1.Neytral amillər-bu mühitin o, amilləridir ki, orqanizmə təsir
etmir.
2.Ekoloji amillər- bu amillər canlı orqanizmlərə birbaşa və
bilavasitə təsir edir. Və
onda xarakterik uyğunlaşma
reaksiyalarını yaradır. Təbiətdə orqanizmi əhatə edən və ona
təsir göstərən bütün mühüt komponentləri ekoloji amillər
adlanır. Ekoloji amillər orqanizmlərə təsiri əhəmiyyətinə görə 2
qrupa bölünür:
1. 1-ci dərəcəli amillər. Bu amillərsiz orqanizm mövcud ola
bilmir. Bu amillərdən birinin olmaması orqanizmin məhvinə
səbəb olur.
2.2- ci dərəcəli amillər. Bu amillərin
bir elə də həyat üçün
əhəmiyyəti yoxdur. Ancaq orqanizmin mövcud olmasının
şəklini dəyişdirə bilər, yəni yaxşılaşdıra və pisləşdirə bilər.
Orqanizmlərə təsir edən ayrı-ayrı mühitin özəllikləri və
elementləri
ekoloji faktorlar
adlanır
.
Mühitin çoxlu faktorları
vardır. Onlar canlılar üçün zərərli və ya zəruri ola bilərlər;
onların varlığına, artımlarının çoxalmasına ya da azalmasına
təsir edə bilərlər.
Mühit amillərini yaranmasına görə 3
böyük qrupa və hər bir
böyük qrupu isə yarımqruplara bölürlər.
I.Abiotik amillər
.-cansız təbiətin amilləri olub, birbaşa və
dolayı yolla orqanizmə təsir göstərir. Onu da 4 yarım qrupa
ayırırlar:
a) İqlim amilləri: işıq, temperatur,rütubət,
atmosfer, təzyiq, su,
külək
b)Edafik və ya torpaq faktorları- torpaqda yaşayan orqanizmlərə
təsir göstərən torpağın və dağ süxurlarının məcmusudur. Bu da
fiziki, kimyəvi və mexaniki xassələrə ayrılır. Kimyəvi xassə
dedikdə turşuluğu, mineral tərkibi, çürüntülərin tərkibi nəzərdə
tutulur.
Fiziki və mexaniki
xassə dedikdə mexaniki tərkib, kəsəklilik
yəni hamar olmamaq, məsaməlilik, hava, su keçirmək
qabiliyyəti,
hava və suyu tutma qabiliyyəti, sıxlığı, rəngi və s.
nəzərdə tutulur.
v)Relyef və ya topoqrafik amillər- yaşadığı yerin dənizdən
hündürlüyü, yaşadığı yerin ekvatora görə genişliyi , üfüqə görə
canlının yaşadığı yerin əyilmə bucağı, işığın tərəflərinə görə
yerləşməsi.
q) hidrofizioloji amillər- bu suyun bütün hallarda (maye, qaz,
bərk)
və
mühitin
fiziki
amillərinin
(səs,
titrəyiş,
qravitasiya(cazibə) , maqnit və elektromaqnit sahəsinin,
ionlaşmış şüaların) orqanizmə təsiridir.
Abiotik faktorlar təsir etmə mexanizminə görə 2 yerə
bölünür:düz və dolayı yolla. Düz
faktorlar orqanizmə birbaşa
təsir edir. Məs.,havanın , torpağın rütubətliyi, temperatur, işıq,
torpağın məhsuldarlığı, suyun axma sürəti,suyun mineral
elementləri və s.
Dolayı yolla təsir edən faktorlar
orqanizmə düz faktorlar
vasitəsilə təsir edir. Məs., suyun şəffaflığı, torpağın dənəvərliyi,
yerin dənizdən hündürlüyü. Torpağın dənəvərliyi bitkilərə və
heyvanlara qida elementlərinin dinamikası və rütubətlik
formaları bilavasitə təsir edir.
Dostları ilə paylaş: