Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə62/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   58   59   60   61   62   63   64   65   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
47
Baku, Azerbaijan


ilə idarə olunur. Belə ki, turizmin inkişafında aqrar sektor və təbii-coğrafi şərait dominant rolunu oynayır. 
Bu dominantlıq turizm bazarının tələb və təklifinə uyğun olaraq və turizmin motivi ilə ölçülür, təkmilləşir. 
Turizm motivi hər bir turistin tələbi və həmçinin turist obyektinin inkişaf dinamikası ilə səciyyələnir. Kənd 
təsərrüfatı Azərbaycan iqtisadiyyatının formalaşması dinamikası və əhalinin məskünlaşması sosial 
inkişafında istehsal, bölgü və istehlak xüsusiyyətlərinə görə xarakterik cəhət kəsb etdiyi üçün onun turistlər 
üçün motivizasiyası da dinamik inkişaf edir.
Turizm və kənd təsərrüfatı ərazilərin kompleks inkişafı və kəndin sosial-iqtisadi problemlərinin həlli 
və aralarındakı əlaqənin tənzimlənməsihər iki sahədə qəbul edilən konseptual müddəalar və konkret 
mexanizmlər vasitəsi ilə baş verir. Kəndin sosial-iqtisadi inkişaf problemləri kənd təsərrüfatının, əhalinin 
məşğulluğunun və onun həyat səviyyəsinin formalaşmasına təsiri ilə nəticələnir. Kəndin təbii-coğrafi 
iqtisadi potensialı, sosial problemləri, kənd əhalisinin fəallığı, onun məhsuldarlığını və məskünlaşma 
problemlərini həll edir. Bu da kənd əhalisinin fərdi təsərrüfata bağlılığı, onun öz təsərrüfatını 
genişləndirmək üçün topladığı resurslar və istehsal təyinatlı məqsədlər üçün kredit və borclar almaqla 
özünün potensial imkanlarını artırır. 
Turizmin kənd təsərrüfatı ilə əlaqəsində prioritetlər ümumi və konkret vəzifələrin bölgüsünü 
müəyyənləşdirir. Daha çox təbii vasitələr torpaq və coğrafi şəraitin turizm məqsədi ilə birbaşa və dolayısı 
yolla inkişaf yolları və uyğun mexanizmləri təşkil edir.
Kənd təsərrüfatı istehsalının ali məqsədi ölkənin ərzaq tələbatını ödəmək və həmçinin kənd təsərrüfatı 
potensialını səmərəli istifadə etmək prioritetləri durur. Ona görə də ərzaq və kənd təsərrüfatı emalı 
müəssisələrinə və uyğun infrastruktur ehtiyatlarına daha intensiv və struktur dəyişmələri uyğun məhsullara 
bazar tələbatı ilə ölcülür. Bazar tələbinə uyğun istehsal həcmi həmin bazarın ərzaq məhsulları üzrə 
seqmentləşməsinə əsaslanır.
Kənd təsərrüfatı məhsullarının bazarı birbaşa istehlak sosial tələbatı və ixrac olunan məhsullar üzrə 
müxtəlif səylər kəsb edir. Daha çox birbaşa istehlak kollektiv və fərdi istehlak üçün istifadə olunur. Kənd 
təsərrüfatı bazarı istehsalın daha da üstün artırılması və xammaldan istifadə dərinliyinin artırılması 
metodları ilə mümkün olur. Ona görə də kənd təsərrüfatı məhsullarının sahə strukturunu təkmilləşdirmək, 
emal və yaxud birbaşa istehlakın riskliyi və müntəzəmliyi ilə ölçülür. Belə ki, bazarda əmtəə xidmətinin 
ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunması turizm məhsulunun dəyərini aşağı salır və turizm 
xidmətlərinin qiymətini azaldır. Turizm xidmətlərinin qiymətlərinin aşağı salınması onun maya dəyərinə 
daxil olan xərc strukturunu dəyişdirmək yolu ilə mümkün olur. Bu da inzibatı yolla deyil, bazar tipli inkişaf 
modelləri şəraitində rəqabətə dözümlü və daimi istehlakçısı olan turizm kontingentləri olduğu halda 
mümkün olur. Ona görə də turizmin rentabelliyi, onun digər sahələrə nisbətən kommersiya maraqları 
baxımından daha səmərəli olması ilə müəyyənləşir. 
Sosial-demoqrafik tərkib turizmin inkişafı üçün əlverişli ehtiyat və resurs potensialı rolunu oynayır. 
Kənd əhalisinin məşğulluğu və uşaq əməyindən istifadə üçün həyatını sahələr və ev təsərrüfatının 
məhsuldarlığını artırmaq imkanları yuxarıdır. Tədqiqatlar göstərir ki, kənd əhalisinin fərdi gəlirləri, hər bir 
ailədə olan yeniyetmələrin sayı ilə xeyli bağlıdır. Əhalinin məşğulluğu, mülkiyyətin formaları qarışıq 
olduğu üçün onların turizm dövriyyəsinə cəlb edilməsi bir sıra təşkilatı və stimullaşdırıcı mexanizmlərdən 
asılıdır. Daha çox ev təsərrüfatı və onun öz resurslarını icariyyə vermək imkanı daha çoxdur. Ona görə də 
kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri, daha çox əhalinin fərdi gəlirlərinin artımı və 
onların yoxsulluğun azaldılması meylləri ilə müəyyənləşir. Yaşayış yerləri üzrə gəlirlər şəhər və kənd 
turizminin əhali imkanları ilə bağlılığını təhlil etməyə imkan verir. 
Əhalinin həyat səviyyəsi onun tələbat sistemini formalaşdırır. Turizm tələbatına təsir edən əhali amili 
olaraq gəlirlərin səviyyəsi, onun xarakteri və həmçinin tələbatın ödənilməsi dərəcəsi və yolları təşkil edir. 
Əhalinin gəlir səviyyəsi, onun turizm xidmətinə tələbatını və turizm sahibkarlığı üçün investisiya mənbəyi 
rolunu oynayır. Digər tərəfdən turizm tələbatı şəhər əhalisinin maddi rifahı, onların gəlirləri və həmçinin 
istehlak strukturu ilə müəyyənləşir. Sosial – demoqrafik amil olaraq əhalinin tərkibi və onun turizm 
tələbatına motivi müəyyənləşdirilir. Belə motivləşmə hər bir ailənin sosial statusu, onun gəlirləri və ayrı-
ayrı istehlak malları və xidmətlərə olan tələbatı ilə müəyyənləşir. Əhalinin daxilində gəlirlərin paylanma 
səviyyəsi maddi və mənəvi xərclərin xüsusi çəkisini müəyyənləşdirir. Əhalidə xüsusi təsərrüfat, bazara 
birbaşa çıxış imkanları onların istehlak davranışı qabiliyyətini formalaşdırır.
İstehlak davranışında pensiyaçıların, məktəbli uşaqların və kənd əhalisinin məşğulluq sahəsinə 
uyğun turizm ehtiyacları yaranırsa, onların motivi özünəməxsus xüsusiyyətlər kəsb edir. Sosial 
problemlərin həllində və məskünlaşma məqsədi ilə turizmin inkişafının, onun əsas istiqamətlərinin 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin