IX FƏSİL
İŞGÜZAR RİTORİKA
9.1. İşgüzar ünsiyyət mədəniyyəti
Kommunikasiya mədəniyyəti
- insanların işgüzar tərəfdaşla-
nyla psixoloji əlaqə yaratmağa, ünsiyyət prosesində dəqiq qavra
ma və anlamaya nail olmağa, işgüzar tərəfdaşların davranışını
proqnozlaşdırmağa, bu davranışı arzuolunan səmtə yönəltməyə
imkan verən, bilavasitə işgüzar sahədə qarşılıqlı fəaliyyətin təşkili
sahəsindəki bilik və bacarıqlardır.
Kommunikasiya mədəniyyətinin əsasında ünsiyyətin hamı
tərəfindən qəbul edilmiş mənəvi tələbləri durur: hər bir fərd tək
rarsızdır, dəyərlidir. Onlarla münasibətdə nəzakətlilik, ədəblilik,
mərifətlilik, təvazökarlıq, dəqiqlik, xeyirxahlıq mütləq nəzərə alın
malıdır.
Nəzakətlilik
- bu, insanlara, onların ləyaqətinə hörmətli mü
nasibətin salamlaşmada ifadəsidir ki, özünü səsin intonasiyasında,
mimika və jestlərdə göstərməlidir. Nəzakətliliyin əksi - kobudluq
dur. Kobud qarşılıqlı münasibətlər təkcə mədəni səviyyənin aşağı-
lığının göstəricisi yox, həm də iqtisadi kateqoriyadır. Hesablanmış
dır ki, kobud rəftar nəticəsində işçilər əmək məhsuldarlığında orta
hesabla 17 % itirir.
Ədəblilik -
özünü istənilən vəziyyətlərdə, xüsusilə də mü
naqişələr zamanı ədəb qaydaları çərçivəsində aparmağı bacarmaq
dır. Ədəbli davranış, xüsusilə həqiqətin axtarılmasına həsr edilən
və bu zaman yeni konstruktiv ideyaların meydana çıxdığı, fikir və
əqidənin sınağa çəkildiyi mübahisələr zamanı xüsusilə mühüm
308
dür. Lakin əgər mübahisə qarşı tərəfin ünvanına kobud hücumlarla
müşayiət olunursa, adi qovğaya çevrilir.
Mdrifdtlilik
də kommunikasiya mədəniyyətinin mühüm tərkib
hissələrindən biridir. Mərifət hissi, əw əla, ölçü, ünsiyyətdə sər
hədləri gözləmək duyğusudur ki, bunlan nəzərə almamaq qarşı
tərəfi incidə, çətin vəziyyətə sala bilər. Mərifətsizlik qarşı tərəfin
xarici görkəmi, hərəkəti, yaxud şəxsi həyatı ilə bağlı başqalarının
eşitdiyi şəkildə söylənilən iradlar, dərdinə şərik olmalar və s. for
mada əks oluna bilər.
Ünsiyyətdə
təvazökarlıq
qarşı tərəfin qiymətləndirməsinə
təmkinlə yanaşmaq, zövqünə, əqidəsinə hörmət etmək deməkdir.
Təvazökarlığın əksi lovğalıq, açıq-saçıqlıq, ədabazlıqdır.
D əqiqlik
də işgüzar münasibətlərin uğurlu olmasında mühüm
əhəmiyyətə malikdir. Həyat fəaliyyətində istənilən formada veril
miş vədlərin və qəbul edilmiş öhdəlilkərin dəqiq şəkildə yerinə
yetirilməsi olmadan işləri idarə etmək çətindir. Qeyri-dəqiqlik çox
zaman əxlaqsız davranışla - yalanla, aldatma ilə yanaşı gedir.
Xeyirxahlıq
- bu, hər şeydən əvvəl, birinci olaraq hörmət
göstərmək, başqa adamı narahatlıqdan və xoşagəlməzlikdən xilas
etməkdir.
Kommunikasiya mədəniyyətinin yüksək səviyyəsi adamda
aşağıdakı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir:
•
Empatiyalar -
dünyanı başqalarının gözləri ilə görmək, on
lar kimi dərk etmək bacanğı;
•
Xeyirxahlıq-
hörmət, rəğbət, bəzi hərəkətləri bəyənməsələr
də, insanları başa düşmək bacanğı, başqalanm müdafiə etməyə ha
zır olmaq;
•
M ötəbərlik-
başqalan ilə ünsiyyət zamanı özü olaraq qalmaq
bacanğı;
•
Konkretlik
- öz həyəcanlan, fikirləri, hərəkətləri haqqında
konkret damşmaq, suallara birmənalı cavab vermək bacanqlan;
•
Təşəbbüskarlıq -
«daim irəliyə getmək», təmas qurmaq, fəal
müdaxilə tələb edən vəziyyətlərdə başqalannın nə isə edəcəyini
gözləmədən hansısa işləri başlamağa hazır olmaq bacanqlan;
•
Səmimilik
- səmimi danışmaq və “düz dolanmaq” bacanğı;
309
•
Açıqürəklilik
- başqalarına öz daxili aləmini açmağa hazır
olmaq və bunun ətrafdakılarla sağlam, möhkəm əlaqələr yaradıl
masına səbəb olduğuna qəti inamın mövcudluğu;
•
Hisslərin qəbul edilməsi -
öz hisslərini ifadə etmək və baş
qalarının emosional təsirlərini qəbul etməyə hazır olmaq bacarığı.
•
Özünüdərketmə
- şəxsi həyatına və davranışlanna tədqiqatçı
münasibət, başqalarından səni necə qəbul etmələrinə aid istənilən
informasiyanı eşitməyə və bu zaman özünüqiymətləndirmə apar
mağa hazır olmaq.
