Bu səbəbdən aşağıdakı işləri görmək lazımdır:
• Ona məlumatlandıncı xarakter daşıyan
suallar verməklə
söhbətə cəlb etmək;
• Onun nəzər nöqtəsini aydınlaşdırmağa çalışarkən, cavabı
«hə», yaxud «yox» olacaq suallar verməkdən çəkinmək;
• Ona söhbətin mövzusu ilə bağlı özünü daha məlumatlı hesab
etdiyi
sahələrdən suallar vermək;
• Şəxsən onu nələrin maraqlandırdığını aydınlaşdırmağa səy
göstərmək.
8.
İddialı adam
Belə həmsöhbət tənqidə dözümsüzdür. O nə
birbaşa, nə də dolayısı ilə deyilən tənqidi qəbul etmir.
O özünü
başqalarından yüksəkdə duran adam sayır və belə də davranır.
Ona münasibətdə mövqeyinizin əsas ünsürləri aşağıdakılardır:
• Ona qonaq rolu oynamağa imkan vermək olmaz;
• Vaxtaşırı müzakirə edilən məsələ ilə bağlı söhbət iştirakçıla
rından hər birinin ayn-aynlıqda fikrini soruşmaq lazımdır;
•
Həm söhbətdə iştirak edənlərin, həm də etməyənlərin ünva
nına heç bir tənqidi fikrin səslənməsinə yol verməmək;
• Onun «ümumiyyətlə» tərzinə görə qıcıqlanmamaq.
Yadda
saxlamaq lazımdır ki, sizin məqsədiniz - söhbətin «burada» və
«indi»,
əməli surətdə keçirilməsidir;
• Müəyyən zamana qədər onunla razılaşmaq lazımdır, bu
onun sizin əleyhinizə çıxmaq arzusunu
azaldacaq və əks dəlillər
gətirməsinin qarşısını alacaq. Bu halda: «Siz tamamilə haqlısınız.
Nəzərə almısımzmı ki?..» kimi ifadələrdən istifadə edilməlidir.
Dostları ilə paylaş: