A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə59/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   55   56   57   58   59   60   61   62   ...   182

FYUÇER

  -  əmtəə  və  fond  birjalarında  həyata 

keçirilən  təcili  sazişlərdir.  Sazişlərin  bağlandığı 

anda  xammalın,  qızılın,  valyutanın,  maliyyə  və 

kredit  alətlərinin  qeydə  alınmış  qiymətlərlə  alış-

verişidir. Əməliyyatlar müəyyən vaxt intervalında 

həyata 


keçirilir. 

Maliyyə 


bazarlarının 

beynəlmiləlləşdirilməsi  ilə  əlaqədar,  keçən  əsrin 

80-ci 

illərində 



fyuçer 

bazarlarının 

beynəlmiləlləşdirilməsi  və  sürətləndirilməsinə 

başlanmışdır.  Bir  sıra  birjalar  birgə  ticarət 

sisteminin  tətbiqi  haqqında  müqavilə  bağlamışlar 

(Çikaqo-Sinqapur, Amsterdam-Monreal və digər). 

 

FYUÇER  BAZARI

  –  fyuçer  müqavilələrinin 

bağlanması  səbəbi  üzrə  iqtisadi  münasibətlərdir. 

Fyuçer  bazarı  –  yalnız  birja  bazarıdır.  Dəyərlər 

riskinin  real  bazara  (nağd,  fiziki)  münasibətində 

sığorta funksiyasını yerinə yetirir. 

 

FYUÇER  MÜQAVĐLƏSĐ

  –  gələcəkdə  saziş 

bağlanarkən 

tərəflərin 

müəyyən 

etdikləri 

qiymətlərdə,  birja  aktivinin  alış-verişi  haqqında 

vaxtın verilən anına standart birja müqaviləsidir. 

 

 


 

228 


 

-G-

Gecikmə ..................................................... 228 

Gender ........................................................ 229 

Gender qaydaları faktoru ........................... 229 

Generativ ölüm ........................................... 229 

Geologiya və yeraltı kəşfiyyat, geodeziya və 

hidrometeoroloji sahələrdə xidmətlərin 

göstərilməsi ................................................ 229 

Geoloji kəşfiyyat işləri ............................... 229 

Geoloji-kəşfiyyat işləri statistikası ............. 229 

Geonomenklatura ....................................... 230 

Geriyə idxal ................................................ 230 

Geriyə ixrac etmə ....................................... 230 

Getmə vərəqəsinə qoşulan statistik uçot 

talonu .......................................................... 230 

Gələn .......................................................... 230 

Gəlir və istehlakın təbəqələşməsinin desil 

əmsalları ..................................................... 230 

Gəlirin kəsiri .............................................. 230 

Gəlirlər ....................................................... 230 

Gəlirlər (gəlirlər və xərclər hesabında) ...... 231 

Gəlirlər əmsalı ............................................ 231 

Gəlirlərə vergilər ........................................ 231 

Gəlirlərə, sərvətə və sairə cari vergilər ...... 231 

Gəlirlərin ilkin bölüşdürülməsi hesabı ....... 231 

Gəlirlərin indeksləşdirilməsi ...................... 231 

Gəlirlərin natura şəklində təkrar 

bölüşdürülməsi hesabı ................................ 232 

Gəlirlərin təkrar bölüşdürülməsi hesabı ..... 232 

Gəlirlərin təmərküzləşmə indeksi .............. 232 

Gəlmə vərəqəsinə qoşulan statistik uçot 

talonu .......................................................... 232 

Gəmi ........................................................... 232 

Gəmi bortu boyunca franko ....................... 232 

Gəmidən göndəriş ...................................... 232 

Gəmilərin fraxti .......................................... 233 

Gəminin yan aldığı körpüdən göndəriş ...... 233 

Gəminin yükdaşima qabiliyyətindən istifadə 

əmsalı ......................................................... 233 

Gənc əhali .................................................. 233 

Giriş baza məlumatları ............................... 233 

Giriş nöqtəsi ............................................... 233 

Giriş-çixiş qurğusu ..................................... 233 

Girov .......................................................... 233 

Girovla borc ............................................... 234 

“Gizli (kölgə) iqtisadiyyat” ........................ 234 

Gizli cinayətkarlıq ...................................... 234 

Gömrük anbarı ........................................... 234 

Gömrük bəyanetməsi ................................. 234 

Gömrük bildirişi ......................................... 235 

Gömrük birliyi ........................................... 235 

Gömrük brokeri ......................................... 235 

Gömrük ekspertizası .................................. 235 

Gömrük ərazisi ........................................... 235 

Gömrük nəzarəti ........................................ 235 

Gömrük rejimi ........................................... 235 

Gömrük rəsmiləşdirməsi ............................ 236 

Gömrük sərhədi ......................................... 236 

Gömrük statistikası .................................... 236 

Gömrük statistikası üzrə konfidensial 

məlumat ..................................................... 236 

Gömrük statistikası üzrə nəşrlər ................ 237 

Gömrük tarifi ............................................. 237 

Gömrük tranziti .......................................... 237 

Gömrük yük bəyannaməsi ......................... 237 

Gömrükxana ərazisindən kənarda malların 

emalı .......................................................... 237 

Gömrüyün təyinatı ..................................... 238 

Göndərilmiş (yüklənmiş) məhsulların     

həcmi .......................................................... 238 

Göndərmə (malın) ölkəsi ........................... 238 

Göndərmə (malların) ................................. 238 

Göndərmə ayı ............................................. 238 

Göndərmə kateqoriyası .............................. 238 

Göstərici (işarə) ......................................... 238 

Göstəricilər ................................................ 238 

Gözləmə müddəti ....................................... 238 

Gözlənilməyən nəticələr ............................ 238 

Güclərin (istehsal obyektlərinin) istifadəyə 

verilməsi .................................................... 238 

Gücün və enerjinin ölçü vahidi .................. 239 

Gündəlik gəlirləri alıcılıq qabiliyyəti 

paritetinə (AQP) görə çevrilmiş 1 dollardan 

az olan əhalinin xüsusi çəkisi .................... 239 

Gündəlik müşahidə metodu ....................... 239 

Gündəlik tələbat malları mağazası ............. 240 

Gündüz stasionarları .................................. 240 

Güzəştli kredit ............................................ 240 



 

229


GECĐKMƏ  ((LAQ  -  ingiliscə  gecikmədir), 

MÜVƏQQƏTĐ  LAQ, GECĐKMƏ  LAQI)

 – 

arqument  dəyişməsinin  nəticə  göstəricisinin 

dəyişməsinə səbəb olan vaxtdır. Gecikmə zamanı, 

dəyişən X-in dəyişən Y-ə təsiri dərhal baş vermir, 

hər  hansı  vaxta  gecikmə  ilə  baş  verir.  Məsələn, 

iqtisadiyyatda  hər  hansı  məsələnin  baş  verdiyi 

vaxtdan  etibarən  qərarın  qəbul  edilməsi  anınadək 

vaxt laq hesab edilir. 



 

GENDER

 

– 



fərdlərin 

sosial 


cinsləridir, 

cəmiyyətin  mədəni  və  sosial  inkişafı  ilə  verilmiş 

şəxsiyyət  və  rolların  xüsusiyyətlərinin dəstidir  ki, 

bununla  da  kişilərin  və  qadınların  əxlaqı,  onlar 

arasında  münasibətlər  və  kişilərə  və  qadınlara, 

oğlanlara 

və 

qızlara 


münasibətlər 

müəyyənləşdirilir.  Son  nəticədə  bunlar  həyat 

fəaliyyətinin  bütün  sferalarında  cinslər  arasında 

hakimiyyətin 

və 

resursların 



bölüşdürülməsi 

göstəricisi 

hesab 

edilir. 


Resursların 

bölüşdürülməsinin  gender  təhlili  vaxt,  gəlir, 

əmlak,  ictimai  nemətlərin,  torpağın,  istehsal 

resurslarının, siyasi qərarların əldə olunması kimi 

resurslara əsaslanır.  

Gender  qeyri-bərabərliyi  çox  çətin  keçilən 

problemlərdən 

biridir. 

