Sifariz Səbzəliyev
177
Maliyyə hesabatı cari dəyər əsasında hazırlandıqda balansın bir sıra
maddələrinin düzəlişə ehtiyacı olmur. Belə ki, həmin maddələr artıq hesabat
tarixinə qüvvədə olan bərpa dəyərinin ölçü vahidləri ilə verilmişdir. İlkin
dəyərlə verilən maddələrdə əvvəllər araşdırılan qiymətlərlə düzəliş aparıl-
malıdır. Mənfəət və zərərlər haqqında hesabatın maddələri hesabat tarixinə
qüvvədə olan ölçü vahidlərinə uyğun olaraq qiymətin dəyişilməsinin ümumi
indeksi yolu ilə düzəlişə məruz qalmalıdır.
30
№
-li Standart pul vəsaitlərinin hərəkəti haqqında hesabat da bütün
maddələrin hesabat tarixində qüvvədə olan qiymətləndirmə vahidləri ilə əks
olunmasını tələb edir.
Əvvəlki hesabat dövrü üzrə müvafiq rəqəmlər, onların ilkin dəyəri və
ya cari dəyərə əsaslandırılmasından asılı olmayaraq, birləşdirilmiş (kon-
solidə olunmuş) maliyyə hesabatları hesabat dövrünün sonunda qüvvədə
olan qiymətləndirmə vahidləri ilə təqdim olunacaq şəkildə, ümumi qiymət
indeksi tətbiq edilməklə yenidən təqdim olunur. Daha erkən dövrlər üzrə
açıqlanan məlumatlar, həmçinin hesabat dövrünün sonunda qüvvədə olan
qiymətləndirmə vahidləri ilə təqdim olunur. Müqayisəli məbləğlərin başqa
təqdimat valyutasında əks etdirilməsi məqsədilə «
Xarici valyuta
məzənnələrində dəyişikliklərin uçotu üzrə» 22
Dostları ilə paylaş: