7.5. Məşəl sisteminin istismarı
7.5.1. Məşəl sistemini istismar edən müəssisələrdə
onların təhlükəsiz istismarı üzrə təlimat olmalıdır.
7.5.2. Məşəl sisteminin işinə nəzarət etmək üçün məşəl
sisteminin quruluşu və təhlükəsiz istismarı üzrə bilikləri yoxlanıl-
mış mühəndis-texniki işçilərdən əmrlə cavabdeh şəxslər təyin
olunur.
7.5.3. Məşəlin alışdırılmasını məşəl sisteminin təhlükəsiz
istismarına məsul (cavabdeh) şəxsin nəzarəti altında iki nəfər
yerinə yetirməlidir.
7.5.4. Məşəl qurğusunda yandırılan buxar və qazlarda
maye damcıları və bərk maddələr olmamalıdır.
7.5.5. Məşəl sistemində partlayış təhlükəli qarışıqların
əmələ gəlməsinin qarşısını almaq üçün havanın sorulmasına
imkan verilməməli və məşəl kollektoruna (qaz kəmərinə)
fasiləsiz üfüləyici qaz vurulmalıdır. Üfüləyici qaz kimi təbii
391
qazlardan və təsirsiz qazlardan, texnoloji prosesdən alınan
qazdan istifadə etmək olar.
7.5.6. Məşəl sistemini hər dəfə işə salmazdan əvvəl
məşəl sistemi buxar və hava ilə üfürülməlidir. Belə ki, məşəl
qülləsinin aşağısında oksigenin miqdarı onun aşağı partlayış
həddinin 20% -dən çox olmamalıdır.
Bu zaman, alışdırma (işəsalma) lövhəsinin və
kondensatın yığılması və boşaldılması quruluşlarının bilavasitə
yaxınlığında daşınma qaz analizatorlarından istifadə etməklə
bunun üçün xüsusi olaraq öyrədilmiş heyət (şəxs) tərəfindən
qazlılığın dərəcəsi müəyyənləşdirilməlidir.
7.5.7. Məşəl sistemində təmir işlərinin aparılmasından
əvvəl məşəl sistemi standart qapayıcılarla ayrılmalı (tədric
olunmalı) və inert (təsirsiz) qazla üfürülməlidir.
7.5.8. Məşəl qurğusu müvafiq normalara uyğun olaraq
ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
7.5.9. Məşəl qülləsinin mühafizə sahəsində
(çəpərlənmənin içində) məşəl sisteminin xidmətinə aidiyyatı
olmayan şəxslərin olması qadağandır.
392
|