İnsan öz şəxsiyyətinin aşağıdakı xüsusiyyətlərini dərk etdikdə,
başqalarını da yaxşı başa düşməyə başlayır.
• şəxsi tələbatlarını və öz dəyər meyarlarını, fərdi iş texnikasını;
• Öz perseptiv bacarıqlarını, yəni ətraf aləmi subyektiv ya
naşma olmadan qavramaq bacarığım, bu və ya digər problemlə,
şəxsiyyətlərlə, sosial qruplarla əlaqədar əvvəllər yaranmış mənfi
fikirləri hiss etdirməməyi;
• Ə traf mühitdəki yenilikləri qəbul etməyə hazır olmağı;
• Başqa sosial qrupların və yad mədəniyyətlərin norma və
dəyərlərinin başa düşülməsində şəxsi imkanlarını;
• Ə traf mühit amillərinin təsiri ilə əlaqədar öz hislərini və psi
xoloji vəziyyətini;
• Özünün ətraf mühiti fərdiləşdirmək üsullarını, yəni ətraf
aləmdə nəyi isə özününkü hesab edirsə ona münasibətdə sahiblik
hissinin yaranmasını əsaslandıran səbəbləri.
K om m unikasiya m ədəniyyətinin səviyyəsinin yüksəldilm əsi
aşağıdakı sosial-psixoloji bacarıqların inkişafına yö n əld il
m əlid ir
:
• Psixoloji baxımdan düzgün və şərait baxımından uyğun ol
duqda ünsiyyətə daxil olmaq;
• Ünsiyyəti müdafiə etmək, tərəfdaşın fəallığım stimullaşdırmaq;
• Ünsiyyətin bitmə «nöqtəsini» psixoloji baxımdan düzgün
müəyyənləşdirmək;
• Ünsiyyətin yarandığı kommunikativ vəziyyətin sosial-psixo
loji xüsusiyyətlərindən ən yüksək səviyyədə istifadə etmək;
• Öz hərəkətlərinə qarşı tərəfin reaksiyasını proqnozlaşdırmaq;
310
• Psixoloji baxımdan həmsöhbətin emosional ahənginə kök
lənmək;
• Ünsiyyətdə təşəbbüsü ələ almaq və saxlamaq;
• Ünsiyyətdə tərəfdaşı «arzuolunan reaksiyaya» təhrik etmək;
• Ünsiyyət tərəfdaşının sosial-psixoloji əhval-ruhiyyəsini for
malaşdırmaq və «idarə etmək»;
• Ünsiyyətdə mövcud olan psixoloji maneələri d əf etmək;
• Artıq gərginliyi aradan qaldırmaq;
• Həmsöhbətə həm psixoloji, həm də fiziki baxımdan «uyğun
gəlmək»;
• Jestləri, duruşu, davranış ritmini vəziyyətə müvafiq olaraq
seçmək;
• Qarşıya qoyulmuş kommunikativ vəzifəyə uyğun səfərbər
olmaq.
Nitq fəaliyyətinə, daha dəqiqi, nitq mədəniyyətinə aid olan bi
lik, bacarıq və vərdişlər kommunikasiya mədəniyyətinin mühüm
tərkib hissəsidir. Nitq fəaliyyətində
üç
istiqaməti göstərmək olar:
məzmun, ifadəlilik və sövqedici (təhrikedici).
Nitqin
məzmun
istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi
və əsaslandırılmış olması ilə xarakterizə edilir.
Nitqin
ifadəliliyi
onun emosional çalarlan ilə bağlıdır: nitq
parlaq, obrazlı, təsirli, yaxud quru, ölgün, tutqun ola bilər.
Nitq fəaliyyətinin
sövqedici
istiqaməti onun insanların fikir,
duyğu və iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən
qavranılma dərəcəsi onun məzmun, ifadəlilik və sövqedicilik isti
qamətlərini əhatə edən nitq mədəniyyətinin səviyyəsindən asılıdır.
İşgüzar ünsiyyətdə
nitq mədəniyyətinin əsas göstəriciləri
sıra
sına aşağıdakıları aid etmək mümkündür:
• Lüğət tərkibini (dinləyiciləri təhqir edən (ədəbsiz) ifadələr,
jarqon sözlər və dialektizmlər istisna edilir);
• Söz ehtiyatını (o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici
və ifadəli, əlvan olur və dinləyiciləri az yorur, çox təsir edir, yadda
qalır və cəlb edir);
• Tələffüzü (Müasir Azərbaycan dilində norma Azərbaycan
ədəbi dili hesab edilir);
311
• Qrammatikanı (işgüzar nitq qrammatikanın ümumi qay
dalarına əməl edilməsini, həmçinin bəzi spesifik xüsusiyyətlərin
nəzərə alınmasını tələb edir, məs., işgüzar nitqdə əsas yeri fellər
yox, i simlər tutmalıdır);
• Üslubiyyatı (yaxşı nitq üslubuna artıq sözlərə yol verilmə
məsi, düzgün söz sırası, standart, çeynənmiş ifadələrdən çəkinmək
kimi tələblər verilir).
H ər bir şəxsiyyətin inkişaf xüsusiyyətləri, onun daxili aləmi
nin və işgüzar mühitinin fərdiliyi təkrarsız kommunikasiya mədə
niyyəti haqqında danışmağa imkan verir. Yadda saxlamaq lazımdır
ki, kommunikasiya mədəniyyəti sosial-psixoloji təlim prosesində
inkişaf etdirilə bilər.
Dostları ilə paylaş: |