Gender 

qeyri-


bərabərliyinin  səbəbləri  və  səviyyəsi  üç  əsas 

faktorla izah edilir: 

1)  Cəmiyyətin  inkişaf  faktoru  ilə  (sosial-iqtisadi, 

demoqrafik, texnoloji); 

2)  Gender  qaydaları  faktoru  ilə  (ayrı-seçkilik 

faktoru); 

3) Əxlaq (davranış) faktoru ilə. 

Göstərilənlər  arasında  ən  güclü  faktor  ayrı-

seçkilik  faktoru  (və  ya  gender  qaydaları  faktoru) 

hesab edilir.  

Gender  qaydaları  –  bu,  siyasi  institutların  və 

siyasi  mədəniyyətlərin,  gender  məsələlərinə 

cəmiyyətin 

münasibətinin 

sosial 

normalar 



sistemidir.  Əksər  cəmiyyətlərdə  gender  qaydası 

patriarxat  hesab  edilir  ki,  burada  da  kişi 

hakimiyyəti güclü olur. 

 

GENDER  QAYDALARI  FAKTORU

  - 

hüquq bərabərliyinin pozulması faktoru ilə gender 

yüksək  ölüm  faizi  mövcud  cəmiyyətdə  müəyyən 

edilmiş 


gender 

qaydalarının 

patriarxatlığın 

səviyyəsi ilə tapılır. Gender yüksək ölüm faizi kişi 

və  qadınların  müxtəlif  yaş  qruplarında  müxtəlif 

formada  üzə  çıxır.  Körpə,  uşaq  və  yeniyetmə 

yaşlarında 

hüquq 


bərabərliyinin 

pozulması 

praktikası qızlar üçün daha geniş yayılmışdır. Bu, 

qızlarda  immunizasiyanın  aşağı  olması,  inkişaf 

etməkdə  olan  ölkələrdə  qızlar  üçün  pis  qulluğun 

və 


qidanın 

yayılması 

və 

oğlan 


uşağının 

doğulmasına üstünlüyün verilməsi ilə bağlıdır. 



 

GENERATĐV 

ÖLÜM

 

– 



uşaq 

doğma 


funksiyasının 

həyata 


keçirilməsi 

ilə 


bağlı 

qadınların  ölümüdür.  Səbəbləri  –  abortun, 

hamiləliyin, doğuşun və doğuşdan sonrakı dövrün 

fəsadları  (qanaxma,  toksikozlar,  sepsis,  doğum 

zədəsi  və  s.),  həmçinin  hamiləliklə  və  doğuşla 

bağlı  olmayan,  lakin  onların  gedişini  ağırlaşdıran 

xəstəliklər. 

Generativ 

ölümün 

intensivlik 



göstəricisi  (əmsalı)  100  min  diri  doğulmuş 

uşaqlara hesablanır.  



 

GEOLOGĐYA  VƏ  YERALTI  KƏŞFĐY-

YAT,  GEODEZĐYA  VƏ  HĐDROMETEO-

ROLOJĐ  SAHƏLƏRDƏ  XĐDMƏTLƏRĐN 

GÖSTƏRĐLMƏSĐ  (BURAXILIŞI)

  –  yeraltı 

geoloji  kəşfiyyat,  yer  səthinin  çəkilişi  və  yer 

qabığının  dərindən  öyrənilməsi  ilə;  neft,  qaz  və 

digər faydalı qazıntıların və yeraltı suların axtarışı 

və  kəşfiyyatı  ilə;  hidrometeoroloji  xidmət 

tərəfindən  göstərilən  xidmətlə;  qızılaxtaran  və 

faydalı  qazıntıların  kəşfiyyatı  və  hasilatı  üzrə 

digər  ayrı-ayrı  şəxslərin  fəaliyyəti  ilə  bağlı  olan 

işlərin dəyəridir. 

 

GEOLOJĐ  KƏŞFĐYYAT  ĐŞLƏRĐ 



–  yer 

altında 


olan 

faydalı 


qazıntı 

ehtiyatlarının 

vəziyyətinin  öyrənilməsi  üzrə  həyata  keçirilən 

tədbirlər 

kompleksidir. 

Geoloji 


kəşfiyyat 

prosesləri  və  qiymət  xarakteristikaları  da  daxil 

olmaqla,  geoloji  kəşfiyyat  işləri  onun  cari 

vəziyyəti  üzrə  fəaliyyətini  xarakterizə  edir  və  bu 

işlərlə məşğul olan təşkilatların material, əmək və 

maliyyə ehtiyatlarını nəzərə alır.   

Statistikada 

geoloji 


kəşfiyyat 

işləri 


ixtisaslaşdırılmış 

göstəricilər 

sistemi 

üzrə 


öyrənilir  (“Geoloji  kəşfiyyat  işləri  statistikası”na 

bax).   

 

GEOLOJĐ-KƏŞFĐYYAT  ĐŞLƏRĐ  STA-

TĐSTĐKASI

  –  faydalı  qazıntıların  ölçüsünü, 

keyfiyyətini  və  yerləşməsini;  geoloji-kəşfiyyat 

işləri  nəticəsində  faydalı  qazıntı  ehtiyatının 

artması  üzrə  planların  yerinə  yetirilməsinin 

gedişini; 

geoloji-kəşfiyyat 

müəssisələrinin 

xərclərinin  miqdarı  və  xarakterini;  onların 

fəaliyyəti  nəticəsində  əldə  edilmiş  iqtisadi 

səmərəliliyi  əks  etdirən  mineral  ehtiyatların 

vəziyyəti  və  istifadəsinin  statistika  bölməsidir. 

Geoloji-kəşfiyyat  işləri  statistikasına  daxildir: 

faydalı  qazıntılar  ehtiyatı;  dəyər  və  natura 

ifadəsində yerinə yetirilmiş işlərin həcmi; geoloji-

kəşfiyyat təşkilatının texniki-iqtisadi göstəriciləri. 

Statistika  təcrübəsində  geoloji-kəşfiyyat  işi  üzrə 

aşağıdakı təsnifatlardan istifadə edilir: 1) məqsədli 

təyinat  üzrə  -  ehtiyatların  artması,  digər  geoloji 

məsələlər;  2)  maliyyələşmə  mənbələri  üzrə  - 


 

230 


dövlət  büdcəsinin  əməliyyat  vəsaitləri,  kapital 

qoyuluşu,  mədənçıxarma  müəssisələrinin  əsas 

(istismar) 

fəaliyyəti, 

digər 

mənbələr; 



3) 

istiqamətlər üzrə – işin mərhələsi (regional geoloji 

plana  (şəklini  çəkmə)  alma  və  geofiziki  işlər, 

faydalı  qazıntı  yataqlarının  axtarılması,  ilkin  və 

hərtərəfli  kəşfiyyat,  ayrılmış  dağ  sərhədləri 

daxilində  istismar  edilən  yatağın  kəşfiyyatı, 

istismar kəşfiyyatı); 4) iş və xərc strukturunda; 5) 

işin istehsal üsulları üzrə – təsərrüfat, ya da podrat 

üsulları. 

 

GEONOMENKLATURA (GEONOM)

 – AĐ 


(Avropa 

Đttifaqı) 

ölkələrinin 

xarici 


ticarət 

statistikası  üçün  və  AĐ-yə  üzv  ölkələr  arasında 

ticarət üçün nomenklaturadır. 

 

GERĐYƏ  ĐDXAL 



–  1)  ölkənin  xaricdə  emala 

məruz  qalmamış  əmtəələrinin  alınması  və 

gətirilməsidir;  2)  əvvəllər  müvəqqəti  olaraq  ixrac 

edilmiş əmtəələrin geriyə idxalıdır. 

  

GERĐYƏ  ĐXRAC  ETMƏ

  –  1)  başqa  xarici 

ölkədən  gətirilmiş  malın  heç  bir  emala  məruz 

qalmadan  yenidən  həmin  ölkəyə  ixrac  edilməsi, 

yəni  ölkədən  kənara  göndərilməsidir;  2)  əvvəllər 

müvəqqəti olaraq idxal olunmuş əmtəələrin geriyə 

ixracıdır. 



 

GETMƏ 

VƏRƏQƏSĐNƏ 

QOŞULAN 

STATĐSTĐK 

UÇOT 

TALONU

 

– 



miqrasiyanın  cari  uçotunun  ilkin  sənədlərindən 

biridir.  Gəlmə  vərəqəsinə  qoşulan  statistik  uçot 



talonuna  analoji  qaydada  tərtib  edilir  və  istifadə 

olunur. 


Onda 

miqrasiya 

edənlərin 

analoji 


xarakteristikaları  var;  bu  talonda  hara  və  nə  vaxt 

getdiyi, tərk edilən ərazidə neçənci ildən yaşadığı 

haqda məlumatlar da olur. 

 

GƏLƏN  (TURĐST)

  –  bu  ifadə  (daxili  və  ya 

beynəlxalq)  turistlərə  və  birgünlük  gələnlərə  aid 

edilir.  

“Gələn”  ifadəsi  aşağıdakı  kimi  izah  olunur:  12 

ardıcıl  aydan  az  müddətdə  olmaq  şərti  ilə, 

yaşadığı  yerdən  fərqli  yerə  səyahət  edən  və  əsas 

məqsədi  getdiyi  yerdə  hər  hansı  bir  ödənişli 

fəaliyyətlə məşğul olmayan istənilən şəxsdir”. 

Gələnləri  digər  səfər  edənlərdən  fərqləndirmək 

üçün aşağıdakı üç əsas meyar kifayət edir:  

- səfərin öz yaşadığı yerdən fərqli olması;  

- səfərin müddətinin 12 ardıcıl aydan az olması; 

 -  səfərdə  əsas  məqsədin,  getdiyi  yerdə  hər  hansı 

bir növ gəlir (qazanc) əldə etmək olmaması. 



 

GƏLĐR VƏ ĐSTEHLAKIN TƏBƏQƏLƏŞ-

MƏSĐNĐN 

DESĐL 

ƏMSALLARI

 

– 

məcmunun  ondan  bir  hissəsi  əhalinin  pul 

gəlirlərinin  və  xərclərinin  adambaşına  səviyyəsi 

üzrə  bölünməsi  sırasının  müxtəlif  sonluğunda 

yerləşən,  müvafiq  göstəricilərin  aşağı  və  yuxarı 

səviyyələrinin nisbəti kimi hesablanır. 



 

GƏLĐRĐN  KƏSĐRĐ

  –  yaşayış  minimumunun 

səviyyəsinədək  gəlirlərin  yüksəldilməsi  üçün 

zəruri  olan  vəsaitin  məbləğidir;  əhalinin  sayı  və 

orta 


adambaşına 

düşən 


gəlirləri 

yaşayış 


minimumundan  aşağı  olan  əhalinin  gəlirlərinin 

miqdarı 


haqqında 

məlumatlar 

əsasında 

müəyyənləşdirilir.  Yoxsul  ailələrin  sayına  aid 

edilənlərin  gəlirlərinin  kəsiri  özündə  hər  bir 

yoxsul 


ailənin 

gəlirlərinin 

yoxsulluğun 

səviyyəsinin 

müəyyən 

həddinə 


qədər 

yüksəldilməsi üçün zəruri olan vəsaitin məbləğini 

əks etdirir.  

 

GƏLĐRLƏR 

–  (I)  -  gəlirlər  kateqoriyası 

rezident 

və 


qeyri-rezidentlər 

arasındakı 

əməliyyatların  iki  növünü  əhatə  edir:  1)  qeyri-

rezident işçilərin əməyinin ödənilməsi ilə əlaqədar 

olan  əməliyyatlar;  2)  xarici  aktivlər  və  ya 

öhdəliklər üzrə investisiya gəlirlərinin alınması və 

ya  ödənilməsi  ilə  əlaqədar  olan  əməliyyatlar. 

Đkinci növ əməliyyatlara gəlirlərin birbaşa, portfel 

və  digər  investisiyalarla  daxil  olması  və 

ödənilməsi,  həmçinin  ehtiyat  aktivləri  üzrə 

vəsaitlərin daxil olması aid edilir.  

Gəlir 


anlayışı 

aşağıdakılara 

tətbiq 

edilir: 


bütövlükdə  dövlətə  (milli  gəlir),  müəssisəyə, 

firmaya  (ümumi  gəlir,  müəssisənin  xalis  gəliri), 

ayrı-ayrı  şəxslərə  (əhalinin  gəlirləri,  şəxsi  gəlir). 

Müəssisənin  ümumi  gəlirinə  hasilat,  malların, 

xidmətin və görülmüş işlərin satışından daxil olan 

pullar, əmlak qiymətlilərinin satışından daxil olan 

pullar,  pulların  kreditə  verilməsindən  alınan 

faizlər  və  digər  maddi  daxilolmalar  aid  edilir. 



Dövlət  gəlirini  əsasən  dövlət  xəzinəsinə  daxil 

olan vergilər, ödəmələr, ayırmalar, renta, rüsumlar 

təşkil  edir.  Vətəndaşların  gəliri  əmək  haqqı, 

pensiya, 

təqaüd, 

divident, 

ev 

təsərrüfatı 



məhsullarının  satışı  hesabına  formalaşır.  Tez-tez 

xalis  gəlir  ifadəsi  işlənir.  Bu,  ümumi  gəlirlə 

material rüsumları məsrəfləri arasındakı fərqdir.   



(II) - gəlirlərə aşağıdakı maddələr daxil edilir: 

1. Xalis dövriyyə; 

2. Hazır məhsul və başa çatmamış istehsal; 

3. Müəssisənin öz ehtiyatları üçün yerinə yetirdiyi 

iş; 

4. Đstehsaldan digər gəlirlər; 



5.  Müəssisələrin  birləşməsindən  daxil  olan 

hissəsini ayırmaqla, kapitalda iştirakdan gəlirlər; 

6.  Müəssisələrin  birləşməsindən  daxil  olan 

hissəsini  ayırmaqla,  əsas  fondların  bir  hissəsini 



 

231


təşkil  edən  digər  investisiya  və  ssudalardan  olan 

gəlirlər; 

7.  Müəssisələrin  birləşməsindən  daxil  olan 

hissəsini  ayırmaqla,  digər  alınmalı  olan  faiz  və 

buna oxşar gəlirlər; 

8.  Vergiləri  çıxmaqla,  tipik  fəaliyyətdən  olan 

mənfəət və ya zərərlər; 

9. Gözlənilməyən gəlirlər; 

10. Maliyyə ili ərzindəki mənfəət və ya zərərlər. 

 

GƏLĐRLƏR (GƏLĐRLƏR VƏ XƏRCLƏR 

HESABINDA)

 – alınmış və ya alınacaq məbləğ 

və ya dəyərlərdir. Onun tərkibinə daxildir: 

-  şirkətin  göndərdiyi  əmtəələrə  və  ya  yerinə 

yetirdiyi  iş  və  xidmətlərə  görə,  həmçinin  şirkət 

(müəssisə)  tərəfindən  göstərilən  imkanlara  görə 

kompensasiyalar şəklində məbləğ və ya dəyərlər; 

-  üçüncü  şəxs  tərəfindən  mövcud  olan  hüquqi 

öhdəliklərə görə məbləğ və ya dəyərlər; 

-  yaxud  istisna  hallarda  birinci  iki  hallara  aid 

olmayan digər səbəblərdən məbləğ və ya dəyərlər. 

Đlin  nəticələrini  müəyyənləşdirərkən  həmçinin 

gəlirlərə daxil edilir: 

-  il  ərzində  ehtiyatlara  aid  edilən  məhsulların 

həcmi;  

- əsas kapital şəklində saxlanılan məhsullar; 

amortizasiya 



ayırmalarından 

və 


digər 

mənbələrdən alınmış məbləğlər; 

- aktivlərin satışından alınmış məbləğlər 

- aktivlərin hərəkəti ilə bağlı gəlir və xərclər. 

 

GƏLĐRLƏR ƏMSALI

 – yuxarı və aşağı desil 

sərhədlərində  –  gəlirlərin  (istehlak)  -  əlamətlərin 

orta  qiymətinin  nisbətidir.  Gəlirlərin  (istehlakın) 

səviyyəsi  arasında  nisbət  kimi  sosial  təbəqələşmə 

dərəcəsinin qiymətləndirilməsində istifadə olunur: 

10%  əhalinin  ən  yüksək  gəlirli  təbəqəsi  və  10% 

əhalinin ən aşağı gəlirli təbəqəsi. 

 

GƏLĐRLƏRƏ VERGĐLƏR



 – MHS-nin gəlir, 

mənfəət  və  qiymətlərin  dəyişməsi  nəticəsində 

kapitalın  dəyərinin  artmasına  görə  vergiləri 

birləşdirən kateqoriyadır. Ona ayrı-ayrı şəxslər, ev 

təsərrüfatları  və  ya  şirkətlər  cəlb  edilirlər. 

Azərbaycan  Respublikasında  gəlir  vergisi  ölkə 

vətəndaşlarından,  xarici  ölkə  vətəndaşlarından, 

habelə vətəndaşlığı olmayan şəxslərdən tutulur.

 

 

GƏLĐRLƏRƏ,  SƏRVƏTƏ  VƏ  SAĐRƏ 



CARĐ  VERGĐLƏR

  -  əsas  etibarilə  ev 

təsərrüfatları  və  korporasiyaların  gəlirlərindən 

yığılmış  vergilərdən  ibarətdir.  Onlar  özlərində 

gəlirlərdən olan ödəmələri əks etdirir və gəlirlərin 

təkrar  bölüşdürülməsi  hesabında  ev  təsərrüfatları 

və  korporasiyalar  sektoru  üçün  istifadədə  qeyd 

olunur.  Bu  vergilər  həmçinin  qeyri-rezidentlər, 

dövlət 


vahidləri 

və 


ya 

qeyri-kommersiya 

təşkilatları tərəfindən də ödənilə bilər. 

 

GƏLĐRLƏRĐN  ĐLKĐN  BÖLÜŞDÜRÜL-

MƏSĐ HESABI

 – istehsal prosesində iştirakları 

nəticəsində 

iqtisadiyyatın 

bölmələri 

və 


institusional  vahidlərin  əldə  etdikləri  gəlirlərin 

müəyyən  edilməsi  üçün  tərtib  olunan,  MHS-nin 

hesabıdır.

 

Đlkin  gəlirlər  istehsalda  yaranan  əlavə 



dəyərdən,  həmçinin  rezidentlərin  “Qalan  dünya” 

ilə münasibətlərinin nəticəsindən formalaşdırılır.  

Gəlirlərin 

ilkin 


bölüşdürülməsi 

hesabı 


iki 

hesabdan 

ibarətdir: 

gəlirlərin 

yaranması 

hesabından  və  ilkin  gəlirlərin  bölüşdürülməsi 

hesabından. 

Gəlirlərin 

yaranma 

hesabında 

ehtiyatlarda  ümumi  əlavə  dəyər,  istifadədə  isə  - 



rezident  və  qeyri-rezidentlərin  ilkin  gəlirləri 

göstərilir. 



Đlkin 

gəlirlərin 

bölüşdürülməsi 

hesabında ehtiyatlarda rezidentlərin ilkin gəlirləri, 

muzdlu işçilərin əmək haqları, istehsala və idxala 

vergilər, mənfəət və qarışıq gəlirlər: mülkiyyətdən 

gəlirlər  (faizlər,  dividentlər,  renta),  həmçinin 

Qalan  dünyadan  alınan  gəlirlər  əks  olunur. 

Beləliklə, 

ilkin 

gəlirlərin 



bölüşdürülməsi 

hesabının köməyi ilə, iqtisadiyyat üzrə bütövlükdə 

ÜDM-in  kateqoriyalarından  ümumi  milli  gəlirin 

(ÜMG) kateqoriyalarına keçid baş verir və burada 

rezidentlərin  ilkin  gəlirləri  və  “Qalan  dünya”dan 

ilkin 


gəlirlərin 

saldosu 


iqtisadiyyat 

üzrə 


ümumilikdə cəmlənir.  

Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin