Giriş.
Müasir dövrdə milyonlarla insan daimi yaşayış yerlərindən müvəqqəti müddətə başqa
yerlərə hərəkət etməkdədirlər. Bu vəziyyətin XX əsrə aid müasir hadisə olaraq görülməsinə
baxmayaraq yer dəyişmə insanlıq tarixi qədər qədimdir. İnsanlar
tarix boyu fərqli səbəb və
məqsədlərlə mövcud olduqları yerlərin xaricindəki fərqli çoğrafi məkanlara hərəkət etmişlər.
XX əsrin II yarısından etibarən turizm fenomenal bir hadisəyə çevrilmişdir. Beynəlxalq turizm
ölkələri bir-biri ilə yaxınlaşdırır və beynəlxalq əlaqələri möhkəmlədir, iqtisadi
və mədəni əlaqələrin
inkişaf etməsinə səbəb olur. Beynəlxalq turizm ölkələr arasında iqtisadi inteqrasiya yaradır,
valyutanın, işçi qüvvəsinin və kapitalın ölkələr arasında hərəkətinə zəmin yaradır. İnkişaf etmiş
ölkələrin təcrübəsi bir daha sübut edir ki, turizm iqtisadiyyata müsbət təsir göstərir [3,səh 5].
Çoxsaylı tədqiqatlar göstərir ki, perspektivliyinə görə turizm qeyri-neft sahələri içərisində aparıcı
mövqəyə malikdir. Hal-hazırda turizm beynəlxalq aləmdə sürətlə inkişaf etməkdə olan biznes
sahələrindən biridir. Dünya üzrə ümummilli məhsulun 10%, ixracatın 8% beynəlxalq turizmin payına
düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm sənayesində və onunla bağlı
sahələrdə məşğuldur. Turizm dünya ölkələrinin 40%-də xarici valyutaların daxil olduğu əsas mənbədir
[3,səh 9].
Dostları ilə paylaş: