(«Həmin məsələ haqqında idi» əvəzinə); «Əlavə mal gətirilməsinə
aid cədvəl tərtib olunmuşdun» («Əlavə mal gətirilməsinin cədvəli»
əvəzinə). «Müəssisə öz məhsullarının maya dəyərinin azaldıl
masına aid böyük uğurlar qazanmışdın» («M əhsullanmn maya
dəyərinin azaldılmasında» olmalı idi).
Feili sifət tərkiblərindən istifadə zamanı ədəbi normanın
mümkün pozulmalannın qarşısının alınması üçün, onlara xas olan
qrammatik xüsusiyyətlər nəzərə alınmalıdır. Çox zaman işgüzar
danışıqlarda aşağıdakı səhvlərə rast gəlinir;
• Feili sifətlərdə zaman anlayışı qarışıq salınır. Məsələn: «Ye
kun sözü ilə çıxış etmiş iclasın sədri ona verilən bütün sualları ca
vablandırdı» («çıxış edən» olmalı idi).
• Feili sifətlərdən düzgün istifadə edilmir. Məsələn, indiki
zaman mənası əmələ gətirən feli sifət şəkilçisi -an2 əvəzinə gə
ləcək zaman mənalı acaq2 feli sifət şəkilçilərindən istifadə edir
lər: «Bunu etməyə çalışacaq şirkətlər» ( «bunu etməyə çalışan şir
kətlər» əvəzinə);
• Feilin qrammatik məna növlərindən səhv istifadə edilir (mə
sələn, qayıdış) ki, bunlar fərqli mənalar daşıya bilir. Məsələn: «əlavə
yemləndirilməyə yola salman toyuqlar...» («göndərilən» olmalı idi).
Yuxanda qeyd edildiyi kimi, işgüzar adamlann nitqinin səciy
yəvi xüsusiyyətlərindən biri də məsdər tərkiblərindən geniş istifadə
edilməsidir. Lakin bu leksik kateqoriyadan səriştəsiz istifadə üslub
qüsurlanna səbəb olur və deməli, işgüzar nitqin də səhv olması ilə
nəticələnir. M əsdər tərkiblərinin çoxluğu nitqi ağırlaşdınr, onu qu
ru və çətin anlaşılan edir.
Dostları ilə paylaş: