41
Atmosferin aşağı qatlarını tozla çirkləndirən
mənbələr arasında xüsusi olaraq susuz səhraları və gölləri qeyd
etmək lazımdır. Atmosferdə olan toz su buxarlarının
konvensasiyasına və yağıntıların əmələ gəlməsinə səbəb olur.
Həmçinin birbaşa günəş radiasiyasını udur və canlı
orqanizmləri günəş şüalanmasından mühafizə edir.
Maddələrin bioloji parçalanması hidrogen sulfidi,
amiakın, karbohidrogenlərin, azot oksidlərinin, karbon oksid və
dioksidlərin və s. əmələ gəlməsinə və atmosferə külli
miqdarda artmasına gətirib çıxarır. Təbii və antropogen
mənbələrin qüvvəsi və onların atmosferin bütövlüklə
çirklənməsinə əlavə qoşulması bir çox tədqiqatların həmişə bir
mənalı nəticələnməyən predmetidir. Məsələn il ərzində
vulkanlar orta hesabla Yer atmosferinə 30...150 metr qaz və
30...300metr kiçik dirspersli kül tullayır, halbuki ABŞ-da və
SSRİ-də stasionar mənblərdən il ərzində 20...25 mln t. toz
tullanırdı, 1980 ci illərdə isə dünya üzrə kükürdün antropogen
tullantılarının miqdarı ildə 100 mln t. təşkil edirdi.
Atmosferin
antropogen
çirklənməsinin
əsas
mənbəyi sənaye, kənd təsərrüfatı nəqliyyat energetika və s.
təşkil edir. Atmosferə təsir etmə antropogen birbaşa və qismən
yaxud dolayı yolla.
Dostları ilə paylaş: