Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


partlayışları sizə əvvəllər iddia edilən təmkinliliyin real olmadığı­



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə48/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev


partlayışları sizə əvvəllər iddia edilən təmkinliliyin real olmadığı­
nı, həmsöhbətinizin hansısa daha təhlükəli keyfiyyətini (məsələn, 
aqressivlik) bu ifadə altında ört-basdır etməyə çalışdığını göstərir.
Beləliklə, eyni bir keyfiyyətin müqayisəsi nəticəsində müxtəlif 
hərəkətlər əsasında razılaşdırılma, yaxud razılığın əldə edilməməsi
103


qeydə alınır. Bir qayda olaraq, qarşılıqlı müqayisə üçün material, 
bir tərəfdən, əvvəllər məlumat verilən keyfiyyət, digər tərəfdən isə 
tərəfdaşın nitq davranışının xüsusiyyətləri, intonasiya, mimika və 
jestlərdən istifadəsi ola bilər.
Ünsiyyətin IV mərhələsi sizdən aşağıdakı 
prinsiplərə
əməl 
olunmasını tələb edir:
Təşəbbüs prinsipi.
Həmsöhbətinizdən məlumat gözləmədən 
özünüz zəif cəhətləriniz və şəxsiyyətinizin zəif cəhətləri haqqında 
məlumat verməyə hazır olduğunuzu nümayiş etdirməlisiziniz.
Səmimilik prinsipi.
Müəyyən münasibətlərin qurulmasından 
sonra siz səmimi olmağa hazır olduğunuzu nümayiş etdirməlisiniz.
Ekvivalentlik prinsipi.
Həmsöhbətinizin özü haqqında verdi­
yi məlumatlar qədər və eyni həcmdə özünüz haqqında məlumat 
verməlisiniz.
Digər mərhələlərdən fərqli olaraq, bu mərhələdə sizin şübhə­
lənməyinizə və etiraz etməyinizə icazə verilir. Mübahisələr mü­
nasibətlərin zəruri fonunu yaradan normal hadisə hesab edilir.
Ünsiyyətin IV mərhələsində:
a) mübahisə etmək, amma qınamamaq;
b) məlumatın məzmununun xüsusiyyətlərindən çox məlumat 
faktının özünə böyük əhəmiyyət vermək (keyfiyyətin istənilən aş­
karlanmasını möhkəmləndirmək);
c) daim sizin özünüzün həmsöhbətinizə etibar etdiyinizi nü­
mayiş etdirmək, bütün danışılanların kimsəyə ötürülməyəcəyinə, 
yalnız ikinizin arasında qalacağına inam nümayiş etdirmək,
ç) mübahisə yarandığı halda, onu həmin anda kəsmək olar.
Əgər sizin ünsiyyət üzrə tərəfdaşınız mülahizələrini söylə­
məyə can atmırsa, psixoloji üsullar tətbiq etmək mümkündür. La­
kin əw ləcə bunun başvermə səbəbini aydınlaşdırmaq olar. Həm­
söhbətiniz sizin tərəfinizdən bəyənilməyəcəyindən, yaxud pis 
dəyərləndiriləcəyəindən çəkindiyinə görə açıq danışmaya bilər. 
Bəs tərəfdaşınızı fikirlərini aşkar söyləməyə nə, hansı üsullar hə­
vəsləndirə bilər?
«Şübhələrin söylənilməsi» üsulu.
Bu üsulun mahiyyəti ondan 
ibarətdir ki, həmsöhbətinizin bəzi mülahizələrini siz o an, deyilən
104


1
kimi şübhə altına alırsınız. Bununla birtərəfli miüdafıəyə tələb ya­
ranır. Belə şübhələr üçün səbəb yenicə söylənən mülahizədə han­
sısa gözlənilməz uyğunsuzluq aşkarlandıqda meydana çıxır. Hətta 
yalnız bir fakt üzrə də şübhə yaranıbsa, onu həmin an söyləmək 
lazımdır - bu halda tərəfdaşınız onu yerindəcə aradan qaldırmağa 
calışacaq.
«Ziddiyyətlərin müqayisə edilməsi
» 
üsulu,
insanda müstəqil 
mülahizə yürütməyə meyli fəallaşdırmaq lazım gəldikdə, ona 
şəxsi «ziddiyyətləri» kimi təqdim edilməsi mümkün olan bütün 
ziddiyyətləri qarşılaşdırmaq mümkündür. Təbii ki, bunları əvvəlcə 
toplamaq lazımdır. Bu, qarşı tərəfə gözləmə vəziyyətindən çıxmaq 
imkanı yaradar. Adətən, insana sözlərindəki ziddiyyətləri göstər­
məklə, onu danışmağa vadar etmək olar.
«Diaqnostik suallar» üsulu.
Başqa insanlann xasiyyət və 
keyfiyyətləri ilə bağlı suallarınız tərəfdaşınızı onların xüsusiy­
yətləri haqqında öz rəyini söyləməyə vadar edir, bununla da siz 
onun mənfi keyfiyyətlərə münaisbətini eşitmiş olursunuz və onun 
ətrafdakılann davranışının düzgünlüyü haqqında anlayışları aşkar­
lanır.
«Mübahisəyə çağırış» üsulu
ondan ibarətdir ki, siz hər hansı bir 
səbəb üzündən mübahisə etməyə başlayırsınız, bu halda kəskin fikir 
mübadiləsi baş verir. Hər iki tərəfin adi etirazları elə bir şərait yaradır 
ki, tərəflərdən hər biri qarşı tərəfin təsirinə müqavimət göstərir və öz 
dəlillərini söyləyir. Mübahisə və mövqelərin müdafiəsi həmsöhbətdə 
öz təsir və ya müdafiə üsullarını yatırmaq meyli doğurur.
«
Sərbəstləşmə» üsulu.
Bəzən insan özü haqqında danış­
mağa hazırdır, lakin eyni zamanda özünü narahat, inamsız hiss 
edir və söhbəti nədən başlayacağım bilmir. Bu hallarda diqqəti 
kənar mövzulara yayındırmaqla gərginliyi aradan qaldırmaq 
məqsədəmüvafiqdir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin