Maliyyə hesabatı 172
Əgər qeyri-pul aktivləri əvvəllər yenidən qiymətləndirilməmişdirsə,
onda bu halda onların balans dəyəri sonuncu yenidən qiymətləndirmə
tarixindən etibarən təkrarən nəzərdən keçirilir.
Misal. Təşkilat, iqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin
valyutası ilə maliyyə hesabatı tərtib edir. Hesabatın tərtib olunduğu tarixə
balansda əvvəlki dövrlərdə satın alınan əsas vəsait obyekti qeydə alınmışdır.
Obyekt ilk dəyərlə qiymətləndirilir və əvvəllər yenidən qiymətləndirməyə
məruz qalmamışdır. Onun satın alındığı dövrdən keçən müddət ərzində
ümumi qiymət indeksi 3,21-ə bərabərdir. Obyektin ilk dəyəri yenidən
qiymətləndirilərək 642 min man. (200 min man. x 3,21), yığılmış köhnəlmə
məbləği isə yenidən qiymətləndirməni nəzərə almaqla, 160,5 min man. (50
min man. x 3,21) təşkil edir. Düzəlişlərin fraqmenti aşağıdakı cədvəldə
verilmişdir (cədvəl 11.3).
Cədvəl 11.3
Düzəliş cədvəlinin fraqmentləri Balans maddələri Məbləğ, man. Yenidən qiy - mətləndirmə əmsalı Yenidən qiymət - ləndirmə nəzərə alınmaqla məb - ləğ, man. İlkin dəyərlə əsas vəsait
200000
3,21
642000
Yığılmış köhnəlmə məbləği
50000
3,21
160500
Balans dəyəri
150000
-
481500
Ümumi qiymət indeksinin dəyişməsi hesabına aktivlərin yenidən
qiymətləndirilməsi nəticəsində yenidən qiymətləndirilən dəyər onların
ödəniləsi dəyərini üstələyə bilər. Bu halda qeyri-pul aktivlərinin yenidən
qiymətləndirməyə məruz qalan dəyərini azaltmaq lazımdır. Əsas vəsaitlərin
və qeyri-maddi aktivlərin dəyəri ödəniləsi məbləğ üzrə, ehtiyyatar satışın
mümkün xalis dəyərilə, qısamüddətli maliyyə qoyuluşları isə bazar dəyərilə
qiymətləndirilir.
30
№
-li Standartın tətbiqinin ilk dövrlərində kapitalın müvafiq
elementləri yarandığı tarixdən ümumi qiymət indeksi nəzərə alınmaqla yeni-
dən qiymətləndirilir. Əvvəlki dövrlərə görə qiymət artımının bütün
məbləğləri hesablamalardan çıxılır. Birinci dövrün sonunda və bütün digər