Sifariz Səbzəliyev 47
Tərtib olunma mənbələrinə görə balanslar aşağıdakı kimi
fərqləndirilir:
kitab balansı;
baş balans;
inventar balansı.
Kitab balansı Baş Kitabın hesablarının qalıqları əsasında cari uçot
məlumatları vasitəsilə tərtib olunur.
Baş balanslar inventarlaşma materialları ilə təsdiq edildiyi zaman
tərtib olunur.
İnventar balansları müxtəlif aktivlərin və öhdəliklərin siyahı məlu-
matları əsasında tərtib edilir (məsələn, giriş balansı hüqüqi şəxsin sənədləri
ilə təsdiqlənir).
Mülkiyyət formaları üzrə balanslar aşağıdakı kimi fərqləndirilir:
dövlət müəssisələrinin balansları;
bələdiyyə təşkilatlarının balansları;
xüsusi mülkiyyət müəssisələrinin balansları;
qarışıq mülkiyyət formasıının balansları (səhmdar cəmiyyəti,
təsərrüfat yoldaşlığı və s.);
ictimai təşkilatların balansları.
Ümumiləşdirmə dərəcəsinə görə balansları belə təsnifləşdirmək olar:
vahid balans;
icmal (konsolidə edilən) balans.
Vahid balanslar bir təşkilatın, yaxud onun struktur bölməsnin
maliyyə vəziyyətini açiqlayan informasiyaları əks etdirir.
İcmal (konsolidə edilən) balanslar ana və onun övlad müəssi-
sələrinin aktivlərini və öhdəliklərini açıqlayan məlumatları ümumiləşdirir.
Belə balanslar tərtib edildikdə, həmin qrupun aktivlərinin, öhdəliklərinin,
gəlir və xərclərinin analoji maddələrinə münasibətdə vahid uçot siyasətinə
istinad edilir.
Tərtib edilmə vaxtına görə balanslar belə fərqləndirilir:
giriş balansı;
cari balanslar (ilkin balans, aralıq balans, son balans);
sanir balanslar;