Mövzu 1: Azərbaycan ssr yeni iqtisadi siyasət illərində Azərbaycan da sovet rejiminin milli siyasəti. Dqmv və Naxçıvan mssr-in yaranması



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix03.10.2023
ölçüsü0,76 Mb.
#151693
1   ...   9   10   11   12   13   14   15   16   17
azərbaycan tarixi pdf muhazirələr 2023

İncəsənət
. Bu illərdə incəsənətin inkişafında da müəyyən 
nailiyyətlət1ər əldə edildi, teatr, kino, rəssamlıq, musiqi, memarlıq
və heykəltəraşlığın inkişafı üçün bir sıra tədbirlər görüldü: 


1922-ci ildə Azərbaycan Dövlət Dram Teatrı açıldı 
1924-cü ildə Azərbaycan Opera və Balet Teatrı açıldı 
1920-i ildə yaradılmış Rus Azad tənqid və təbliğ teatrı 1923-cü ildə 
Bakı işçi teatrına 
1926-cı ildə kinostudiya yaradıldı 
1931-ci ildə Azərbaycan Kukla Teatrı yaradıldı 
1932-ci ildə Azərbayjan Rəssamlar İttifaqı yaradıldı 
1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı yaradıldı 
1936-cı ildə Cənc Tamaşaçılar Teatrı yaradıldı
1938-ci ildə Musiqili Komediya Teatrı yaradıldı
20-30-cu illərdə milli teatrın inkişafında A.Tuqanov, A.İsgəndərov, 
A.M.Şərifzadə, İ.Hidayətzadə, S.Ruhulla,Ü.Rəcəb,
M.Davıdova, R.Təhmasib, Ə.Ələkbərov və.b. böyük xidmətləri 
olmuşdu. 
1937-ci ildə Üzeyir Hacıbəyovun “Koroğlu” operasının tamaşaya 
qoyulması respublikanın mədəni həyatında böyük hadisə
oldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baleti olan – 
“Qız qalası” baletini yazdı. 
Bəhs edilən dövrdə xalq mahnılarının, oyun havalarının, muğamların 
toplanıb nota alınması təşkil edildi. Məşhur
xanəndələr. Milli musiqimizin inkişafında C.Qaryağdıoğlu, S.Şuşinski, 
X.Şuşinski, Z.Adıgözəlov və b mühüm rol oynadırlar. 
Azərbaycan kino sənəti də inkişaf etməkdə idi. 1924-1938-ci illərdə 
“Qız qalası əfsanəsi”, “Bismillah”, “Gilan qızı”,
“Hacı qara”, “Sevil”, “Almaz”, “Mavi dəniz sahilində” (ilk səsli film), 
“Bakılılar” və s.fimlər çəkilib ekranlaşdırıldı. Bəhruz
Kəngərli, Əzim Əzimzadə, Rüstəm Mustafayev bu dövrün məşhur 
rəssamlərı idilər.
Bu illərin ən faciəvi hadisələrindən biri Azərbaycanda tez-tez əlifbanını 
dəyişdirilməsi olmuşdu. 1929-cu ildə ərəb qrafikalı
əlifbadan latın qrafikalı əlifbaya keçildi, 1939-cu ilin sonunda isə kiril 
qrafikalı əlifbaya keçildi. 


Ap.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin