Sifariz Səbzəliyev
7
GİRİŞ
Ölkəmizdə iqtisadi inkişafın müasir dövründə müəssisə və təşkilatların
idarə edilməsində mühasibat uçotu və maliyyə hesabatının rolu get-gedə
artmaqdadır. Mühasibat uçotu və maliyyə hesabatı
sahəsində beynəlxalq
standartların ölkəmizdə tətbiq olunması və onların əsasında Azərbaycan
iqtisadiyyatının özəlliklərinə uyğunlaşdırılmış milli standartların yaradıl-
ması ölkə iqtisadiyyatının dünyanın inkişaf etmiş iqtisadi qurumlarına mü-
vəffəqiyyətlə və əlverişli şəkildə inteqrasiyasına və yüksələn templə inkişaf
etdirilməsinə hesablanmışdır.
Bununla əlaqədar olaraq, son onillikdə mü-
hasibat uçotu və maliyyə hesabatının bir çox
məsələlərində ciddi dəyişik-
liklər meydana gəlmişdir. Demək olar ki, mühasibat
uçotu və maliyyə he-
sabatı nəzəri və praktiki cəhətdən dəyişikliyə uğramış və müasir bazar iqti-
sadiyyatının tələblərinə tamamilə uyğun olan yeni iqtisadi əsaslar üzərində
formalaşdırılmışdır. Bütün bunlar “050402-Mühasibat uçotu və audit” ix-
tisası üzrə mütəxəssis hazırlığında mühasibat-maliyyə hesabatının dərindən
öyrənilməsi zərurətini şərtləndirmişdir.
Maliyyə hesabatı müəssisənin mühasibat uçotu prosesinin son məhsulu
və uçot informasiyalarının işlənməsinin son mərhələsidir. Maliyyə hesa-
batında müəssisənin kənar istifadəçilər üçün təqdim
etdiyi standart infor-
masiyalar əks olunur. Ona görə də mühasibat uçotunun tələbələrə öyrə-
dilməsi prosesində maliyyə hesabatı özünəməxsus şəkildə mühüm yer tutur.
Bunları
nəzərə alaraq, “050402-Mühasibat uçotu və audit” ixtisası üzrə
bakalabr ali təhsilinin dövlət standartında maliyyə hesabatının ayrıca fənn
kimi tədris olunması nəzərdə tutulmuşdur. Oxuculara təqdim edilən bu dərs
vəsaitində həmin standartın tələblərinə uyğun hazırlanmışdır. Bununla
yanaşı, dərs vəsaitinin hazırlanmasında mühasibat uçotu və maliyyə hesa-
batı sahəsində ölkəmizdə hal-hazırda tətbiq olunan beynəlxalq və milli stan-
dartların tələbləri də nəzərə alınmışdır.
Dərs vəsaitinin 3 bölmədən və 12 fəsildən ibarətdir. Birinci bölmə 2
fəsildən
ibarət olub, maliyyə hesabatının nəzəri və metodiki məsələlərinə
həsr edilmişdir. Burada maliyyə hesabatının təyinatı,
mahiyyəti, normativ
tənzimlənməsi, tərkibi, konseptual əsasları
və digər bu kimi məsələlərə
baxılır.