I
Hesabat məruzəsi - bu zaman rəsmi şəxs səlahiyyətli yığıncaq
qarşısında görülmüş iş haqqında hesabat verir, onu təhlil edir və
nəticələrini qiymətləndirir.
Belə məruzə rəsmi xarakter daşıyır, orada eyni zamanda qarşı
da duran fəaliyyət haqqında danışılır və vəzifələr müəyyənləşdirilir.
Onun məzmunu həm müzakirə edilir, həm də hansısa hissələri
təshih edilir, ayn-ayn hissələri bəyənilir və bəzən fəaliyyət üçün
proqram kimi qəbul edilir.
Hesabat məruzəsi kollektiv yaradıcılığın nəticəsi ola bilər.
Belə məruzədə, bir qayda olaraq, gözəl, bəlağətli nitqin başqa
növlərində düzgün, yerində, bəzən isə zəruri olan ekspromt, ya
xud improvizələr olmur. Məruzə bütün bölmə və müddəalarının
düşünülmüş və ciddi dəlillərlə əsaslandırılmış olması, praktik is-
tiqamətliliyi, nəticələrinin aydınlığı və tövsiyələrinin əsaslandırıl
mış olması ilə fərqlənir.
Elmi məruzə elmi konfranslarda (simpozium, seminar, bey
nəlxalq konqreslərdə) edilir və o, quruluşuna görə mühazirə ilə
oxşardır. Lakin mühazirədən fərqli olaraq, xüsusilə təbiət elmləri
sahəsində məruzələr konkret sosial və digər tədqiqatlar, axtarışlar
üzrə keçirilən eksperimentlərin ümumiləşdirilməsi olur.
O,
müəyyən bir məsələyə həsr edilir və nadir hallar istisna ol
maqla elmi məruzədə elmi kəşf olmalı, yaxud məlum hadisələrə prin
sipial cəhətdən yeni yanaşmaları əks etdirməlidir. Belə nitq, mühazirə
kimi dəqiq dəlillərlə və sübutlarla əsaslandırılmış olması ilə fərqlənir.
Elmi məruzə fərziyyə (hipotetik) xarakterli də ola bilər. Bu
şəkildə çıxışda hələlik hər hansı konkret tədqiqatın nəticələri ol
mur; orada eksperiment yalnız nəzərdə tutulur, deməli ideya, ya
xud bu növ açıq çıxışların əsas müddəaları axtarış, ehtimal kimi
qəbul edilməlidir.
Elmi məruzədə təcrübə üçün, xüsusilə yeni texnologiyanın,
idarəetmə metodlarının və s. istehsalata (təhsilə) tətbiqi üçün konk
ret tövsiyələr ola bilər. Mühazirədən fərqli olaraq, elmi məruzə
müzakirə, hətta kəskin diskussiyaların obyektinə çevrilə bilər.
Dostları ilə paylaş: