinə
yetirilməsi - müqavilənin və s. faktiki (hesabat)
həcminə olan nisbəti;
- dinamika – vaxta görə həmcins kəmiyyətlərin
nisbəti;
- müqayisə - müxtəlif məcmuların həmcins
kəmiyyətlərinin nisbəti;
- quruluş (struktura) – hissələrin və tamın nisbəti;
- əlaqələndirmə - tamın iki hissəsinin öz
aralarında nisbəti;
- intensivlik əmsalı – eyni bir məcmunun iki
müxtəlif cinsli əlamətlərinin nisbəti.
Đntensivlik əmsalı həmişə konkret ölçü vahidinə
malik olur: bir nəfərə manatla, 1 hektara, dənə ilə,
1 m
2
-ə və s. Đntensivlik əmsalı əməyin və maşının
məhsuldarlığı, işçiyə və əhalinin hər nəfərinə
düşən gəlir, maya dəyəri, gəlirlilik və s. kimi
anlayışları
ifadə
etdiyindən,
o
keyfiyyət
göstəricisi adını almışdır.
NĐZAMNAMƏ KAPĐTALI
- daimi cari
fəaliyyət üçün yaranan və ya əldə edilən vəsaitin
ilkin xərcləridir; kapitalın artırılması və ya
istiqrazın buraxılması üçün təşkilati xərclərdir.
Nizamnamə kapitalının maliyyələşdirilməsi üçün
bir neçə müxtəlif mənbələr müəyyənləşdirilə
bilər:
- şəxsi vəsait (“Nizamnamə kapitalında şəxsi
vəsaitlərin payı”na bax),
-
dotasiyalar
(“Nizamnamə
kapitalında
dotasiyaların payı”na bax),
-
istiqrazlar
(“ Nizamnamə
kapitalında
istiqrazların payı”na bax),
- digər mənbələr.
NĐZAMNAMƏ KAPĐTALINDA DOTASĐ-
YALARIN PAYI
- dotasiyanı yeni biznesin
təşkili üçün kapitalın əsas mənbəyi kimi alan
müəssisələrin faizidir. Dotasiyalar, adətən, dövlət
sektoru (dövlət idarələri və dövlət idarəetmə
orqanları) tərəfindən verilir.
NĐZAMNAMƏ KAPĐTALINDA XÜSUSĐ
VƏSAĐTLƏRĐN PAYI
- yeni biznesin təşkili
üçün xüsusi vəsaitlərindən əsas kapital mənbəyi
kimi istifadə edən müəssisələrin faizidir. Xüsusi
vəsaitlərə
maliyyə
idarələrində
olan
şəxsi
istiqrazlar, bazar səviyyəsindən aşağı faizlə xüsusi
fərdi
şəxslərdə
olan
şəxsi
istiqrazlar,
mülkiyyətçinin və onun ailəsinin nağd pulu
daxildir.
NĐZAMNAMƏ KAPĐTALINDA ĐSTĐQ-
RAZLARIN PAYI
- istiqrazlardan yeni
biznesin təşkili üçün əsas kapital mənbəyi kimi
istifadə edən müəssisələrin faizidir. Đstiqrazlar
sahibkarlara özəl sektoru (banklar və digər
maliyyə idarələri, həmçinin bazar tarifi və ya
ondan yüksək tarif üzrə faiz alan fərdi şəxslər) və
ya dövlət sektoru (dövlət idarələri və ya dövlət
idarəetmə orqanları) tərəfindən verilə bilər.
NOMENKLATURA
– 1) statistik vahidlərin
məcmusunun bölmələrini müəyyən etməyə imkan
verən dəyişkən kəmiyyətlərin xüsusiyyətlərinin
(xarakteristikalarının) siyahısıdır; 2) vergi qoyma
sisteminin, bütün gömrük qaydalarının və statistik
məlumatların əsaslandığı əmtəələrin müfəssəl
təsnifatıdır.
NOMĐNAL DƏYƏR
– pul nişanlarının,
qiymətli kağızların, bank biletlərinin, sikkələrin
üzərində göstərilən, rəsmi elan edilmiş dəyərdir.
NOMĐNAL ƏMƏK HAQQI
– 1) əmək
haqqının pul vahidi ilə ifadə olunan kəmiyyətidir;
2) hesablaşma cədvəlində və ya digər sənədlərdə
müəyyən edilmiş, qeyd olunmuş əmək haqqının
pulla ifadə olunmuş həddidir. Bu əməyin
509
ödənilməsinin malların, xidmətlərin qiymətləri ilə
və işçinin pul xərcləri ilə əlaqədar olmayan
səviyyəsini xarakterizə edir.
NORMADAN ARTIQ EYNĐLƏŞDĐRMƏ
–
gətirilmiş formalardan struktur formaya keçiddə
ekonometrik modellərin struktur formalarının
parametrlərində məhdudlaşdırmanın artıq sayıdır.
NORMAL FORMA
- normal görünüş, kanonik
növ – məlumat bazasında istifadə edilən
termindir. Normal görünüşün məqsədi hər cür
korreksiya
zamanı
kompüterin fəaliyyətinin
məhdudlaşdırılmamasıdır.
NORMATĐV-TƏMĐZ AXAR SULAR
– su
obyektlərinə təmizlənmədən ötürülən və nəzarət
olunan sudan istifadənin tədqiq olunduğu yerdə və
ya məntəqədə suyun keyfiyyət və normasını
pozmayan axarlardır.
NORMATĐV-TƏMĐZLƏNMĐŞ
AXAR
SULAR
– müvafiq qurğularda təmizlənən, su
obyektlərinə tökülməsinə nəzarət olunan, sudan
istifadənin tədqiq olunduğu yerdə və ya
məntəqədə suyun keyfiyyət normasını pozmayan
axarlardır.
Belə
axar
suların
tərkibindəki
çirkləndirici maddələr təsdiq edilmiş son dərəcə
yol verilə biləcək tullantıya uyğun olmalıdır.
NOU-HAU
(ingiliscə know-how, hərfi mənada
“necə bilirəm”) - onu alan şəxsin müəyyən
üstünlüklərini və kommersiya xeyrini təmin etmək
üçün texniki, iqtisadi, inzibati, maliyyə və digər
xarakterli məlumatlar da daxil edilməklə, tam və
ya qismən mühafizə sənədinə malik olmayan
məxfi biliklərdən, təcrübədən, bacarıqlardan
(vərdişlərdən) istifadədir. Nou-hau dedikdə,
patentləşdirməmiş gizli sayılan texnoloji biliklər
və hər hansı bir məmulatın, elmi tədqiqatın və
işləmələrin
layihələndirilməsi,
hesablamaları,
tikintisi və istehsalı üçün zəruri olan metodlar,
üsullar və vərdişlər daxil edilməklə, praktiki
təcrübələr; materialların, maddələrin, qatışıqların
və s. tərkibi və qaydaları; faydalı qazıntıların
çıxarılmasının metod və üsulları; xüsusiyyətlər,
düsturlar və resepturalar; sənədlər, istehsalın
təşkilinin sxemi, dizayn, marketinq, idarəetmə,
iqtisadiyyat və maliyyə sahəsində təcrübə; geniş
cəmiyyət üçün əlçatmaz olan digər informasiyalar
başa düşülür. Nou-hau sahibinin mülkiyyət
maraqları, istehsal, ticarət və işgüzar sirləri
vətəndaş,
ticarət,
əmək
hüquqları,
qeyri-
rəqabətlilik haqqında qanunvericilik aktları ilə
qorunur.
Azərbaycanda
sahibkarların
(müəlliflərin) məxfi informasiya hüquqlarının
təmin olunması “Mülki Məcəllə” ilə qorunur.
Nou-haunun kommersiya ötürməsi lisenziya
razılaşmalarında,
texnologiyanın
verilməsi,
texniki (investisiya) əməkdaşlıq, mühəndislik
xidmətlərinin
göstərilməsi
haqqında
müqavilələrdə nəzərdə tutulur.
Statistika, texnologiya üçün tədiyyə balansının
qurulması məqsədi ilə nou-haunun verilməsi üzrə
beynəlxalq razılaşmaların dəyər göstəricilərini;
texnikanın yeni növlərinin nümunələrindən və
yaradılan və tətbiq edilən yeniliyin elmi-texniki
səviyyəsinin təyin edilməsində yeni məhsulların
mənimsənilməsində,
həmçinin
sənaye
müəssisələrinin
innovasiya
fəaliyyətinin
öyrənilməsində nou-haudan istifadəni öyrənir.
NÖQTƏLĐ
QĐYMƏTLƏNDĐRMƏ
–
qiymətləndirilən parametrlərdən asılı olmayaraq,
seçmə funksiyası kimi hesablanan baş məcmunun
naməlum
parametrinin
qiymətidir.
Qiymətləndirmə bu funksiyanın bir qiymətinin
(nöqtəsinin) hesablanması zamanı alınır. Nöqtəli
qiymətləndirmənin dəqiqliyinin xarakteristikası
üçün
θ
naməlum parametrindən mümkün
kənarlaşmanın
kəmiyyətinin
dürüstlüyünü
(dəqiqliyini) müəyyən edən qiymətləndirmənin
standart xətasından istifadə edilir.
NÖQTƏLĐ
PROQNOZ
–
göstəricinin
proqnozunun vahid qiymət şəklində verilməsidir.
Nöqtəli proqnoz əsasında interval proqnozu təyin
edilir.
NÖVBƏ
- növbə, sıra – müntəzəm, ardıcıl
siyahı, növbələnmədir. Đki növ növbə mövcuddur:
paylanmış və əlaqəli.
NÖVBƏTĐ YAŞA QƏDƏR YAŞAMA
EHTĐMALI
– mövcud yaş intervalının əvvəlinə
yaşamışlardan həmin intervalın sonunadək yaşaya
biləcək insanların sayını əks etdirən ölüm
cədvəlinin
göstəricisidir.
Yaşama
ehtimalı
bərabərdir: p
x
= 1 - q
x
, burada mövcud yaş
intervalında p
x
- yaşama ehtimalı, q
x
- ölüm
ehtimalıdır.
NUKLEAR AĐLƏ
(lat. nucleus – özək) –
uşaqlı, yaxud uşaqsız ər-arvad cütlüyündən, yaxud
nikahda olmayan öz uşaqları ilə valideynlərin
birindən ibarət ailədir. Ər-arvadın bütün nəsli
daxil olan bioloji ailədən fərqli olaraq, adətən, ər-
arvad və yalnız müşahidə anına (siyahıyaalma,
yaxud müşahidə anına) valideynləri ilə birlikdə
yaşayan onların uşaqları nuklear ailə hesab
olunur; məsələn, ana və onun uşağı nuklear ailə
yaradır, nəvə ilə nənə isə yox. Qohum olan və
510
birgə yaşayan bir neçə nuklear ailə mürəkkəb ailə
yarada bilər.
“Nuklear
ailə”
anlayışı
bir
sıra
ailə
tipologiyalarının əsasında durur. Tarixi inkişafın
gedişində ailənin transformasiyası öyrənilən
zaman vacibdir. Nikaha daxil olmaqla bağlı böyük
uşaqların ailədən erkən ayrılması meyli və əhalidə
nuklear
ailə
payının
artması
ailənin
nuklerizasiyası adlanır. Nuklear ailə həmişə kiçik
ailə olmur.
NÜMAYƏNDƏLĐK
– hüquqi şəxsin olduğu
yerdən kənarda yerləşən və hüquqi şəxsin
mənafelərini təmsil və müdafiə edən ayrıca
bölmədir.
Nümayəndəliklər
hüquqi
şəxs
deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi
əsasnamələr
üzrə
fəaliyyət
göstərirlər.
Nümayəndəliklərin
rəhbərləri
hüquqi
şəxs
tərəfindən təyin edilir və onun etibarnaməsi
əsasında fəaliyyət göstərir.
NÜMUNƏVĐ LAYĐHƏLƏŞDĐRMƏ
(tikin-
tidə) – tikintidə dəfələrlə istifadə etmək üçün
nəzərdə tutulmuş hazır nümunəvi layihə həllərinin
və
bütöv
nümunəvi
layihələr
fondunun
yaradılmasından ibarət olan layihələndirmənin bir
istiqamətidir.
Nümunəvi
layihələndirmə
obyektlərin
layihələrində
təkmilləşdirilmiş
detalların,
bəndlərin,
aşırımların,
nümunəvi
həllərin, seksiyaların, blokların və s. işlənməsi və
istifadəsi əsasında qurulur. Layihələndirmə və
tikintidə davamiyyətin, əmək məsrəfinin, dəyərin
azalmasına və keyfiyyətin yüksəlməsinə təsir
göstərir. Nümunəvi layihələndirmənin tətbiqi
müəssisələrin,
binaların
və
tikililərin
bir
mərhələdə həyata keçirilməsinə imkan verir.
NÜMUNƏVĐ ÖLÜM CƏDVƏLLƏRĐ
–
ölüm cədvəlləri sistemidir, onların hər biri oxşar
nəslin kəsilməsi ardıcıllığı olan əhali üçün
yaşlaşdıqca ölüm intensivliyinin dəyişməsini əks
etdirir. Nümunəvi ölüm cədvəllərinin hər hansı
sisteminə daxil olan ölüm cədvəlləri bir sıra
parametrlərlə fərqlənə bilər, onların sırasına, bir
qayda olaraq, gözlənilən ömür uzunluğu daxildir.
Ömür uzunluğu kəmiyyəti üzrə nizamlanmış
nümunəvi ölüm cədvəllərinin sırasına (nümunəvi
ölüm
cədvəlləri
ailəsi)
nəslin
kəsilməsi
ardıcıllığının təkamül modeli kimi baxıla bilər
(“Ölüm”ə bax). Nümunəvi ölüm cədvəlləri
sisteminə daxil olan cədvəllərin regional ailəsi
ölkənin müəyyən qrupunun ölüm xüsusiyyətlərini
əks etdirir.
Bir çox hallarda nümunəvi ölüm cədvəlləri hər
cins üçün ayrıca qurulur. Bəzi hallarda cüt
cədvəllər sistemi tərtib olunur, hər “kişi”
cədvəlinə bir “qadın” cədvəli uyğun gəlir.
Nəzərdə tutulur ki, belə cütlük sistemi kişi və
qadın ölümündə ən tipik nisbəti əks etdirir.
Nümunəvi ölüm cədvəlləri adi ölüm cədvəlləri
dəstinin məlumatlarının statistik emalı əsasında
qurulur. Bu zaman qruplaşdırma, korrelyasiya,
amillərin təhlili, ekstrapolyasiya, interpolyasiya
və s. metodları tətbiq olunur.
Nümunəvi ölüm cədvəllərindən demoqrafiyada,
birincisi - ölənlərin natamam, yaxud çox dəqiq
olmayan uçotun aparıldığı ölkələrdə yaş ölüm
səviyyəsini və gözlənilən ömür uzunluğunu
qiymətləndirmək üçün, ikincisi - demoqrafik
proqnozun işlənib hazırlanması zamanı, üçüncüsü
- ölümün demoqrafik təhlilində istifadə olunur.
Nümunəvi ölüm cədvəllərinin qurulmasına ilk
dəfə 1944-cü ildə A.Koull təşəbbüs göstərmişdir.
O, ölüm səviyyəsinin indikatoru kimi, 10 yaşda
(e
10
) gözlənilən ömür uzunluğunu götürmüşdü.
Ölüm ehtimalı hər yaş üçün xətti reqressiya
metodu ilə müəyyən edilirdi.
1955-ci ildə BMT ekspertləri 158 müxtəlif ölüm
cədvəllərinin statistik işlənməsi yolu ilə 40
cədvəldən ibarət nümunəvi ölüm cədvəllərinin
seriyasını qurmuşlar. Bu cədvəllər 18-75 yaşadək
gözlənilən ömür uzunluğunun artması və ölüm
səviyyəsi üzrə nizamlanmışdı. Nümunəvi ölüm
cədvəllərinin əsasına yaxın yaşlar üçün ölüm
ehtimallarının parabolik reqressiyası qoyulmuşdu.
Baxmayaraq ki, bu cədvəllər 50-ci illərin
ortalarına hesablanmışdı, onlar müasir demoqrafik
tədqiqatlarda tətbiq olunur.
511
-O-
Oferent ....................................................... 512
Oferta ......................................................... 512
Ofis ............................................................. 512
Ofşor bank .................................................. 512
Oxşar istehsallı yerli vahidlər .................... 512
Oxşar sahələr .............................................. 512
Oxunma ...................................................... 512
10-14 yaşlı təhsil alan yetim və valideynləri
olan uşaqların nisbəti ................................. 512
15 yaşadək işləyən uşaqların sayı .............. 512
15-24 yaşlarında ĐĐV-ə yoluxmuş hamilə
qadınların payı............................................ 512
15-24 yaşlarında savadlı qadın və kişilərin
nisbəti ......................................................... 512
15-24 yaşlı gənclər arasında işsizlərın sayı 512
15-24 yaşlılar arasinda savadlıların sayı .... 513
Onlar qrupu ................................................ 513
Operand ...................................................... 513
Operativ hesabat ......................................... 513
Operativ yaddaş və ya əməli yaddaş .......... 513
Operator ..................................................... 513
Opsion ........................................................ 513
Orta adambaşına istehlak ........................... 513
Orta elastiklik əmsalı ................................. 514
Orta əhali ................................................... 514
Orta əmək haqqı ......................................... 514
Orta günlük istehsal indeksi....................... 514
Orta ixtisas təhsil müəssisələrinin növləri 515
Orta ixtisas təhsilinin təhsil müəssisələri ... 515
Orta illik əhali ............................................ 515
Orta illik istehsal gücü ............................... 515
Orta kəmiyyət ............................................ 515
Orta qiymət ................................................ 516
Orta qiymət indeksi .................................... 516
Orta seçmə xəta .......................................... 516
Orta təhsilin dövlət təhsil standartı ............ 516
Orta yaş ...................................................... 516
Ovçuluq təsərrüfatları ................................ 516
Dostları ilə paylaş: |