SEÇMƏ MÜŞAHĐDƏNĐN NƏTĐCƏLƏRĐ-
NĐN ŞAMĐL EDĐLMƏSĐ
– baş məcmunun
xüsusiyyətlərinin
seçmə
məcmusunun
xüsusiyyətləri əsasında müəyyənləşdirilməsidir.
Statistika işləri təcrübəsində daha çox birbaşa
hesablama və əmsal üsulu tətbiq edilir. Birbaşa
hesablama zamanı - axtarılan xüsusiyyət, verilən
seçmə müşahidə üzrə məlumatlardan tapılır və
seçmənin son dərəcə mümkün səhvi nəzərə
alınmaqla müxtəlif metodlarla baş çoxluğa şamil
edilir. Beləliklə, orta qiymət üçün
570
X
=
x
±
∆
x
mövcuddur ki, bu da
x
- ∆
x
≤
X
≤
x
+ ∆
x
ikiqat bərabərsizliyini
əks etdirir; seçmənin hissəsi üçün:
P = w
±
∆w; w - ∆w
≤
P
≤
w + ∆w olur ki,
burada
X
- baş çoxluğun orta qiymətini;
x
-
seçmənin orta qiymətini; P - ümuminin hissəsini;
w – seçmənin hissəsini; ∆ – son dərəcə mümkün
səhvi göstərir.
Əmsal üsulu – qeydiyyat səhvləri aşkar edilmiş
başdan-başa
müşahidənin
məlumatlarına
düzəlişlər etmək üçün tətbiq olunur. Bunun üçün
əsaslı təkrar seçmə müşahidəsi aparılır. Onun
məlumatları başdan-başa müşahidənin uyğun
məlumatları ilə tutuşdurulur (bölmə yolu ilə). Bu
ədədlərin
bölünməsindən
alınan
qisməti
dürüstləşdirici əmsal kimi qəbul edirlər. Başdan-
başa müşahidənin ümumi yekununu bu əmsala
vurmaqla, müşahidənin son məlumatları kimi
qəbul
edilir.
Onlar,
adətən,
tam
uçota
alınmamanın düzəlişlərlə yekunu (məlumatları)
adlanır.
SEÇMƏ SƏHVĐNĐN SON HƏDDĐ
– seçmə
və baş məcmu xarakteristikaları arasındakı yol
verilə bilən kənarlaşmanın (fərqlərin) son həddidir
(“Qiymətləndirmənin dəqiqliyi göstəriciləri”nə
bax).
SEÇMƏ SĐYAHI (DAĐMĐ SEÇMƏ)
–
müşahidənin aparılmasının bütün dövrləri ərzində
dəyişməz qalan müəssisələrin məcmusundan
ibarət seçmə siyahısıdır
SEÇMƏ VAHĐDĐ
– seçmənin əsasını təşkil
edən və seçmə məcmusunun formalaşdırılması
üçün istifadə edilən elementdir. Seçmə vahidi
anlayışını
“müşahidə
vahidi”
anlayışından
fərqləndirmək lazımdır, lakin ayrı-ayrı hallarda
onlar bir-birinə uyğun gələ bilər. Seçmə
prosesinin təşkili təcrübəsində seçmə vahidi kimi
yalnız elementar müşahidə vahidləri deyil,
həmçinin belə vahidlərin qruplarda (yuvalarda) və
seriyalarda (belə seçmə vahidləri seriya və ya
qruplar adlanır) birləşmiş qrupları da çıxış edə
bilər. Seçmə vahidinə müşahidə vahidlərinin təbii
qrupları
da
xidmət
edə
bilər.
Məsələn,
demoqrafiya müayinələrində seçmə vahidi kimi
evlər və mənzillər də götürülə bilər. Bundan
başqa, seçmə vahidinə süni yaradılmış vahidlər də
xidmət edə bilər – seçmə vahidi kimi, xəritədə
sayıcı məntəqəsini və ya sadəcə olaraq,
düzbucaqlı bir sahəni götürmək olar. Seçmə
vahidi müşahidə vahidindən kiçik olmamalıdır.
Belə ki, bu, sistematik olaraq, seçmənin
reprezentativliyində səhvlərə gətirib çıxara bilər.
Seçmə prosesində seçmə vahidinin digəri ilə əvəz
edilməsi nəticələrin dəqiqliyinə mənfi təsir
göstərir. Ona görə də müşahidə edilərkən seçmə
vahidləri sabit saxlanılmalıdır.
SEÇMƏLƏRĐN ƏVƏZLƏNMƏSĐ (RO-
TASĐYASI)
– seçmə elementlərinin qismən və
ya tamamilə digər müşahidə vahidləri ilə
əvəzlənməsidir. Zamanın müəyyən kəsiyində -
mərhələsində fasiləsiz müayinələrin aparılması və
statistik xüsusiyyətlərin və öyrənilən göstəricilərin
qiymətlərinin alınması üçün nəzərdə tutulmuşdur.
Tələb olunan qiymətləndirmənin xüsusiyyətindən
və seçmələrin əvəzlənməsinin əhəmiyyətindən
asılı olaraq, o bir mərhələdən digərinə keçirilə
bilər. Adətən sosioloji müayinələrdə əvəzlənmə
sxemi “simmetrik” olur. Bu onu göstərir ki, yeni
elementlər çoxluğu seçməyə eyni intervalla daxil
edilir, həmin elementlər daxil olunduqdan sonra
seçmədə saxlanılır və ya eyni sxem əsasında
çıxarılır. Seçmələrin əvəzlənməsindən əhalinin
məşğulluq problemlərinin müayinələrinin, büdcə
tədqiqatlarının
keçirilməsində
geniş istifadə
olunur.
SEÇMƏNĐN ƏSASI
– öyrənilməsi lazım olan
vahidlərin məcmusudur, yaxud məcmudan və
istənilən xüsusi vahidin bu məcmunun tərkibinə
daxil edilməsi və ya edilməməsi qaydalarının
izahından ibarət olan, onun müəyyənləşdirilməsi
sistemidir – vahidin növünün təsviridir. Seçmənin
əsası seçmənin vahidi ilə möhkəm əlaqəlidir, o,
seçmə vahidinin siyahısı kimi müəyyən edilə
bilər. Əgər seçmənin vahidi müşahidə vahidi ilə
üst-üstə düşürsə, onda seçmənin əsası baş
məcmuya tam uyğundur. Əgər seçmənin vahidi
müşahidənin bir çox vahidini birləşdirirsə (seriya,
yuva), onda seçmənin əsası baş məcmudan
fərqlənir. Çoxpilləli seçmədə, hər pillədə özünün
seçmə əsası qurulur. Đstənilən seçmənin əsası,
tədqiqatın həm qurulması anındakı, həm də onun
istifadə anındakı məqsədinə uyğun olaraq, ikili
hesablamadan azad, dəqiq və tam olmalıdır.
Seçmənin əsasının qurulması və istifadəsi anı
arasındakı vaxt ərzində seçmənin əsasının
köhnəlməsi seçmənin nəticələrində səhvlərə
gətirib çıxara bilər.
SEÇMƏNĐN
ƏSASLARININ
VƏZĐY-
YƏTĐ
– seçmə vahidinin siyahıda yerləşmə
qaydasıdır (nizamıdır). Seçmənin əsası: 1) seçmə
vahidi təsadüfi yerləşdiyi siyahı şəklində ola bilər
– təsadüfilik hər hansı meyar (məsələn, seriyalar
meyarı) üzrə təsdiq edilmişdir; 2) işarələrin
böyüklüyü üzrə sıra ilə düzülmüş siyahı şəklində,
seçmənin əsasına salınmış, yəni seçmə vahidi bu
məqsəd üçün xüsusi ayrılmış işarənin dəyəri ilə
571
müvafiq dərəcə üzrə, artan, ya da azalan qaydada
yerləşir; 3) hər hansı işarə, ya da həmcins
qruplarda (tipləşdirilmiş) işarələr sistemi üzrə
birləşmiş siyahı şəklində; 4) seçilmiş işarələrin
strukturunun
qarşılıqlı
əlaqəsinin
müxtəlif
uyğunluğunu təmsil edən bir, ya da bir neçə
kombinasiya cədvəlində yerləşdirilmiş seçmə
vahidi nömrələrinin məcmusu şəklində; 5) onların
həcmlərinin artan yekunu hesablanan bütün
vahidlərin siyahısı şəklində ola bilər. Bunlardan
başqa, seçmənin əsası sistemləşdirilməmiş və
öyrənilməmiş ola bilər. Axırıncıdan istifadə
müayinənin nəticəsində qarışıqlığa gətirib çıxara
bilər.
SEÇMƏNĐN HƏCMĐ
– seçmə məcmusunda
obyektlərin (vahidlərin) sayıdır (n). Bu, baş
məcmudan seçilmiş ayrı-ayrı vahidlər, yaxud
onların qrupları (yuvaları, seriyaları) ola bilər.
Seçmənin
həcminin
hesablanması
seçmə
müşahidəyə hazırlığın əsas mərhələlərindən biri
hesab edilir. Təşkil olunan seçmə müşahidəsi
üçün zəruri olan seçmənin həcmi, seçmənin
müxtəlif üsulları və növləri üçün xüsusi
düsturlarla müəyyən edilir (hesablanır). Seçmə
müşahidənin
nəticələrinin
mötəbərliliyi
(reprezentativliliyi) seçmənin həcmindən asılıdır.
Seçmənin
həcmi
nə
qədər
çox
olarsa,
reprezentativlik xətası bir o qədər az, seçmənin
nəticələri dəqiq olur. Seçmənin həcminin miqdarı
öyrənilən əlamətlərin variasiyasından, ehtimal
edilən seçmə xətasından və baş məcmunun
həcmindən asılıdır. Əgər seçmənin həcminin
kəmiyyəti baş məcmuya yaxınlaşarsa və yaxud
ona bərabər olarsa, onda seçmənin həcmi baş
məcmunu tamamlayır. Öyrənilən əlamətlərdə
yüksək variasiyaya xarakterik olan müxtəlif cinsli
məcmuların kəmiyyətcə öyrənilməsində belə
hallar daha çox meydana çıxır. Seçmənin həcmini
aşağı salmaq üçün bir sıra üsullardan istifadə
edirlər ki, bunun da məqsədi seçmənin xətasını
yaradan variasiyaların (orta dəyişkənliyin) aşağı
salınması hesab edilir. Bu üsullara aiddir: tipik
təbəqələrə ayırma (“ Səciyyəvi seçmə”yə bax);
daha dəqiq qiymətləndirmədən istifadə etmək
hesabına variasiyanı aşağı salmaq üçün nəzərdə
tutulmuş əlavə məlumatlardan istifadə (yəni
irimiqyaslı
müayinələrin
məlumatlarından);
seçmənin dəyişkən hissəsindən istifadə, yəni
seçməyə müxtəlif ehtimallarla (bu, seçmədə
məcmunun daha çox dəyişkən, yaxud daha əsas
hissəsinin yaxşı təmsil olunmasına imkan verir)
müxtəlif təbəqələrdən vahidlərin (elementlərin)
daxil edilməsi; seçmənin optimal çərçivəsində
çoxpilləli seçmələrdən istifadə.
SEÇMƏNĐN ORTA (STANDART) XƏ-
TASI
– qiymətləndirmənin dəqiqliyinin kəmiyyət
xarakteristikasıdır (“Qiymətləndirmənin dəqiqliyi
göstəriciləri”nə bax). Seçmənin orta (standart)
xətası seçmənin əlamətlərinin riyazi gözləməsinin
mümkün kənarlaşmasının kəmiyyətini göstərir.
Nisbi standart xəta (qiymətlərin variasiya əmsalı)
kənarlaşmanın
qiymətinin
qiymətləndirilən
kəmiyyətdən faizlə fərqini göstərir. Seçmənin orta
(standart) xətası 3 kəmiyyətdən asılıdır: öyrənilən
əlamətin dəyişkənliyindən, seçmənin həcmindən
və seçmənin payından. Seçmənin orta (standart)
xətası müşahidə edilən əlamətə əsasən hesablanır.
SEÇMƏNĐN PAYI
– seçmənin həcminin nisbi
kəmiyyətidir. Seçmənin payı seçmənin həcminin
baş məcmuya olan nisbəti kimi hesablanır. Bir
qayda olaraq, çoxpilləli seçmədə seçmənin
müxtəlif paylarından istifadə edilir. Özlüyündə
ölçülmüş seçmədə tədqiqatın müxtəlif sahələri
üçün seçmənin payının eyni olması xarakterikdir;
seçmənin hər bir pilləsində müxtəlif seçmə
paylarından istifadə edilə bilər.
SENTROQRAFĐK
METOD
-
əhalinin
öyrənilməsində
–
müxtəlif,
geodemoqrafik
adlanan
mərkəzlərin
tapılması,
onların
trayektoriyasının dəyişdirilməsi yolu ilə əhalinin
tədqiqinin analitik və qrafik üsullar məcmusudur.
Verilmiş ölkə üçün əhali sıxlığının ümumi və
regional mərkəzləri; xüsusi mərkəzlər – şəhər və
kənd əhalisi üçün işçi qüvvəsi mərkəzləri və s.
seçilir.
SENZ
– (lat. census, censeo – siyahı tuturam,
siyahıyaalma) – 1) Qədim Romada vətəndaşların
siyahıyaalınması, onların sosial-siyasi, hərbi və
vergi vəziyyətini müəyyən etmək üçün əmlakı
göstərilirdi; vergilərin miqdarını müəyyən etmək
məqsədilə və vətəndaşların əmlakının vəziyyətini
müəyyənləşdirmək üçün Qədim Romada aparılan
siyahıyaalmaların adıdır. Senz siyahıları tərtib
edilərkən Roma vətəndaşları and altında öz
əmlaklarını
qiymətləndirirdilər,
yaşlarını,
mənşəyini, ailə vəziyyətini göstərərdilər; bu
məlumatlardan əhalinin əmlak dərəcələri və hərbi
bölmələr üzrə bölünməsində istifadə olunurdu; 2)
orta əsrlərdə Qərbi və Mərkəzi Avropada – kəndli
natura, yaxud pul vergisi; 3) Böyük Britaniya,
ABŞ
və
başqa
ingilisdilli
ölkələrdə
siyahıyaalmanın
adıdır.
Mənzillərin
siyahıyaalmaları ilə eyni zamanda keçirilən
əhalinin siyahıyaalınmasından başqa, istehsal,
ticarət siyahıyaalmaları senzə aiddir; 4) insanın
bir sıra siyasi hüquqlardan (məsələn, yaş, əmlak,
təhsil senzi) istifadəyə yol vermək şərtləridir; 5)
statistika
işlərinin
aparılmasında
572
(siyahıyaalmalarda, seçmə müayinələrdə və s.)
obyektin tədqiq olunan məcmuya aid edilməsi
üçün əsas kimi xidmət edən bir sıra əlamətlərin
(adətən, kəmiyyət ifadəsində) mövcudluğudur.
Məsələn, 1918-ci ildə sənaye siyahıyaalınmasında
senz sənayesinə (kiçiklərdən fərqli olaraq)
mexaniki mühərriksiz, 30 və daha çox işçiyə
malik olan və ya mexaniki mühərriki olan və 16
və daha çox işçisi olan müəssisələr aid edilmişdir.
SENZURADAN KEÇMĐŞ (KƏSĐLMĐŞ)
SEÇMƏ
– itirilmiş və ya atılmış ekstremal
qiymətlərlə və ya variasiya sırasının orta qiyməti
nizamlanmış χ
1
≤χ
2
≤...≤ χ
n
müşahidələrdən
alınan
seçmədir.
Nizamlama
ölçmələrin
nəticələrinə yeni xüsusiyyətlər verir. Senzuradan
keçmiş seçmə yalnız əlamətin qiymətlərini deyil,
həm də onların müşahidə sırasında yerini də əks
etdirir. χ
i
müşahidələri statistika sırası adlanır.
Senzuradan keçmiş seçmədə, əsasən, statistika
müşahidələri
metodu
ilə
müəyyən
edilən
kəsmənin iki növü fərqləndirilir. Əgər ən kiçik
r
1
və ən böyük r
2
qiymətləri atılırsa, onda bu,
senzuraya alınmanın birinci növüdür. Bu halda
kəsiyin sərhədi məlumdur və sanki seçməyə daha
bir müşahidə əlavə edilir. Baxılan müşahidələrin
qalan sayı təsadüfi kəmiyyətdir. Əgər ən kiçik
qiymətlərin təsbit edilmiş
α
hissəsi və ən böyük
qiymətlərin təsbit edilmiş
β
hissəsi atılırsa, onda
bu, senzuraya alınmanın ikinci növüdür. Qalan
müşahidələrin sayı əvvəlcədən verilən və n (1-
α
-
β
)-ə bərabər olan kəmiyyət hesab edilir.
∗
µ
=
)
(
1
i
i
n
i
χ
α
∑
=
,
∗
σ
=
)
(
1
i
i
n
i
χ
β
∑
=
statistika dərəcələri üçün
α
i
və
β
i
optimal
çəkilərinin tapılması ilə nəticələnən optimal xətti
qiymətlərin qurulması metodu işlənmişdir.
Çəkilərin
qiymətləri
baş
məcmunun
ilkin
növündən,
seçmənin
həcmindən,
kəsiyin
növündən asılıdır. Bu metodla alınan qiymətlər
bütün mümkün xətti qiymətlər arasında əsaslı
(doğru), qeyri-qarışıq və daha səmərəlidir.
SERĐYALI (YUVALI) SEÇMƏ
– vahidləri
konkret bir yuvaya (seriyaya; qrupa) aid olan, bir-
biri ilə kəsişməyən təsadüfi seçilmiş elementlər
(elementar
vahidlər)
seriyasının
(yuvasının,
qrupunun) müəyyən sayından ibarət olan
altçoxluqdur. Seriya (yuva) eyni (müadil (bir
böyüklükdə olan) seriyalar) və ya müxtəlif saylı
elementlərdən ibarət ola bilər. Seçilmiş yuvalarda
ya yuvanın bütün elementləri, ya da onların bir
hissəsi müayinə edilə bilər (“Çoxpilləli seçmə”yə
bax). Əgər seçilmiş yuvalarda bütün vahidlər
müayinə edilirsə, onda belə seçmə birpilləli
yuvalı (seriyalı) seçmə, onun formalaşdığı
(qurulduğu) çoxluq isə seçmənin ilkin çoxluğu
adlanır. Əgər birinci pillədə seçilmiş yuvalarda
(seriyalarda)
vahidlərin
sonrakı
altseçimi
aparılırsa (yəni yuvanın elementlərinin bir hissəsi
müşahidə olunursa), onda belə seçmə iki pilləli
yuvalı, onun çoxluğu isə seçmənin ikinci çoxluğu
adlanır
və
s.
Yuvalı
seçmənin
formalaşdırılmasında seriyaların (yuvaların) və ya
vahidlər qrupunun (elementlərin) seçilməsi ya
təsadüfi, ya da mexaniki seçmə (seçmənin
əsasında kifayət sayda vahid olduqda) yolu ilə
həyata
keçirilir.
Seriyalı
seçmədən
demoqrafiyada,
sosiologiyada,
iqtisadiyyatda
aparılan seçmə müayinələrdə geniş istifadə
olunur.
SERĐYALI
ĐSTEHSA
L
–
məmulatların
müəyyən
olunmuş
müntəzəmliklə,
böyük
partiyalarla (seriyalarla) buraxılışının xarakterik
olduğu istehsalın təşkili formasıdır. Seriyalı
istehsal il ərzində məmulatların kifayət qədər
böyük nomenklaturada daimi buraxılışını nəzərdə
tutur. Buraxılan məmulatların nomenklaturası
aylıq nomenklaturadan daha geniş ola bilər.
Seriyalı istehsal dəzgahqayırma, qara metal
prokatının istehsalı və s. üçün xarakterikdir.
Seriyalı istehsal çoxşaxəlidir və alt növlərə
bölünür: kiçik seriyalı, seriyalı və iri seriyalı.
Kiçik seriyalı istehsal tək, iri seriyalı – kütləvi
istehsala meyl edir (“Đri seriyalı istehsal”, “Kiçik
seriyalı istehsal” və “Fərdi istehsal”a bax ).
SERTĐFĐKAT
–
məhsulun
keyfiyyətinin
doğruluğunu, onun mənşəyini, qiymətli kağıza
sahib olma haqqını, ya bank əmanətini alma
haqqını və buna oxşar haqları təsdiq edən
sənəddir. Sertifikatlar aşağıdakı növlərə bölünür:
səhmdar
(sahibkarın
səhmdar
cəmiyyətinin
kapitalında ona aid olan səhm kateqoriyasına və
nizamnaməyə uyğun gələn hissəsindəki haqqını
təsdiq edən qiymətli kağız); sığorta (sığorta
müqaviləsinin bağlanmasını təsdiq edən sənəd);
depozit, ya da əmanət (hüquqi ya da fiziki
şəxslərin pul vəsaitlərinin kredit müəssisələrinə
əmanət
olaraq
qoyulması
haqqında
yazılı
şəhadətnamə) və s.
SERTĐFĐKATLAŞDIRILMIŞ MƏHSUL
–
məhsulun müvafiq texniki şərtlərə (texniki
tələblər, texniki reqlament tələbləri) cavab
verdiyini təsdiq edən, konkret standartlara, ya da
digər normativ sənədlərə uyğun gələn məhsuldur.
Sertifikatlaşdırılmış məhsul keyfiyyət haqqında
sertifikat ilə təmin edilməlidir.
573
SERTĐFĐKATLAŞDIRILMIŞ
VASĐTƏ-
LƏRĐN VƏ ĐNFORMATĐZASĐYA SĐS-
TEMLƏRĐNĐN SINAQDAN KEÇĐRĐL-
MƏSĐ
– müvafiq vasitələrin və onların təyinat
sisteminin və imkanlarının qiymətləndirilməsi və
yoxlanması üçün eksperimentlərin məcmusudur.
SERTĐFĐKATLAŞDIRMA
– malın (işlərin,
xidmətlərin) standartların məcburi tələblərinə
uyğunluğunun təsdiq edilməsi və müvafiq sənədin
verilməsi
üzrə
vəkil
edilmiş
orqanların
fəaliyyətidir. Məhsulun sertifikatlaşdırılması üçün
müxtəlif
normativ-texniki
sənədlərdən,
standartlardan, ixrac məhsullarına tətbiqdə isə
yuxarıda göstərilənlərdən əlavə beynəlxalq və
digər ölkələrin milli standartlarında istifadə edilir.
Azərbaycanda sertifikatlaşdırma üzrə milli orqan
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
sayılır. Sertifikatlaşdırmanın sınaqdan keçirilməsi
Komitə tərəfindən akkreditasiya olunmuş xüsusi
mərkəzlərdə
(yoxlama
laboratoriyalarında)
aparılır. Bu və digər qanunvericiliklə nəzərdə
tutulmuş hallarda Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi tərəfindən
müəyyən edilmiş nomenklatura üzrə məhsulların
mütləq sertifikatlaşdırılması həyata keçirilir.
Məcburi sertifikatlaşdırmaya insanların sağlamlığı
və ətraf mühit üçün potensial təhlükə yaradan,
həmçinin istehlakçının əmlakına zərər verə
biləcək bütün məhsullar aid edilir. Könüllü
sertifikatlaşdırma hüquqi şəxs və vətəndaşın öz
təşəbbüsü ilə ərizəçi və sertifikatlaşdırma orqanı
arasındakı müqavilə əsasında aparılır. Hüquqi
şəxs tərəfindən alınan bu sertifikat məhsulun
yüksək keyfiyyətinə əlavə zəmanət verir. Xaricdə
sertifikatlaşdırmanın və uyğunluq nişanlarının
tanınması Azərbaycanın da iştirakçısı olduğu
çoxtərəfli və ikitərəfli razılaşmalar əsasında təmin
edilir.
Dostları ilə paylaş: |