Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə41/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

9.
«Nə üçün»çü 
Adama elə gəlir ki, bu həmsöhbət yalmz sual­
lar vermək üçün yaranıb. Bu sualların real əsası varmı, yoxsa onlar 
uydurmadırmı - bunun heç bir əhəmiyyəti yoxdur. O, sadəcə ola­
raq soruşmaq həvəsi ilə alışıb-yanır. Belə həmsöhbətlə necə rəftar 
etməli?
Bu halda aşağıdakı tədbirlər kömək edə bilər:
• İnformasiya xarakterli suallara həmin an, yerindəcə cavab 
vermək;
• Qrup halında söhbət zamanı, onun mövzuya aid suallarının 
cavablandırılmasına bütün iştirakçıları cəlb etmək;
92


• Fərdi söhbət zamanı mümkün olduqca onun suallarını özünə 
ünvanlamaq lazımdır: «Maraqlı sualdır. Sizin özünüzün bu haqda 
nə düşündüyünüzü bilmək istərdim»;
• Əgər lazımi cavabı verə bilmirsinizsə, həmin anda onun haq­
lı olduğunu qəbul etmək.
• Təqdim etdiyimiz təsnifatın məqsədi - həmsöhbətlərin 
m üxtəlif tiplərini göstərməkdir. Arzu edən hər bir şəxs bu 
təsnifatı işgüzar danışıqların təşkili və keçirilməsi sahəsində şəxsi 
təcrübəsinə əsaslanaraq, dəqiqləşdirə və davam etdirə bilər.
Hər bir şəxsin mövzunun əhəmiyyətindən, söhbətin gedişindən, 
iştirakçıların tipindən asılı olaraq dəyişə biləcəyinə diqqət yetirmək 
vacibdir.
3.4. Ə laqələrin yaradılm ası m etodikası
M üasir işgüzar həyatın sürəti ünsiyyət zamanı ani, dəqiq və 
müvafiq qərarlar verməyi tələb edən qeyri-standart vəziyyətlərin 
meydana gəlməsinə səbəb olur. Bu isə müəyyən biliklərin olması­
nı, istənilən insanla ünsiyyətin zəruri vərdişlərinin mövcudluğunu 
tələb edir.
Şəxsiyyətlərarası əlaqənin (psixoloji, emosional və s.) yara­
dılması üzrə m üxtəlif ünsiyyət texnologiyaları - əməkdaşlıq tipi 
əsasında, eləcə də qarşılıqlı fəaliyyətin demokratik üslubu əsasında 
ünsiyyət mövcuddur.
Metodikanın əməli tətbiqi üçün aşağıdakı əsas prinsiplərə 
yiyələnmək lazımdır.
Ünsiyyətin yaradılması metodikası 5 mərhələnin ardıcıl keçil­
məsini tələb edir:
Im ərhələ.
Psixoloji maneələrin aradan qaldırılması;
I I mərhələ.
Üst-üstə düşən maraqların tapılması;
III mərhələ.
Ünsiyyətin prinsiplərinin müəyyənləşdirilməsi;
IV m ərhələ.
Ünsiyyət üçün təhlükəli olan keyfiyyətlərin aşkara
çıxarılması;
Vm ərhələ.
Tərəfdaşa uyğunlaşma və əlaqənin yaradılması.
93


Bu mərhələlərin ardıcıllığına əməl edilməsi həm əlaqənin ya­
radılması üçün, həm də tərəf-müqabilə psixoloji təsir göstərilməsi 
üçün prinsipial baxımdan mühümdür.
I
m ərhələ Psixoloji m aneələrin aradan qaldırılm ası.
İki ada­
mın (məsələn, həmkarların, rəis və tabeliyində olanın, biznes 
tərəfdaşlarının və s.) görüşü zamanı hər iki tərəfdaş bir-birindən 
müəyyən hərəkətlər gözləyir. Məhz bu, onların ilkin mərhələdə 
münasibətlərinə təsir göstərir.
Qarşı tərəfin hər hansı təsirinə hazırlaşarkən (bu isə, bir qay­
da olaraq, ilk görüş zamanı o qədər də arzuedilən deyil) insan 
düşünmədən tərəfdaşı ilə özü arasında bir sıra sədlər qurur: yüksək 
ehtiyatlılıq, mülahizələrinə nəzarət və s.
Təcrübə göstərir ki, bu halda ən yaxşı vasitə vaxtaşırı tərəf- 
müqabili ilə razılaşdığını bildirmək və eyni davranışın də qarşı 
tərəfdən nümayiş etdirilməsidir. Beləliklə, birinci mərhələnin iki 
funksiyası - psixoloji sədlərin aradan qaldırılması və gərginliyin 
səviyyəsinin azaldılması - bir əsas funksiyada birləşir. Bu, sonrakı 
qarşılıqlı fəaliyyət üçün yolların hazırlanmasıdır. Birinci mərhələ 
müsbət və mənfi kimi iki əsas amilə bölünür.
Müsbət amil - razılaşmaya, yaxud m üxtəlif məsələlər üzrə ra­
zılıqların toplanmasına aparan bütün şərtlər. Onlara aiddir:
A) razılaşmaların sürətliliyi;
B) onların qarşılıqlı olması və üst-üstə düşməsi;
C) həm bu, həm də qarşı tərəfdən razılaşmaların növbələşməsi.
Mənfi amil kimi sədlərin yaranmasına səbəb olan ehtiyatlılığı
göstərmək mümkündür.
Ünsiyyətin təşəbbüsçüsü kimi çıxış edən şəxsin işində ünsiy­
yətin birinci mərhələsində mühüm prinsip söhbət üçün mövzunun 
seçilməsidir. Bunlar ictimai həyatdakı hadisələr, havanın vəziyyəti, id­
man yarışlarının nəticələri və s. ola bilər. Bu zaman söhbət problem və 
hadisələrə razılaşmamaq mümkün olmayan tərzdə qiymət verilməsi 
ilə müşayiət olunmalıdır. Bir qayda olaraq, bunlar müəyyən qrup üçün 
hamı tərəfindən qəbul edilən fikirlər, mülahizələr və rəylər olur.
Beləliklə, əsas vəzifə - gərginlik, qorxu yarada biləcək, ya­
xud psixoloji sədd əmələ gətirə biləcək anlan aradan qaldırmaqdır.
94


Son nəticədə, qərarın qəbulu ilə əlaqədar olmayan və bu səbəbdən 
də çətinlik yaratmayan məsələ diqqət mərkəzində durur. Əlaqənin 
təşəbbüsçüsü həmişə ən mühüm prinsipi - qarşı tərəfin bütün 
mülahizələri ilə razılaşmaq və onun razılığını almağı - əsas tut­
malıdır.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin