H.Əliyev özünün bacarığı və ağıllı siyasəti ilə ölkədə böyük nüfuz
qazandı, mərkəzin diqqətini cəlb etdi. 1976-cı ildə Sov.
İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi. H.Əliyevin belə
yüksək vəzifəyə təyin olunmasının Azərbaycan xalqı üçün
böyük əhəmiyyəti var idi, bu vəzifənin verdiyi imkanlardan
Azərbaycanın inkişafı naminə səmərəli istifadə olundu.
QEYD: H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan
olmuş, 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili
İşlər və Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən
Dövlət Təhlükəsizlik Komitəsində işəməyə başlamışdır.
1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin
müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir.
Dostları ilə paylaş: