Abstract It is obvious that export has very essential role on economic development. Increasing export has a lot of benefits for economy: improving economic growth, opening new workplaces, increasing incomes of individuals and government, development of technologies, improving value of money and etc. For this regard it is main goals of many countries to prepare condition for broaden export potencial. Although of some events that implemented in our country in last years oil export has main part of the country export. At the moment tourism services export isone of the priority sectors for export non-oil sector export. We consider that tourism services export has very big potensial for increasing non-oil export. But it may be useful to implement stimulating activities by government in this regard. Key words: tourism services export, tourism direct impact. Hər bir ölkə özünün inkişaf strategiyasında xarici ticarət əlaqələrinin inkişafından bəhrələnməyə
bilməz. Dünya ölkələri üzrə aparılan müxtəlif tədqiqatlarda xarici ticarət əlaqələrinin, xüsusilə də
ixracın ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyətə malik olduğunu müşahidə etmək mümkündür.
Bu səbəbdən də hər bir ölkə ixracın genişləndirilməsi və ixrac potensialının artırılmasına xüsusi diqqət
göstərir və özünün ən əsas prioritet sahələrindən biri hesab edir. Hazırki şəraitdə qlobal miqyasda
əmtəələrin xarici ticarəti ilə yanaşı xidmətlərin də xarici ticarətinə geniş yer verilir. Belə ki, xidmətlər
də əmtəələr kimi ixrac və idxal edildiyindən bu sahənin inkişafı öz aktuallığını artırmaqdadır. Statistik
rəqəmlərə nəzər yetirdikdə aydın olur ki, qlobal miqyasda xidmətlərin ixracı artır və ümumi xarici
ticarətdə payı çoxalır. Xidmətlərin içərisində isə perspektivli sahələrdən biri turizm xidmətləridir.
2017-ci ilin statistik rəqəmlərinə əsasən qlobal turizm və səyahət dünya ÜDM-nin 10.4%-ə bərabər
olmuş və bu sahədə çalışanlar dünya üzrə məşğulluğun 9,9%-ni təşkil etmişdir. Eyni zamanda, səyahət
və turizmin dünya ÜDM-də birbaşa iştirakı 2570,1 milyard ABŞ dolları olmuşdur (dünya ÜDM-nin