pilləkənləri, ondan yuxarı isə tunel tipli və ya qalxıb-enmək
üçün təhlükəsiz qurğusu olan nərdivanla təchiz olunmalıdır.
Fəhlənin vışkanın balkonuna təhlükəsiz qalxması üçün
qurğu olmalıdır.
3.3.36.Hər bir vışka görünən yerdə asılan (bərkidilmiş)
metal lövhəciklə təchiz edilməlidir. Bu lövhədə aşağıdakılar
göstərilməlidir:
- istehsal tarixi;
- istehsal edən zavod;
- vışkanın zavod nömrəsi (qazma qurğusunun);
- vışkanın yükqaldırma qabiliyyəti (nominal);
- vışkanın növbəti sınağının vaxtı (texniki
vəziyyətinin
yoxlanılması).
3.3.37. Qazma vışkalarının və dorlarının texniki vəziyyəti-
nin yoxlanılması və sınağı
238, 241, 243, 244
tələblərinə
uyğun yerinə yetirilməlidir.
3.3.38. Istismar prosesində vaxtaşırı, ayda bir dəfədən
az olmayaraq, qazma vışkalarına, baş mexanikin tərtib etdiyi
və müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş cədvəl üzrə,
qazma ustası və mexanik tərəfindən baxış keçirilməlidir.
3.3.39. Qazma vışkalarına vaxtaşırı baxışın nəticələri,
avadanlıqların texniki vəziyyətinin yoxlanılması jurnalında qeyd
edilməlidir. Bu zaman qüsuru olan element və bəndlərin
yerləşdiyi yer dəqiq göstərilməlidir.
3.3.40. Qazma vışkasının hər hansı qüsuru olan (defor-
masiya, korroziya və s.) element və bəndləri aşkar edilərsə,
bu barədə qazma ustası dərhal qazma müəssisəsinin
rəhbərinə xəbər verməlidir.
3.3.41. Qazma vışkalarına vışkaquraşdırma sexinin
nümayəndəsinin və ya quraşdırmaya
cavabdeh olan şəxsin
iştirakı ilə aşağıdakı hallarda növbədənkənar baxış
keçirilməlidir:
216
- quraşdırılması başa çatmış və istismara buraxılmamış-
dan əvvəl;
- qazma vışkasının çəkilməsinə başlamazdan əvvəl və
çəkilmə başa çatdıqdan sonra;
- qoruyucu kəmərin quyuya buraxılmasına başlamazdan
əvvəl;
- tutulmuş qoruycu boru kəmərinin və qazma alətinin
dartılıb-boşaldılaraq müxtəlif istiqamətli yük verilməsi tələb
edilən tutulma işlərinə başlamazdan əvvəl və sonra;
- açıq fontan və tullanışlardan sonra;
- qasırğalı küləkdən (25 m/san-dən artıq ) sonra.
Qazma vışkasının texniki vəziyyətinin yoxlanılmasının
nəticələri, baxış keçirmiş işçilərin imzaladığı aktla rəsmiləşdirilir
(Əlavə 4). Qazma vışkasının zədələnmiş hissələri, işə
yenidən
başlamazdan əvvəl, bərpa edilməli və ya dəyişdirilməlidir.
Əsas
təmir işləri, qazma vışkasının daşıyıcı elementlərinin
(ayaq, kəmər, kəlləçarxaltı tirlər və s.) təmiri texniki pasportda
qeyd edilməlidir.
Qazma vışkalarında təmir (yükdaşıyıcı elementlər) işləri
aparıldıqdan sonra, onlar təhlükəsiz (dağıdıcı olmayan) üsulla
sınaqdan keçirilməlidir.
3.3.42. Yeddi təqvim ilindən sonra qazma vışkasına,
qazma idarəsinin baş mütəxəssislərinin iştirakı ilə xüsusi
komissiya tərəfindən baxış keçirilməli, onun gələcək istismar
üçün yararlı olması müəyyən edilərsə, yükqaldırma qabiliyyə-
tinin təyin edilməsi üçün sınağı keçirilməlidir. Sınağın nəticələri
müsbət olarsa, komissiya 5 ildən artıq olmamaq şərti ilə
vışkanın gələcək istismar müddətini müəyyən edir.
Bundan
sonra (5 ildən sonra)qazma vışkasının sınanması müsbət
nəticə verərsə, onun daha 3 il istismar edilməsinə icazə verilir.
15 ildən sonra, müstəsna hallarda, qazma vışkasının
istismarına
ancaq onun tam sökülməklə, bütün bənd və
elementləri təftiş edilməklə, zay və istismara yararlı olmayan
217
hissələrin dəyişdirilməsindən, defektoskopiya və
qalınlıqölçənlə yoxlanılma işləri aparıldıqdan, yenidən
yığıldıqdan. növbəti sınaq aparıldıqdan sonra ildə bir dəfə
(hesabdan silinənə qədər) sınaqdan keçirilməklə icazə verilir.
Bütün hallarda 7 ildən artıq istismar edilmiş qazma
vışkalarına, onların texniki vəziyyəti haqqında akt və
gələcəkdə istismara yararlı olması barədə rəy tərtib edilməklə,
hər il mütəxəssislərin iştirakı ilə komissiya tərəfindən baxış
keçirilməlidir.
3.3.43. Təhlükəsiz (dağıdıcı olmayan)
üsulla qazma
vışkalarının sınaqdan keçirilməsinin təşkilini və aparılmasını
müəssisə baş mühəndisinin rəhbərliyi altında
Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndəsinin iştirakı
ilə yaradılmış komissiya həyata keçirməlidir.
3.3.44. Qazma vışkası sınağının nəticələri barədə sədr və
komissiya üzvlərinin, həmçinin ölçü və hesablama işləri icraçı-
larının imzaladığı akt tərtib edilir (Əlavə 6).
Dostları ilə paylaş: