tamamlıqdan seçilmir, bu səbəbdən də hərəkətin subyektinin avto
matlar, yoxsa insanlar olduğu aydın deyil.
Yığcamlıq - işgüzar nitqin istənilən formasına verilən ən mü
hüm tələbdir, çünki yuxanda qeyd olunduğu kimi, belə nitq verilən
məlumatlann sırf tətbiqi xarakteri ilə digərlərindən fərqlənir. Bu
o deməkdir ki, danışan lazımsız ifadələrdən, artıq təfərrüatlardan
və söz tör-töküntülərindən çəkinməklə, dinləyicinin vaxtından və
səbrindən sui-istifadə etmir.
Burada hər bir söz və ifadə dinləyicilərə məsələnin mahiyyətini
mümkün qədər dəqiq və yığcam izah etmək məqsədi daşıyır: bu
səbəbdən də heç bir məna ifadə etməyən söz və söz birləşmələri
işgüzar nitqdən tamamilə çıxarılmalıdır.
Artıqlıq, yaxud nitq bolluğu daha çox təkcə üslüb səliqə
sizliyinin yox, həm də natiqin danışdığı məsələ haqqında təsəv
vürlərinin aydın və dəqiq olmadığını göstərən artıq sözlərdən isti
fadədə təzahür edir ki, bu da əsas fikri kölgədə qoymaqla yanaşı,
informativliyin də ziyanına işləyir.
Çoxsözlülük m üxtəlif formalarda təzahür edir. Məsələn, çox
zaman işgüzar söhbətlərin iştirakçıları hamıya məlum olan həqi
qətləri zorla yenidən izah etməyə çalışır, yaxud eyni fikirləri dəfə
lərlə təkrar edərək, qeyri-iradi işgüzar söhbətin uzanmasına səbəb
olurlar.
N itq artıqlığı
Dostları ilə paylaş: